Hz. Mehdinin adının peyğəmbərimizin (səv) adına uyğun olması
... sizə ..., adı Əhməd, atasının adı Abdullah olan hz. Mehdini başçı etmişdir. Ona qatılın. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 31) ... ona qatılın, O hz. Mehdidir. Adı da Əhməd. Abdullahdır... (Kıyamet Alametleri, Medineli Allame Muhammed B. Resul El-Hüseyin El Berzenci, Pamuk Nəşriyyat, 8-ci nəşr, s. 165) Əbu Davud ilə Tirmizinin İbni Məsuddan (ra) rəvayət etdiklərinə görə, Allah'ın Elçisi (səv) belə buyurmuşdur: "Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaq..." (Kıyamet Alametleri, Genişləndirilmiş 9-cu nəşr, s.159-160) ... Məndən sonra adı "Əhməd" olan bir Elçinin də müjdələyicisiyəm" demişdi. (Səff surəsi, 6) |
Hz. Mehdinin "hidayət verən" mənasını verməsi
Sizdən və ya sonra gələnlərdən biri ona çatsa, qar üzərində sürünərək də olsa ona qatılsın. Şübhəsiz ki, onlar hidayət bayraqlarıdır. (Ramuz El Ehadis, 1-ci cild, s. 298, nömrə 2) "... Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmqin olmazlar." (Bəqərə surəsi, 38) Və onları əmrimizlə doğru yola gətirən imamlar etdik ... (Ənbiya surəsi, 73) Onlar Allah'ın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. (Ənam surəsu, 90) |
Hz. Mehdinin mütləq gəlməsi
Dünya müsəlmanlarına Əhli-Beytimdən bir adam məlik olana qədər yıxılmayacaq və getməyəcək. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, Ali b. Hüsameddin el-Muttaki, s. 10) Sənin Rəbbin mərkəzlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş məmləkətləri məhv etmədi… (Qasas surəsi, 59) Və hz. Mehdinin zühuru da qiyamət əlamətlərindən ilkidir. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 494) Onlar ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir.... (Muhəmməd surəsi, 18) |
Hz. Mehdinin insanları hidayətə yönəltməsi
|
Hz. Mehdinin gəlişindən ümid kəsildiyi bir dövrdə ortaya çıxması
İnsanların ümidsiz olduğu və "hz. Mehdi yox imiş" dediyi bir vaxtda Allah hz. Mehdini göndərər... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 55) Hz.Mehdi Rəsulullahın bayrağı ilə insanların başlarına bəla yağdığı və çıxışından ümid kəsildiyi bir vaxtda çıxar... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 55) "…Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!"-dediniz... (Gafir surəsi, 34) |
Hz. Mehdinin çıxışından əvvəl dünyada fitnə və fəsadın çoxalması
Bir fitnə görünər, bunu digər fitnələr izləyər. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 26) Qiyamət öncəsi qaranlıq gecələr kimi fitnələr var. (Ramuz-El Ehadis, 121/5) O kəslər ki, məmləkətlərdə tuğyan edir. Oralarda çoxlu fitnə-fəsad törədirlər' (Fəcr surəsi, 11-12) Hz. Mehdi çıxmadan əvvəl... insanlar arasında fitnələr çoxalacaq... (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s. 39-40) Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən.... (Maidə surəsi, 62) |
Hz. Mehdinin çıxışının elan edilməsi
Onun adı ilə səmadan nida (səs) olacaq və heç kim onun hz. Mehdi olduğunu inkar edə bilməyəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 49) Səmadan bir səs Onun adı ilə çağıracaq və şərqdə, qərbdə, hətta yuxuda olan belə bu səsi eşidəcək və oyanacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 56) Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman etdik. (Ali İmran surəsi, 193) |
Hz. Mehdiyə beyət edilməsi
Hz. Mehdinin bayrağında Beyət Allah Üçündür yazılmışdır. (Ali bin Hüsamettin el Muttaki, Celalettin Suyuti'nin Tasnifinden Hadisler- Ahir Zaman Mehdisinin Alametleri, Kahraman Nəşriyyat, s. 65) Şübhəsiz sənə beyət edənlər, ancaq Allaha beyət etmiş olurlar... (Fəth surəsi, 10) |
Hz. Mehdi ortaya çıxdıqda ona tabe olunması
Sizdən ona kim çatsa, qar üzərində sürünərək də olsa ona gəlsin. Ona qatılsın. Çünki o, hz. Mehdidir. (İbn Mace, Fiten, B 34, H 4082; İbn Ebi Şeybe, 7-ci cild, s. 527; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14) Biz hər bir peyğəmbəri, ancaq ona Allah'ın iznilə itaət olunsun deyə göndərdik... (Nisa surəsi, 64) |
İnsanların hz. Mehdiyə tabe olmaları
İnsanlar bal arılarının bəyləri ətrafında toplanması kimi, hz Mehdinin ətrafına toplanarlar...( El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29) Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır... (Bəqərə surəsi, 148) |
Hz. Mehdinin şəhər mərkəzindən çıxması və Konstantinopolu fəth etməsi
Dünyadan heç bir zaman qalmayıb, ancaq bir gün qalsa belə, o gündə mənim ailəmdən bir şəxsin Deylem dağına (yaxud əyalətinə) və Konstantinopol şəhərinə sahib olması üçün Allah (c.c.) şübhəsiz, o günü uzadacaq (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 74), (Ölüm-Kıyamet -Ahiret ve Ahirzaman Alametler, s. 440) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi... ( Qəsəs surəsi, 59) |
Hz. Mehdinin Allah qorxusunun çox güclü olması
Hz. Mehdi gerges quşunun qanadının titrəməsi kimi Allah'dan çox qorxan bir kimsədir. (Nuaym b. Hammad, vr 91a) Ondan çəkinər və Allah'dan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39) Hz. Mehdi Allah'a qarşı çox boyun əyicidir. Əxlaq baxımından Peyğəmbərə bənzəyir. (Kıyamet Alametleri, s. 163) Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. (Loğman surəsi, 15) ... Eynilə, qartal cinsindən Nəşir quşunun qanadlarının titrəməsi kimi Allah'dan qorxacaq. (Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 51) Və Onun heybətindən qorxarlar. (Ənbiya surəsi, 28) |
Allah'ın hz. Mehdini doğru yola yönəltməsi
Ey Əhli Beyt! Hz. Mehdi bizdəndir. Əziz və cəlil olan Allah onu bir gecədə islah və irşad edəcək (doğru yolu göstərəcək). (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, s. 437) ... şübhəsiz ki, doğru yola yönəldilmişdir. (Ali-İmran surəsi, 101) Məgər Allah'ın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! (Zumər surəsi, 22) |
Hz. Mehdinin çox səbirli olması
Hz. Mehdinin efdaliyəti (fəziləti və üstünlüyü) bütün kədərlərə və şiddətli fitnələrə göstərdiyi səbir yönüdür... (Tılsımlar Mecmuası, s. 212. İs'afür Rağıbin'den naklen. Mehdi ve Deccal, Şaban Döğen, s. 154) Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbir edir. (Rad surəsi, 22) ... Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə səbir etdilər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. (Ənam surəsi, 34) |
Hz. Mehdinin çox mərhəmətli olması
Hz. Mehdi o qədər mərhəmətli olacaq ki, heç kəsin burnu belə qanamayacaq. (əl-Kavlu'l Müxtəsər fi Alamatil Mehdiyy-il Muntazar, s. 42) ... Yoxsullara qarşı çox mərhəmətli olması hz. Mehdinin əlamətlərindəndir. (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar") Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər... (Fəth surəsi, 29) |
Hz. Mehdinin mübariz olması
Hz. Mehdi işi möhkəm tutacaq. (Kiyamet Alametleri, Berzenci, s. 175) Yoxsa onlar işi möhkəmmi tutdular? Elə isə Biz də düzgün iş görürük!. (Zuxruf surəsi, 79) Hz. Mehdi Şərq tərəfdən çıxacaq. Qarşısında dağlar belə olsa onları əzib keçəcək, o dağlarda özünə yol tapacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 39) Onlar dininə qarşı bacardıqları qədər hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (İbrahim surəsi, 46) İnsanlar haqqa gələnə qədər (fikri) mübarizəsinə davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 23) Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun. (Bəqərə surəsi, 193) |
Hz. Mehdinin cəsur olması
Hz. Mehdi hesabını çox ardıcıl şəkildə görəcək və vədindən dönməyəcək.(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 24) And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!”. (Saffat surəsi, 171-173) |
Allah'ın hz. Mehdini köməkçiləri ilə dəstəkləməsi
Bilin ki, Allah'ın yer üzündəki dostları hz. Mehdiyə tabe olanlardır. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s. 52) ... Hər kəs Allah'ı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutsa,... (Maidə surəsi, 55-56) ... Buludlar səmada toplandığı kimi, Allah Onun ətrafına bir qövm toplayar. Onların qəlblərini uzlaşdırar.... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 57) ... O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz... (Ali İmran surəsi, 103) |
Hz. Mehdinin köməkçilərinin sayının az olması
Sayı Bədir əsabələri (313) qədərdir... Onların sayı Talud ilə çayı keçənlər qədərdir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 57) Orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman tapmadıq. (Zariyat surəsi, 35) Aralarında qadınların da olduğu 314 şəxsdən ibarət bir qrup meydana gətirərlər... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 57-68) ... Şübhəsiz ki, bunlar kiçik bir tayfadır! (Şuəra surəsi, 54) Hz. Mehdiyə aralarında qadınların da olduğuı 314 nəfər beyət edəcək (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 25) ... Əslində onunla birlikdə çox az adam iman gətirmişdi. (Hud surəsi, 40) Xatırlayın ki, bir zaman siz yer üzündə (Məkkədə) az idiniz; zəif (aciz) sayılırdınız.. (Ənfal surəsi, 26) Bu 313 nəfər gecə abid (çox ibadət edən kimsə) gündüz qəhrəman xüsusiyyətini daşıyırlar. (Kıyamet Alametleri, s. 169) ... “Neçə dəfə olub ki, az bir dəstə Allah'ın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir!”... (Bəqərə surəsi, 249) |
Hz. Mehdinin köməkçilərinin əxlaqı
Onun başçıları insanların ən xeyirlisidir. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 47) İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.(Beyyinə surəsi, 7) ... O (Hz. Mehdi), gündüzləri aslan, gecələri abid olan (çox ibadət edən) bir qövmlə addımlayacaq. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s. 40) O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər. (Ali İmran surəsi, 173) Nəhayət Allah yolunda heç bir tənədən qorxmayan seçilmiş Müsəlmanlar onlarla mübarizə aparacaqlar. (Süneni İbni Mace, 10/359) . Allah yolunda mübarizə edən və tənədən qorxmayan bir birlik gətirər.(Maidə surəsi, 54) Xüsusilə bu vəzirlər hər mövzuda həqiqi mənada arif (elm sahibi) kəslər olacaqlar.. (M. Arabi) (Hayrettin Gümüşel, Beklenen Mehdi, s. 37, Köprü Yayınları) ...Onların elmdə qüvvətli olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır... (Nisa surəsi, 162) ...Elm verilmiş kimsələr. (Nəhl surəsi, 27) |
Köməkçilərin, fəaliyyətlərində hz. Mehdiyə dəstək olmaları
Məmləkət işlərinin yüklərini onunla paylaşacaqlar. (Kıyamet Alametleri, s. 187) Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki, (Zəriyət surəsi, 4) |
Hz. Mehdi və köməkçilərinin gecələri də ibadət etmələri
... Onlar gündüz aslan, gecə də abiddirlər (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 57-68) Gecələri də çox az yatardılar. Onlar, səhər vaxtlarında istiğfar edərdilər. (Zəriyət surəsi, 17-18) |
Allah'ın hz. Mehdini mələklərlə dəstəkləməsi
Allah onu 3 min mələklə dəstəkləyəcək. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s. 41) Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?” (Ali İmran surəsi, 124) ... sonra da (sözündə) düz olan kəslərə mələklər nazil olub (Fussilət surəsi, 30) ... Önlərində Cəbrayıl, arxalarında Mikayıl olacaq... (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47) ... artıq Allah onun Mövlasıdır; Cəbrayıl və möminlərin saleh olanları da. Onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır. (Təhrim surəsi, 4) Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. (Ənfal surəsi, 12) Odur, mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər.(Əhzab surəsi, 43) O Mələklər hz. Mehdiyə müxalif çıxanın üzünə və arxasına vuracaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47) Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? (Muhəmməd surəsi, 27) |
Hz. Mehdi və köməkçilərinin çətinliklərlə qarşılaşmaları və bunlardan qorxmamaları
Axırzamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gələr, belə ki, yerlər müsəlmanlara dar gələr. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 12) ... Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik göstərdilər, nə boyun əydilər. Allah, səbir edənləri sevər. (Ali İmran surəsi, 146) Məndən sonra Əhli Beytim bəla və çətinliklərlə qarşılaşacaqlar və yurdlarından çıxarılacaqlar. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 14) . Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allah'dan bir mükafat olaraq, əlbəttə, örtəcək .(Ali İmran surəsi, 195) Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə səbir etdilər. (Ənam surəsi, 34) Ey insanlar! Ümməti Muhəmməd və xüsusilə onun Əhli Beyti çox bəlalar gördü, və bizlər kahır və haqsızlığa məruz qaldıq. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 55) ... Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki…(Bəqərə surəsi, 214) |
Hz. Mehdi və camaatını Allah'ın qoruması
Müxalifləri özlərinə heç bir zərər verə bilməyəcək. Bu (hal qiyamətə qədər belə davam edəcək.) (Kıyamet Alametleri, s. 286) ... Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər.... (Maidə surəsi, 105) Pis olanlar həlak olacaq, Peyğəmbərimizə (səv) buğz edəcək kimsə qalmayacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 43) Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardı. (Ənam surəsi, 70) |
Allah'ın hz. Mehdini axırzaman üçün xüsusi seçməsi
Allah onu digər insanlar üzərinə seçmişdir. (Qiyamət Əlamətləri, s. 189) Rəbbin, dilədiyini yaradar və seçər. Onların (bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. (Qəsəs surəsi, 68) |
Hz. Mehdinin insanları Allah'a iman etməyə çağırması
İnsanları Allah və Rəsuluna itaət etməyə dəvət edəcək. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s. 50) Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allah'a iman gətirmirsiniz? Əgər siz möminsinizsə, (bilin ki,) artıq O, sizdən əhd almışdır. (Hədid surəsi, 8) |
Hz. Mehdinin insanlara bərəkət gətirməsi
...Beyətdən əvvəl insanların bir çoxu ona axın edəcəklər və oraya gedən hər kəs ondan bərəkət qazanacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 25) Allah'ın bərəkəti və mərhəməti üzərinizdə olsun. (Hud surəsi, 73) |
Hz. Mehdinin İslam dinini əslinə qaytarıb, bidətləri aradan qaldırması
Hz. Peyğəmbər (səv) ən başda İslamı necə qorudusa, hz. Mehdi də ən sonunda eyni şəkildə İslamı qoruyacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 27) ... Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə surəsi, 33) Hz. Mehdi dini Peyğəmbərin (səv) zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündən məzhəbləri qaldıracaq. Xalis və həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq... (Kıyamet Alametleri, 186-187) Din birliyi də olacaq, artıq Allah'dan başqasına ibadət etməyəcəklər. (Sünen-i İbni Mace, cilt 10, Haydar Hatipoğlu, Bab 33, s. 331-335) Sizi sünnəmə möhkəm sarılmağa, raşid və hz. Mehdi xəlifələrimin yolunda getməyə təşfiq edirəm. (İbni Mace, Mukaddime 6, Ebu Davud, Sünnet. 5. Mehdi ve Deccal, Şaban Döğen, s. 139) Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. (Ənam surəsi, 153) |
Hz. Mehdinin namazda hz. İsaya imamlıq etməsi
Ya Abbas, bu işi Allah mənimlə başlatdı. Sənin nəslindən biri ilə (hz. Mehdi) bitirəcək. O igid, dünyanı əvvəlcə zülmlə dolduğu kimi, yenidən ədalətlə dolduracaq və İsa (ə.s.) ilə namaz qılacaq. (Hz. Amr Ibni Yaser r.a. / Ramuz El-Ehadis, 2-ci cild, s. 498, N 1) Bu da bir həqiqətdir ki, İsa hz. Mehdidən hakimiyyəti alacaq; çünki liderlər Qureyşdəndir. Madam insanlar arasında bu ikisi mövcud olacaq, elə isə İsa (a.s.) onun əmiri deyil, vəziri olacaq. Hz. Mehdinin arxasında namaz qılacaq və ona tabe olacaq. (Kıyamet Alametleri, s. 185) (İsa) Dedi ki: "Şübhəsiz mən Allah'ın quluyam. (Allah) Mənə Kitabı verdi və məni peyğəmbər etdi. Harada oluramsa (olum,) məni mübarək etdi və diri olduqca, Mənə namaz və zəkat verməyi tövsiyyə etdi. (Məryəm surəsi, 30-31) |
Hz. Mehdinin insanların haqq dini yaşamalarına vəsilə olması
... Beyətdən əvvəl insanlar qrup halında ona axın edəcəklər. İnsanların Allah'ın dininə dəstə-dəstə girdiklərini gördüyün zaman. (Nəsr surəsi, 2) |
Hz. Mehdinin müsəlmanlar arasında birliyi təmin etməsi
Allah bizimlə insanları necə şirk ədavətindən (düşmənçiliyindən) xilas edərək, onların ürəklərinə ülfət və məhəbbət yerləşdirmiş və din qardaşı edibsə, hz. Mehdi ilə fitnə ədavətindən xilas edəcək və qardaş edəcək. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, Ali b. Hüsameddin el-Muttaki, s. 20) Hamılıqla Allah'ın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! (Ali İmran surəsi, 103) Əcəm (ərəb olmayan) və ərəb millətləri arasında ülfət və məhəbbət yerləşər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 66) ... Bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. (Hucurat surəsi, 13) |
Hz. Mehdinin İslam əxlaqının dünya hakimiyyətinə səbəb olması
Bütün olaraq yer üzünün məliki dörd nəfərdir. Onların ikisi: Zülqərneyn və Süleyman möminlərdən, digər ikisi, Nəmrud və Buhtunnasr kafirlərdəndir.Yerə beşinci olaraq Əhli Beyətimdən biri sahib olacaq. Yəni Hz. Mehdi. (Mektubati Rabbani, 2/1163) Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya surəsi, 105) Onlardan sonra da yurdlarında sizi yerləşdirəcəyik. (İbrahim surəsi, 14) Hz.Mehdi eynilə Zülkarneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29) Ümmü Sələmənin rəvayətlərinə görə, hz. Mehdi İslamı yer üzünün digər bölgələrində hakim edəcək. (İmamı Rabbani, Mektubat, I: 565) …Heç şübhəsiz onlardan əvvəlkiləri necə güc və iqtidar sahibi etdisə, onları da yer üzündə güc və iqtidar sahibi edəcək (Nur surəsi, 55) Abdullah b. Məsuddan rəvayət edilmişdir: Hz. Mehdi dünyaya sahib olar. (Ramuz El-Ehadis, 1/135) Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını biləcəksiniz.... (Ənam surəsi, 135) Hz. Mehdi şərq ilə qərb arasındakı hər yeri fəth edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 57) Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Əraf surəsi, 137) Hz. Mehdi İslamı yer üzünün müxtəlif bölgələrində hakim edəcək. (İmamı Rabbani, Mektubat, 1/565) O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. (Həcc surəsi, 41) Allah ona (hz. Mehdiyə) o qədər güc verəcək ki, bir gecə içində zülmü və əhlini aradan qaldıracaq... (Muhyiddin Arabi el-Endülüsu, Futuhat-ül Mekkiye, Bab 66, Kıyamet Alametleri, s. 186) Elə bir güc və səlahiyyət verəcəyik ki, onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. (Qəsəs surəsi, 35) |
Hz. Mehdinin müsəlmanların mənəvi lideri olması
Hz. Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29) O sizi yer üzünün varisləri təyin etdi. (Ənam surəsi, 165) Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək. (Qəsəs surəsi, 5) |
Yer üzündəki bütün insanların hz. Mehdidən razı olması və ona qarşı böyük sevgi bəsləməsi
Hz. Mehdi gəldikdə insanlar onu eşq və məhəbbətlə qucaqlayacaq. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s. 37) Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96) |
Hz. Mehdinin yer üzündə ədalətlə hökm etməsi
Zülmlə dolu olan dünya o (Hz. Mehdi) gəldikdən sonra ədalətlə dolub-daşacaq. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20) Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz! (Yunus surəsi, 47) Daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar. Ədaləti o cür olar ki, biri yuxuda olsa belə oyandırılmaz və bir damla qan belə axıdılmaz. Dünya sanki Əsri-Səadət dövrünə geri qayıdar. (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29) Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər. (Əraf surəsi, 181) |
Hz. Mehdi dövründə yer üzünün sülh içində olması
Düşmənçilik və kini də qaldıracaq... Qab su ilə dolduğu kimi yer üzü sülh ilə dolacaq... (Sünen-i İbni Mace, Kitabü-l fiten Tercemesi ve Şerhi- Kahraman Nəşriyyat, 10-cu cild, Mütercim: Haydar Hatipoğlu, Bab 33, s. 331-335) Ey iman edənlər, hamınız bir yerdə sülhə (İslama) gəlin... (Bəqərə surəsi, 208) ... Heç kimin arasında bir düşmənçilik qalmayacaq. Və bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. (Sahih-i Müslim, 1/136) ... o zaman, (görərsən ki) səninlə onun arasında düşmən olan kimsə, sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34) |
Hz. Mehdi dövründə yer üzünün hər yerinin təhlükəsiz hala gəlməsi
(Hz. Mehdi) zamanında heç kim yuxudan belə oyandırılmayacaq, nə də heç kimin burnu qanamayacaq. (Kıyamet Alametleri, s. 163) İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! (Ənam surəsi, 82) Düşmənçilik və kini də yox edəcək. (Sünen-i İbni Mace, Kitabü-l Fiten Tərcüməsi və Şərhi, 10-cu cild, Haydar Hatipoğlu, Bab 33, s. 331-335) Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. (Əraf surəsi, 43) ... və əmanəti itirməyəcək... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.43) O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər. (Muminun surəsi, 8) |
Hz. Mehdi dövründə görülməmiş bir bolluq və zənginlik yaşanması
... Əşyanı, malı paylayacaq, lakin bolluqdan ötəri qəbul edən olmayacaq... (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki, s. 31) Sonra onlara qarşı sizə təkrar “güc və qüvvət verdik”, sizə mallar və uşaqlarla kömək etdik... (İsra surəsi, 6) Şübhəsiz o zamanda mal çoxalıb su kimi axacaq və onu heç kimsə (tənəzzül edib) qəbul etməyəcək. (Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri, s. 464) ... Allah, dilədiyinə qat-qat artırar... (Bəqərə surəsi, 261-262) O zaman ümmətim nemətlənəcək... (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki,, s. 23) ... Allah, öz fəzlindən onları zəngin edər.... (Nur surəsi, 32) ... Onun dövründə axan çaylar belə suyunu artıracaqdır. Mehdi xəzinələri çıxaracaq... (El Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, Ahmed İbn-i Hacer-i Mekki,, s. 36) ... Allah, göylərdə və yerdə olanları əmrinizə vermiş, açıq və gizli sizin üzərinizdəki nemətlərini genişləndirib tamamlamışdır. ...(Loğman surəsi, 20) Onun dövründə ümmətin yaxşıları və pisləri misli görülməmiş şəkildə bir çox nemətlərə sahib olacaq. ... Bunlar, dünya həyatında iman edənlər üçündür, qiyamət günü isə yalnız onlarındır... (Əraf surəsi, 32) |
Hz. Mehdi dövründə torpağın bərəkətli olması
... və Ərzin Nəbatatı (bitkisi) çox olacaq... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.23) …Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq… (Ənam surəsi, 99) ... İnsan bir ovuc toxum atacaq, 700 ovuc xeyir görəcək... (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s.43) Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. (Bəqərə surəsi, 261) |