Bu günə qədərbir litr dəniz suyunda 3 min bakteriya növünün olduğu düşünülürdü. "454 tag sequencing" adlanan yeni təsnifləşdirmə metodu ilə aparılan son tədqiqatlar isə bir litr dəniz suyunda 20 mindən çox bakteriya növü olduğunu aşkarladı.1
Atlantik və Sakit okeanında aparılan araşdırmalarda 500-4000 metr dərinlikdə 8 fərqli yerdən nümunə götürüldü.2 Vudz Houlda (Woods Hole) Dəniz Biologiyası Laboratoriyasında fəaliyyət göstərən və eyni zamanda tədqiqatlar aparan qrupa rəhbərlik edən Mişel Soqin (Mitchell Sogin) mikrorqanizmlərin müxtəlifliyininbildiyimizdən, hətta təxmin etdiyimizdən daha çox olduğunu vurğulayaraq "əldə etdiyimiz yeni məlumatlar əsnasındairəli sürdüyümüz hesablamalara görə okeanlarda 10 milyon müxtəlif cür canlı ola bilər",- deyə bildirdi.3
Şübhəsiz ki, elm dünyasındakı bu yeni məlumat bütün dünyada çox müxtəlif quruluşa malik canlıların yaşadığı faktını yenidən gündəmə gətirdi. Texnologiya inkişaf etdikcəyaxın gələcəkdəhələ bir çox kəşfin ediləcəyi gözlənilir. Necə ki amerikalı alim Mişel Soqin də etdikləri mühüm kəşfdən sonra belə demişdir: "Bu araşdırma, həqiqətən, məlumat azlığını və hələ çox şey öyrənməli olduğumuzu göstərir."4
Elm bir daha açıq şəkildə göstərdi ki, dünyanın hər yeri həddindən artıq müxtəlifliklə əhatələnib. Minlərlə metr dərinlikdəki okeanlardan hündür dağlara, qızmar çöllərdən soyuq qütb bölgələrinə qədər hər yerdə minlərlə canlı növü yaşayır. Adi gözlə görülməyən mikroskopik canlılardan metrlərlə uzunluqdakı nəhəng ağaclara, təkhüceyrəli orqanizmlərdən dəniz canlılarına, quşlardan, sincablardan rəngarəng çiçəklərə qədər bütün canlılar Allahın sonsuz elminin və bənzərsiz sənətinin nümunəsidir.
Allah bir Quran ayəsində belə bildirmişdir:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi 3-4)
Mənbələr: