Qəbul etdiyimiz qidalarda bədənimizə lazım olan vacib maddələr var. Yediyimiz çiy qidalar isə öz-özünü həzm edən əhəmiyyətli xəzinə ilə birlikdə bədənimizə daxil olurlar… öz fermentlərilə.
Fermentlər hüceyrəni nizam içində çalışan miniatür fabrikə çevirən zülallardır.
Bu xüsusiyyətə sahib olan qida fermentləri yer üzündə qarşılaşdığımız hər qidada mövcuddur. Ancaq fermentlər istiyə qarşı dözümsüzdürlər. Bir qidanı bişirdiyiniz zaman onun içindəki bütün fermentlər itir. Yediyiniz çiy qidalarda isə qidanın 75 %-ni onun öz fermentləri həzm edir. Bu əməliyyat, yəni qidanın öz fermentləri tərəfindən həzm edilməsi bədən üçün əhəmiyyətlidir. Çünki bədən ayrıca ferment istehsal edərək yorulmur və həzmə kömək edən fermenti istehsal etmək üçün başqa fermentlərin istehsalını yavaşlatmaq məcburiyyətində qalmır.
Fasiləsiz çalışan meyvə fermentləri
Daim fəaliyyətdə olan fermentlərə ən yaxşı nümunə kimi meyvələrdə olan fermentləri göstərə bilərik. Məsələn, banan… Yaşıl rəngdə olanda bananın 20%-i nişastadan ibarət olur. Ancaq istidə qalanda və üzəri xallanmağa başlayanda amilaz fermenti bananın içindəki 20% nisbətindəki nişastanı 20% nisbətində şəkərə çevirir. Bu şəkərin təxminən ¼-i qlükozadan ibarətdir. Bunun isə bədəndə həzm edilməsinə artıq ehtiyac olmur (Dr. Edward Howell, Enzyme Nutrition “The Food Enzyme Concept”, Avery Publishing, 1985, s. 49). Meyvə sahib olduğu fermentlər sayəsində bədəndə reallaşan böyük işi hələ bədənə girmədən tamamlayır. Yəni bədənin işini asanlaşdırır.
Sistem necə işləyir?
Nümunə verdiyimiz banan kimi, bişirmədən yeyilən hər tərəvəz və ya meyvə bədənə zəhmət verməyərək, bu təchizatla bədənimiz üçün əhəmiyyətli faydalar verir. Bananı yeyəndə ağzınızda başlayan həzm əməliyyatı ilə birlikdə öz fermentləri bananı metabolik fermentlərin istifadə edə biləcəyi kiçik hissələrə ayırır və hüceyrələrə hazır şəkildə təqdim edirlər. Metabolik fermentlər isə bu hissələri götürür, hüceyrə və orqanoidlər üçün lazımi vəsaitə çevirərək onları bədənin bir hissəsi halına gətirirlər.
Bananın içindəki fermentlər hər meyvədə varmı?
Qidalardakı fermentlər yalnız lazımi qidanı həzm edə biləcək qabiliyyətə malikdir. Məsələn, banandakı amilaz fermenti yalnız bananın nişastasına təsir edir. Bu ferment kartofun nişastasını həzm edə bilməz. Banandakı fermentlər banandan sonra yediyiniz bişmiş ətin həzm edilməsini təmin edə bilməz. Bu fermentlər bədəninizə ferment də əlavə edə bilməzlər. Onların vəzifəsi bananı həzm etməklə bitir. Qida ilə birlikdə bədənə girən ferment öz həzm edəcəyi qidasını ağızda parçalanmasına baxmayaraq, tanıyır və onu həzm etməyə başlayır. Bu xüsusiyyətləri ilə fermentlər əsl mənada ağıllı davranan molekullardır. Əlbəttə, cansız bir molekulun ağıl nümayiş etdirməsi mümkün deyil. Fermentlərin yerinə yetirdikləri vəzifələrdə şahid olduğumuz ağıl onları bu vəzifələri ilə birlikdə yaradan və bizim xidmətimizə verən uca Allah’a aiddir.
Uca Rəbbimiz bu həqiqəti bir ayədə insanlara belə bildirir:
"Mən, Rəbbim və Rəbbiniz olan Allah’a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir” (Hud surəsi, 56)
Fermentlərini itirən bişmiş qidalar necə həzm edilir?
Bişmiş, bu səbəbdən də içindəki bütün fermentləri itirmiş qidanı yeyəndə bədəninizdə hazır olan fermentlər fəaliyyətə başlayır. Həzm orqanları, xüsusilə mədəaltı vəzi istehsala başlayır. Çox miqdarda ferment istehsal edərək bədənə girən qidanın həzm edilməsinə çalışır. Həzm fermentinin çox istehsal edilməsi metabolik fermentlərin istehsal sürətini azalda bilər. Bu da orqanların işləməsi, yenilənməsi və xəstəliklərlə qarşı mübarizə aparmasında problem yarada bilər. Çünki bədənin inkişafı və müdafiəsi üçün lazım olan enerji qidaların həzminə sərf ediləcək.
İnsanın qidalanma sistemində fermentlərin əhəmiyyəti ilə əlaqədar ilk tədqiqatçılardan biri Milli Ferment Şirkətinin (National Enzyme Company) qurucusu dr. Eduard Hauell bununla əlaqədar olaraq demişdir:
Fermentlər sahib olduğumuz əhəmiyyətli xəzinələrdir. Həmişə kənardan gələn fermentin köməyinə açıq olmalıyıq. Əgər yalnız irsi olaraq aldığımız fermentlərə güvənsək, bunlar sabit gəlir tərəfindən dəstəklənməyən bir miras kimi tükənərlər. (a.g.e, s. 6)
Allah qidaları fermentlərlə dəstəkləyərək insana böyük nemət vermişdir
Fermentlərin bədənə daxil olan kimi nə edəcəklərini bilmələri, tanımadıqları maddələr mübadiləsilə uyğunlaşmaları, dərhal həzm etmələri və lazım olan qidaya yönəlmələri əsl möcüzədir. Bu fermentlər sanki şüurlu davranırlar və qida parçalandığı anda fəaliyyətə keçməli olduqlarını bilirlər. Allah’ın sonsuz ağlı ilə hərəkət edən və Ona boyun əyən fermentlər vasitəsilə gözləriniz görür, ayaqlarınız hərəkət edir və orqanlarınız müntəzəm işləyirlər.