Dəstə halında yaşayan Afrika quşları bir-birilərinə qarşı anlayışlı olmaqla yanaşı onlarda olduqca təəccüblü yardımlaşma nümunələri var. Bu quşların əsas qidalarını üzərlərinə qonduqları ağac budaqlarında yetişən meyvələr təşkil edir. Budaqların uc hissəsində yetişən meyvələrlə qidalanmaq isə ilk baxışda bu quşlar üçün olduqca çətindir. Çünki meyvələr budaqların ən uc hissəsində olduqlarından sürünün ancaq meyvələrə yaxın olan hissələrinə qona bilən üzvləri bunlardan qidalana biləcək, geri qalanları isə həm budaq üzərinə qona biləcəkləri kifayət qədər yer olmadığından, həm də meyvələrin az miqdarda olmasına görə ac qalma təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar. Ancaq vəziyyət heç də düşündüyümüz kimi deyil.
Birlikdə hərəkət edərək ağaca yaxınlaşan Afrika quşları sanki öz aralarında razılaşaraq budaqların üzərinə sırayla qonaraq yan-yana gələcək şəkildə düzülürlər. Budağın ucunda olan meyvələrə ən yaxın yerə qonmuş olan quşlar qopardıqları meyvəni sıra ilə yanlarındakı digər dəstə üzvlərinə verərək meyvənin ağızdan ağıza daşınmasını və beləcə budağın ən uc hissəsində olan digər Afrika quşlarına çatdırılmasını təmin edirlər. Bu heyvanların belə üstün bir fədakarlığı göstərə biləcək ağıla və iradəyə sahib olmadıqları düşünüldüyündə ilk ağıla gələn sıranın ən başında olan quşun yığdığı meyvəni yalnız özünə ayıra biləcəyi və beləcə sürünün bütün qidalanma nizamının də pozula biləcəyi ehtimalıdır.
Ancaq dəstədəki bütün quşların tapdıqları meyvələri əvvəlcə özlərinə ayırmaları düşünülərkən, bu heyvanlar heç görünməmiş bir nizam-intizam içərisində sürünün qidalanması üçün ola biləcək ən uyğun üsuldan istifadə edirlər. Budaq üzərindəki bu sıra ilə düzülüşdə quşlardan heç biri bu nizamı pozacaq hərəkət etmir. Ancaq bu yardımlaşma yenə də sürünün tam qidalanmasını təmin etmir. Çünki quşların üzərinə qonduqları budaqdakı meyvələr ümumiyyətlə sürünün qida ehtiyacını qarşılamıyacaq qədər azdır. Buna görə quşlar hər nə qədər yığdıqları meyvələri ağızdan ağıza bir-birilərinə ötürsələr də sürünün bir hissəsi kifayət qədər meyvə almadığından ac qalacaq. Halbuki, Afrika quşları budağa hər dəfə yenidən qonduqlarında, budaqların meyvələrə yaxın olan hissələrinə bu dəfə sıranın ən sonunda qalmış və kifayət qədər qidalanmamış quşlar qonur və paylama işinə əvvəlcə onlar başlayır.