Hz. Mehdinin (ə.s.) təbliğ üsulu insanların qəlblərinin dərinliklərinə işləyən və Allaha ən səmimi qəlblə yönəldən tərzdə olacaq. Dindən uzaqlaşanlar ibadətlərinə, qənaətbəxşliyə və təhlükəsizliyə geri dönəcəklər.
Hədisdə Hz. Mehdinin (ə.s.) İslam əxlaqını izah edərkən son dərəcə səmimi bir üsul istifadə edəcəyi izah edilmişdir. Allah Hz. Mehdinin (ə.s.) səmimiyyətini də vəsilə edərək "Hadi" sifətilə təcəlli edəcək və insanları hidayətə çatdıracaq. Hz. Mehdinin (ə.s.) dövründə insanlar səmimi qəlblə Allaha iman edəcəklər və imanı zəifləmiş insanların da yenidən imanları güclənəcək. Hz. Mehdinin (ə.s.) İslam əxlaqını izahat şəklindəki səmimiyyətinə xüsusilə diqqət çəkilməsinin səbəblərindən biri də, onun yaşadığı dövrdə insanların səmimiyyətdən uzaq olmalarıdır. Üstəlik, hədisdə iman edənlərin ürəklərinin təmin olacağına və təhlükəsizlik mühitinin meydana gələcəyinə də diqqət çəkilmişdir.