Darvinistlər daha əvvəl primitiv məntiqlər istifadə edərək özlərinə tərəfdarlar tapırdılar. Elmi cəhalət mühitində palçıqlı sudan zaman içində öz-özünə zülalların və nəhayət hüceyrənin meydana gəldiyinə, suda ovlanan ayıların bir müddət sonra üzgəcləri qazanaraq Balinaya çevrildiyinə, meymunların ağacdan ağaca atlamaqdan imtina edib dik getməyə qərar verib insan olduqlarına kütlələri inandırmaq asan idi. Genetik və paleontologiya bilinmədiyindən, bütün bu xəyali çevrilmələr sanki qəti gerçəkmiş kimi önə sürülürdü. Amma bu anda Darvinistlər üçün vəziyyət heç də asan deyil. Genetik elmi hüceyrənin kompleksliyini ortaya qoymuşdur, paleontologiya isə canlıların dəyişmədiyini ... 58 milyon illik çöl donuzu kəllə qalığı kimi saysız nümunə, milyonlarla illik canlıların günümüzdəkindən fərqsiz bir komplekslik sərgilədiyini göstərir. Artıq Darvinizmin insanları aldatması mümkün deyil.