Rəsmi olaraq çox dilə gətirilməsə də, dünyadakı müharibələrin, iğtişaşların, gizli müstəmləkəçiliyin, qlobal layihələrin arxasındakı baş aktyorun ABŞ olduğu geniş şəkildə qəbul edilmiş fikirdir. Buna görə də ABŞ hər zaman ən çox reaksiya yönəldilən ölkə olmuşdur. Hər fürsətdə ABŞ-la birlikdə ortaq hərbi, siyasi, iqtisadi maraqlar istiqamətində hərəkət edən İngiltərə, Fransa kimi müttəfiqləri isə çox vaxt bu reaksiya və tənqidlərin hədəfi olmurlar. Hədəf həmişə ən böyük qlobal güc titulu daşıyan ABŞ-dır.
Bəs, həqiqətənmi, ABŞ müstəqil qlobal gücdür? Yoxsa dərindəki bəzi qüvvələr hələ ki, ona bu rolu uyğun görüblər? Görəsən, ABŞ imperialist ehtirasların məhsulu olan müharibələrə öz seçimi və iradəsi ilə daxil olub, yoxsa bunların içinə sürüklənərək istifadə olunub?
Bu sualların cavabını düzgün anlamaq üçün ABŞ-ın lap əvvəldən imperializmin qurbanı olan ölkə olduğunu xatırlatmaq lazımdır.
Britaniya İmperiyasının güclü təzyiqləri altında əzilən Şimali Amerikadakı 13 koloniya 1783-cü ildə müstəmləkəçilərə qarşı apardığı müstəqillik mübarizəsindən qalib çıxdı və ABŞ-ın əsası qoyuldu. Sonrakı dövrdə ABŞ özünü Avropadan təcrid etməyi əsas prinsip kimi qəbul etsə də, Avropanın Amerikaya marağından çox narahat olurdu. 5-ci ABŞ prezidenti Ceyms Monre 1823-cü il 2 dekabr tarixində Amerika Konqresinə göndərdiyi mesajında həmin mövzu ilə bağlı bu xəbərdarlığı edirdi:
«Birləşmiş Ştatlar Avropanın işlərinə qarışmır və Avropa ilə heç bir siyasi marağı yoxdur. Avropa da Amerika ilə maraqlanmamalıdır. Buna baxmayaraq, Amerika qitəsinə ayaq bassa və müstəmləkəçiliyə cəhd etsə, ABŞ bunu düşmənçilik hərəkəti hesab edəcək».
Lakin Britaniya İmperiyasının ABŞ-a müdaxilələri bitmədi. İmperiya cənub əyalətlərini üsyana sövq edib vətəndaş müharibəsini qızışdıraraq həm Linkolnun köləlik əleyhdarı hakimiyyətini yox etmək, həm də ABŞ-ı yenidən ələ keçirmək cəhdlərini davam etdirdi. Amma müvəffəq ola bilmədi.
Müstəmləkəçi ingilis zehniyyətinin hələ də ABŞ-a hansı gözlə baxdığı ingilis iqtisadçı Stenli Cevonsun 1865-ci ildəki ifadələrində açıq idi:
«Şimali Amerika və Rusiya bizim qarğıdalı tarlamızdır... Çikaqo və Odessa bizim taxıl anbarımızdır... Şimali Amerikanın qərbindəki çəmənliklərdə bizim öküz sürülərimiz var... Uzun müddət Birləşmiş Ştatların cənubunu əhatə edən pambıq sahələrimiz artıq dünyadakı isti bölgələrin hər tərəfinə yayılır». (The Rise and Fall of the Great Powers, Pol Kennedy, 1987)
ABŞ hələ qurulma mərhələsindən etibarən müstəmləkəçiliyə qarşı mübarizə aparmış, daim müstəmləkəçiliyin hədəfi olmuş və hər zaman müstəmləkəçilik əleyhinə mövqeyini qorumuşdur. Buna görə də köklü dövlətçilik ənənələrinə və prinsiplərinə bağlılığı ilə tanınan ABŞ-ın bu gün birdən-birə imperialist xarakterə büründüyünü iddia etmək həqiqətə uyğun deyil. ABŞ dünyanın super qüvvəsi və qlobal iqtisadiyyatın mərkəzi olması baxımından bütün dünya ilə əlaqədədir. Dünya miqyasında etdiyi müdaxilələr bəzən dövlətlərin lehinə, bəzən də əleyhinə olmuşdur. Lakin bu müdaxilələr imperialist müstəmləkəçiliyi əks etdirmir. Bu vəziyyətdə mövcud mənzərənin yeganə açıqlaması odur ki, ABŞ müxtəlif nəticələndirmələrlə, mürəkkəb taktikalarla müstəmləkəçi layihələrə, qlobal iğtişaşlara alət edilməyə çalışılır. Niyyəti olmadığı halda, təəccüblü şəkildə hər iki dünya müharibəsinə İngiltərənin təlqinləri və təxribatları ilə sürüklənməsi də bunun əsas göstəricilərindəndir.
Patrik Byükenen “Churchill Hitler and the Unnecessary War” adlı kitabında İngiltərənin öz qlobal maraqlarına xidmət etdirmək üçün Dünya müharibələrinə ABŞ-ı qəsdən sürüklədiyindən bəhs edir. Kitabdakı bu sətirlər diqqət çəkicidir:
«Amerikalılar I Dünya Müharibəsində demokratiya gətirmək üçün oğullarını okeanın o tayına göndərmiş və yalnız Britaniya İmperiyasına 1 milyon kvadrat mil torpaq əlavə etdiyini görmüşlər… Onlar üzərindən qazanc əldə edən müttəfiqlərini izləmək üçün milyardlarla dollar borc yığmışlar… Britaniyalının dünyanı imperiyası üçün təhlükəsiz etməsi üçün axmaqlar kimi onlara oyun oynanılmış və müharibəyə sürüklənmişlər». (səh. 103-104)
Eyni oyun ABŞ-a II Dünya Müharibəsində də oynanıldı. 14 avqust 1936-cı ildə ABŞ Avropadakı müharibələrdə öz bitərəf mövqeyini qorumaq qərarı almışdı. Lakin ingilis təbliğatı nəticəsində bütün dünyaya Hitlerin Amerikaya hücum edəcəyinə, 5 ton bomba ilə Nyu-Yorku bombalayacağına, bu məqsədlə böyük donanma qurduğuna dair tamamilə əsassız və gülünc xəbərlər yayıldı. Çörçil də 18 iyun 1940-cı ildəki çıxışında "İngiltərə Fransa kimi məğlub olsa, Amerika daxil olmaqla, bütün dünyanın qaranlıq dövrün çuxuruna düşəcəyi" təhdidini müdafiə edirdi. (Patrick Buchanan, «Churchill, Hitler and the Unnecessary War», s. 338-343)
Nəticədə, ABŞ yenə özündən minlərlə mil uzaqdakı ölkələrlə müharibə meydanına çəkildi. Hər iki müharibədə ümumilikdə 100 milyondan çox ölü, yaralı, şikəst və itkin düşmüş insanın məsuliyyətinə daxil edildi.
Yaxın tarixə nəzər yetirdiyimiz zaman isə Kilkot hesabatı mühüm məlumatlar ortaya qoydu. ABŞ-ı yüz minlərlə vətəndaşın qəddarlıqla soyqırıma məruz qoyulduğu İraq müharibəsinə daxil edənin İngiltərənin həmin dövrdəki Baş naziri Toni Bleyr olduğu məlum oldu. Çıxış nöqtəsi isə ingilis kəşfiyyatının İraqda kütləvi qırğın silahları olduğuna dair yanlış məlumatlandırıldığı idi.
Son dövrdə mətbuatda verilən xəbərlər Bleyrin 2001-2007-ci illər arasında Buşa göndərdiyi mesajları sənədləşdirmiş və Bleyrin Əfqanıstan müharibəsinin ideoloqu olduğunu göstərmişdir. 100 minə yaxın insanın ölümünə səbəb olan Əfqanıstan müharibəsi ABŞ-a 686 milyard dollara başa gəlmiş və ABŞ da böyük itkilər vermişdir…
Göründüyü kimi, xalqı nə qədər səmimi, sülhsevər və xoş niyyətli olsa da, təəssüf ki, ABŞ azad iradəsini idarəçiliyinə əks etdirməyə çətinlik çəkən ölkədir. Rəhbərlərin əksəriyyətinin çoxəsrlik anqlosakson mənşəli təriqətlər, dərnəklər, gizli təşkilatlar tərəfindən seçildiyi, siyasətlərin dərin dövlət think-tankları tərəfindən diktə edildiyi ölkə mövqeyindədir.
Londondakı düşüncə quruluşu olan “Chatham House”-un ABŞ prezidentlərini seçilməmişdən xeyli əvvəl müəyyənləşdirdiyi artıq sirr deyil. ABŞ prezidentləri yalnız bu qurumlar tərəfindən seçilməklə qalmır, tətbiq edəcəkləri proqramlar da onlara təqdim olunur. ABŞ-ın seçki kampaniyalarının Rotşild xanədanlığı kimi qlobal ingilis maliyyə nəhəngləri tərəfindən 100 milyonlarla dollar ianələrlə dəstəkləndiyi bir sistemdə ABŞ-ın tamamilə müstəqil hərəkət etməsi asan görünmür.
Buna görə də hər bir ölkə kimi, ABŞ-ın da dürüst, qorxmaz, səmimi, vicdanlı, sülhsevər və dərin dövlətlərin təhdidlərinə boyun əyməyən liderlərə, rəhbərlərə çox böyük ehtiyacı var. Şübhəsiz ki, müstəmləkəçi sistemin ən böyük qurbanlarından olan Yaxın Şərq ölkələrində də, Türkiyədə də sülhü, ədaləti, əmin-amanlığı istəyən səmimi rəhbərlər, vicdanlı fikir adamları var. Bu cür vicdanlı, dürüst, əxlaqlı və ağıllı insanlar arasında yaranacaq ittifaq bütün dünyada sülh, əmin-amanlıq, rifah və xoşbəxtliyin açarı olacaq, beləliklə də, dünyanı öz müstəmləkəsi kimi saxlamağa çalışan müəyyən mərkəzlərin oyunları pozulacaq.
Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:
http://www.gulf-times.com/story/522596/The-key-to-peace-order-and-justice-in-the-world