28/7- Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik” – deyə vəhy etdik.
Məsələn, o gəmi hadisəsində də elə idi, “gəmini batırmaq üçünmü?” Anası onu gəmiyə qoyduğunda məhv olsun deyəmi göndərdi? Çayda, Musa (ə.s)-i sandığın içərisinə qoydu, sandıqla buraxdı. Məhv olsun deyə etmədi, inşaAllah. Nə məqsədlə etdi, Fironun yanına gedəcək. Allah onu qoruyacaq. Onun xilas olacağını bilir. Burada da qurtarma məqsədi var, orada da insanı qurtarma məqsədi var. Bax, eyni hadisə burada da var. Elə deyilmi? Hz. Musa (ə.s) orada anasını sorğulamır, məqbul görür. O zaman hz. Xızır (ə.s)-ı də sorğulamaması lazımdır, bu da məqbuldur, inşaAllah. O sandıq anasının uşağı qoyduğu sandıqdır, Firon tərəfindən saxlanmışdır. Xatirə olaraq saxlanmışdır. O sandıq sonra yəhudilərin əlinə keçmişdir. Hz. Musa (ə.s)-ın içinə qoyulduğu o sandıq. Sonra o sandığın üstü qızılla örtülmüşdür. Hz. Musanın o müqəddəs sandığına çevrilmişdir. İnşaAllah, dünən şəkilini göstərdik, ölçü etibarıyla odur. O sandıqdır, eyni sandıqdır, İnşaAllah. Bu, əlavə məlumatdır.
(Adnan Oktarın 06 iyun 2010-cu il tarixli müsahibəsindən şərhlər)