Dövləti və milləti yıxan dinsizlik təhlükəsi
ucgen

Dövləti və milləti yıxan dinsizlik təhlükəsi

1342

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə əxlaqi və ailəvi dəyərlər zamanla aradan qalxır. Yaxşılıq və pislik anlayışları fərdi mənfəətlərə görə formalaşır. Bu səbəblə də, belə cəmiyyətdə rüşvətxorluq, oğurluq və dövlətə itaətsizlik kimi əxlaqdan uzaq davranışlar yayılaraq dövlətin və millətin təhlükəsizliyini və bütünlüyünü təhlükə altına alır.

Bir milləti bir yerdə tutan, dövləti güclü edən ən əhəmiyyətli ünsürlərdən biri mənəvi dəyərlər və din əxlaqıdır. Tarixi və mədəniyyəti nə qədər qədim olsa da, mənəvi və dini dəyərlərin zəifləməsi həmin cəmiyyətdə əxlaqsızlıqların artmasına, anarxiyanın ortaya çıxmasına, sonra da bölünməyə və məhv olmağa gətirib çıxarır. Güclənib, yüksəlib, zənginləşib, böyüyüb, lakin mənəvi dəyərlərini itirdiyinə görə süqut etmiş cəmiyyətlərin nümunələri ilə doludur tarix.

Türk Millətinin saysız təhdid və çətinliklər qarşısında əsrlərcə ayaqda qalması, heç bir zaman baş əymədən varlığını davam etdirməsi, biri digərindən güclü 16 böyük dövlət quraraq milyonlarla insana hökm etməsi mənəvi dəyərlərinə dərindən bağlı qalmasının nəticəsidir. Türk insanının bu mövzudakı qətiyyəti tarix səhnəsində əsrlərdir lider və qabaqcıl mövqe tutmasına səbəb olmuşdur.

Millətimizi ayaqda tutan güc mənəvi dəyərlərimizdir

Bir millətin fərdlərini bir yerdə tutan ən güclü bağ ortaq mənəvi dəyərlərdir ki, bu da ailə, əxlaq və dövlətin varlığının davam etməsini təmin edən ən əhəmiyyətli amillərdir. Din əxlaqının mövcud olmadığı və ya dini dəyərlərin zəiflədiyi cəmiyyətdə ailə, əxlaq və dövlət anlayışları da əhəmiyyətini itirəcək və qısa müddət ərzində yox olacaq.

Tarixə, xüsusilə də, Türk Millətinin tarixinə baxdıqda bunun nə dərəcə doğru olduğunu açıqca görə bilərik. Türk millətinin tarixindəki bütün güclü və uzunömürlü dövlətlər, xüsusilə də, 6 əsr boyunca dünyanın ən böyük siyasi güclərindən biri olan Osmanlı İmperiyası mənəvi dəyərlərə əsaslanan güclü mədəniyyət üzərinə yüksəlmişdir.

Şanlı tarixə sahib, böyük və köklü mədəniyyətin nümayəndəsi olmuş Müsəlman Türk Milləti İslamı qəbul etdikdən sonra daha da güclü əlaqələrlə bir-birinə bağlanmışdır. Sultan Alp Arslanın Malazgirddəki zəfərindən sonra Anadolu Müsəlman Türk xalqının suverenliyi başlamışdır. Anadolunun qapılarını müsəlmanlara açan sultan Alp Arslandan sonra türk idarəçiləri və heyətlərinin ən əsas xüsusiyyətləri İslam dininə olan sədaqətləri olmuşdur.

Beləliklə, bir millət üçün mənəvi dəyərlərinə bağlılıq o dərəcə böyük gücdür ki, bu, millətin siyasi çətinliklərə tab gətirməsi, güclü qalması, xaricdən gələn hücumlara qarşı dözümlü olması və ayaqda qalmasını təmin edir. Digər tərəfdən, dini və milli bağları zəif, hətta dinsiz cəmiyyətlər tarix səhnəsində çox qısa müddətdə yer tuta bilmişdilər və zamanla assimilyasiya məruz qalmışdılar. Bu sosioloji həqiqət tarix boyunca həmişə təkrarlanmış və dini bağları güclü dövlətlər varlıqlarını davam etdirdiyi halda, digərləri xaos, qarışıqlıq və anarxiya içində yox olmuşlar.

Din əxlaqı yaşanmazsa, nə baş verər?

·         Hər şeydən əvvəl, din əxlaqının yaşanmadığı cəmiyyətdə təməli inancsızlığa əsaslanan fikirlər rəğbət qazanar, bir çox azğın fikir sistemi yayılaraq zəmin tapar. İnsanlar mənliklərindən, ortaq şəxsiyyətlərindən uzaqlaşarlar. Elə cəmiyyətdəki mənəvi boşluğu əsası ateizm və dinsizlik üzərinə qurulmuş materializm kimi fəlsəfələr və kommunizm kimi ideologiyalar doldurar.

·         Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanların yaxşını pisdən ayırd etmə anlayışları ortadan qalxar. Yaxşılıq və pislik anlayışı fərdi mənfəətlərə görə formalaşar. Heç şübhəsiz, bu, çox  təhlükəli vəziyyətdir. Belə vəziyyətdə bir insan səhvinə görə cəmiyyət tərəfindən qınanmayacağını, hər hansı şəkildə cəzalandırılmayacağını düşünsə, pis əməllərdən çəkinməz. Nəticə etibarı ilə, rüşvət, oğurluq, fahişəlik, dövlətə itaətsizlik kimi pis əməllər məqbul qarşılanar.

·         İman gətirib din əxlaqını səmimi olaraq yaşayan insan isə gözəl davranmağın, vətənini, dövlətini sevməyin yaxşı, fahişəliyin, zülmün, ədalətsizliyin isə pis əməl olduğunu bilir və həyatını bunlara uyğun istiqamətləndirir. Din əxlaqı insanlar arasındakı köməkləşmə, dürüstlük, ədalət, fədakarlıq kimi əməllərin dayağıdır. Din əxlaqının yaşanmadığı mühitdə bu dəyərlərin heç birindən danışmaq mümkün deyil. Din əxlaqı yaşanmırsa, dürüstlük, fəzilət, ədalət də yoxdur. Dini inancların qəsdən yox edildiyi cəmiyyətlərdə isə bu dəyərlər zaman içində itmişdir.

·         İnsanı insan edən əxlaqi dəyərlər ortadan qalxanda və ya yox olanda cəmiyyətin hər seqmenti və fərdi bundan təsirlənir. Belə halda, hər fərd yalnız özünü düşünür, özünə dəyər verir və başqa insanlara əhəmiyyət vermir, ailəvi dəyərlər ortadan qalxır.

·         Dinsiz sistem dövlətin nizamını və millətin rahatlığını korlayır. Çünki dövlətə bağlılıq və vətən sevgisi kimi üstün xüsusiyyətlər dini inanclar əsasında formalaşmış xüsusiyyətlərdir. Din əxlaqını yaşamayan, bu səbəbdən vicdanla hərəkət etməyən bir insanın millətini, bayrağını sevməsi, dövlətinə xidmət etməsi və mənfəət güdmədən gecə-gündüz vətəninin keşiyini çəkməsi, əlbəttə, düşünülə bilməz. Belə fərdlərin yetişmədiyi, yetişmiş fərdlərin də bu üstün xüsusiyyətlərini itirdiyi cəmiyyət, şübhəsiz ki, həm sosioloji baxımdan, həm də siyasi baxımdan varlığını davam etdirə bilməyəcək.

·         Dini inancın ortadan qalxmasının bir başqa təhlükəsi insanların yavaş-yavaş psixoloji problemlər yaşamasıdır. Cinayətlərin artması, içki və narkotik aludəçiliyi, fahişəlik, depressiya və xaos mühiti cəmiyyətin psixoloji baxımdan korlandığının konkret əlamətlərindəndir. Bunun nəticəsi olaraq, bir-birinə güvənməyən, bir-birini sevməyən, yalnız öz həyatını düşünən, cəmiyyətin digər üzvlərini isə rəqib, hətta düşmən kimi görən fərdlər ortaya çıxar. İctimai ədalətsizlik və iqtisadi çətinliklərlə müşaiyət olunan bu gərginlik qısa müddət ərzində ictimai problemə çevrilər və bunun nəticəsində də cəmiyyət parçalanar.

·         Dünya tarixində bir çox xalqlar dini dəyərlərinə lazımlı əhəmiyyəti vermədikdə parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalmışdır. Dünyanın hansı bölgəsində olsa da, dini dəyərlər nə vaxt yox edilməyə, vicdan azadlığı nə vaxt sıxışdırılmağa cəhd edilsə, dövlətə qarşı çıxan anarxist qüvvələr ortaya çıxmışdır. Məsələn, bəzi insanlar şəxsən dövlət nüfuzunu zəiflətmək üçün mövcud nizamı yıxaraq totalitar rejimlər təsis etməyə çalışmış, əsrlərlə bir yerdə yaşamış millət bölünməyə başlamış, sağ-sol qarşıdurmaları nəticəsində vətəndaş müharibəsi başlamış, solçu xəyallar ilə tətillər, etiraz nümayişləri etmiş və ictimai qarşıdurmaya səbəb olmuşdular.

·         Dini və mənəvi dəyərlərə lazımi əhəmiyyətin verilməməsi beynəlxalq sülhü də hədələyən ciddi bir təhlükədir. Din əxlaqının ortaq tolerantlığına uyğun olaraq, sülh şəraitində yaşayan xalqlar dini inanclar ortadan qalxsa, bir-birinə düşəcək, yer üzündə xaos və qarışıqlıq meydana gələcəkdir.

Nəticə

Bura qədər apardığımız analizlərə və “Dinsizlik dövləti və milləti yıxan təhlükədir” həqiqətinin tarixdəki konkret dəlillərinə dayanaraq söyləyə bilərik ki, bir ölkənin ayaqda qalması üçün milli və mənəvi dəyərlərin qorunması və gücləndirilməsi həyati əhəmiyyətə malikdir. Müsəlman Türk Milləti ən çətin dövrlərində belə müsəlmanların tərəfini saxlamış, varlığını, bütünlüyünü və nüfuzunu hər cür şərtlərə baxmayaraq, mühafizə etmişdir. Varlığımızı müasir, qabaqcıl və rifah səviyyəsi yüksək ölkə kimi davam etdirmək üçün bu gözəl xüsusiyyətlərin saxlanılması vacibdir. Türk xalqı keçmişdə olduğu kimi, gələcəkdə də bu istiqaməti ilə dünya millətlərinə nümunə olacaq.

“Din lazımlı bir müəssisədir. Dinsiz millətlərin davam etməyinə imkan yoxdur”, “Din vardır və lazımdır”. M. Kamal Atatürk

“İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir”. Heydər Əliyev


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr