Cənab Adnan Oktarın 11 mart 2011 Kaçkar Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Quranın hansı səhifəsini açarsaq açaq, Allah dəccal gücləriylə hz. Mehdi (ə.s) güclərinin qarşılıqlı mübarizəsindən bəhs edər, demək olar hər səhifəsində. İndi bax, deyir ki, Allah Hud surəsi 109-da; "artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma. Məsələn, darvinist materialist düşüncədə insanların çoxu şübhəyə qapılar; "görəsən doğru mu söyləyirlər, həqiqətən belə bir elmi dəlil varmı?" kimisi. Allah deyir ki, bax; "əsla şübhədə olma." Əvvəldən xəbərdar edir Allah, diqqətini açır insanların. "Daha əvvəllər, ataları necə tapınırdılarsa, bunlar da ancaq belə tapınırlar." Heç bir düşüncə yeni, orijinal düşüncə olmur. Məsələn, darvinist düşüncəyə baxdığımızda Quranın bu hökmünə görə dərhal anlayacağıq ki, darvinizm üç min illik, dörd min illik keçmişi olan bir düşüncədir. Yəni çox köhnə tarixlərə qədər getdiyini anlayacağıq. Yəni hər inancın, hər büt düşüncənin mütləq köhnə keçmişi vardır. Necə ki, nə deyir Allah? "Daha əvvəllər, ataları necə tapınırdılarsa, onlar da ancaq belə tapınırlar." "Heç bir fərq yoxdur" deyir. Necə Firon zamanında darvinist düşüncə vardısa, Nəmrud zamanında vardısa, şumerlər dövründə və Qədim Yunanıstanda darvinist düşüncə vardısa, "eynisi var" deyir Allah. "Şübhəsiz Biz, paylarını azaltmadan onlara ödəyəcək olanlarıq." Təbii ki, insanlar burada; "bunların vəziyyəti nə olacaq? Müsəlmanlarla onların arasındakı fərq nədir?" kimi ağıllarına bir düşüncə gələ biləcəyi üçün Allah deyir; "mən onları təsbit edirəm, tam mənasıyla qarşılığını verəcəyəm" şərhini edir Allah, insanların ürəyinin rahat olması üçün. "And olsun, Musaya kitabı verdik, onda anlaşılmazlığa düşüldü." İndi buradakı ifadəyə görə, Tövrat haqqında anlaşılmazlığa düşmüşlər. Bu, Allahın açıq hökmüdür onsuz da, buna qəti olaraq inanırıq. "Əgər Rəbbindən bir söz keçmiş (verilmiş) olmasaydı, mütləq aralarında hökm verilmiş olacaqdı." "Bir bəla verəcəkdim" deyir Allah. "Həqiqətən, onlar bundan (Qurandan) yana bir tərəddüd içindədirlər." Yəni "ola da bilər, olmaya da bilər" deyə şübhə edirlər deyir Allah. Halbuki, səmimi gözlə baxıldığında Quranın həqiqi olduğu dərhal aydın olur. Hansı səmimi vicdan Quranın həqiqətini rədd edə bilər? Quranda vicdanını narahat edəcək hər hansı bir hökm yoxdur. Əksinə, həmçinin elmlə uyğundur, Quran bütün müasir elmlərin şərhlərini çox əvvəldən bildirir. Deyirlər ki; "məcburiyyət". Olar mı? Deyir ki; "kainat yoxkən, yoxdan var etdim" deyir. Bing Bang (Böyük Partlayış) nə deyir? "Kainat yox idi" deyir, "yoxdan var oldu" deyir. Eynisini söyləmirmi Quran? Burada məcburiyyət harada var? Allah deyir ki, "zaman nisbidir" deyir və nisbi olduğuna dəlillər verir. Haradadır burada məcburiyyət? Dəqiq olaraq, zamanın nisbi olduğunu açıqca söyləyir Quran və çoxlu nümunə verir. Müasir fizika nəyi söyləyir? "Zaman nisbidir" deyir, "məkan da nisbidir" deyir. Quran nə deyir? Nisbi olduğunu söyləyir. Nə vaxt söyləmişdir Quran? Min dörd yüz il əvvəl söyləmişdir. Bunlar nə vaxt tapdılar? Min dörd yüz il sonra tapdılar. Quranın haqlı olduğu ortaya çıxdı.
"Şübhəsiz Rəbbin, onların hamsına etdiklərinin (qarşılığını) tamamilə ödəyəcək." "Şüphəsiz" demək, bunlar həmişə qüvvətləndiricidir, yəni Quran sağlam vurğular edər. Bəzi insanlara deyərsən ki; "qənaətin gəldimi?"deyərsən, "bəli" deyər. Amma bəzisi deyər ki; "çox açıqdır, təbii ki, dəqiq qənaətim gəldi. Ürəyim rahat oldu. Heç bir tərəddüdüm yoxdur" deyər. Allah Quranda bu üslubu istifadə edir, yəni çox doyurucu, vurucu üslubdan. Məsələn, deyir ki; "şübhəsiz" deyir Allah. Məsələn, Allah belə deyə bilərdi; "Rəbbin, onların hamsına etdiklərinin (qarşılığını) tamamilə ödəyəcək." Amma bax, "şübhəsiz" deyildiyində bu ürəklərə rahatlıq gətirən bir ifadədir. "Çünki O, etdiklərindən xəbərdar olandır." Bütün edilənlərin hamsını onsuz da Allah yaratdığı üçün Allah bilir. "Səninlə birlikdə tövbə edənlərlə əmr olunduğun kimi doğru davran." Yəni Allah həm tövbə etməyimizi istəyir, həm də "doğru davran". "Doğru davran" nədir? "Ən müsbət, ən məqbul, ən tutarlı hərəkəti edin" deyir Allah. "Və azmayın." Azmayın. "Çünki O, etdiklərinizi görəndir." Yəni; "onsuzda görmürlər" deməyin" deyir Allah, "görünməz deməyin, Mən hamsını görürəm" deyir Allah. "Zülm edənlərə meyil göstərməyin". Çünki vicdansızlıq etmiş olur, zülm etdiyi aydındır, "onlara meyil göstərməyin" deyir. "Yoxsa sizə atəş toxunar." "Canınız yanar" deyir Allah. Yəni; "dünyada da canınızı yandıraram" deyir Allah, "axirətdə də." Dünyada məsələn, birdən-birə başın bir bəlaya girər, yəni bir uğursuzluq olar. Məsələn, işlərin yolunda gedərkən, birdən-birə təxmin edə bilmədiyin şəkildə bəlalar yağmağa başlayar. Axirətdə də ayrı, təbii ki, axirətdəki əzab daha şiddətlidir. "Sizin Allahdan başqa vəliləriniz yoxdur, sonra kömək görə bilməzsiniz." Allaha tam təslim olsanız, Allah; "rahatlıq verərəm" deyir "və kömək edərəm. Əksi olsa, həm canınız yanar, həm də kömək görə bilməzsiniz" deyir Allah. "Gündüzün iki tərəfində" yəni səhər vaxtında və axşam vaxtında "və gecənin (gündüzə) yaxın saatlarında namaz qıl." Beş vaxt namazdan bir nümunə verir Allah."Şübhəsiz yaxşılıqlar pislikləri aradan qaldırar. Bu, öyüd alanlara bir nəsihətdir." "Yaxşılıq edildiyində, pislik etdinizsə, onları yox edər" deyir Allah. Məsələn, biri beş yaxşılıq edir, məsələn, iki pislik edirsə, "o beş, o birilərini aparar" deyir Allah, "yox edərəm" deyir. Allah unutmaz; lakin bizə unutdurur. Heç bir şey Allah qatında itməz. Heç bir görünüş, heç bir səs, heç bir duyğu Allah qatında itməz. Yəni sonsuza qədər itməz. Amma xoşlanmadığımız şeyləri Allah bizə xatırlatmaz. Yəni sonsuza qədər xatırlatmır axirətdə. "Və səbir et. Həqiqətən Allah, yaxşılıq edənlərin əcrini itirməz." Səbir çox əhəmiyyətlidir; məsələn sevgidə səbirli olmaq, dürüstlükdə səbirli olmaq, şəfqətdə, təmizlikdə səbirli olmaq. Məsələn, adam bir həftə təmizdir, bir həftə sonra təmiz deyil. Olmaz, ömrü boyunca təmiz olacaq. Məsələn, bir həftə dürüstdür, bir həftə dürüst deyil. Olmaz, daima dürüst və səmimi olacaq. Məsələn, heç yalan danışmamağı ömrünün sonuna qədər davam etdirməsi lazımdır. "Həqiqətən Allah, yaxşılıq edənlərin əcrini itirməz" yəni, "çox gözəl qarşılığını verərəm" deyir Allah. "Sizdən əvvəlki nəsillərdən qurtardığımızdan çox azı xaricində yer üzündə təxribatçılığın qarşısını alacaq fəzilət sahibi kəslər olmalı deyildimi?" Bax; "yer üzündə təxribatçılığın qarşısını alacaq fəzilət sahibi kəslər olmalı deyildimi?" Yer üzündə təxribatçılığı kim edir? Dəccal edir. Qarşısını alacaq fəzilət sahibi kəslər kimdir? Hz. Mehdi (ə.s)-ın camaatıdır. "Zülm edənlər isə, içində olduqları rifahın arxasına düşdülər." Yəni onlar; mallar, oğullar, evlənsin, yesin, içsin, işinə baxsın, məktəbini bitirsin, iş açsın. "Zülm edənlər isə, içində olduqları rifahın arxasına düşdülər. Onlar günahkarlar idilər" deyir Allah. Yəni; "Allahı əhəmiyyətli görmürlər, axirəti əhəmiyyətli görmürdülər" deyir Allah. "Xalqı, islah edən kəslər ikən, sənin Rəbbin o ölkələri zülm ilə həlak edəcək deyildi." Yəni; "Mehdiyyətin olduğu yerdə böyük bir hadisə olmaz" deyir. Yəni "zəlzələ kimi, döyüş kimi böyük bir hadisə olmaz" deyir. Hz. Mehdi (ə.s) harada isə o ölkəyə fəlakət gəlmir. Hz. Mehdi (ə.s)-ın vəsiləsiylə də qiyamət dayandırılmışdır. Peyğəmbərimiz (s.ə.v)-in hədisi var; "bir gün olsa" deyir, "qiyamətin qopmasına bir gün qala, hz. Mehdi (ə.s)-ın gəlməsiylə Allah onu dayandırar" deyir və zaman uzadılır, yəni qiyamət təxirə salınır. Qiyamətin təxirə salınmasına hz. Mehdi (ə.s)-ın səbəb olması çox məşhurdur, bilinər. Hz. Mehdi (ə.s)-ın olduğu yerdə zəlzələ də olmaz, böyük döyüşlər olmaz, böyük fəlakətlər olmaz. Quran ona diqqət çəkir. "Xalqı islah edən kəslər ikən, sənin Rəbbin o ölkələri zülm ilə həlak edəcək deyildi." Əbcədi onsuz da 2020-ci ili verir, yəni müsəlmanların Türkiyədəki mövqelərinin müsbət nəticələnəcəyini, gözəl nəticələnəcəyini. "Onlar, zülm işləyərkən" 102-ci ayə "ölkələri (və ya nəsilləri) tutduğu zaman" yəni bəlayla tutduğu zaman. Zülm edirlər, dini izah etmirlər, İslam izah edilmir, yalnız zülm var; "o zaman tutaram" deyir Allah, "ya döyüşlə, ya ona bənzər bir şey ilə tutaram" deyir. "Rəbbinin tutması belədir." "Birdən tutaram" deyir Allah "qaça bilməzsiniz" deyir. "Həqiqətən, Onun tutması çox ağrılı və çox şiddətlidir" deyir Allah. Adamlar deyir ki; "Allah etməz" deyirlər. Edir görürsünüz. Etməz olarmı? "Yox, etməz" deyirlər, inadla "etməz" deyirlər. Yaxşı bu gördüyünüz o zaman nədir? Edir, inşaAllah.
"Axirət əzabından qorxan üçün bunda qəti ayələr vardır. O, bütün insanların özündə toplanacağı bir gündür və o, müşahidə edilə bilən bir gündür." Yəni, "qiyaməti hamınız görəcəksiniz" deyir. Bax; "müşahidə edilə bilən bir gündür." Bütün insanlıq üçün bunu söyləyir Allah. "Hər kəsin görəcəyi bir gündür" deyir. "Biz onu müəyyən bir müddətin xaricində təxirə salmarıq." Deməli, bir təxirə salma var qiyamət üçün. Nə səbəblə? Hz. Mehdi (ə.s) səbəbiylə. Nə deyir ayədə? "Biz onu müəyyən bir müddətin xaricində təxirə salmarıq." 104, 105; dörd və beş. Nə edir? Qırx beş.
ALTUĞ BERKER:1545.
ADNAN OKTAR: Qırx beş.
ALTUĞ BERKER: maşaAllah.
ADNAN OKTAR: "Biz onu müəyyən bir müddətin xaricində təxirə salmarıq."Tez-tez qarşılaşırıq bu qırx beşlə. "(Qiyamətin) Gələcəyi gündə, Onun icazəsi olmadan, heç kim söz söyləyə bilməz." Ancaq Allahın güc verdikləri söz söyləyə bilər; danışa bilmirlər. "Sən" deyir "onları sərxoş zənn edərsən, halbuki sərxoş deyildirlər" deyir. Yəni qorxunun şiddətindən pilokronik hərəkətlər başlayır, danışa bilmirlər. İflic olurlar qorxudan. Ərköyünlük edənlər başının dərdinə düşüb bədənin idarəsini itirirlər. "Artıq onlardan bəzisi "bədbəxt və qəmgin", (bəzisi də) xoşbəxt və bəxtiyardır." "Müsəlmanlar xoşbəxt və bəxtiyardırlar; küfr içində olanlar əzab içində olacaqlar" deyir Allah.