Hörümçək ipəyini süni şəkildə istehsal etmək mümkün olacaqmı?
ucgen

Hörümçək ipəyini süni şəkildə istehsal etmək mümkün olacaqmı?

1339

Hörümçək ipəyinin möhtəşəm xüsusiyyətləri var və təqlid edilməsi də olduqca çətindir. Bu xüsusiyyətlərdən bəziləri belədir:

  • Möhkəmdir. Hörümçək ipəyi eyni qalınlıqdakı polad teldən beş dəfə daha möhkəmdir. 
  • Elastikdir. Öz ölçüsünün 4 qatı qədər uzana bilir.
  • Çox yüngüldür. Bu ipliyi dünyanın ətrafında dövr etdirsək, kütləsi yalnız 320 qram olar.
  • Heyrətamiz xüsusiyyətlərə sahib bu maddəni süni şəkildə kütləvi istehsal etmək illərdən bəri elm adamlarının xəyalıdır. Əgər bu xəyal gerçəkləşsə, hərbi sahədən səhiyyə sektoruna qədər bir çox yerdə hörümçək ipəyindən faydalanmaq mümkün olacaq. Hörümçək ipəyi ilə istehsalı planlaşdırılan maddələrə bunları nümunə göstərə bilərik: 
  • Güllə keçirməyən paltarlar
  • Gec cırılan yüngül paltarlar
  • Kəndirlər, torlar, təhlükəsizlik kəmərləri, paraşütlər
  • Mühərriklə işləyən nəqliyyat vasitələri və ya qayıqlar üçün paslanmayan lövhələr
  • Təbiətdə bioloji cəhətdən parçalana bilən şüşələr
  • Sarğılar, əməliyyatlarda istifadə edilən ipliklər
  • Zəif damarları dəstəkləyən süni vətərlər və ya bağlar

Nə üçün hörümçək ipəyini təbii yollarla istehsal etmək olmur?


Hörümçək ipəyini təbii yollarla istehsal etmək çox çətindir və əziyyətli prosesdir. Hörümçəkləri tut ipəkqurdu kimi fermada yetişdirib onlardan ipək əldə etmək mümkün deyil, çünki bu, çox zəhmət tələb edir. Bundan əlavə, hörümçəklərdən əldə edilən ipək məhdud olur və istehsal üçün yetərli miqdar əldə edilmir. Bu çətinliklər isə elm adamlarını hörümçək ipəyini süni şəkildə istehsal etmək üçün araşdırmalar aparmağa sövq etmişdir. 


Elm dünyasını həyəcanlandıran xəbər İsveçdən gəldi


Kənd Təsərrüfatı Elmləri Universiteti və Karolinska İnstitutundan olan bir qrup elm adamlarının apardıqları tədqiqat nəticəsində hörümçək ipəyi mövzusunda mühüm addım atıldı. Anna Rizinqin (Anna Rising) rəhbərlik etdiyi tədqiqat qrupu həqiqi hörümçək ipəyi kimi maddə istehsal etmək üçün yeni üsul tapdıqlarını açıqladı. 


Zülallardan ibarət hörümçək ipəyi ipliyə çevrilməmişdən əvvəl hörümçəyin qarnındakı ipək vəzlərində sulu məhlul halında toplanır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, hörümçək ipək vəzində təsiredici pH gradient var və bu cür yaxşı tənzimlənmiş pH gradient hörümçək ipək zülallarının müəyyən hissələrinə təsir edir. 


Qrup rəhbəri Anna Rizinq deyir: “Maraqlıdır ki, süni zülalın eynilə təbii ipək zülalları kimi suda həll olduğunu kəşf etdik. Bunun sayəsində zülalları çox yüksək konsentrasiyalarda həll olunan şəkildə saxlamaq mümkün oldu. Bu fəaliyyətimiz biomimetik hörümçək ipəyi istehsalının ilk uğurlu nümunəsi oldu.” 


Anna Rizinq başda olmaqla elm adamlarını həyəcanlandıran isə hörümçək ipəyini sənayedə istehsal etməyin mümkün olmasıdır. Bunun nəticəsində yuxarıda saydığımız bir çox sahədə məhsuldar ipəkdən istifadə etməyə başlanılacaq.

 
Son dərəcə inkişaf etmiş texnologiya, yüzlərlə elm adamı, xərclənən minlərlə dollar… Buradakı məqsəd hörümçəyin milyon ildir ki, kiçik bədəni ilə qüsursuz şəkildə istehsal etdiyi ipəyi əldə etməkdir… Laboratoriya şəraitində istehsal edilən bu ipək isə elm adamlarının gecə-gündüz strategiya müəyyənləşdirərək çalışmaları və bir çox çətin hesablamalar aparmaları ilə əldə edildi. Bu süni ipəyin yaranma mərhələlərini təsadüflərlə açıqlaya bilmədiyimiz kimi, hörümçəyin istehsal etdiyi ipəyi də təsadüflərlə izah edə bilmərik. 


Təbiətdəki hansı canlını araşdırırıqsa, mütləq “texnologiya möcüzəsi” ilə qarşılaşırıq.  Kiçicik bir canlı olan hörümçəyin sadəcə ipəyi ilə bağlı onlarla məqalə yazmaq olar. Lakin hörümçəyin yeganə möcüzəvi cəhəti ipək istehsal etməsi deyil. Bu canlı ovlanma mexanizmlərindən dizayn möcüzəsi olan torlarına qədər bir çox cəhətdən üstün xüsusiyyətlərə sahibdir. Təbiətdə ilham alacağımız milyonlarla canlı var və hər canlı üstün xüsusiyyətlərlə təchiz olunmuşdur. Qüsursuz yaradan Rəbbimiz təbiətdəki canlı-cansız bütün varlıqları insanlara faydalı olması üçün yaratmışdır. Bu həqiqət bir Quran ayəsində belə bildirilmişdir:


Həqiqətən, heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır... (Muminun surəsi, 21)


Mənbələr:
"Structure and Properties of Spider Silk", Endeavour, Yanvar 1986, say 10, s. 42
https://www.sciencedaily.com/releases/2017/01/170109124957.htm
http://www.chm.bris.ac.uk/motm/spider/page4.htm

Adnan Oktarın News Rescue-da dərc olunan məqaləsi:
http://newsrescue.com/can-spider-silk-finally-produced-artificially/
2017-01-20 22:38:50 

PAYLAŞIN
logo
logo
logo
logo
logo