Afrika və Asiya ölkələri əziyyətli, çətin müstəmləkə dövrü keçiriblər. Bu iki qitədəki ölkələr tarix boyunca bir çox müstəqillik mübarizəsinə səhnə oldu. Bu ölkələrdən biri də Əlcəzairdir.
Əlcəzair 130 illik fransız müstəmləkəsindən 1954-1962 illər arasında baş verən müstəqillik müharibəsindən sonra azad oldu. Əlcəzair mənbələrinə görə bu müharibədə 1,5 milyon insan şəhid oldu, bir milyondan çox əlcəzairli həbs edildi, 2,5 milyona yaxın əlcəzairli isə qaçqın vəziyyətinə düşdü.
Müstəqilliyi əldə edəndən sonra ölkə Milli Qurtuluş Cəbhəsi (FLN) tərəfindən tək partiyalı rejimlə yaralarını sağaltmağa çalışdı. Əlcəzair fransız işğalından azad olsa da, bu dəfə də demokratiyadan uzaq idarə olunmağa başladı.
Əslində, İkinci Dünya Müharibəsindən sonrakı dövr bütün MENA bölgəsini əhatə edən soyuq və sevgisiz siyasəti özü ilə gətirən ərəb sosializminin bölgəyə hakim olduğu dövrdür. Zənginliklərin kiçik bir zümrənin monopoliyasında olması, bölgədə israrla tətbiq olunan prezident üsul idarəçiliyinin diktatorluqlara çevrildiyi, azadlıqların məhdudlaşdırıldığı və şiddətin hakim olduğu bu sevgisizlik mühitində qadına, gənclərə, sənətə və estetikaya də dəyər verilmədi.
Əlcəzairdə də eyni şəkildə yanlış və soyuq siyasətlər tətbiq olundu və ölkə bundan çox təsirləndi. Xalqın da buna reaksiyası gecikmədi. Xüsusilə, 1988-ci ildə "Çörək Qiyamı" adı altında başladılan etiraz aksiyaları ölkədəki tək partiyalı sistemin dəyişməsində önəmli rol oynadı. Artan ictimai tələblər nəticəsində 1988-ci ildə liberallaşma dövrü başladı. 1989-cu ildə çox partiyalı sistemə keçildi. Ancaq bu da çox çəkmədi. 1991-ci ilin dekabrında ölkə tarixinin ilk demokratik seçkilərində İslam Qurtuluş Cəbhəsi zəfərini elan etdi, ancaq bu ordu tərəfindən qəbul edilmədi və seçkilərin nəticələri ləğv edildi.
Bunun ardından Əlcəzairdə qanlı daxili qarşıdurma və terror dövrü başladı. Təxminən 200 min insan öldü və 2002-ci ildə qədər davam edən anarxiya şəraitində minlərlə insan həbs olundu. Fövqəladə hal elan edildi, hüquq və azadlıqlar məhdudlaşdırıldı. Demokratiya aradan qaldırıldı. 1992-2002-ci illər dövrü bu səbəbdən "Qara 10 illik" olaraq adlandırılır.
Bu dövrün mənfi təsirləri ölkədə hələ də davam edir. Məsələn, bir çox bölgədə Əl-Qaidə kimi ifrat radikal qruplaşmalar aktivdir. Xüsusilə, qəbilələrin intensiv olduğu paytaxta yaxın yerlərdə təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar baş verir. Seçkilərdən əvvəl enerji bölgələrinə edilən hücumlarda çox sayda insan öldü.
Əlcəzair rəhbərliyi hazırda radikalizmlə mübarizə aparsa da, yalnız hərbi gücdən istifadə edərək radikalizmi tamamilə yox etmək əlbəttə ki, mümkün deyil. Bu problemin həll olunması üçün əvvəlcə radikalizmə yol açan xurafatçılığın aradan qaldırılması, bunun üçün də sevgi, tolerant, birlikdə yaşama mədəniyyəti və sülhü əsas alan maarifləndirmə lazımdır.
Avropa İttifaqı modeli kimi İslam Ölkələri Birliyi
Əlcəzair böyük yeraltı zənginliklərə sahib bir ölkədir. Təbii qaz ixracatında dünyada 4-cü, neft ixracatında da 9-cu yer tutur. Buna baxmayaraq, adam başına düşən ÜDM 5.400 $-dır.
Ötən günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər etdi. İki ölkə arasındakı ticarət həcminin 4,5 milyard dollardan 10 milyard dollara qaldırılması nəzərdə tutuldu. Bununla yanaşı, kənd təsərrüfatı ölkəsi olan Tunis və Afrikanın ən güclü iqtisadiyyatlarından birinə malik olan Mərakeş arasında isti münasibətlərin daha da inkişaf etdirilməsi əhəmiyyət kəsb edir. Eynilə Avropa İttifaqı kimi bir birliyin qurulması bölgənin etibarını artıracaq, ticarət və dövriyyəni daha da asanlaşdıracaq.
Sosial ədalət, infrastruktur, maarifləndirmə, demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının ən qısa müddətdə həyata keçirilməsi bölgəni turizm, ticarət və investisiyalar baxımından canlandıracaq. Hər şeydən əhəmiyyətlisi insanların bir-birinə gülər üzlə baxdığı, sevginin hakim olduğu bir anlayışda bölgə sanki bir cənnət kimi olacaq.
Əlcəzairin məqsədi ən azından Avropa İttifaqı ölkələrinin demokratiya və keyfiyyət standartları səviyyəsinə çatmaq olmalıdır. Əlcəzairin qonaqpərvər, tolerant, gözəl insanlarına da bu yaraşar.
Adnan Oktarın Morocco World News-də nəşr olanan məqaləsi: