Myanma radikalizmə diqqət yetirməlidir
ucgen

Myanma radikalizmə diqqət yetirməlidir

1390

Arxeoloji qazıntılar qədimdə Birmanın mədəniyyət mərkəzi olduğunu, ilk dəfə misi bürüncə çevirən, düyü yetişdirən və ev heyvanlarını əhilləşdirən bir cəmiyyət olduğunu göstərir. Dövrümüzdəki Myanma isə müasir mədəniyyət səviyyəsi ilə müqayisə olunduqda,  ölkənin o günlərdən çox uzaqda olduğunu görürük.

Müstəmləkəçilik, vətəndaş müharibələri, 50 illik hərbi rejim və beynəlxalq təcriddən sonra ölkə insan hüquqlarının pozulduğu, işçilərin zorla işlədildiyi, insan və narkotik alverinin və cinsi zorakılığın məşhur olduğu iddia edilən, dünyanın ən az inkişaf etmiş və ən kasıb dövlətlərindən biri olub. Ölkə əhalisinin 30%-i yoxsulluq içində yaşayır və təxminən 37%-i də işsizdir.

Bu gün Myanmanın qarşılaşdığı çətinliklər bununla da bitmir.

Myanma əhalisi öz tarixi, mədəniyyəti və dili olan fərqli etnik qruplardan ibarətdir. Əhalinin üçdə ikisini təşkil edən birmalılar (Bamar) ordu və hökuməti nəzarət altında saxladığı halda, digər üçdə bir hissəni etnik azlıqlar təşkil edir. Daha çox təbii sərvətlərlə zəngin olan çöl ərazidə yaşayan bu etnik azlıqlar hökumət ordusu tərəfindən zorla evlərindən çıxarılmışdır.

Myanmada müsəlman etnik azlıqlardan olan rohincaların sayının 1.1 milyona qədər azaldıldığı təxmin edilir və rohincalar çox ciddi ayrı-seçkiliyə və istismara məruz qalırlar. Əslində, rohincaların dünyada ən çox zülmə məruz qalan cəmiyyətlərdən biri olduğu çoxları tərəfindən qəbul edilir. Bu məzlum insanlara öz başına həbslər, qəsbkarlıq, məcburi işlətmə, təcavüz, öz başına vergi təyini, iş bölgüsündə ayrı-seçkilik edərək məhdudiyyətlər qoyulur, şiddətə məruz qalırlar.

Öz vətənlərində arzu olunmayan bu insanlar Birma vətəndaşı olaraq qəbul edilmirlər və buna görə də təhsil, səhiyyə xidmətləri, evlənmək və səyahət haqqı kimi hüquqlara sahib deyillər. Son olaraq bölgədə tibbi yardımın əsas təşkilatçısı Sərhəd Tanımayan Həkimlər (MSF) təşkilatının, əksəriyyəti rohincalar olan Rakhine əyalətində fəaliyyəti tam olaraq qadağan edildi. Yardım əməkdaşlarının bölgədən getməsi ilə heç bir tibbi xidmət görməyən əyalətdə vəziyyət hər gün daha da ağırlaşır və Rakhine düşərgələrində qeyri-normal qidalanma, aclıq və xəstəliklərin getdikcə artdığı xəbəri gəlir.

Myanmadakı etnik qarşıdurmalar son on ildə müsəlman azlığa ən ağır əziyyətlərin verilməsi və sistemli cinayətlərlə şəhid edilmələri ilə həyəcan verici bir səviyyəyə çatdı. Buddistlərlə müsəlmanlar arasındakı ölümcül mübarizə artıq yalnızca əzilən rohinca müsəlmanlarının əksəriyyətinin yaşadığı Rakhine əyalətində deyil, ölkənin digər bölgələrində də adi gündəlik hadisəyə çevrilmişdir. 2012-ci ildən əvvəl hindularla müsəlmanlar arasındakı gərginlik Rakhine əyalətində idi. İndi isə ölkənin gözü, ən böyük əyalətləri olan Yangon, Mandalay və Lashio kimi digər böyük şəhərlərə də yayılıb. Myanmalı məmurlar ya göz yumaraq, ya da üsyançılara kömək edərək insanları bu qarşıdurmalara sövq edirlər.

Ölkənin bu gün qarşılaşdığı qarşıdurmalara daha geniş miqyasda baxdıqda, buddist dəyərlərin və adətlərin qorunması adı altında irqçiliyin getdikcə artdığı görünür. Bir üslub olaraq zorakılığı mənimsəyən buddist radikalizmi və ultra-nasionalizmi ölkə üçün bir təhlükə yaradır, vəhşət gündən günə artır, hətta Birmanın sərhədlərini aşır.

Eyni zamanda birmalı müsəlmanların qəssabı olaraq tanınan radikal buddist keşiş Ashin Virathunun başçılığı altında ultra-millətçi "969 Hərəkatı" ölkədəki müsəlman əleyhdarı düşüncələri oyatmaq üçün 2012-ci ildə ortaya atılmışdır. Hərəkat özünü dini yaymaq və qorumaq üçün qurulmuş sülhsevər, millətçi bir qurum kimi göstərdiyi halda, gizlənən əsl məqsədlərində isə ümumi əhalinin 4%-ini təşkil edən müsəlmanların bir təhdid olduğunu, onların çoxalaraq ölkəni işğal edəcəklərini iddia edirlər. Hərəkat İslamı real təhlükə olaraq qəbul edir və mənsublarını, dinlərini və ənənələrini qurtarmaq üçün ayağa qalxmağa çağırır.

Qrup müsəlmanlara qarşı zorakılıqla hər hansı əlaqələrinin olduğunu rədd etsə də, buddistlərin düşmənçiliklərini gizlədir. Məsələn, müsəlmanlara aid müəssisələrin boykot edilməsi kimi xoşagəlməz proqramların aparılması üçün kampaniyalar təşkil edərək münaqişəyə açıq şəkildə dəstək olurlar. Hərəkatla əlaqəli kilsələr 60.000 birmalı uşağı həftə sonu məktəb proqramına qeydiyyatdan keçiriblər. Bu uşaqların gələcəkdə Myanma və cənub-şərqi Asiyanın şiddət tərəfdarı radikalları olmaq ehtimalı çox yüksək görünür.

Bir çox azlıq təşkil edən qruplarla yanaşı, bitərəf insan haqları qrupları da ölkədə "birmalaşdırma" siyasətinin davam etdiyini bildirirlər. Hökumətin vətəndaşlıqla bağlı son planına rohincaların ya benqallı kimi sıralanması, ya da müddətli həbslərlə qarşılaşacaqları daxildir. Rohincalar isə bu qərarın onları vətənsizləşdirərək Myanmadan sürgün etmək üçün planlaşdırıldığını çox aydın başa düşürlər. Necə ki, bu ilin əvvəlində, demək olar ki, bütün rohincalar benqallı olaraq qeydiyyata düşməyi rədd edərək əhali siyahısından kənarda qaldılar.

Ölkəni bürüyən bu nifrət hissi bitməli və radikalizmin öhdəsindən gəlmək üçün Myanma hökuməti buddist inancın əsası olan cəmiyyət içində sevgi və qardaşlığı təşviq edən bir maarifləndirmə siyasəti həyata keçirməlidir. Cəhalət və radikalizmi aradan qaldırmaq üçün terror və zorakılığın yaradacağı nəticələri izah etməlidir. Demokratiyaya keçid dövründə Myanma cəld davranmalı və radikalizm bütün ölkəni məhv edərək zülmətə qərq etmədən şiddət və zorakılığın hər növünü lənətləməlidir. Bütün insanlara sevgi və şəfqət göstərməyi təşviq edən qədim ənənələri və mədəniyyəti ilə Myanmanın etibarlı, dinc və müasir bir ölkə olmağa haqqı vardır. Rahatlıqla ziyarət edilən, həm sosial, həm də iqtisadi baxımdan inkişaf etmiş, yüksək keyfiyyətli bir ölkə olmağa da.

Bir xalq olaraq Myanmanın imicinin dəyişməsi lazımdır. Ölkə öz ənənə və mədəniyyətini tam olaraq, etnik zənginliyi ilə birlikdə qəbul etməlidir. Əks təqdirdə mövcud vəziyyət ölkəni təhdid etməyə davam edəcək, bu da ölkə imkanlarının artmasına mane olacaq, investorların qorxmadan sərmayə qoyacağı, sabit bir şəraitin yaranmasının qarşısını alacaqdır. Myanma hökuməti öz xalqını indiki kimi çarəsiz buraxmamalıdır. Beynəlxalq cəmiyyət də irqinə və dininə baxmadan, zülmə məruz qalan əhalini qorumaq üçün əməkdaşlıq edərək hərəkətə keçməyə məcburdur.

Cənab Adnan Oktarın Muslim Mirror & Malaysiakini & Burma Times'da yayımlanan məqaləsi: 

http://www.malaysiakini.com/news/277155

http://muslimmirror.com/eng/violence-against-rohingya-myanmar-should-beware-of-radicalism/

http://burmatimes.net/myanmar-should-beware-of-radicalism/

PAYLAŞIN
logo
logo
logo
logo
logo