Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (19 oktyabr 2012, 22:00)
Kəhf surəsi, 15 (xurafatçı zehniyyətdəkilər, Allah adından yalan danışaraq yeni halallar və haramlar uydurarlar)
Adnan Oktar: "Bunlar, bizim qövmümüzdür;", yəni öz ailələrindən, öz yaxınlarından, öz qohumlarından bəhs edirlər. "Ondan başqasını ilahlar qəbul etdilər", yəni Allaha və dinə əhəmiyyət vermədilər. İslama əhəmiyyət vermədilər. "Məgər onlar üçün açıq-aydın bir dəlil gətirməli deyildilər?" Madam özlərini çox ağıllı görürlər, hər kəsə ağıl verəcək, hər kəsi istiqamətləndirəcəklər, o zaman bir dəlil gətirsinlər deyir. "Elə isə Allaha qarşı yalan uydurub böhtan atandan daha zalım kimdir?" Allah adından, Quran adından hökm çıxarırlar. Xurafatçı zehniyyət Allah adından yeni-yeni halallar, haramlar meydana gətirir. Buradakı ayədə nə deyir?; "Allaha qarşı yalan uydurub böhtan atandan daha zalım kimdir?" Allah adından yalan danışır. Belə bir hökm vardırmı? Yoxdur. Uydurur.