SANİ - Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan
ucgen

SANİ - Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan

2072

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allah`ın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)

 
Yer üzündə yaradılan canlı və cansız hər varlıqda üstün ağılın, sonsuz elmin bir çox dəlilinə rast gəlmək mümkündür. Şübhəsiz, bunlar Allah`ın Alim sifətinin təcəllilərindəndir. Ancaq bu varlıqlarda diqqət çəkən çox əhəmiyyətli bir xüsusiyyət daha var: çox incə sənət. Allah`ın Sani sifəti yaratdığı hər şeyə son dərəcə estetik bir görünüş, qüsursuzluq, incə və bənzərsiz bir sənət, uyğunlaşma və dizayn olaraq əks olunur. Məsələn, insan bədənini araşdırsaq, qüsursuz və əskiksiz şəkildə dizayn edildiyini görərik. Bütün orqanlar lazımi yerlərə yerləşdirilmiş, məsələn, gözlərin yeri ilə sinə qəfəsində qorunan ürəyin yeri həm bir çox hikmətə görə təyin olunmuş, həm də gözə ən xoş görünəcək şəkildə yaradılmışdır. İnsan bədəninin xarici görünüşündə simmetriyanı təmin edən qızıl nisbətdən bəhs etmək mümkündür. Necə ki, rəssamlar çəkdikləri şəkillərdə bu qızıl nisbətdən istifadə edirlər. Belə ki, hər insanın ağzı, burnu, gözləri son dərəcə incə nisbətlə lazım olduqları yerə yerləşdirilmişdir. Bədəndəki simmetriya da ilk baxışda hər kəsin diqqətini cəzb edir.
 
Allah bir-birindən fərqli canlılarda Sani sifətini əks etdirən detallar yaratmışdır. Heç birinin xarici görünüşü bir başqasına bənzəmir. Tropik zonaya məxsus quşun qanadlarında, ya da çiçəyin yarpaqlarında fosforlu rənglər istifadə edilərkən kəpənəyin qanadlarında çox fərqli tonlar yaradılmışdır. Eyni şəkildə, sürünənlə quşun və ya dəniz canlısının görüntüsü də bir-birindən tamam fərqlidir.
 
Bitkilər aləmində də Allah`ın sonsuz sənətini müşahidə etmək mümkündür. Belə ki, "Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi)..." (Nəhl surəsi, 13) ayəsində bildirildiyi kimi, Allah bir-birindən fərqli milyonlarla növ bitki və çiçək yaratmışdır. Hamısının qoxusu, forması, rəngi, simmetriyası fərqlidir. Sadəcə bir çiçəyin, məsələn, bir səhləb çiçəyinin belə, bəlkə, yüzlərlə fərqli görünüşdə, fərqli rəngdə növü var. Eyni şəkildə, hər hansı bir gülün bir-birindən fərqli çoxlu rəngi və bu rənglərin də öz içlərində fərqli tonları var. Şübhəsiz, bu rənglər, tonlar, naxışlar açıq-aşkar bir sənətin nümunəsidir.
 
Allah bu qədər fərqli görüntüdə, amma hər biri çox estetik olan növləri göstərərək sənətindəki sonsuzluğu insanlara göstərmişdir. Diləsəydi, hər canlı növündən sadəcə bir növ də yarada bilərdi. Lakin bir neçə növ yaradaraq insanları heyrətləndirən sənət meydana gətirmişdir. Əlbəttə, bu sənəti kitab səhifələrində təsvir etmək, əskiksiz olaraq nümayiş etmək mümkün deyil. Çünki insan dünya üzərində başını çevirdiyi hər yerdə bu sənətin nümunələri ilə qarşılaşacaq. Allah qüsursuz yaradandır.
 

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

 

Məgər Allah`ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə, O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr