Gənclikdə yaşanılan degenarasiya və həlli
ucgen

Gənclikdə yaşanılan degenarasiya və həlli

1282

Darvinizmin “insan mübarizə aparan heyvandır” təlqini ilə zorakılıq anlayışı qanuni hala çevrilib. Təkamül nəzəriyyəsi və darvinist ideologiya 150 ildən çoxdur ki, dinsizliyi, əxlaqsızlığı, anarxiyanı, münaqişəni cəmiyyətlərə təlqin edir və darvinizmin bu təlqinləri böyük fəlakətlərə səbəb olur. Darvinizmin səbəb olduğu problemlərin ən son nöqtəsi axırzamanlarda daha da şiddətlənən zorakılıq hadisələridir.

Bildiyimiz kimi keçən bir neçə ay boyunca məktəblərdə baş verən zorakılıq hadisələri Türkiyədə çox gündəmdə idi. Bir çox məktəbdə arzuolunmaz hadisələr yaşanıldı. Məktəblilərin bir-birini amansızlıqla yaraladıqlarına və hətta öldürdüklərinə şahid olduq. Bu hadisələrə görə televizorlarda bəzi mütəxəssislərin də iştirakı ilə müzakirələr və xəbər proqramları təşkil edildi. Qəzetlərdə bu mövzuda hər gün məqalələr nəşr edildi. Nəticə etibarilə, bütün yaşanılanların səbəbinin ailələrin etinasızlığı, iqtisadi problemlər, televiziyanın mənfi təsirləri olduğu düşünüldü. Təhsil sisteminin nizamlanması, təhlükəsizlik tədbirləri, məktəblilərdə sənətkarlığa və idmana qarşı maraq artırmaq kimi həll yolları irəli sürüldü. Bu tədbirlərin müəyyən qədər faydası olduğu aydındır, ancaq bunların heç biri problemi tamamilə aradan qaldırmır. Çünki problemin əsas mənbəyi deyilənlərdən, yazılanlardan fərqli olaraq hələ də davam edən bir təlqinin nəticəsidir.

Bu təlqin təkamül nəzəriyyəsinin insan həyatına və insanlar arasındakı münasibətə tətbiq edilməsi ilə yaranan sosial darvinizmdir.

Əvvəlki yazılarımızda da tez-tez bəhs etdiyimiz kimi sosial darvinizmin bu təlqinləri sadəcə dövrümüzdə deyil, yarandığı gündən etibarən təxminən 150 ildir bütün bəşəriyyətə çox böyük bəlalar gətirib və gətirməyə də davam edir.

Bir həll yolu var: darvinizmin təlqinlərini fikri mübarizə ilə aradan qaldırmaq və insanlara Rəbbimizin bildirdiyi Quran əxlaqını təbliğ etmək.

Darvinizm dinsizliyi necə yayır?

Darvinizm inancsızlığın təməli olan materialist fəlsəfənin təbiətlə uyğunlaşdırılmasından ibarətdir Bu nəzəriyyə özünü dəstəkləyən heç bir elmi dəili olmamasına baxmayaraq, məhz materialist fəlsəfəni yaymaq üçün xüsusilə inancsız insanlar tərəfindən kor-koranə müdafiə edilir. Elmi don geyinərək ortaya çıxan və sadəcə canlıların yaranması ilə əlaqədar fikirlər irəli sürdüyü zənn edilən bu ibtidai nəzəriyyənin bəşəriyyətə verdiyi ən əsas zərər inancsızlığa zəmin yaratması, insanlara başıboş və məqsədsiz həyat təlqini verməsi, sevgi, mərhəmət kimi gözəl əxlaq xüsusiyyətlərini puç etməsidir. Əsas məqsəd isə dinsizliyi yaymaq və əxlaqi dəyərlərin tamamilə aradan qalxdığı bir dünya yaratmaqdır.

Belə ki, bu əsas məqsədin çıxış nöqtəsini təkamülçü alim J. P. Darlinqton belə təsvir edir:

“ Birinci cəhət təkəbbür və zorakılıq anadangəlmədir, ulu babalarımızdan bizə miras qalıb.  Zorakılıq insanlar üçün təbiidir, təkamülün məhsuludur.” 1

Darvinizmin məktəblərdə yaşanılan zorakılıq hadisələri ilə əlaqəsi nədir?

Təkamül nəzəriyyəsinin insanların əxlaqsızlaşmasına və azğın ideologiyalara aldanmasına səbəb olan gizli cəhəti darvinistlər tərəfindən həmişə gizlədilir. Bu nəzəriyyəni bilərək, ya da bilmədən müdafiə edən bir çox insan çox vaxt bu vəziyyəti dərk edə bilmir.

Bütün dünyada bəzi mətbuat orqanları vasitəsi ilə gündəmə gətirilən darvinist təbliğatların cəmiyyətə mənfi təsirini daha yaxşı anlamaq üçün bu təbliğlərin insanların şüuraltına yerləşdirməyə çalışdığı mesajları yaxşıca izah etmək lazımdır.

Darvinist təlqinlərlə sadəcə zalım və təcavüzkar nəsillər yetişir

Təkamül nəzəriyyəsini “elmi həqiqət” kimi göstərdikcə zalım və təcavüzkar nəsillər yetişəcəkdir.

Darvinizmin insanı bir növ heyvan olaraq təqdim etməsinin əsas səbəblərindən biri bütün əxlaqi dəyərlərin aradan qalxdığı bir dünya arzusudur. Darvinist anlayışın hakim olduğu bir dünyanın əsas xüsusiyyəti isə özündən olmayanla münaqişə etməkdir. İnsanların şəxsiyyətlərinin və dünyagörüşlərinin formalaşdığı illər olan uşaqlıq və gənclik dövrləri darvinistlərin də xüsusilə əhəmiyyət verdikləri bir mərhələdir. Bu məqsədlə etdikləri fəaliyyətlər isə gələcək nəsillərin sağlam əxlaqi təməllərlə inkişafına təhdiddir. Təkamülçülərin və materialistlərin son dövrlərdə bütün dünyada, məktəblərdə təkamül nəzəriyyəsi ilə yanaşı, yaradılışın da izah edilməsinə aid yaranan istəklərə reaksiya göstərmələri  də buna görədir.

Darvinizm gəncləri belə zəhərləyir

Bəzən ibtidai bir insanı rəsmdə ailəsi ilə birlikdə təsvir edərək, bəzən bu rəsmi animasiyalarla canlandıraraq, bəzən də bahalı filmlərin mövzusu edilərək insanların şüuraltına yeridilən təkamül mesajlarının sonrakı mərhələsi darvinizmin gizli təlqinləridir. İnsanı heyvan şəklində hərəkət edən varlıq kimi göstərməyə çalışdıqdan sonra onların heyvan kimi davranmasının təbii hal olduğunu təlqin etməyə başlayırlar. Bu məqsədlə filmlər, musiqilər, kitablar və digər informasiya vasitələrindən məharətlə istifadə edirlər. Film ssenariləri, kitablar, mahnı sözləri çox vaxt gizli təlqinlərlə dolu olur.

Şübhəsiz ki, bu təbliğatın üsullarından ən çox uşaqlar təsirlənir. İnsanın heyvan olması, vəhşi heyvanlar kimi münaqişə etməli olduqları, amma güclü olanın qalibiyyəti kimi elmdənkənar təlqinlərə məruz qalan uşağın gələcəkdə anlayışsız, təkəbbürlü, mərhəmətsiz rəftarlarına təəccüblənilməməlidir.

Digər tərəfdən, məktəblilərin ən çox vaxt keçirdikləri yerin məktəb olduğunu düşünsək, bu müəssisələrdə tədris edilən təkamül nəzəriyyəsinin də bu yalançı fikrə zəmin hazırladığına göz yummaq olmaz. Gənclərə çağdaş təhsil verilən, gözəl əxlaqi xüsusiyyətlərini aşılayan məktəblərdə təkamül nəzəriyyəsinin bu səyləri puç etdiyini unutmamalıyıq. Təkamül nəzəriyyəsi və darvinizm gənclərə məsuliyyət hiss etmədən yaşamaq və digər insanların dəyərsiz olduğu təlqinini verərək onları əxlaqsızlığa, mərhəmətsiz şəkildə başqalarını əzməyə, mübarizənin məqbul olduğu iddia edilərək zorakılığa və münaqişəyə sürükləyir.

Ölümlə birlikdə məhv olacağını düşünən bir uşaq üçün dünyadakı heç bir şeyin mənası qalmaz. Dostluqların, sevginin, yaxşılığın, yaşadıqlarının heç bir qarşılığı və davamı olmayacağını zənn edən bir insan heç bir gözəllikdən zövq almaz.

Darvinizmin həyat mübarizəsi ehkamı və insanların heyvan növü olduğu yalanına hamı inansa, insan həyatı dəyərsizləşir. Hansısa səbəbə görə kimisə öldürmək, yaralamaq, zərər vermək,  günah etmək məqbul sayılaraq asanlaşdırılır. Bunun qarşısını almaq üçün təkamül nəzəriyyəsinin elmdənkənar bir ehkam olduğu, darvinizmin etibarsızlığı gənclərə izah edilməlidir.

Çarə darvinizmin aradan qalxması və Quran əxlaqının yaşanılmasıdır

Bu mövzu ilə bağlı darvinist fikirləri ilə tanınan Sabah qəzetinin yazarı Emre Akgöz 31 mart 2006-cı ildəki yazısında belə deyir:

Din və əxlaq barədə həssas olan mühitlərdə yaşayan gənclər zorakılıqdan və cinayətdən digərlərinə nisbətən daha uzaqdırlar.

Təhsil Naziri Dinçer də məktəblərdəki zorakılıq hadisələrinin səbəblərini sayanda çox əhəmiyyətli bir nüansa toxunub:

“... Həmçinin iqtisadi sistemdən yaranan yoxsulluq, işsizlik, korrupsiya və haqlının yox, güclünün qalib gəldiyi fikri. Bunun da müxtəlif təsirləri var... Bu əslində cəmiyyətin yaşadığı cinnət halının təzahürüdür. Cəmiyyət kütləvi depressiyaya sürüklənir.”

Cənab Dinçerin dediyi “haqlı olanın yox, güclü olanın qalib gəldiyi fikri” darvinizmin ən böyük yalanlarından biridir və insanları hər cür qanundankənar və əxlaqsız hərəkətlərə təşviq edib hazırlayır. Şübhəsiz, darvinist təlqinlərin gənclərdə yaratdığı ağır təxribatı aradan qaldıracaq, onları dövlətlərinə, millətlərinə və bəşəriyyətə faydalı hala gətirəcək şey sadəcə din əxlaqıdır. Özünü Uca Rəbbimizin yaratdığını bilən, Yaradıcımız olan Allah`a qarşı məsuliyyət hiss edən, etdiklərindən hesaba çəkiləcəyinin şüurunda olan biri həmişə gözəl əxlaq göstərəcək, yaxşılığı əmr edib pislikdən çəkindirəcək, sülhə, mərhəmətli olmağa təşviq edəcəkdir.

Nəticə

Problemin həllinə dair irəli sürülən bütün tədbirlər görülüb, lazımi nizamlama işləri aparılsa da, gənc nəsillər darvinist təlqinlərə məruz qalmaqdan xilas olmadıqları müddətdə bu sosial problemin tamamilə aradan qalxması mümkün deyil. Məktəblilərin zorakılığa meyilliliyinin qarşısı görülən tədbirlərlə alınsa da, eyni düşüncədə olmadıqları, anlaşılmazlıq yaşadıqları üçün heç kimə qarşı bağışlayıcı olmaları, hər vəziyyətdə barışı seçmələri nəsihət edilməsə, istənilən vəziyyəti yarada bilməyəcəyik.

Bu səbəbdən mövzu ilə əlaqədar xüsusilə yazılı mətbuata və televiziya rəhbərlərinə, yazarlara, təlimçilərə, alimlərə çox əhəmiyyətli öhdəlik düşür. Bəşəriyyətin sülhə, rifaha, qardaşlığa ən çox ehtiyacı olduğu bu illərdə tək həll yolu inanclı, ədalətli, vətənpərvər nəsillər yetişdirməkdir. Bu isə ancaq uşaqlara dünyaya təsadüfən və boş məqsəd üçün gəlmədiklərinin, onları Uca Allah`ın yaratdığının və Onun öyrətdiyi gözəl əxlaqa uyğun yaşamalı olduqlarını izah etməklə mümkün olacaq.

1. P.J. Darlington, Evolution for Naturalists, 1980, s. 243-244

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr