Ey insan! Səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)
İnsan yumurta ilə spermanın birləşməsi ilə əmələ gələn tək bir hüceyrədən yaranır. Bu hüceyrə ayələrdə bildirildiyi kimi, əvvəl bir parça ət formasında olur. Daha sonra Allah insanı şəkildən şəklə salaraq ana qarnında inkişaf etdirir və insan olaraq yer üzünə gətirir. Yer üzünə gələn insanın surəti isə, şübhəsiz, son dərəcə mükəmməldir. Allah insanın yaradılışı ilə əlaqədar belə buyurur:
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allah`dır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64)
Əlbəttə, insan Quranda bildirildiyi kimi, dünyadakı ən gözəl canlıdır. Allah insan bədəninin həm daxilində, həm də xarici görünüşündə saysız iman dəlilini göstərir. İnsan bədəninə yalnız xaricdən baxdığımız zaman belə Allah`ın mükəmməl sənəti dərhal görünür. Hər insanda mövcud olan bədən simmetriyasının-iki qolun, iki ayağın olması, gövdənin qollara, ayaqlara və başa olan nisbəti ilk baxışda diqqət çəkəcək dərəcədə nizamlıdır. Bu nisbətin hər birini Allah tam bir uyğunlaşma ilə yaratmışdır. Məsələn, hər insanın bədən uzunluğu baş uzunluğunun səkkiz mislidir, üzü burun uzunluğunun üç misli qədərdir, iki göz arasında bir göz qədər məsafə var, qol və ayaq nisbətləri və uzunluqları həm estetik cəhətdən mükəmməldir, həm də insanın ehtiyaclarını qarşılamaq üçün əlverişlidir.
Yuxarıda verilən simmetriya ilə əlaqədar detalları görmək üçün ətrafınızdakı insanlara baxmağımız kifayətdir, bu xüsusiyyətləri hər birində ayrı-ayrı görə bilərsiniz. Hətta bütün bu xüsusiyyətlər bu ana qədər yaşayan təxminən 150 milyard insan üzərində də görülüb və (Allah`ın diləməsi xaricində) bundan sonra yaşayacaq olan insanlarda da görüləcək. Çünki bu, Allah`ın yaratmasıdır və Allah`ın yaratmasında qüsur görmək mümkün deyil. Allah`ın mükəmməl yaratması ilə əlaqədar ayələrdən bəziləri belədir:
Allah, Ondan başqa ilah yoxdur, yaşayandır, (bütün yaradılanların) Qəyyumudur. (Ali-İmran surəsi, 2)
O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 3)
Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, qüdrətlidir, müdrikdir. (Ali-İmran surəsi, 6)
O, Xaliq, yoxdan yaradan, surət verən Allah`dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. (Həşr surəsi, 24)
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar... (Həcc surəsi, 5)