2011-ci il fizika sahəsi üzrə təqdim olunan Nobel mükafatları müəyyən edilib. Fizika sahəsində Nobel mükafatı üçün amerikalı Sol Perlmuter (Saul Perlmutter), Adam Rays (Adam Reiss) və əslən avstraliyalı olan amerikalı fizik Brayen Şmidt (Brian Schmidt) seçilib. Kainatın sürətlə genişləndiyini sübut edən fəaliyyətləri bu elm adamlarına Nobel mükafatı qazandırıb.
Nobel komitəsinin açıqlamasında alimlərin: “Ulduzların partlayışını və ulduz topalarını tədqiq etdikləri, kainatın artan sürətlə genişləndiyini kəşf etdikləri”, -deyilib. Bu nəzəriyyəyə əsasən, 14 milyard il əvvəl baş vermiş Böyük partlayışdan (Big bang) etibarən kainat genişlənir. Bu şəkildə davam edərsə, kainatın buz kütləsinə çevriləcəyi gözlənilir.
Qeyd edək ki, Allah Qurani-kərimdə 1400 il əvvəl kainatın genişləndiyi bildirmişdir. Alimlərin bu kəşfləri də bir daha Quranın Allahın sözü olduğunu, elmə doğru istiqamət verdiyini təsdiq edir. Kainatın genişlənməsi ilə bağlı ayə belədir:
“Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”. (Zariyat surəsi, 47)