Hədisdə hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərinə toxunulur. Axırzamanda reallaşan hadisələrdən İraqın işğalında, İraqın Anbar elində Amerikan orduların rəhbərliyi, uzun müddət idarə etməsi bir çox qəzet və televiziyada mövzu olmuşdur. Fərat və Dəclə sahilində PKK terrorunun şiddətlənməsi də yenə bu dövrdə olmuşdur. Hədisdə bəhs edilən "Şiraz" şəhəri isə İranda bir şəhər adı olmaqla yanaşı, Tehranın da köhnə adıdır. Şah Pəhləvinin hakimiyyətdən salındığı dövrdə, İrandakı ən böyük qarşıdurmalar Tehranda baş vermişdir. Hədisdə eyni zamanda İraqın Kufə şəhərində meydana gələn qarşıdurmalara da toxunulmuşdur. Amerikan orduları ilə bölgədəki müqavimət göstərən qruplar arasında yaranan qarşıdurmaların görüntüləri tez-tez mediada gündəmdə olmuşdur. Peyğəmbərimiz Axırzamanda baş verəcək böyük hadisələri 1400 il əvvəl bildirmişdir. Hədisdə hz. Mehdi (ə.s)-ın çıxışına mane olmağa çalışanların olacağına da işarə edilir. Allahın qədərdə yaratdığı hadisələrə mane olmağa heç kimin gücü çatmaz, Allah mütləq əmrini yerinə yetirəcək.