Xilafətin öz yerini Osmanlı İmperiyasına verməsi nəticəsində İstanbula gətirilərən “Müqəddəs Əmanətlər” 1517-ci ildən etibarən Topqapı sarayında saxlanılır.
Topqapı sarayının Hirkayi-Səadət adlandırılan otağında mühafizə edilən “Müqəddəs əmanətlər” Hz.Məhəmmədin (s.ə.v) və yaxınlarının dəyərli əşyalarından ibarətdir. Bu əşyalar “Mübarək əmanət” adı ilə də tanınır. “Müqəddəs əmanətlər” Topqapı sarayında Fateh Sultan Mehmed tərəfindən inşa etdirilən “Üçüncü Həyat”dakı otaqda saxlanılır. Sədəfkar valisi tərəfindən inşa etdirlən zərif döymə naxışlıqapısı, dörd pəncərəsivə üçdivar şkafından ibarət “Hırkayi Səadət” Osmanlı incəsənətinin ən gözəl nümunələrindən biridir.
Müqəddəs əmanətlərin əksəriyyəti Sultan Səlim Yavuza iki nəfər tərəfindən təslim edilmişdir. Biri xilafəti Sultan Səlim Yavuza təslim edən III Mütəvəkkil, digəri isə Qahirəyə gələrək Məkkə və Mədinənin açarını təslim edən Əmir Əbu Numeydir. 1517-ci ildən dövrümüzə qədər qorunan “Müqəddəs Əmanətlər” bunlardan ibarətdir:
Peyğəmbərimizin Əbası
Hz. Məhəmmədin Kəb bin Züheyrəyə hədiyyə etdiyi əba “Müqəddəs Əmanətlərin” ən dəyərlisi sayılır. Əvvəl Əməvilərə, sonra isə Abbasilərə keçən bu əba bir müddət Misirdə mühafizə edilmiş və Abbasi xəlifələri tərəfindən bəzi mərasimlərdə geyinilmişdir. Osmanlı xəlifələrinin bəziləri də səfərə çıxarkən Peyğəmbərimizin əbasını özləri ilə götürmüşlər.
Dəndani-Səadət
Hz. Məhəmmədin Ühüd döyüşündə qırılmış dişlərinin bir hissəsidir. Silindir şəklində, qızıl çərçivəli, üstü zümrüd və yaqutla bəzədilmiş qızıl qutuda mahafizə edilir.
Peyğəmbərimizin bayrağı
Hz. Məhəmmədin qara rəngə oxşar yun parçadan bayrağıdır. Osmanlı dövründə səfərlərə aparılan bu bayraq köhnəldiyi üçün yaşıl ipək üzərinə yerləşdirilmişdir.
Peyğəmbərimizin saqqalı
Hırkayi-Səadətdə Hz. Məhəmmədin saqqalı da vardır. Bunlar qızıl çərçivəli şüşə qutularda və qiymətli daş-qaş qutularında saxlanılır. (www. harunyahya.org)
Peyğəmbərimizin ayaq izləri
Hz. Məhəmmədin dörd ayaq izi Hırkayi-Səadətdə divar şkafında mühafizə edilir. Əbdülməcid tərəfindən Tablusqarpdan gətirilmişdir.
Peyğəmbərimizin möhürü
Hz. Məhəmmədin möhürüdür. İlk xəlifələr tərəfindən istifadə edilmişdir. Hz. Osman tərəfindən itirilən möhür orijinalına uyğun yenidən düzəldilmişdir. Bağdadda ələ keçirilən möhür İstanbula gətirilərək xəlifəyə təslim edilmişdir.
Peyğəmbərimizin məktubları
1850-ci illərdə bir fransız tərəfindən Misirdə bir monastrın kitabxanasında İncilin cildinə yapışdırılmış şəkildə tapıldı. Hz.Məhəmmədə aid olduğu məlum olduqdan sonra Sultan Əbdülməcidə təslim edildi.
Peyğəmbərimizin qılıncları
Hırkayi-Səadətdə saxlanılan 20 qılıncdan sadəcə ikisi Hz. Məhəmmədə aiddir. Bu qılınclardan biri Hz.Davuda, digərləri isə Peyğəmbərimizin səhabəsinə aiddir.
Kəbənin Açarları
Kəbənin qıfılları “Müqəddəs Əmanətlər” arasındadır. Qızıl və gümüşlə bəzədilmiş qıfıllar Osmanlı İmperiyası dövründə uzun zaman Davudpaşada qorunmuşdur.
Müqəddəs əmanətlərin ən dəyərlilərindən biri Osmanın Quranıdır. Hz.Əbubəkr dövründə birləşdirilən Quran səhifələri Hz.Osmanın dövründə mushafşəklində əyalətlərə göndərilmişdir. Hz. Osman şəhid edildiyi zaman oxunan Quran hal-hazırda Topqapı Sarayındakı Müqəddəs Əmanətlər arasındadır.
Bundan başqa, Hırkayı-Səadətdə Peyğəmbərimizin (s.ə.v) qızı Hz. Fatiməyə aid olduğu hesab edilən bir səccadə var.