BAXIB GÖRMƏDİKLƏRİMİZ -3-
ucgen

BAXIB GÖRMƏDİKLƏRİMİZ -3-

1289

Doğum prosesi çox böyük bir möcüzədir. Ana bətnində hazırlanmış xüsusi qoruyucu otaqda inkişaf edən körpə bir müddət sonra dünyaya gəlir. Bu möcüzəvi hadisədəki təfərrüatları düşünən hər insan çox əhəmiyyətli məlumatları görür. Bu məlumatlardan birini, körpənin inkişafında təsirli olan məsələlərdən birini ələ alaq:

Plasenta döllənmiş yumurtanın ana bətninin divarına yerləşməsi üçün bədən tərəfindən yaradılan ətli bir toxumadır. Körpəyə aid yumşaq qan damarlarını əhatə edir. Bu damarlar bir ağacın qolları kimidir. Plasenta körpəyə qida daşıyan toxumalarla birləşərək anadan gələn qida, vitamin, mineral, su, oksigen və hər cür maddəni körpəyə daşıyır.

Plasentanın bu vəzifəsi son dərəcə əhəmiyyətlidir. Çünki, bu toxuma həm körpənin bütün ehtiyaclarını təmin edir, həm də körpəni qorumaq üçün ayırıcı bir rol oynayır. Əslində bu vəzifələrlə plasenta körpə üçün, ağciyər, mədə, bağırsaq, qaraciyər və böyrək kimi orqanların funksiyalarını da üzərinə götürür. Plasentanın bu ötürücü funksiyasını həyata keçirməyə kömək edən "korion" adı verilən incə bir pərdədir. Bu pərdə ana ilə körpənin qan dövranını bir-birindən ayırır. Bu pərdə sayəsində ananın qanı qətiyyən uşağın damarlarına keçmir. Körpə oksigen və qidalarını bu pərdə vasitəsilə alır.

 

İlk mərhələlərdə sadəcə hüceyrələrdən ibarət bir toxuma olan plasentanın bütün bu prosesi necə həyata keçirdiyinə cavab verilməlidir. Plasenta toxumasını ana bətnindəki körpənin ehtiyaclarını qarşılamaq üçün Allah yaratmışdır. Doğum möcüzəsi Allahın yaratma sənətindəki möhtəşəmliyin nümunələrdən biridir.

 

Quşların maraqlı yuvaları

Quşların və bütün digər canlıların davranışlarında görünən ağlın, bilginin və qabiliyyətin qaynağının tək izahı var: Bütün bu xüsusiyyətləri heyvanlara Allah ilham edir. Allah bu canlıları yaratmış, onlara qorunmaq, ovlanmaq, bəslənmək və çoxalmağın yollarını öyrətmişdir. Onlara yuvalarını tikdirən, qüsursuz planlar etdirən, onları qoruyan və saxlayan sonsuz mərhəmət və şəfqət sahibi olan Allahdır.

 

Quşlar yuva qurmaqda ən bacarıqlı canlılar olaraq tanınırlar. Hər quş növünün özünə məxsus yuva tikmə mexanizmi var və heç bir səhvə yol vermədən bu qüsursuz yuvaları tikirlər. Quşların yuva qurmaqlarının ən vacib səbəbi yumurtalarını və bu yumurtadan çıxan balalarını qorumaqdır. Bundan başqa bəzi quşlar da çoxalma dövrlərində dişi quşları cəlb etmək üçün müxtəlif yerlərdə yuva qururlar və bu yuvaları cazibədar etmək üçün bəzəyirlər.

 

Hər şey bala quş üçün

Tikilən yuvaların bala quşlar üçün vacib bir əhəmiyyəti də onları soyuqdan qorumaqdır. Balalar tüksüz doğulurlar və eyni zamanda çox hərəkət edə bilmədikləri üçün əzələlərini işlədə bilmirlər. Bu səbəbdən də balaların donmamaları üçün isti yuvalara ehtiyac var. Xüsusi metodla "toxunmuş yuvalar" bala quşlar üçün lazım olan bu istiliyi təmin edə bilir. Bu yuvaların tikilməsi isə olduqca çətindir. Dişi quş yuvanı çox uzun bir müddətdə böyük bir diqqətlə hörür. Eyni zamanda yuvanın içini quş tükü və liflərlə doldurur və beləcə yuvanın izolyasiyasına müsbət təsir edir.

Yuvanın tikilməsi üçün hər növ ləvazimatın olması çox vacibdir. Quşlar gün ərzində tikəcəkləri yuva üçün lazımi ləvazimatı toplayırlar. Quşların dimdikləri və ayaqları müxtəlif ləvazimatları daşımaq və istifadə etmək üçün xüsusi olaraq yaradılmışdır. Yuvanın tikilməsi dişi quşun üzərinə düşür. Amma yuvanın qurulacağı bölgəni erkək quş seçir. Quşlar bu şah əsərlərini palçıq, yarpaq, sarmaşıq, quş tükü və kağız kimi maddələrdən faydalanaraq düzəldirlər. Quş yuvasının xüsusiyyəti istifadə edilən ləvazimatlarla və tətbiq edilən texnika ilə əlaqəlidir. Yuvalar tikilərkən istifadə edilən ləvazimatların elastikiliyi, dözümlülüyü və sərtliyi diqqətə alınaraq tikilir. Ləvazimat sıxlmağa və ya dartılmağa dözümlü olmalıdır. Eyni zamanda müxtəlif ləvazimatlardan istifadə edilməsi yuvanın dözümlülüyünü artırır. Palçıqla bitki liflərini qarışdıraraq əldə edilən maddə ilə tikilməsi yuvadakı çatların qarşısını alır.

Toxuyucu quşlar Allahın ilham etməsi ilə möhtəşəm yuvalar qururlar. Yuxarıda, sağda toxuyucu quşun yuvasını qurma prosesi göstərilib. Quş əvvəl özünə yarpaqlardan nazik, uzun iplər düzəldir. Sonra bir ayağı ilə ipin ucunu budağa bağlayır, digər ucunu isə dimdiyi ilə idarə edərək yuvanı tikməyə başlayır. Dimdiyi ilə yarpaq liflərini digər liflərin üstündən və altından sıra ilə keçirir.

Quşlar əvvəla topladıqları ləvazimatlardan yuvanı tikmək üçün lazımi bir maddə hazırlayırlar. Bu cür yuva tikən quşlardan biri də qaranquşdur. Bu quşlar yuvalarını uçurumların, binaların vəya divarların kənarlarında tikirlər. Yuvalarını bu yerlərə yapışdırmaq üçün isə lazım olan maddəni əldə etməlidirlər. Bu maddəni əldə etməyin yolu çox asandır. Dimdikləri ilə gil və yaxud palçıq götürüb, bunları yuva tikəcəkləri yerə aparırlar. Sonra bu maddələri yapışqan tüpürcəkləri ilə qarışdıraraq divara sürtürlər. Sonra da divara sürtülmüş bu maddənin üstündə yumru bir boşluq düzəldib, saxsı  formasına salırlar. Daha sonra içini ot, yosun və quş tükü ilə doldururlar. Bu yuvaları çox vaxt uçurumda çıxıntısı olan qayaların altında tikirlər ki, yağış yağanda yuvanı isladaraq yumşalıb dağılmasına səbəb olmasın.

Bəzi Cənub Afrika quşları (Anthoscopus) isə, iki hissəli xüsusi yuvalar qururlar. Bu yuvalarda kürt yatmaq üçün ayrılmış xüsusi otağın həqiqi girişi gizlədilmişdir. Yuvanın digər girişi isə ortadadır. Bu, ovçu heyvanlar üçün hazırlanan bir tələdir.

Daha əvvəldə dediyimiz kimi quşlar yuvalarını yalnız balalarına baxmaq üçün istifadə etmirlər. Bəzən də dişi quşları cəlb etmək üçün yuva düzəldirlər. Bu quşlardan ən maraqlı olanlardan biri Yeni Qvineyada yaşayan çardaq quşlarıdır. Çardaq quşları dişi quşları cəlb etmək üçün tüklərini qabartmaq əvəzinə tapdıqları "qiymətli əşyaları" sərgilləyirlər və kiçik çardaqlar qururlar.

Bəzi erkək çardaq quşları əvvəlcə bir bitki cücərtisini çadır dirəyi kimi istifadə edib, ətrafına incə budaqlar düzərək bir cür çardaq qurur. Digər bir növ isə qabaq tərəfdə iki girişi və bir də damı olan bir mağarcıq düzəldər. İçinə gül, göbələk, qısacası nə tapsa toplayır və nizamlı bir şəkildə düzür. Sonra yığdıqları ilə bu yuvanı bəzəyir. Hər çardaq quşunun seçdiyi müxtəlif rəng vardır. Amma çox vaxt açıq-mavi rəngi seçirlər. Hamısı bir rəngdə olmaqla çubuq, daş, çiçək, toxum və o rəngdə olan hər hansı bir şeyi bəzək əşyası olaraq istifadə edirlər.

 

Yuvadakı mükəmməl iş

Toxuyucu quşların yuvaları müasir dövrdə quşları tədqiq edən alimlər və digər təbiət elmlərinin tədqiqatçıları tərəfindən quşların qurduğu ən maraqlı yuvalar kimi qəbul edilir. Bu quşlar tapdıqları bitki liflərini və digər ip kimi istifadə edə biləcəkləri hər cür uzun bitki hissələrindən istifadə edərək  özlərinə çox möhkəm yuvalar "toxuyurlar".

Toxuyucu quşların ilk işi yuvanı tikmək üçün lazımi ləvazimatı toplamaqdır. Yaşıl və təzə yarpaqlardan özlərinə incə və uzun iplər hazırlayırlar və ya yarpaqların qalın damarlarını götürürlər. Xüsusilə də təzə yarpaqları seçmələrinin səbəbi isə quru yarpaqlardan götürəcəkləri damardan toxumada istifadə etmək çox çətindir. Ancaq təzə yarpaq lifləri ilə bu əməliyyat çox asan həyata keçir. Quş əvvəlcə yarpaqdan qopardığı uzun bir lifin ucunu tutaraq işə başlayır. Bir ayağı ilə lifin ucunu budağa bağlayır, digər ucunu isə dimdiyi ilə tutur. Liflərin düşməməsi üçün onları düyünləyərək bir-birinə bağlayır. İlk olaraq bir dairə düzəldir. Bu yuvasının qapısıdır. Sonra isə dimdiyindən iynə kimi istifadə edərək yarpaq liflərini digər liflərin üstündən və altından növbə ilə keçirir. Toxuyanda hər lifin nə qədər sıxılmalı olduğunu da hesablamalıdır. Çünki, əgər sıxlıq az olsa yuva dərhal çökər. Eyni zamanda yuvanın son vəziyyətini zehnində canlandırmalıdır ki, divarların nə vaxt içəriyə əyiləcəyinə və ya çölə doğru çıxıntılı olacağına qərar versin.

Girişi toxuduqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bunun üçün başı aşağı dayanır və içəridən işə davam edir. Dimdiyi ilə bir lifi digərinin altına salır və sonra həssas bir şəkildə çöldə qalan ucunu möhkəm sıxır. Beləliklə, son dərəcə möhtəşəm bir yuva ortaya çıxır.

Göründüyü kimi toxuyucu quş yuvasını tikərkən həmişə daha əvvəlki işini nəzərə alaraq hərəkət edir.

 

İnstinkt deyil ilham

İndiyə qədər izah edilən nümunələrdən də göründüyü kimi hər quş növünün özünə məxsus bir yuva tikmə texnikası var və bu texnikaların hər biri şüuru, ağlı və düşünmə qabiliyyəti olmayan bir heyvanın edəcəyi gözlənilə bilməyəcək qədər mükəmməldir. Hər bir yuva möhtəşəm bir dizayn və dəqiq bir plan tələb edir.

Gəlin bir az düşünək. Qarşımızda dəqiq şəkildə planlanmış və dizayn edilmiş sənət əsəri deyə biləcəyimiz qədər mükəmməl quruluşa sahib yuvalar tikən canlılar var. Ancaq bu canlıların bu xüsusiyyətlərə sahib olmaları qeyri-mümkündür. Elə isə bu canlılar bu yuvaları necə tikirlər?

Quşların və digər bütün canlıların davranışlarında görünən ağlın, bilginin və qabiliyyətin mənbəyini əsaslı şəkildə açıqlayacaq tək izah var: Heyvanlardakı bütün bu xüsusiyyətləri Allah ilham edir. Allah bu canlıları yaratmış, onlara qorunmaq, ovlanmaq, bəslənmək və çoxalmaq üçün ediləcəklər ilham etmişdir. Onlara yuvalarını tikdirən, qüsursuz planlar qurduran, onları qoruyan və saxlayan sonsuz mərhəmət və şəfqət sahibi olan Allahdır. Təkamülçülərin iddia etdikləri kimi nə "ana təbiət", nə də təsadüflər bu canlılara yuvalarını tikmələri üçün lazım olan məlumatı verə bilməz. Bütün canlılar üstün bir yaradıcı olan Rəbbimizin əmrinə uyğun davrandıqları üçün fövqəladi qabiliyyət göstərirlər.

 

QURAN MÖCÜZƏLƏRİ

Zamanın nisbiliyi mövzusu bu gün tamamilə isbat edilmiş elmi bir həqiqətdir. Ancaq bu həqiqət 20-ci əsrin əvvəllərində Albert Eynşteynin nisbilik ifadəsi ilə ortaya çıxıb. O dövrə qədər insanlar zamanın nisbi olduğunu, şəraitə görə dəyişkənlik göstərə biləcəyini bilmirdilər. Amma məşhur elm adamı Albert Eynşteyn nisbilik nəzəriyyəsi ilə bu həqiqəti açıq şəkildə sübut etdi. Zamanın kütləyə və sürətə asılı bir anlayış olduğunu ortaya qoydu. Bəşər  tarixi boyunca heç kim bu məsələni açıq-aşkar deməmişdi.

Ancaq bir istisna var. Quranda zamanın nisbi olduğunu göstərən məlumatlar var! Bu mövzu ilə bağlı bəzi ayələri bu cür qeyd edə bilərik:

 

Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir! (Hacc surəsi, 47)

 

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr. (Səcdə surəsi, 5)

 

Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. .(Məaric suresi, 4)

 

610-cu ilində etibarən göndərilməyə başlayan Quran ayələrində zamanın nisbiliyindən bu cür ətraflı şəkildə bəhs edilməsi onun İlahi bir kitab olduğunun başqa bir sübutudur.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr