Hz. Muhəmməd (səv) peyğəmbərliyi dövründə daha əvvəl də ifadə edildiyi kimi, müxtəlif çətinliklərlə qarşılaşmışdır. Qövmündən inkar edənlər və müşriklər ona qarşı çox incidici sözlər söyləmişlər, hətta cadugər və yaxud dəlidir demişlər, bəziləri də Peyğəmbərimizi (səv) öldürmək belə istəmiş və bunun üçün planlar qurmuşdur. Buna baxmayaraq, Peyğəmbərimiz (səv)  onlara Quranı, gözəl əxlaqı, gözəl rəftarı öyrətməyə çalışmışdır.

Quran ayələrində bildirildiyi kimi, bəzi şəxslər  vacib ədəb qaydalarından  xəbərsiz olduğu üçün Peyğəmbərimiz (səv) kimi incə düşüncəli, üstün əxlaqlı bir insana çətinlik verə biləcəklərini düşünməmişlər. Peyğəmbərimiz (səv) isə bütün bunlara qarşı böyük səbir göstərmiş, hər vəziyyətdə Allaha yönələrək Allahın köməyini istəmiş və möminlərə də səbri və təvəkkülü tövsiyə etmişdir.

Allah Quranda Peyğəmbərimizə (səv) bir çox ayəsi ilə inkar edənlərin söylədiklərinə qarşı səbirli olmasını belə tövsiyə edir:

“Sən onların dediklərinə səbr et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə! “ (Qaf surəsi, 39)

 

“Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir” (Yunus surəsi, 65)

 

“Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik” (Hicr surəsi, 97)

 

Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq? Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır. (Hud surəsi, 12)

 

Peyğəmbərimizin (səv) nələrə səbir göstərərək üstün bir əxlaq göstərdiyini düşünən möminlər qarşılaşdıqları hadisələrdə özlərinə onu nümunə götürməlidirlər. Nəfslərinə zidd olan ən kiçik bir hadisədə ümidsizliyə qapılanlar, ən kiçik bir etiraz, dözümsüzlük göstərənlər, Allahın dinini izah etməkdən imtina, yaxud etdikləri ticarətdə müvəffəqiyyətsiz olunca bədbəxt olanlar, bu rəftarlarının Allahın Kitabına və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun olmadığını bilməlidirlər. İman gərtiənlər hər hadisədə səbir göstərib, Allahı vəkil tutub Ona həmd edərək, Peyğəmbərimiz (səv) kimi üstün bir əxlaq göstərməli və Rəbbimizin razılığını, rəhmətini və cənnətini ummalıdırlar.

 

 

“İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu” (Kəhf surəsi, 55)