Bu elə bir zamandır ki, o zamanda batil haqqın, səhv doğrunun üstünü örtər; hökmləri satarlar, bu satışa da hakimlər razı olduqları üçün hökm haqqa zidd olar və haqqa nail olmaq olmaz, ədalət dəyərsiz bir şeyə çevrilər. İnsanlar Allahın dinini təhrif edərlər, Allahın hökmünü dəyişdirərlər. Bir hakim kimi yalan söz dinləyib, daim haram yeyərlər.
"Ədalətsiz hakimlərin əli ilə zülm və haqsızlıq, hiylə və fırıldaqçılıq bütün insanları əzməyə başlayanda mənim təmiz ailəmdən adımı və nişanımı daşıyan səmavi xilaskar (hz. Mehdi) qiyam edəcək və əmin-amanlıq hər yerə yayılacaq".
Bədiüzzaman Səid Nursi də əsərlərində hz. Mehdinin zühurundan əvvəl müstəbid (zülm və əziyyət edən, başqasının hüququnu pozan) hakimlərin mövcud olacağını xəbər vermişdir:
... Rəvayətdə deyilir: "AXIRZAMANIN MÜSTƏBİD (zülm və əziyyət edən, başqasının hüququnu pozan) HAKİMLƏRİ, XÜSUSİLƏ DƏCCALIN YALANÇI CƏNNƏT VƏ CƏHƏNNƏMLƏRİ VARDIR". (Risaleyi-Nur külliyatı) |
Bədiüzzaman Dəccalın cənnət və cəhənnəmlərinin olacağını, yəni axırzamanda bir çox zülmkar hakimlərin şəxsi ideologiya və düşüncəsi olmayan insanları mənəvi mənada öz cəhənnəmləri olan həbsxanalara atacaqlarını və müsəlmanları haqsız yerə zindanlarda həbs edəcəklərini bildirmişdir.
Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, İmam Şarani, Tezkiretil Kurtubi, Bedir Yayınevi, İstanbul, 1981, s. 457.
Biharul-Envar.