Əksər canlılar balalarını qorumaq və onları bəsləmək üçün böyük fədakarlıqlar göstərirlər. Quşlar da bu canlılardan biridir. Məsələn, Guacharo quşu balalarını yerdən 20 m yüksəklikdəki yuvada yerləşdirir. Hər gecə təxminən 5-6 dəfə balalarının qidalandığı meyvələrin axtarışına çıxır. Bu meyvələri tapdıqdan sonra onları əzir, sonra isə əzdiyini balalarına verir.
Gecə qrup halında qida axtarışına çıxan Guacharoların bu zaman qət etdikləri məsafə isə diqqətçəkicidir. Belə ki, bu quşlar gecədə təxminən 25 km. yol qət edirlər.
Guacharolar kimi əksər heyvanlar da balalarının qidasını əvvəlcədən hazırlayırlar. Məsələn, qutanlar balıq şorbasına bənzər qida hazırlayırlar. Yelqovan cinsinin anaları da yedikləri plankton və kiçik balıqları qarışdıraraq balaları üçün tərkibi faydalı olan yağa çevirir. Göyərçinlər qursaqlarında yağ və zülalla zəngin "göyərçin südü" adlanan xüsusi ifrazat istehsal edirlər. Bu süd, məməlilərin südündən fərqli olaraq, həm ana, həm də ata tərəfindən istehsal olunur. Əksər quşlar buna oxşar qidaları balaları üçün hazırlayırlar.
Bala quşlar ana-atalarına möhtacdırlar. Onlar yalnız dimdiklərini axıra kimi açaraq ana-atalarının onlara yemək gətirməsini gözləyirlər. Məsələn, bala qağayılar ağızlarını analarının dimdiklərindəki qırmızı nöqtəyə uzadırlar. Hətta gözləri hələ açılmamış qaratoyuq ana və ya atasının gəlişini hiss etdirən cüzi titrəmədə belə başını yuxarı uzadıb ağızını açır.
Quşlar balalarının ağızlarının rəngi sayəsində onları asanlıqla qaranlıqda bəsləyə bilirlər. Bu xüsusiyyət oyuq içində yuva quran quşlara çox yardım edir. Bəzi quşlarda ağızların müxtəlif rəngdə olması balaların yerini bildirməkdən başqa, onların hansının qidalandığını, hansının ac olduğunu müəyyən etməyə yardım edir. Bala kənafların ağızları boğazlarının altındakı qan damarlarına görə qırmızı rəngdədir. Balalara qida veriləndə isə bu qanın çox hissəsi həzm olunan qidaları yığmaq üçün mədəyə gedir. Buna görə də ac balaların ağızları tünd qırmızı rəngdə olur. Bu mövzu üzrə aparılan təcrübələrdə məlum oldu ki, quşlar hansı balanın qidaya ehtiyacı olduğunu bu rəng fərqliliyi sayəsində bilirlər.
Allah hər canlıya ruzisini fərqli şəkildə verib. Yuxarıda nümunələri verilən bala quşlara da Allah ana və ya atalarını vəsilə edərək ruzilərini verib. Allah Quranda hər canlının ruzisini Özünün verdiyini belə bildirmişdir:
Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. (“Ənkəbut” surəsi, 60)