Hz. Mehdi necə tanınacaq?
ucgen

Hz. Mehdi necə tanınacaq?

1213
Peyğəmbərimiz (səv) müsəlmanları axırzamanda hz. Mehdinin zühuru ilə müjdələmişdir. Peyğəmbərimiz (səv) bu müjdə ilə əlaqədar belə buyurmuşdur:
"...Dünyanın ömründən bir gün qalsa belə, Allah mənim Əhli-Beytimdən bir şəxsi göndərəcək. O dünyanı (əvvəl) zülmlə dolduğu kimi ədalətlə dolduracaq". (Sünen-i Ebu  Davud, Cilt 14, s. 402)
Bu xəbər iman gətirənlərin şövq və həyəcanını artıran böyük müjdədir. İslam alimlərinın bu günə qədər gəlib çatmış əlyazmalarından da  bu müjdənin şövq və həyəcanı hiss olunur. Yaşadığımız dövrdə ortaya çıxan əlamətlər bizə hz. Mehdinin zühurunun yaxın olduğunu göstərir. Peyğəmbərimiz (səv) hz. Muhəmmədin hədislərində hz. Mehdinin fiziki xüsusiyyətləri belə təsvir olunur:
 
 
Peyğəmbərimizin (səv) soyundandır.
 
Bütün peyğəmbərlər bir-birinin soyundandır. Hz. Mehdi də hədislərdə bildirildiyi kimi, bu soydan gəlir. Xalq arasında Peyğəmbərimizin (səv) soyundan gələnlərə seyid deyilir. Hz. Mehdinin Peyğəmbərimizin (səv) soyundan gəldiyini bildirən hədislərdən bəziləri bunlardır:
 
Hz. Əli (ə) deyir: Rəsulallah belə buyurdu:
 
"Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmasa belə, Allah (c. c.) mənim Əhli-Beytimdən bir şəxsi (Mehdini) göndərəcək." (Sunen-i Ebu Davud, 5/92)
Mənim Əhl-i Beytimdən bir şəxs bütün dünyaya hakim olana qədər günlər və gecələr keçməz. (Ən-Nəcmu's Sakib, Ukayli)
Səid b. əl Museyyebdən: Peyğəmbərimiz (səv) belə buyurdu: "Mehdi qızım Fatimənin nəslindəndir." (Sunen-i İbn Mace, 10/348)
Mehdi ilə müjdələnin. O, Qureyşdən və Əhli-Beytimdən bir adamdır. (Kitab-ul Burhan Fi Alamet-ul Mehdiyy-il Ahir Zaman, s. 13)
"Mehdi mənim övladlarımdan biridir. Üzü səmada parlayan ulduz kimidir'' (Əli b. Sultan Məhəmməd əl-Qar əl-Hənefinin "Risaletul Meşreb elverdi fi mezhebil Mehdi")
Rəsulallah belə buyurmuşdur: "Mehdi mənim uşaqlarımdandır. Onun üzü parlaq ulduz kimidir". (Ukayli "En-Necmu's-sakıb fi Bəyanı Enne'l Mehdi min Evladı Əli b. Əbi İstəyən Ale't-Tamam vəl kamal")
 
 
Gozəl üzlü və nurludur
O, (Mehdi) gözəl bir cavandır, gözəl üzlüdür. Üzünün nuru başına və saçlarının qarasına qədər yüksəlir. (Mehdilik və İmamıyyə, s. 153/ İkdad Darerdən)
Üzü parlayan ulduz kimi nurludur.  (əl-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 33)
Peyğəmbərimiz "Mənim nəsilimdən olan, 40 yaşındakı Mehdidir. Üzü səmada parlayan ulduz kimidir" şəklində buyurmuşdur. (Əli b. Sultan Məhəmməd əl-Qar əl-Hənefinin "Risaletul Meşreb elverdi fi mezhebil Mehdi")
"Gozəl üzlüdur. Üzünün nuru ona əzəmət verir" (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
"O, (Mehdi) orta boylu və gözəl üzlü bir gəncdir. Saçları çiyinlərinə tökülər. Üzünün nuru saçının, saqqalının və başının qaralığı üzərinə gün kimi parlayar və ona ucalıq verər" (Ukayli "En-Necmu's-sakib fi Beyani Enne'l Mehdi min Evladi Əli b. Əbi Talib Alet-Tamam vəl kamal")
Onun üzü parlaq ulduz kimidir. (Mer'iy b. Yusuf b. Əbi Bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
 
 
Dişləri parlaqdır
Dişləri parlaqdır… (Əli Min Husamettin Əl Muttaki)
 
Yanağında xal vardır
Mehdi sıx saqqallı, ön dişləri parlaq, üzü xallı, açıq alınlıdır. (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
Üzündə bir xal vardır. (Əli Min Hьsameddin Əl Muttaki)
Yanağında incini xatırladan, ulduz kimi üzünü işıqlandıran bir işarə vardır. (Məhəmməd B. Rəsul Al-Huseyni Əl Berzenci, "Qiyamət Əlamətləri")
 
 
Qara saçlıdır
Üzünün nuru başına və saçlarının qarasına qədər yüksələr. (Mehdilik və İmamiyə, s. 153 / İkdud Durər'dən)
"O gənc bir adamdır. Orta boyludur. Gözəl üzlüdür. Saçları çiyinlərinə tökülər. Üzünün nuru ona əzəmət verir. Qara saçlıdır. Qara saqqallıdır." (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
"O (Mehdi), orta boylu və gözəl üzlü bir gəncdir. Saçları çiyinlərinə tökülər. Üzünün nuru saçının, saqqalının və başının qaralığı üzərinə gün kimi parlayar və ona ucalıq verər" (Ukayli "En-Necmu's-sakib fi Beyani Enne'l Mehdi min Evladi Əli b. Əbi Talib Alet-Tamam vəl kamal")
 
Ümumi görünüşü
 
Aşağıdakı hədislərdən də aydın olur ki, hz. Mehdinin heybətli, geniş bədənli və diqqətçəkici bir görünüşü vardır:
Hz. Mehdinin boy-buxunu Bəni İsrail şəxsləri kimidir. (əl-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 36-29)
Mehdi sanki Bəni İsraildən bir şəxsdir. (Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 23-30)
O açıq (geniş) alınlı... heybətli bir şəxsdir. (İkdüd dürer)
Cismi İsrail bünyəsi kimidir. (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
(Xarici görünüşü) sanki İsrailoğullarından bir adama bənzəyir. (Ukayli "En-Necmu's-sakib fi Beyani Enne'l Mehdi min Evladi Əli b. Əbi Talib Alet-Tamam vəl Kamal")
Açıq alınlıdır. (Mer'iy b. Yusuf b. Əbi bəkir b. Əhməd b. Yusuf el-Makdisi "Feraidu Fevaidi'l Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
 
Burnu
Onun alnı geniş, burnu isə incə olacaq. (Tirmizi / Boyuk Hədis Kulliyatı, Rudani, Cild 5, Səhifə 365)
 
Rəngi
Hz. Mehdinin rəngi ərəbi… (İbn Həcər Əl Mekki; "El-Kavlu'l Muhtasar fi Alamatil Mehdiyy-il Muntazar", s. 15-75)
QEYD: Ərəb irqinin dəri rəngi qırmızıya çalan ağ rəngdir.
 
Peyğəmbərin (səv) dəri rəngi də qırmızıya çalan ağ rəng idi. Lakin bədəninin görünən qisimləri günəş, külək kimi səbəblərə görə əsmərə çalırdı.
 
Rəvayətlərdən hz. Mehdinin də Peyğəmbərlə (səv) eyni rəngdə olacağı aydın olur. Bir rəvayətdə Rəsulallahın (səv) dəri rəngi belə təsvir edilir:
Ənəs b. Malik Peyğəmbərin rəngi haqqında belə dedi: Ağ idi. Lakin ağı əsmərə çalırdı. (İbni Kəsr, Şemail'ur- Rəsul, s. 28)
Qırmızı ilə qarışıq nurani ağ idi. (İbni Kəsr, Şemail'ur-Rəsul, s. 28)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr