Təkamül elm deyil. Paleontologiya, biologiya, genetika, kimya, zoologiya, arxeologiya, astronomiya elmdir və bütün elm sahələri təkamül prosesinin olmadığını göstərir. Təkamül şumerlərdən, qədim Misirdən, yunanlardan dövrümüzə qədər gələn bütpərəst inanc, cəfəngiyyatdır. İnadla gündəmdə tutulmasının səbəbi isə ideolojidir. İngiltərə dərin dövləti tərəfindən insanları dindən uzaqlaşdırmaq üçün irəli sürülür. İngiltərə dərin dövlətinin bu dayatması İslam aləmində də təsirli olub. Bəzi insanların -bilgisizlikdən- təkamülə qarşı olduqda elmə də qarşı olduqlarını zənn edib başdan məğlubiyyəti qəbul etməsi, bəzilərinin də İngiltərə dərin dövlətinin tam təsirinə düşməsi səbəbindən İslamla təkamülü əlaqələndirməyə çalışmaq cəhdləri var. Bu əbəsdir, çünki Quranda təkamül qəti şəkildə yoxdur.
Əlbəttə ki, Allah istəsəydi, canlıları təkamüllə də yarada bilərdi. Ancaq Quranda bu istiqamətdə hər hansı bir məlumat yoxdur. Təkamülçülərin irəli sürdüyü kimi, növlərin mərhələ-mərhələ yaranmasını dəstəkləyəcək heç bir ayə yoxdur. Əgər belə bir yaradılış forması olsaydı, bunu Quran ayələrində ətraflı açıqlamaları ilə görməyimiz mümkün olardı. Ancaq tam əksinə Quranda həyatın və kainatın Allahın "Ol" əmri ilə möcüzəvi şəkildə var edildiyi bildirilir:
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: 'Ol!'– deyər, o da olar. (Bəqərə surəsi, 117)
Quranda bildirilən həqiqət insanın yoxdan, ən gözəl biçimdə yaradılmasıdır:
O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabün surəsi, 3)
Allah Quranda kainat yaradılmadan əvvəl insanları zərr aləmində var etdiyini və hamısının Ona söz verdiyini bildirmişdir:
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: 'Mən sizin Rəbbiniz deyiləmmi?'(–deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: 'Bəli, biz şahid olduq!'– demişdilər. (Bu ona görədir) ki, siz Qiyamət günü: 'Biz bundan xəbərsiz idik!'– deməyəsiniz. (Əraf surəsi, 172)
Göründüyü kimi, ayədə kainat hələ var edilmədən əvvəl insanların yaradıldığı, qüsursuz və tam olaraq mövcud olduqları və Allaha söz verdikləri bildirilmişdir. Ayədəki məlumata görə, kainat hələ yoxdur, amma danışan, eşidən, söz verən, bütün bədən üzvləri və fiziki xüsusiyyətləri yerində olan insanlar var.
Quranın başqa bir ayəsində isə insanların iki dəfə ölüb dirildikləri xəbər verilir:
Onlar deyəcəklər: 'Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. (Oddan) çıxmağa bir yol varmı?(Ğafir surəsi, 11)
Bu ayədə bildirilən ilk ölüm və dirilmə zərr aləmində insanlar söz verdikdən sonra bir növ ölmələri, sonradan Allahın ana və atanı səbəb etməsi ilə dünyaya gəlmələri, yəni dirilmələridir. İkinci ölüm isə dünyadakı bildiyimiz fiziki ölüm olacaq, axirətdə də ikinci dəfə dirilmə baş verəcək.
Quranda təkamüllə yaradılış olduğunu iddia edənlərin, "mərhələ-mərhələ insan yarandı" iddiaları bu halda tamamilə əsassızdır. İnsan dünyada mərhələ-mərhələ formalaşmayıb. Zərr aləmində bütün insanlar, hz.Adəm (əs) və digər peyğəmbərlər var. Hz.Adəm (əs) və digər insanların müəyyən təkamül mərhələlərindən keçərək bugünkü insan olduğu iddiası doğru deyil.
Hz.Adəm (əs) bütün insanlar kimi zərr aləmində var olmuş, sonra cənnətdə yaradılmış, sonra da dünyaya göndərilmişdir:
Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: 'Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!' - (Sad surəsi, 71-72)
Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: 'Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır'. - (Bəqərə surəsi, 36)
Bir başqa Quran ayəsində isə bütün insanların zərr aləmində Allaha verdikləri söz belə bildirilir:
Allahın sizə göstərdiyi lütfkarlığını və siz: 'Eşidirik və itaət edirik!'– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir. (Maidə surəsi 7)
Zərr aləmində Allaha söz verənlər təkamülçülərin iddia etdiyi kimi yarım, bədən üzvləri tam inkişaf etməmiş, yarı insan-yarı başqa varlıqlar deyil. Tam və şüurlu insanlardır. Bu həqiqət Quranda təkamüllə yaradılış olmadığının açıq sübutudur.