Myanmada yaşanan insanlıq əleyhinə cinayətlər
ucgen

Myanmada yaşanan insanlıq əleyhinə cinayətlər

687

 
Myanmanın Arakan bölgəsində Rohinca müsəlmanlarına qarşı etnik təmizləmə kampaniyası qırğın, zülm, işgəncə və vəhşiliklə həyata keçirilir.
 
1942-ci ildən bəri sistemli şəkildə aparılan etnik təmizləmə siyasəti nəticəsində bölgədəki 4 milyon müsəlmandan sadəcə 700 min nəfər sağ qalmışdır. İndiyə qədər 3 milyon müsəlman qonşu ölkələrə köçməyə məcbur edilmiş, yüz minlərlə müsəlman şəhid edilmiş, on minlərlə yaşayış məntəqəsi yandırılaraq məhv edilmiş, on minlərlə qadın təcavüzə məruz qalmış, yüzlərlə məscid və mədrəsə dağıdılmışdır. Minlərlə müsəlmanın həbs edildiyi və işgəncəyə məruz qalması bilinən həqiqətdir, lakin onların aqibətinin necə olduğu bilinmir.
 
Son illərdə Banqladeş hökuməti qaçqınlara sığınacaq vermədiyindən bu ölkəyə gəlmək istəyən yüzlərlə müsəlman sərhəddəki çay və dənizlərdə boğularaq ölmüşdür. Bu da ölkəni tamamilə müsəlmanlardan təmizləmək istəyən Myanma rejiminə əlverişli zəmin yaradır.
 
2012-ci ilin iyun ayında yenidən şiddətlənən hücumlar zamanı 300-dən çox müsəlman kəndi (məscid və mədrəsələr də daxil olmaqla) yandırıldı. Bu kəndlərdə yaşayan müsəlman bacı-qardaşlarımız evlərində diri-diri yandırıldılar. İnsan hüquqları təşkilatlarının verdikləri məlumatlara görə, təkcə 2012-ci ilin iyun ayında bölgədə 1000 müsəlman vəhşicəsinə şəhid edilmiş, 125 min nəfər öz evlərindən və kəndlərindən zorla sürgün edilərək meşələrdə yaşamaq məcburiyyətində qalmışdır.
 
İnsan Hüquqları İzləmə Təşkilatı (“Human Rights Watch”) arakanlı müsəlmanlara qarşı törədilən insanlıq əleyhinə cinayətlər barədə 2013-cü ildə 153 səhifəlik hesabat hazırladı. Təşkilat hesabatda myanmalı səlahiyyətli şəxsləri Arakandakı müsəlmanlara qarşı apardığı etnik təmizləmə siyasətində günahlandırırdı. BMT-nin bəyanatına əsasən isə arakanlı müsəlmanlar dünyada ən çox zülmə məruz qalan ictimai qrupdur.
 
Myanma rejimi şiddət və terror aktları ilə əlaqəsinin olmadığını göstərməyə çalışır. Rejim hücumlara göz yumaraq, müsəlmanlara humanitar yardımın çatdırılmasının qarşısını alaraq, ölkədən çıxmalarını, insan kimi yaşamalarını məhdudlaşdıraraq və təcavüzkarları müdafiə edərək bu soyqırımı dəstəkləyir.
 
Bundan əlavə, dövlətin müsəlmanlar üzərində sanksiyaları tamamilə insanlığa ziddir: rohincalı müsəlmanlar vətəndaş hüquqlarından məhrumdurlar və dövlətin imkanlarından faydalana bilmirlər. Dövlət və özəl müəssisələrdə pulsuz çalışdırılırlar. Dövlət müəssisələrində işləmək və ali təhsil almaq hüquqları yoxdur.
 
Müsəlmanlar bir kənddən digərinə getmək üçün belə dövlətə vergi ödəməlidirlər. Polisin icazəsi olmadan qohumları və ya qonşuları ziyarət etmək, saat 21:00-dan etibarən küçəyə çıxmaq qadağandır.
 
Müsəlmanlara beton ev tikmək qadağandır, onlar ancaq taxtadan ev tikə bilərlər. Bu evlərin mülkiyyəti də dövlətə məxsusdur. Onlara ev və ya cib telefonu, hətta motorlu nəqliyyat vasitəsinə sahib olmaq da qadağandır.
 
Cinayət zamanı özlərini müdafiə etmək hüquqları yoxdur, dərhal həbs edilirlər. Polis və ya əsgər heç bir sənəd göstərmədən onların evlərinə basqın edə bilər, özbaşına (heç bir səbəb göstərmədən) həbs edə bilər.
 
1962-2011-ci illər arasında hərbi qrup tərəfindən idarə edilən Myanmada müsəlmanların məhv edilməsi sanki dövlət siyasətinə çevrilmişdir. Ardınca geniş fırıldaqçılıqla seçkilərdə üstünlük qazanan kommunist hərbi qüvvənin nəzarəti altında qondarma  rəhbərlik iqtidara gəldi. Nəticə olaraq həmin hərbi qrup qondarma hökumət vasitəsilə yenə eyni siyasəti davam etdirir. Məqsəd müsəlman əhalini məhv edərək və ya sürgün edərək tamamilə aradan qaldırmaqdır.
 
Arakanda müsəlmanlara edilən zülm bu günə kimi fanatik buddistlər tərəfindən həyata keçirilən etnik münaqişə kimi təsvir edilmişdir. Halbuki buddistlər insan öldürməkdən çox çəkinən, sadə, itaətkar və sülhsevər insanlardır. Əsl günahkarlar isə özünü buddist kimi göstərən, kommunist dövlətə bağlı silahlı dəstələr və terror təşkilatlarıdır. Daha əvvəlki şiddət və qırğınları “Lion Thein” adlı terror təşkilatı, yeni başlayan şiddətli hadisələri isə “969 Hərəkatı” adlanan terror qrupu törədir.
 
Ümumiyyətlə, bu dəstələrin üzvləri Tailand və Çinin kommunist təlimini almış myanmalılardan təşkil olunmuşdur. Myanmadakı hadisələrin pərdə arxasında Şərqi Türküstanda müsəlmanlara qarşı etnik təmizləmə siyasəti aparan, Myanmanın yaxın dost və müttəfiqi olan kommunist Çinin olduğu ehtimal edilir. Çünki Myanma zəngin yeraltı sərvətlərə, neft ehtiyatlarına və enerji qaynaqlarına malikdir. Çin üçün də bu ərazi olduqca əhəmiyyətlidir. Aydındır ki, kommunist Çin belə bir ölkədə müsəlmanların güclənmələrini istəmir. 
 
Dünyanın hər tərəfində müsəlmanların başına gələn zülm, zorakılıq və qırğınlara bir çox ölkə hər zaman necə tamaşa edirsə, Arakan üçün də vəziyyət eyni cürdür. Müsəlmanlar “İnkar edənlər bir-birlərinin dostlarıdır. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə böyük bir fitnə-fəsad olar.(Ənfal surəsi, 73), “Və haqsızlığa məruz qaldıqda birlik olub qarşı çıxanlardır.” (Şura surəsi, 39) ayələrinin hökmünü yerinə yetirib birləşmədikcə bu zülmlər sona çatmayacaq.
 
Müsəlmanların birləşib tək bir bədən kimi hərəkət etmələrini istəməyən, lazımsız hesab edən, ya da passiv və bitərəf qalan şəxslər isə çəkilən bu zülmlərin, yaşanan bu əzabların, tökülən müsəlman qanlarının vicdani məsuliyyətini öz üzərilərinə götürmək məcburiyyətində qalacaqlar.
 
Adnan Oktarın “Harakah Daily”də yayımlanan məqaləsi:

http://en.harakahdaily.net/index.php/articles/analysis-a-opinion/8322-events-in-myanmar-are-crime-against-humanity-.html

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr