Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (19 oktyabr 2012, 22:00)
Kəhf surəsi, 10 (Kəhf surəsi başdan-sona qədər mehdiyyəti izah edir. 110 ayənin hamısı mehdiyyətin hekayəsi ilə doludur)
Adnan Oktar: "O gənclər", bir kərə Allah, dərhal gənclərdən ibarət olduğunu söyləyir. Mehdi gəncləri nədir? Eyni. Kəhf gəncləri nədir? Eyni. Hər ikisi də gənclərdən ibarətdir. Kəhf surəsi başdan-sona qədər mehdiyəti izah edir. 110 ayənin hamısı mehdiyətin hekayəsi ilə doludur. Yusif surəsində də mehdiyyət hekayəsi üstüörtülü şəkildə izah edilir. Mehdiyyət, hz. Süleyman (ə.s) hekayəsində də, hz. Zülqərneyn hekayəsində də əhatəli izah edilir.
Kəhf surəsi 110 ayədən ibarətdir. 18-ci surədir. 110-u 18-ə vursan 1980 tarixini verər, bu hz. Mehdi (ə.s)-ın çıxış tarixidir. Peyğəmbərimiz (s.ə.v)-in verdiyi hicri 1400 tarixi, tam dəqiq şəkildə 1980-dir. 18-i 110-a vurduğun vaxt, 1980 tarixini verir. Hz. Mehdi (ə.s)-ın fəaliyyətə başladığı tarix. Bu çox qəribədir. Hədislərdə 1980-ə diqqət çəkilir. Bədiüzzamanın açıqlamaları 1980-dir. Rəsulullah (s.ə.v)-in 7000 illik təqvimlə əlaqədar açıqlamalarında yenə 1980-ə diqqət çəkilir, hicri 1400. Bir təqvimə görə: "Dünyanın ömrü 7000 ildir, 5600 ili keçib" deyir. Fərq 1400 olur. Yəni 1980. Kəhf surəsi necədir? 18-ci surədir, 110 ayədən ibarətdir. Vurduğumuz zaman, 1980 tarixini verir.
"O gənclər", yəni Mehdi gəncləri, "mağaraya sığındıqları zaman", mağara nə deməkdir? Yəni insanlardan uzaqlaşıb bir yerə toplanırlar. Mağara insanlardan uzaq olmağı göstərir. Onun simvolik mənası da budur. Yəni insanlardan uzaqlaşırlar, ata-anasından ayrılır, ailələrindən ayrılırlar. “Belə dedilər: “Ey Rəbbimiz! Bizə dərgahından mərhəmət bəxş et””. Allahın mərhəmətini istəyirlər. "Və işimizdə bizə doğrunu asanlaşdır! (bizi müvəffəqiyyətli et!)" “Ey Rəbbimiz! Doğru olanı edək, lakin bizə asanlaşdır!” deyirlər, “bizi müvəffəqiyyətli et!” deyirlər.