Hər bir dövrdə Allaha qulluq edən, Onun əmrlərini yerinə yetirən, insanların deyil, yalnız Allahın rizasını qazanmağa çalışan insanlar, yaşadıqları cəmiyyətlər tərəfindən mənfi münasibətə məruz qalmışlar. Onlar dini inkar edənlərin rəhbər tutduqları azğın həyat tərzini və fəlsəfəsini rədd etdiklərinə, Quranda tərif edilən ideal modeli mənimsədiklərinə görə müxtəlif təzyiqlərlə üzləşmişlər. İnkarçı toplumun təzyiqləri daha çox fiziki işgəncələr və əzab-əziyyətlər formasında olur.
Möminlərin yaxınlarıtərəfindənisə onlara qarşı əks tədbirlər görülür, mənəvi təzyiq göstərilir və məzəmmət edilir. Lakin Allaha tamamilə sığınan və sarsılmaz imana sahib olan möminlər bu təzyiq və məzəmmətlər qarşısında öz dinlərindən azca da olsa, geri çəkilməmişlər. Bunun müqabilində də Allahın kömək və dəstəyini qazanaraq inkarçılar üzərində zəfər əldə etmişlər.
İslamı yaşıyan mömin hər dəfə bu cür fiziki təzyiqlərlə qarşılaşmaya bilər.Lakin Allahın əmrlərini yerinə yetirməkdə və kafirlərin batil düşüncə sistemini darmadağın etməkdə nümayiş etdirdiyi əzmkarlığı səbəbindən ətrafında olan insanlar tərəfindən müxtəlif məzəmmətlərə məruz qala bilər. Ammahəmin insanlar qısa müddət ərzində bu cür təzyiqlər qarşısında sarsılmayan, güclü iradəyə sahib olan, Allaha güclü inamı olan möminləri yollarından azdıra bilməyəcəklərini dərk edirlər. Möminlər onlara təzyiq edənlərdən deyil, yalnız Allahdan qorxurlar. Hətta tam əksinə, onlara təzyiq edən insanlarda vahimə hissi yaradırlar. Belə təzyiqlər möminləri daha da möhkəmləndirir.
Məzəmmət edən adamın tənə və məzəmmətindən qorxmaq Allaha şərik qoşmaq deməkdir. Çünki Allah ayələrində «yalnız Ondan qorxulmasının lazım olduğunu» bildirir. Belə bir insan İslama deyil, yalnız özünə zərər yetirir. Allah məzəmmət edənin məzəmmətindən qorxmayan və aşağıdakı ayədə qeyd olunan yüksək xüsusiyyətlərə malik olan möminləri misal gətirir:
«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, bilsin ki, Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (lütfü ilə) genişdir, biləndir!» («Maidə» surəsi, 54).