Dövrümüzdən 1400 il əvvəl, Peyğəmbərimiz (s.ə.v), Allahın lütfü ilə, özündən tam 14 əsr sonra yaşayacaq bir "hidayət öndəri" haqqında mükəmməl dərəcədə heyrətləndirici təfərrüatlar vermişdir. Bu hidayət öndəri, Axırzamanda ortaya çıxacağı və bütün yer üzünə İslam əxlaqını hakim edəcəyi müjdələnən, bütün müsəlmanların böyük sevgi, məhəbbət və həsrətlə gözlədiyi hz. Mehdi (ə.s)-dır.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, ondan sonrakı əsrlərdə reallaşacaq hadisələri, həm də insanlar haqqında bu qədər çox və bu qədər təfərrüatlı məlumatları xəbər verən başqa heç kim yoxdur. Hədislərdə, hz. Mehdi (ə.s) ilə yanaşı hz. İsa (ə.s)-ın da Axırzamanda yer üzünə ikinci dəfə gələcəyi və dəccalın da ortaya çıxacağı xəbər verilmişdir. Ancaq, nə hz. İsa (ə.s), nə də dəccal haqqında, hz. Mehdi (ə.s) qədər heyrətləndirici və ətraflı məlumatlar verilməmişdir.
Hədislərdə, hz. Mehdi (ə.s)-ın əxlaqı, həyatı və edəcəyi fəaliyyətləri kimi, fiziki xüsusiyyətləri haqqında da inanılmaz dərəcədə ətraflı məlumatlar verilir. Bunların hamısına birlikdə baxanda, bu xüsusiyyətlərin hər hansı bir insanda cəmləşməyi qeyri-mümkün olacağı aydın olur.
Bu vəziyyət, eyni zamanda da müsəlmanların hz. Mehdi (ə.s)-ı ən düzgün şəkildə tanıyıb analiz edə bilmələrinin nə qədər əhəmiyyətli olduğunu bildirir. Zühuru olduqca yaxın bir vaxtda gözlənilən hz. Mehdi (ə.s) ilə qarşılaşanda, inşaAllah bütün müsəlmanlar, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın fiziki xüsusiyyətləriylə əlaqədar olaraq deyilən bütün heyrətverici, ətraflı məlumatların doğruluğunu şəxsən görəcəklər.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hz. Mehdi (ə.s)-ı tanıdan, bədənindəki bu ətraflı işarələrin hər birinə görə fərqli yer bildirilmiş, hər biri üçün müxtəlif təfsir edilən ifadələr istifadə edilmişdir. Bəzisində “XAL”, bəzisində “İZ”, bəzisində “İŞARƏ” deyilmiş, bəzisində “MÖHÜR”, ya da “NİŞAN”, bəzisində “YARPAQ”, bəzisində “İNCİ”, ya da “ULDUZ” kimi sözlərlə bənzədilmişdir.
Bunlarla yanaşı, hz. Mehdi (ə.s)-ın dərisinin, saçının və saqqalının rəngi, əndamı, boyu, bədən quruluşunun bütün təfərrüatları, üzünün ümumi xətləri, başının və alnının, burnunun, qaşlarının, dişlərinin formaları kimi tanıdıcı xüsusiyyətləri də heyrətləndirici şəkildə çox təfərrüatı ilə təsvir edilmişdir.
Məsələn, bir hədisdə Peyğəmbərimiz (s.ə.v), "hz. Mehdinin sağ ayağından qara bir İZ olacağını" bildirmişdir. Ancaq diqqət yetirsək burada yalnız bir izdən bəhs edildiyini, bu izin qara olduğunu, sağ ayağında olduğu kimi dəqiq işarə ilə təfərrüatların da verildiyini görərik.
ç
- Hz. Mehdinin yanağındakı xal isə, hədislərdə daha fərqli sözlərlə ifadə edilmişdir:
“Yanağında, incini xatırladan, bir ulduz kimi üzünü işıqlandıran bir işarə vardır.”
“Hz. Mehdi gur saqqallı, ön dişləri parlaq, üzü xallı, geniş alınlıdır. ÜZÜNDƏ BİR XAL OLACAQ.”
Humran ibn Ayan, İmam Məhəmməd Baqir əleyhissalama belə dediyini bildirdi: “... Alnında iz vardır, ÜZÜNDƏ İSƏ XAL.”
“Hz. Mehdi (ə.s)-ın yanağında, İNCİNİ XATIRLADAN VƏ BİR ULDUZ KİMİ üzünü işıqlandıran bir işarə vardır.” Burada da yalnız "XAL" sözü istifadə edilməmişdir, bu xalın bütün incəlikləri təsvir edilmişdir. “İncini xatırladan, ulduz kimi” və “işıqlandıran” ifadələri, bu xalın həm görünüşünü, həm də rəngi haqqında ətraflı məlumat verir. Verilən bütün bu ətraflı məlumatlardan, bu xalın tünd rəngdə deyil, dəri rəngdə BİR XAL OLDUĞU aydın olur.
Hədislərdə "hz. Mehdi (ə.s)-ın çiynində Peyğəmbərimiz (s.ə.v)-in möhürü olacağı" da bildirilmişdir:
Hz. Mehdi (ə.s)-ın çiynində Peyğəmbərimiz (s.ə.v)-dəki kimi peyğəmbərlik möhürü olacaq.
Çiynində Peyğəmbərin əlaməti vardır.
Çiynində Peyğəmbərin nişanı vardır.
Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın bədənində PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-ə AİD BİR ƏLAMƏT olacağını bildirmişdir. Digər hədislərdə isə bu əlamətlərin PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN PEYĞƏMBƏRLİK MÖHÜRÜNÜN OLACAĞI açıqlanmış və PEYĞƏMBƏRİN NİŞANINA oxşadılmışdır. Bu da hz. Mehdi (ə.s)-la bağlı çox əhəmiyyətli digər heyrətləndirici ayrıntıdır.
Bilindiyi kimi möhürün xüsusiyyəti tünd rəngdə və səthi örtən bir quruluşdadır.
Həmçinin, hz. Mehdi (ə.s)-ın kürəyindəki bu xal üçün də yenə qəti ölçü verilərək yeri dəqiq olaraq bildirilmişdir. Rəvayətlərdə hər peyğəmbərin sağ əli üzərində peyğəmbərlik möhürü olduğu bildirilmişdir. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərlik möhürünün isə şemali şərifində "sol kürəyində, dəri üzərində, ürək tərəfində" olduğu ifadə edilmişdir. Buna görə hədislərdə, “hz. Mehdi (ə.s)-ın çiynində Peyğəmbərimiz (s.ə.v)-dəki kimi peyğəmbərlik möhürünün, HZ. MEHDİ (Ə.S)-IN "ÇİYNİNDƏ, SOL KÜRƏK SÜMÜYÜ ÜZƏRİNDƏ, ÜRƏK XƏTTİNDƏ, TÜND RƏNGDƏ İRİ BİR XAL OLACAĞINI" göstərir.
- Başqa bir hədisdə də, hz. Mehdi (ə.s)-ın kürəyində olan ikinci bir xaldan bəhs edilir:
"... (Hz. Mehdi (ə.s)-ın)) iki kürək sümüyünün arasında bir xal vardır. SOL KÜRƏK SÜMÜYÜNÜN SOL ALT TƏRƏFİNDƏ BİR YARPAQ VARDIR, EYNİLƏ MƏRSİN YARPAĞI KİMİ. "
Hədisdə hz. Mehdi (ə.s)-ın kürəyindəki bu xalın yeri də çox ətraflı şəkildə bildirilmişdir. İKİ KÜRƏK SÜMÜYÜNÜN ARASINDA, SOL KÜRƏK SÜMÜYÜNÜN SOL ALT TƏRƏFİNDƏ olduğu ifadə edilmişdir. Xalın quruluşu haqqında da çox ətraflı təsvir edilmiş və “MƏRSİN AĞACININ YARPAĞINA” bənzədilmişdir. Buradakı “YARPAQ” bənzətməsinə XALIN ağac yarpağına oxşar, kənarları daha böyük, çıxıntılı quruluşda bir xal olduğu, eyni zamanda da solmuş yarpaq rəngdə, yəni sarı və ya dəri rəngdə bir xal olduğu aydın olur.
- Başqa hədislərdə isə, hz. Mehdi (ə.s)-ın BAŞINDA BİR XAL və alnında DA BİR İZ olacağı xəbər verilmişdir:
Əbu Basir, İmam Məhəmməd Baqir və ya Cəfər-i Sadiq əleyhissalamın belə buyurduqlarını bildirir (tərəddüd edilən rəvayətçidən qaynaqlanır): "Ey Əbu Məhəmməd! Qaimin (hz. Mehdi (ə.s)-ın)) iki əlaməti (və ya əlamətləri) vardır. BAŞINDA BİR XAL və BİR İZ VARDIR.” [10]
Humran ibn Ayan, İmam Məhəmməd Baqir əleyhissalama belə dediyini bildirdi: “... ALNINDA BİR İZ VARDIR, ÜZÜNDƏ İSƏ XAL.”
Humran ibn Ayan, İmam Məhəmməd Baqir əleyhissalama belə dediyini bildirdi: “... Alnında İZ VARDIR, üzü gözəllərin övladıdır. (Yəni üzü gözəldir)... "
Hz. Mehdi (ə.s)-ın alnındakı bu iz ehtimal edilir ki, BİR YARA izidir. Həmçinin, hədisdə "xal" yerinə, "iz" ifadəsindən istifadə edilməsi də, bu izin xaldan da açıq rəngdə olduğunu göstərir.
Hədislərdə verilən bu məlumatların hər biri çox mükəmməl şəkildə, incəliklərinə kimi bildirimişdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində heç kim haqqında bu qədər ətraflı məlumat verməmişdir. Hz. Mehdi (ə.s)-ın həyatına dair bütün məlumatların verilməsi, fiziki görünüşündəki bütün xüsusiyyətlərinin də bu qədər təfərrüatı ilə bildirilməsi, hz. Mehdi (ə.s)-ı sevgi və məhəbbətlə gözləyən və onu tanımaq istəyən bütün müsəlmanlar üçün həm ən əhəmiyyətli bir işarə, həm də çox həyəcanlandırıcı bir nemətdir.
Hədislərdə bildirilən, hz. Mehdi (ə.s)-ın bütün İslam aləminin birləşməyinə vəsilə olaraq müsəlmanların mənəvi liderliyini boynuna götürməyi, dinsiz cərəyanları zərərsizləşdirərək İslam əxlaqını bütün dünyaya hakim etməyi, hz. İsa (ə.s) ilə birlikdə namaz qılmağı və bütün xristian aləminin İslamı qəbul etməklərini təmin etməyi kimi bütün digər əlamətləri ilə yanaşı, görünüşündəki bu təfərrüatlı məlumatlar da hz. Mehdi (ə.s)-da cəmləndiyini görmək, Allahın izni ilə zühur edəndə hz. Mehdi (ə.s)-ın şəxsiyyətinə aid heç bir mübahisəyə yer buraxmayacaq. (Ən doğrusunu Allah bilir.)
[1] (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 251)
[2 ] (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, "Kıyamet Alametleri" Pamuk
Yayınları, Trc: Naim Erdoğan)
[ 3 ] (Meriy ibn. Yusuf ibn. Əbu Bəkir ibn. Əhməd ibn. Yusuf el- Makdisi" Fevaidu
Fevaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar")
[ 4] (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 41)
[5 ] (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 252)
[ 6] (El-Kavlu’l Muhtasarr Fi Alamatil Hz. Mehdiyy- il Muntazar, s. 41)
[7 ] (Kıyamet Alametleri, s. 165/Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir
Zaman, s. 23)
[8] (Kıyamet Alametleri, s. 163)
[9] (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 253)
[10] (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 253)
[11] (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 252)
[12] (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani s. 252-253)