Əslində, canlı dinozavr tapılsaydı, daha az təəccüblü olardı. Çünki fosillər selakantın dinozavrlardan 150-200 milyon il əvvəl yaşadığını göstərir. Bir çox elm adamının quru onurğalılarının əcdadı kimi göstərdiyi, ən azı 70 milyon il əvvəl yox olduğu hesab edilən balıq canlı tapılmışdı.
“Fokus” jurnalının 2003-cü ilin aprel sayında illərlə ara-keçid forması kimi tanıdılmış Selakantın (Latimera) canlı nümunəsinin hal-hazırda dənizlərində tapılması bildirilirdi.
Darvinistlər 1938-ci ildən selakant fosili üzərində saysız iddialar irəli sürmüş, canlının üzgəclərini “ibtidai ağciyər” kimi təqdim etmişlər. Onlar fosil üzərində apardıqları müxtəlif spekulyasiyalarla itmiş bir halqanı tapdıqlarını bildirmişlər.
Belə bir anda canlı nümunəsi kimi ələ keçən selakant darvinistləri böyük xəyal sarsıntısına uğratdı. Bu, və 2007-ci ilin may ayının əvvəlində və sonunda dənizlərində ələ keçən 200-dən çox canlı selakant darvinistlərin fosillər üzərində apardıqları spekulyasiyaları tamamilə ortadan qaldırdı. Aydın oldu ki, selakant təxminən 150 sm. uzunluğunda və son dərəcə kompleks olan bir balıqdır. Üstəlik, canlı 450 milyon illik zaman ərzində heç bir dəyişikliyə uğramamışdı. Yəni bu gün mövcud olan kompleks quruluşu 450 milyon il əvvəlki quruluşla eyni idi.
Təkamülçülərin ara-keçid forması olduğunu iddia etdikləri Coelacanth mükəmməl bir canlı olaraq dənizlərdə üzür
Bütün bunların elmi şəkildə təsdiq edilməsindən sonra selakant yaşayan fosil nümunələri arasında öz yerini tutdu və ara-keçid forması olduğuna dair bütün iddialar geri çəkildi. Darvinistlərin əlindən spekulyasiya etdikləri daha bir fosil çıxdı. Əgər bu canlı müasir dövrdə dənizdən tapılmasaydı, arxeopteriksdə olduğu kimi, darvinist spekulyasiyaların ardı-arası kəsilməyəcəkdi. Canlı sudan quruya keçidin ən böyük təmsilcisi kimi tanıdılmağa davam ediləcək və ən yaxşı ara-keçid forması kimi üzərində minlərlə spekulyasiya aparılacaqdı. Bu canlının ara-keçid forması deyil, mükəmməl dəniz canlısı olduğunu bildirənlər isə darvinistlər tərəfindən cidd-cəhdlə susdurulmağa çalışılacaqdı. Digər ara-keçid forması iddialarında olduğu kimi.
Halbuki heç bir dəlilə əsaslanmadan insanları aldatmaq istəyənlər heç bir nəticə əldə edə bilməyəcəklər. Rəbbimiz bir ayəsində belə buyurur: