Peyğəmbər əfəndimiz (s.ə.v.)-in hədislərində xəbər verdiyi qiyamət əlamətlərindən biri "Günəşin Qərbdən Çıxması"dır. Hədislərdə bu əlamət baş vermədən qiyamətin qopmayacağı bildirilməkdədir.
Tarix boyu bir çox insan dağların əzəmətli quruluşunu, ulduzların və Günəşin böyüklüyünü öz batil anlayışına görə şərh etmiş; kainatın sonsuza qədər mövcud olacağını, əsla yox olmayacağını zənn etmişdir. Bu inancçoxtanrılı və materialist Yunan fəlsəfələrinin, batil Şumer və Misir dinlərinin təməlini meydana gətirmişdir.
Bu inanca sahib insanların böyük səhv içində olduqları bizə Quranda xəbər verilir. Milyardlarla ildir işləyən bu qüsursuz nizam, hər şeyi yaradan Rəbbimizin əsəridir, Onun əmri ilə və Onun təyin etdiyi zamanda yenə əzəmətli şəkildə sona çatacaq. 20-ci əsrdəki elmi irəliləyişlər də əsrlər əvvəl Quranda bildirilən bu həqiqəti təsdiq edir, kainatın başlanğıcı olduğunu sübut edir. Bütün insanlar və canlılar kimi kainatın da ölümü vardır.
Kainatın, mikroorqanizmlərdən insanlara qədər içindəki bütün canlılar, ulduzlar və qalaktikalarla birlikdə yox olacağızaman ayələrdə "saat" olaraq ifadə edilir. Bu "saat" Quranda "qiyamət vaxtı" mənasında istifadə edilən müəyyən və xüsusi saatdır.
Quranda "qiyamət saatı"nın gələcəyi haqda xəbərlə bərabər, o zaman yaşanacaq hadisələr də bütün mərhələləri ilə təsvir edilmişdir: "Göy yarılıb-parçalandığı zaman", "Dənizlər alovlandırıldığı zaman", "Dağlar kökündən sökülüb sovrulduğu zaman", "Günəş korlaşdırıldığı zaman"… İnsanların bu fövqəladə vəziyyət qarşısındakı qorxuları, təşvişləri və qarışıqlıqları da ayələrdə genişizah edilmiş, qaçacaq və ya gizlənəcək heç biryer tapa bilməyəcəkləri, heç kimin onları bu əzabdan qoruya bilməyəcəyi bildirilmişdir.
Kainatın sonunun necə olacağının tarix boyumaraq doğurduğu Quran ayələrindən aydın olur. Ayələrdə bildirildiyinə görə, insanlar Peyğəmbərimiz (s.ə.v.)-ə qiyamət saatının nə vaxt gələcəyini soruşmuşlar:
(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? (Ə'raf Surəsi, 187)
(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar. (Naziat Surəsi, 42)
Rəbbimiz, Peyğəmbərimizə (s.ə.v.)
De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Ə'raf Surəsi, 187)
şəklində cavab verməsini əmr etmiş, beləliklə qiyamətin vaxtınıyalnız Özünün bildiyini xəbər vermişdir.
Quranda qiyamətin nə vaxt baş verəcəyiilə əlaqədar bir tarix bildirilmir, ancaq qiyamətdən əvvəl olacaqəlamətlər xəbər verilir. Bir ayədə qiyamətin bir neçə əlaməti olduğu belə bildirilir:
Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir.… " (Məhəmməd Surəsi, 18)
Bu "böyük xəbər"in əlamətlərini anlamaq üçün etməmiz lazım olan, qiyamət əlamətləri və qiyamət günü ilə əlaqədar Quran ayələri və Peyğəmbər əfəndimiz (s.ə.v)-in hədislərini diqqətlə oxumaqdır. Əks halda, ayədə bildirildiyi kimi, qiyamət vaxtı gəldikdən sonra düşünmənin bir faydası olmayacaq. Peyğəmbərimiz (s.ə.v.) hədislərində həm qiyamət əlamətlərini xəbər vermiş, həm də qiyamətin əvvəlindəki dövr ilə əlaqədar geniş izahlar vermişdir. Qiyamət əlamətlərinin baş verəcəyi dövr "Axır zaman"dır.
Axır zamanın ilk mərhələsi dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövrdür; bundan sonragələn ikinci dövrə isə "Qızıl dövr" olaraq adlandırılan, Quran əxlaqının yer üzündə hakim olacağı və hər sahədə üstün rifahın yaşanacağı çağdır. Qızıl dövrdən sonradünya çox sürətli ictimai çöküş içinə girəcək və ondan sonraqiyamət saatı gələcəkdir. Ən doğrusunu Allah bilir.
Qiyamət əlamətləri ayə və hədislərdən araşdırıldığında, bu əlamətlərin dalbadal, deyildiyi kimi , yaşadığımız dövrdə baş verdiyi aydın olmaqdadır.
On dörd əsr əvvəl bildirilən əlamətlərin baş verməsi, inananların Allaha olan iman və yaxınlıqlarınıartıran son dərəcə böyük hadisələrdir. Rəbbimiz bir ayədə
Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız.(Nəml Surəsi, 93)
şəklində vəd etməkdədir. Ancaq əvvəlcə demək lazımdır ki, hər şeyin ən doğrusunu Allah bilir. Hər məsələdə olduğu kimi qiyamət haqqında da Onun bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur. Qəti olaraq baş verəcək qiyamətin vaxtını yalnız Allah bilməkdədir:
De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm! Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; (Cin Surəsi, 25-26)
Qiyamət saatı yaxındır
İnsanların böyük bir hissəsinin qiyamət günü haqqında məlumatları vardır. Demək olar ki, hər kəs qiyamət saatının dəhşətindən az-çox xəbərdardır. Buna baxmayaraq, çox insanın belə əhəmiyyətli məsələyə qarşı ortaq reaksiyası vardır; qiyamət haqqinda düşünmək və ya danışmaq istəməzlər. Qiyamət saatı gəldiyində yaşanacaq qorxunu düşünmək istəmirlər. Qəzetdə oxuduqları fəlakət xəbərinin və ya fəlakəti göstərən filmin özlərinə qiyaməti xatırlatmasına belə tab gətirə bilmirlər. Bu günün mütləq qarşılaşılacaq olan böyük həqiqət olduğunu düşünmək istəmirlər.
Bəzi insanlar da qiyamət saatının baş verməsinə inanmazlar. Bunun bir nümunəsini Kəhf Surəsində izah edilən zəngin bağ sahibinin ifadələrində də görməkdəyik:
Qiyamətin də qopacağını zənn etmirəm. Əgər (dediyim kimi, dirilib) Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən (qayıdış yeri) taparam!” (Kəhf Surəsi, 36)
Bu ifadələrdə Allaha inandığını söyləyən, lakin qiyamət həqiqətini düşünməyən insanların həqiqi düşüncələri üzə çıxmaqdadır. Başqa ayədə də qiyamət saatı ilə əlaqədar olaraq şübhəyə düşən inkarçılar haqqında Rəbbimiz bu şəkildə buyurmaqdadır:
(Sizə: ) “Allahın (ölüləri dirildəcəyi barədəki) vədi haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!” – deyə cavab verdiniz. (Casiyə Surəsi, 32)
Bəzi insanlar da qiyamət saatını tamamilə inkar edirlər:
Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq. (Furqan Surəsi, 11)
Qiyamət haqqında özünü aldadan bütün bu insanlar böyük səhv etməkdədirlər. Çünki Allah ayələrində, qiyamət saatının yaxın olduğunu və bu məsələdə heç bir şübhə olmadığını xəbər verməkdədir:
Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur..." (Həcc Surəsi, 7)
Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir...." (Hicr Surəsi, 85)
Quranın qiyamət ilə bağlı verdiyi xəbərdən 1400 il uzun müddət keçdiyini, bu müddətin də bir insanın həyatı ilə müqayisə etdikdə uzun olduğunu düşünənlər ola bilər. Ancaq burada əsas məsələ, dünyanın, günəşin, ulduzların, qısacası bütün kainatın sonudur. Kainatın milyardlarla illik keçmişinə baxıldığında, on dörd əsrlik zaman bölümünün çox qısa olduğu qətidir.
Böyük İslam alimi Bədiüzzaman Səid Nursi də bənzər suala hikmətli bir bənzətmə ilə belə cavab vermişdir:
Quran, "qiyamət yaxındır" fərman edir. Bu qədər il keçdikdən sonra gəlməməsi, yaxınlığına zərər verməz. Çünki qiyamət dünyanın əcəlidir. Dünyanın ömürünə nisbətən min və ya iki min il, bir ilə nisbətlə bir iki gün və ya bir iki dəqiqə kimidir. Qiyamət saatı tək insaniyyətin əcəli deyil ki onun ömürünə nisbət edilib uzaq görülsün.
Peyğəmbərimiz (s.ə.v.)-in sözləri ilə qiyamət əlamətləri
Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in hədislərində bir neçə qiyamət əlaməti xəbər verilər. Bunlardan bəziləri Hz. İsanın yer üzünə ikinci dəfə gəlməsi və Dəccalı öldürməsi, Hz. Mehdinin ortaya çıxması və bütün dünyada İslam əxlaqını hakim etməsi, Günəşin qərbdən doğması, Dabbet-ül ərzin ortaya çıxışı və dumandır. Müharibələrin, anarxiyanın, kasıblığın, zinanın, fahişəliyin, cinsi degenerasiyanın artması, təbii fəlakətlərin və zəlzələlərin çoxalması, Quran əxlaqının tərk edilməsi, saxta peyğəmbərlərin ortaya çıxması da Peyğəmbərimiz (s.ə.v.)-in xəbər verdiyi digər qiyamət əlamətlərindən bəziləridir. Ancaq burada çox əhəmiyyətli bir mövzunu xatırlatmaq lazımdır. Hədislərdə bildirilən əlamətlərin bəziləri 1400 illik İslam tarixinin hər hansı dövründə, dünyanın müəyyən bölgəsində, müəyyən nisbətdə görülmüş ola bilər. Ancaq belə bir vəziyyət o dövrün axır zaman olduğunu göstərməz. Çünki bir dövrün axır zaman olaraq xarakterizə edilməsi üçün qiyamət əlamətlərinin hər birinin eyni dövrdə, bir-birlərini izləyərək baş verməsi lazımdır. Bu vəziyyət bir hədisdə belə ifadə edilmişdir:
"Qiyamət əlamətləri bir-birinin ardınca baş verər. Bir düzülüşdəki muncuqların dalbadal qopması kimi."
Bu məlumat işığında axır zaman hədisləri araşdırıldığında çox fövqəladə vəziyyət ortaya çıxmaqdadır. Peyğəmbərimiz (s.ə.v.)-in əsrlər əvvəl təfsilatı ilə açıqladığı əlamətlər yer üzünün hər yerində, dalbadal və tam mənası ilə deyildiyi kimi "yaşadığımız dövrdə" baş verməkdədir. Əlbəttə bu, dərin düşünülməsi lazım olan son dərəcə möcüzəvi bir hadisədir. Baş verən hər əlamət insanlara, Allahın hüzurunda hesab verəcəkləri qiyamət gününün çox yaxınlaşmış olduğunu və gözlmədən Quran əxlaqını həyata keçirmələrinin əhəmiyyətini bir daha xatırlatmaqdadır.
Böyük İslam alimi və məzhəb imamımız Əbu Hənifə, “Fiqhi Əkbər” adlı əsərinin son hissəsində bu əlamətlərin mütləq baş verəcək olan haqq əlamətlər olduğunu bu şəkildə bildirməkdədir:
"Dəccalın, Yəcüc və Məcücün çıxması, günəşin qərbdən doğması, İsa (ə)-ın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə varid olduğu vəch ilə (deyilməsi istiqaməti ilə), haqddır,olacaq."
Günəşin qərbdən doğuşu yaxınlaşır
Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in hədislərində xəbər verdiyi qiyamət əlamətlərindən biri "Günəşin qərbdən doğması"dır. Hədislərdə bu əlamət baş vermədən qiyamətin qopmayacağı bildirilməkdədir:
"Qiyamət on əlamət görülmədikcə qopmaz: Duman, Dəccal, dəbbətü'l arz, günəşin qərbdən doğması, İsanın yer üzünə enməsi..." (Rudani, Böyük Hədis Külliyyatı, 5. dəri, s. 362)
"(Bu) altı şey gəlmədən əvvəl (ibadət sayılan yaxşı) əməlləri işləməyə tələsik edin; günəşin qərb tərəfdən dəğması, duman, dəbbətül arz, Dəccal..." (Sünəni İbni Macə, dəri 10, s. 295)
Quran ayələrində də "Günəşin qərbdən doğuşuna" işarə edən müxtəlif ayələr var. Bu ayələrdən biri Ən'am Surəsindədir:
(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!” (Ən'am Surəsi, 158)
Böyük İslam alimi Əhməd b. Hənbəl yuxarıdakı ayədə keçən "Rəbbinin bəzi əlamətləri" ifadəsi haqqında Peyğəmbərimiz (s.ə.v.)-in "Günəşin qərbdən doğuşudur" buyurduğunu rəvayət etməkdədir. Bu ayə ilə bütün insanlar, Rəbbimizin qiyamətin yaxınlaşdığını göstərən işarələri gəlmədən əvvəl iman etməyə çağırılmaqdadırlar. Peyğəmbər Əfəndimizin bu ayə ilə əlaqədar hədislərindən bəziləri belədir:
"Günəş qərbdən doğana qədər qiyamət qopmaz. Günəş qərbdən doğduğu zaman, insanların hamısı onu görəcəklər və hamısı iman edəcəklər.
(Ya Rəsulum!) Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz.…' (Ən'am: 158)
olduğu zamandır. Şübhəsiz ki, qiyamət qopacaq...". (Səhihi Buxari, cil t 14, s. 6426)
"Günəş batdığı yerdən doğmadıqca qiyamət qopmayacaq. İnsanlar onu gördükləri zaman yer üzündə olanlar iman edərlər." (Süneni İbni Macə, dəri 9, s. 4362)
Böyük İslam təfsirçiləri də ittifaqla bu ayəni yuxarıdakı kimi şərh etməkdə, "Günəşin qərbdən doğuşu" na işarə olaraq təfsir etməkdədirlər. Qiyamət surəsində keçən
"Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -…." (Qiyamət Surəsi, 9)
ayəsini də eyni şəkildə "Günəşin qərbdən doğuşuna" bir dəlil olaraq təfsir edilməkdədir.
Bu böyük əlamət necə baş verəcək?
Günəşin qərbdən doğuşunun necə baş verəcəyi haqqında bir çox İslam alimi əhəmiyyətli izahlar vermişlər. Bədiüzzaman Səid Nursi, Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in xəbər verdiyi bu böyük əlamətin necə baş verəcəyini bir sözündə belə xəbər verir:
"Günəşin qərbdən doğması isə, bedahət dərəcəsində (İsbata ehtiyac duymayacaq qədər aşkar) bir əlaməti qiyamətdir. Və bedahəti üçün, ağlın qavraması ilə bağlı olan tövbə qapısını bağlayan bir hadisəni səmaviyə (səma hadisəsi) olduğundan təfsiri və mənası zahirdir, şərhə ehtiyacı yoxdur." (Şüalar, Beşinci Şüa, İyirminci Məsələ, s. 520)
Bu əlamət, Bədiüzzamanın da dediyi kimi bütün insanların şahid olacaqları, ayrıca bir dəlilə ya da şərhə ehtiyac olamadan anlayacaqları çox fövqəladə şəkildə baş verəcək. İnsanlar dünya üzərindəki canlı və cansız bütün varlıqlara təsir edəcək bu böyük göy hadisəsinə və qiyamətin yaxınlığına şəxsən şahidlik edəcəklər. Bədiüzzaman Səid Nursi eyni sözünün davamında bu böyük əlamətin necə baş verə biləcəyi haqqında bəzi məlumatlar verməkdədir. (Ən doğrusunu şübhəsiz Allah bilir.)
Ən doğrusunu Allah bilir, o doğuşun səbəbi zahirisi: Dünyanın ağılı hökmündə olan Quran onun başından çıxması ilə zəmin divanə olub, İlahinin izni ilə başını başqa seyyarəyə çırpması ilə hərəkətindən geri dönüb, qərbdən şərqə olan səyahətini, Rəbbin iradəsi ilə şərqdən qərbə dəyişdirməklə Günəş qərbdən doğmağa başlar. Bəli ərzi günəş ilə, yer üzünü ərş ilə qüvvətli bağlayan hablullah-il mətin olan Quranın cazibə qüvvəsi qopsa; dünyanın ipi həll edilər, başıboş avara olub əksinə və intizamsız hərəkətindən Günəş qərbdən çıxar. Həm çırpilma nəticəsində əmri İlahi ilə qiyamət qopar deyə bir şərhi vardır.
(Türkcələşdirilmiş şəkli) Allah bilir, (günəşin qərbdən) doğuşunun görünən səbəbi: Yer kürəsinin başının ağılı hökmündə olan Quranın onun başından çıxması ilə yerin ağılını itirib, Allahın icazəs)i ilə başını başqa bir ulduza çarpması, bunun nəticəsində də hərəkətindən geri dönüb, qərbdən şərqə doğru olan dönüşünü, Allahın icazəsi ilə şərqdən qərbə doğru dəyişdirməsi ilə Günəşin qərbdən doğmağa başlamasıdır. Bəli, dünyanı günəşə, yer üzünü səmaya bağlayan Allahın güclü ipi olan Quranın cazibə qüvvəsi qoparsa, yer kürəsinin ipi həll edilər, başıboş bir avara olub tərs və nizamsız hərəkətindən ötəri Günəş qərbdən doğular. Və bu vuruşma nəticəsində Allahın icazəsi ilə qiyamət qopar.
Bədiüzzaman Səid Nursi, bu əlamətin dünyaya bir ulduzun ya da bir meteoritin çırpilması ilə baş verəcyini risalələrin çox yerində xəbər verir. Allahın icazəsi ilə baş verəcək bu toqquşmadan sonra yer üzünün firlanma istiqaməti dəyişəcək və dünya qərbdən şərqə doğru dönərkən, şərqdən qərbə doğru dönməyə başlayacaq. Bu da günəşin şərqdən deyil, qərbdən doğması ilə nəticələnəcək və beləcə Peyğəmbərimiz (s.ə.v.)-in xəbər verdiyi böyük qiyamət əlamətlərindən biri daha baş verəcək. Bədiüzzaman Səid Nursi bu böyük hadisədən sonra qiyamətin qopacağını xəbər verir. (Ən doğrusunu Allah bilir.)
Bədiüzzamanın Peyğəmbərimiz (s.ə.v.)-in hədisini təfsir edərkən bildirdiyi bu "toqquşma və silkəlnmə", Rəbbimiz Quran ayələrində bizlərə xəbər vermişdir. Naziat Surəsində belə bildirilməkdədir:
"O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),. Onun ardınca bir sarsıntı da olacaqdır!" (Naziat Surəsi, 6-7)
Ayədə iki böyük sarsıntıdan bəhs edilir. Bu sarsıntılardan birincisi dünyamıza bir başqa ulduzun ya da meteoritin çarpması ilə reallaşacaq olan böyük sarsıntı ola bilər. (Ən doğrusunu Allah bilir.)
İlk toqquşma milyonlarla ildir qüsursuz, nizam içində davam edən dünyamızın dönüşünü dayandıracaq. Bu dayanma dünyanın nizamını alt-üst edəcək. Gecə və gündüz dayanacaq, dünyanın bir tərəfi günlərlə qaranlıq içində qalarkən, digər tərəfində gündüz heç bitməyəcək. İnsanlar bu dəyişiklik səbəbi ilə çox böyük qarışıqlıq olacaq, böyük qorxu, dəhşət və çaxnaşma halı dünyanı bürüyəcək. Yer qabığı hərəkətlənəcək, dünyanın hər tərəfində zəlzələlər olacaq. Şiddətli volkanik partlamalar, maqmanın yer üzünə doğru hərəkət etməsi, dəhşət və çaxnaşma halını daha da artıracaq.
Ancaq Rəbbimiz ilk sarsıntını ikinci bir sarsıntının izləyəcəyini bildirməkdədir. Bu ayə ilə ilk toqquşmadan sonra ikinci toqquşmanın olacağına işarə edilə bilər. (Ən doğrusunu Allah bilir.) Yaşanan dəhşət ikinci toqquşma ilə daha da şiddətlənəcək. Bu toquşma ilə dünyamız tərs istiqamətdə dönməyə başlayacaq. Milyonlarla ildir qərbdən şərqə doğru, qüsursuz bir şəkildə, bir saniyə belə çaşmadan axıb gedən Dünya, şərqdən qərbə doğru dönməyə başlayacaq. Bunun nəticəsində də Günəş şərqdən deyil, qərbdən doğmağa başlayacaq. Ancaq həm toqquşmalar, həm də dünyanın fırlanma istiqamətindəki dəyişiklik bütün dünyanın nizamını və canlıların həyatlarını davam etdirmələri üçün lazım olan ekoloji sistemi alt-üst edəcək. İnsanlardakı dəhşət halı daha da artacaq, bütün canlıların və dünyamızın sonu başlayacaq. Naziat surəsinin davamında Rəbbimiz insanların bu sarsıntılardan sonra necə ruh halında olacaqlarını bu şəkildə xəbər verməkdədir:
"O gün ürəklər qorxub titrəyəcək, Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir. (Naziat Surəsi, 8-9)
Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq. (Furqan Surəsi, 11)
Qaynaqlar "Do we know what killed the dinosaurs?", Leslie Mullen, Science Communications,
http://www.astrobio.net/news/modules.php?op=modload&name=News&file=article&sid=158 http://www.zoomdinosaurs.com/subjects/dinosaurs/questions/faq/Extinct.shtml http://www.cosmographica.com/gallery/portfolio/portfolio351/pages/400-YucatanImpact.htm http://www.priweb.org/ed/ICTHOL/ICTHOLrp/70rp.htm
65 Milyon il əvvəl dinozavr dövrünə son qoyan meteor çırpılması
Hər il dünya atmosferinə girən 10.000 tondan çox meteorit, yenə atmosfer sayəsində, bizim xəbərimiz belə olmadan, əriməkdədir. Ancaq bu meteoritlərin atmosferdə əriməsi mümkün olmayan böyüklükdə olanları da vardır. Məsələn Meksikadakı Yukatan körfəzinə düşən təxminən 100 km böyüklüyündəki meteor, dinozavr dövrünün sonuna səbəb olmuşdur.
Təxminən 65 milyon il əvvəl baş verən bu meteor toqquşmasından sonrakı hadisələrin araşdırılması, Bədiüzzaman Səid Nursinin işarə etdiyi və ayələrdə də bildirilən iki böyük toqquşmanın yer üzündə və canlılara necə təsirlər meydana gətirə biləcəyini başa düşməmizə kömək etməkdədir.
Bu toqquşma ekoloji sistem üzərində əsaslı dəyişikliklər meydana gətirmişdir. İlk təsir, çırpılmanın nəticəsində yaranan geniş miqyaslı dağılma olmuşdur. Çırpılmadan sonra vulkan püskürmələri, dünyanın hər tərəfində zəlzələlər, tsunamilər, şiddətli fırtınalar, yanğınlar meydana gəlmişdir.
Atmosferə girdiyi anda alov topuna çevrilən, günəşdən 4 qat daha parlaq olan bu meteor, qlobal istiləşməyə səbəb olmuşdur. Çırpılma, qaynama səviyyəsində istilik meydana gətirmiş, atmosferdə kimyəvi dəyişikliklər baş vermiş, yayılan qaz və toz buludları dünya səviyyəsində qaralmağa, günəş işığının əngəllənməsinə səbəb olmuşdur. Bunun nəticəsində qlobal istilik aşağı düşmüş, bir neçə nəsil boyu daimi qış meydana gəlmiş və fotosintez dayanmışdır. Elm adamları fotosintezin yalnız bir il dayanmasının belə ekosistemi tamamilə çökdürəcəyini ifadə etməkdədirlər. Çünki dünya üzərindəki həyatın 99,9 faizi Günəşə möhtacdır və Günəş olmadıqda həyat üçün lazım olan ilk şərt yox olmuş deməkdir. Buna görə də Günəş işığının uzun müddət əngəllənməsi dünyadakı ekoloji sistemi dəyişdirmişdir. Bitkilərin və planktonların yox olması ilə dünyadakı oksigen səviyyəsi aşağı düşmüşdür. Bitkilərlə bəslənən heyvanlar bir müddət sonra aclıqdan ölmüş, yüz illərlə davam edən bu dəyişiklik bir çox heyvan növünün yox olması ilə nəticələnmişdir. 65 milyon il əvvəl meydana gələn meteor düşməsindən sonra dənizlərdəki canlı növlərinin 90 faizi, quruda yaşayan onurğalıların 70 faizi yox olmuşdur. K/T məhv olması adı verilən bu çırpılmanın ən əhəmiyyətli təsiri isə dinozavr dövrünün sonu olmuşdur.
"Günəşin qərbdən doğmasından sonra baş verən hadisələr
Şiddətli silkələnmələr dalbadal baş verəcək
Bu iki böyük toqquşma bütün yer üzünün ekoloji sistemini dəyişdirəcək, insanlar, heyvanlar və digər bütün varlıqlar dalbadal böyük fəlakətlərə məruz qalacaqlar. Toqquşmalar və dünyanın fırlanma istiqamətinin dəyişməsi yer qabığını hərəkətləndirəcək və dünyanın hər yerində şiddətli zəlzələlər baş verəcək. Necə ki, Peyğəmbər Əfəndimiz də şiddətli zəlzələləri qiyamətin əlamətlərindən biri olaraq demişdir. Uca dağlar, ağaclar, göydələnlər, binalar qısaca yer üzünün hər tərəfi silkələnməyə başlayacaq. Bundan əvvəl heç rast gəlinməmiş bu sarsıntı qarşısında insanlar böyük çaxnaşmaya və qorxuya düşəcəklər. Ən qorxunc olan isə bu sarsıntıdan qaçıb gizlənməyə heç bir yerin olmamasıdır. Çünki bu sarsıntı əvvəllər insanların gördükləri və yalnız müəyyən bölgə ya da şəhərdə meydana gələn, saniyələrlə hesab edilən zəlzələlərin bənzəri deyil. Bu dəfə yaşanan, heç bir qaçışın olmadığı, eyni anda dünyanın hər tərəfində başlayan sarsıntıdır.
Dünyada baş vermiş və nəticələri insanlara dərindən təsir etmiş silkələnmələri, zəlzələləri bir anlığa gözünüzün qabağına gətirin. Bu silkələnmələrin hamısı sadəcə bir neçə saniyə baş vermiş, ancaq buna baxmayaraq cox böyük dağıntılara səbb olmuşdur. Ancaq Peyğəmbərimiz (s.ə.v.)-in qiyamət əlaməti olaraq bu silkələnmələr nə şiddət, nə meydana gələn nəticə nə də əhatə sahəsi olaraq daha əvvəl dünyada baş verən zəlzələlərə oxşamayacaq. Dünyadakı zəlzələ nə qədər şiddətli olursa olsun, insanlar üçün çox vaxt qurtuluş ehtimalı vardır. İnsanlar bunu bildikləri üçün sarsıntı başlayan kimi özlərini qurtarmaq məqsədi ilə bəzi tədbirlər görməyə, təcili zəlzələyə qarşı təhlükəsiz ola biləcəkləri yerə gizlənməyə çalışırlar. Halbuki insanların hamısı anlayacaqlar ki, bu sarsıntılar daha əvvəl başlarına gələn sarsıntıların oxşarı deyil; heç cür qaçıb xilas olmaq ehtimalı yoxdur. Şübhəsiz insanlar, qiyamət saatına aid hər şey kimi, meydana gələcək və qaçış imkanı olmayacaq bu sarsıntılar üçün də Quranda belə xəbərdarlıq edilmişlər:
Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir! (Həcc Surəsi, 1)
Qiyamət saatında, yer üzündə sahib olunan heç bir şeyin dəyəri və mənası qalmayacaq. İnsanları aldadan hər şey; lüks evlər, nəhəng göydələnlər, beş ulduzlu otellər, ömürləri boyu ehtirasla pul yığaraq aldıqları və cox əmək sərf edərək tikdirdikləri evlər, saraylar, körpülər, dünyanın ən məşhur tikililəri; əsrlərlə hər cür təbiət hadisəsinə qarşı dağılmadan qalan piramidalar, tarixi qalalar, şəhərlər dəniz qumundan düzəldilmiş qalalar kimi çökəcəklər. İşyerləri, lüks avtomobillər qısaca dünya həyatında insanın sahib olduğu, sahib olmaqla qürurlandığı bütün maddi zənginliklər bir anda yox olacaq. İnsanların əldə etdikləri şan, şöhrət, etibar və iqtidarın heç bir mənası və ya əhəmiyyəti qalmayacaq.
Müxtəlif bəhanələrlə Allahı inkar etmək üçün səy göstərmiş və nə etməsi lazım olduğunu bildiyi halda ibadət etmək istəməyən hər adam, sonunda Allahdan başqa sığınıla biləcək bir güc olmadığını çox yaxşı anlayacaq. Amma artıq onlar üçün geriyə qayıdış və etdiklərini kompensasiya imkanı olmayacaq, yaşanan peşmanlıq da adama hüç bir fayda verməyəcək.
Vulkan püskürmələri bütün dünyanı əhatə edəcək
Toqquşmaların təsiri ilə yaranan zəlzələlərdən vulkan püskürmələri olacaq,toqquşmaların şiddəti ilə yerinqabığında çatlamalar meydana gələcək və maqma yer üzünün hər yerindən fışqıracaq. Zəlzələ surəsində Rəbbimiz bu şəkildə buyurmaqdadır:
Yer öz yükünü çıxardıb atacağı zaman; İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! (Zəlzələ Surəsi, 2-5)
Bilindiyi kimi dünyanın mərkəzində (yerkabuğunun 5000-6000 km. aşağısında), olduqca yüksək təzyiqə sahib, köz halında bir lay var. Və bu layın istiliyinin təxmini olaraq 4500 dərəcə olduğu bildirilməkdədir. Necə ki vulkan partlaması nəticəsində yer üzünə çıxan lavalar bu bölgədə, yəni magmada var.Belə partlamalar tarix boyu bir çox şəhər xalqına dəhşətli anlar yaşadaraq, insanların ölümünə hətta bəzən şəhərlərin belə tamamilə yox olmasına səbəb olmuşlar. Müxtəlif səbəblərə görə torpaq laylarında yaranan qırılmalar nəticəsində yer üzünə sızan lavalar, təzyiq nə qədər yüksəksə o qədər şiddətli fışqırarlar. Əslində burada təyin edici faktor, qazın nisbətidir. Magma yer üzünə çıxarkən qazlar maye haldakı maddədən ayrılaraq magmanın üzərinə yayılar və beləcə təzyiqin artmasına səbəb olarlar. Magma, qazla nə qədər yüklüdürsə püskürtmə əsnasında o qədər çox partlama olar və yerin altında qaynayan lavalar yer üzünə çıxaraq yerin üstünü sanki cəhənnəmə çevirərlər. Bu cür partlama yalnız müəyyən bir bölgəni əhətəsinə alan patlamadir. Üstəlik indiki zamanda aparılan araşdırmalar nəticəsində çox vaxt belə fəlakətdən daha əvvəldən xəbərdar olunub, təhlükənin olduğı bölgədə müxtəlif tədbirlər görülə bilməkdədir.
Quran ayələrində, "Yer öz yükünü çıxardıb atacağı zaman" ifadəsi ilə o gün yerin altında olan bir çox şeylə birlikdə, nüvədə olan axıcı qisimin də yerin üstünə çıxacağına işarə edilməkdədir. Yer üzünün hamısında meydana gələn şiddətli sarsıntılar və yerin bütün laylarının qırılması belə bir şeyin asanlıqla reallaşa bilməsi üçün lazım olan şəraiti meydana gətirəcək. Yəni qiyamət günündə şiddətli zəlzələlər yeri alt-üst edəcək, insanlar başlarına çökən dağlardan, nəhəng binalardan xilas olmağa çalışarkən yerdəki çatlaqlardan fışqıran lavalar hər yeri əhatə edəcək bu da insanların, ölümdən heç cür qaçışlarının olmadığını bir daha anlamalarına səbəb olacaq. Fəlakətlər dalbadal baş verəcək, birindən xilas olmağa çalışan, bir başqası ilə qarşılaşacaq. (Ən doğrusunu Allah bilir) Quran ayələrində belə bildirilməkdədir:
Yer uzanıb dümdüz olacağı; Qoynunda olanları bayıra atıb boşaldacağı; Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)! (İnşiqaq Surəsi, 3-5)
O gün yerin çölə atacağı yük, yalnız magma layı deyil. Magma həm mantonun içindəki həm də manto ilə qabıq arasındakı istilik və maddə mübadilələrinin əsas daşıyıcısıdır. Yəni ehtimalla magma ilə birlikdə daşınan, yerin altında olan bir çox maddə, yüksək bir istiliklə birlikdə yerin səthinə çıxacaq. Bu da yer üzünün dəhşətli şəkildə istiləşməsinə səbəb olacaq. Baş verən hadisələr nəticəsində, yerin altında olan neft, kömür kimi mədənlərlə birlikdə bütün qalıqlar və cəsədlər, qısaca yerin altında olan canlı cansız hər şey çölə atılacaq. Qısaca yer alt-üst olacaq. Allah, bu vəziyyəti Quranda belə xəbər verməkdədir:
"Və qəbirlərin içi 'deşilip xaricə atıldığı' zaman; (artıq hər) nəfs əvvəldən təqdim etdiklərini və təxirə saldıqlarını bilib-öyrənmişdir." (İnfitar Surəsi, 4-5)
Yenə yeraltı suları, sarsıntının şiddəti ilə qırılan yerin laylarından çölə fışqıracaq. Təzyiqli suyun təsiri isə olduqca şiddətlidir. Həm fışqırmanın başladığı bölgədə əhəmiyyətli ziyanlar meydana gələcək həm də həyata mənfi təsir edən su təbəqəsi yer üzünə yayılacaq.
Hər hansı bir bölgədə vulkan partlaması olduğu zaman çoxlu toz və qatı hissəciklər atmosferin üst təbəqələrinə çıxar. Belə partlama əsnasında çox zaman bütün bölgəni küllərin örtdüyü, bu bölgənin toz içində qaldığı bilinməkdədir. Necə ki Allah ayədə qiyamət günündə
Və toz kimi səpələndiyi zaman (Vaqiə Surəsi, 6)
bildirmişdir. Quranda izah edilənlərə uyğun olaraq, qiyamət günündə dünyanın hər yerində buna bənzər partlamaların olması ehtimalı yüksəkdir.
Göründüyü kimi insanlar hər yerdən şiddətli əzaba düçar olacaqlar. Hər tərəfi örtən toz və tüstü buludu, yenə eyni anda yayılan qazlar, insanların nəfəs ala bilməməsinə və ağrılar içində qıvrılmasına səbəb olacaq. O gün yaşanan bütün bu hadisələr inkarçıların sonsuza qədər cəhənnəmin içində görəcəkləri əbədi əzabın böyüklüyünü anlamaları üçün kifayətdir. Beləsinə dəhşətli bir sonla insanların həyatlarına son verən Allah, cəhənnəmdə inkarçılar üçün tayı bərabəri olmayan maddi və mənəvi bir əzab hazırlamışdır. Yaşanan hadisələrin əzəməti qarşısında dəhşətli ölüm qorxusu hər yanı əhatə etmişdir. Artıq qorxu və peşmanlıqdan başqa heç bir şey qalmamışdır.
Səmanın Vəziyyəti
Sonsuz kainatın hər yerini dolduran planetlər, ulduzlar, saysız göy cisimi Allahın tək bir əmri ilə yaradılmış, Onun qüdrəti ilə böyük tarazlıqla qorunmuşdur. Allah, var olan hər şey üçün olduğu kimi səmadakı bu böyük dünya üçün də görülməmiş bir son hazırlamışdır. İki böyük toqquşmadan sonra səmada da fövqəladə dəyişikliklər olacaq, insanların üzərinə səmadan fəlakətlər yağacaq.
Səma insanın hər zaman varlığından və davamlılığından əmin olduğu tavan kimidir. Allahın bir dayaq olmadan yüksəltdiyi və tutduğu, sonsuz kosmos ilə arasında pərdə funksiyası yerinə yetirən, bu görkəmli tavan, əsrlərlə, dünyanı və üzərindəki canlıları saysız təhlükələrdən (ultrabənövşəyi şüalar, meteoritlər, kosmosun dondurucu soyuqluğu vs.) ən kiçik əksiklik olmadan qorumuş, canlılığın davamı üçün lazımlı olan ən əhəmiyyətli faktor olmuşdur. Qaranlıq kosmosdan keçərək gələn işıq, atmosferin daşıdığı xüsusiyyətlər sayəsində dünyaya kifayət qədər yayılmış, bütün planeti işıqlandırmış və insan, atmosferdəki həssas oksigen nisbəti sayəsində nəfəs alıb, həyat tapa bilmişdir. Halbuki yer üzünə göy cisimlərinin sırpılmasından sonra göy bütün funksiyalarını itirəcək. Səmada yaşananlar ayələrdə belə xəbər verilər:
O gün göy hərəkətəgəlib fırlanacaq (çalxalanacaq),(Tur surəsi, 9)
(O gün) göy parçalanaraq, (Allahın) vədi yerinəyetəcəkdir.(Muzəmmil Surəsi, 18)
Və(göy) süst düşüb parçalanacaqdır!(Haqqə surəsi, 16)
Daha əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi ulduz ya da meteoritin çırpılması nəticəsində yer üzünü çox böyük toz və duman buludu örtəcək. Yer üzünü örtən bu tüstü və toz buludu, Günəş işığının qarşısını alacaq ölçüdə olacaq, ekoloji sistemi alt-üst edəcək. Necə ki Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in xəbər verdiyi qiyamət əlamətlərindən biri də "yer üzündə illər boyu qalacaq olan dumandır. Quranda səmanın uğrayacağı son bu şəkildə izah edilir:
O gün göy göyərmiş mis kimi olacaq; (Məaric Surəsi, 8)
Atmosfer o gün əriyəcək və közərmiş halda yanmağa başlayacaq. İnsanlar gömgöy görməyə vərdiş etdikləri səmanı, o gün qırmızı olaraq görəcəklər.” The Last Three Minutes “(Son Üç Dəqiqə) adlı kitabında Paul Davies dünyaya çırpılacaq kometanın təsirini izah edərkən, səmanın yüksəklərindən nəhəng bir işıq şüasının göyləri yandırmağa başlayacağını və dəmir kimi əridəcəyini söyləməkdədir. Yenə eyni hissədə Paul Davies, kosmosun içində yaranan vakuuma
görə qaynayan qazın burulğan meydana gətirəcəyini bildirmişdir. Bu şərh Rəhman surəsində keçən bir ayə ilə çox böyük oxşarlıqlar göstərməkdədir:
(Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?! (Rəhman Surəsi, 37)
Göyün əriyərək axması, ərimiş yağ və ya ərimiş dəmir kimi, qaynar mayeni xatırlatmaqdadır. Yenə belə vəziyyətdə göyün közərmiş halda olacağı, yəni qizarmış və qırmızı rəng olacağı məlumdur. Paul Daviesin bildirdiyi kimi o gün qaynayan qaz burulğan kimi ola bilər. Belə bir şeyin qıpqırmızı gülə nə dərəcə bənzəyəcəyi isə aydındır.
Dənizlər yanmağa başlayacaq
Dünyanın dörddə üçünü örtən ən böyük su kütləsi olan dənizlərin bir anda qaynamağa, başlaması həqiqətən də insanın gözündə çox çətin canlana biləcək bir mənzərədir. O gün yerin bütün yükünü çölə atması, yerin altındakı təxminən 4500 dərəcədəki istiliyin layın imkan tapdığı hər yerdən çölə daşacağı mənasını verməkdədir. Buna şübhəsiz dənizlərin altında olanlar da daxildir. Hər hansı bir sənədli filmdə lavaların dənizin içindəki çıxışını seyr etmiş olanlar, bu qızğın maddənin dəniz suyunda meydana gətirdiyi dəhşətli mənzərəyə şahid olmuşlar. Halbuki qiyamət günü baş verəcək hadisə, bu mənzərədən çox daha fərqli, çox daha əhatəli və dəhşətli olacaq. Yer üzündəki bütün dənizlər alovlar içində qalacaq, qarşısını almaq qeyri mümkün olan alov axını insanlara yönələcək. O gün bütün dənizlər alovlandırılmışdır. Allah bele dildirməkdədir:
Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman; (Təkvir Surəsi, 6)
Baş verən hadisələr nəticəsində quruda olduğu kimi dənizdə də həyat sona çatacaq. Normal şərtlərdə sərinlik və rahatlıq hissi verən dənizlər, bir anda ətrafa müdhiş istilik yayacaq. Dənizlərdə nəhəng dalğalar əvəzinə alov buludları olacaq, havadakı duman oksigeni böyük həcmdə yox edəcək. Böyük dənizlərin alov alov yanan və şiddətlə qaynayan görünüşü, dünyanın cox yerinə yayılacaq və bir çox fəlakətə də səbəb olacaq.
Quranda qiyamət günü baş verəcən hadisələrdən biri də dənizlərin daşmasıdır. Bu həqiqət bir ayədə bu şəkildə xəbər verilməkdədir:
Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; (İnfitar Surəsi, 3)
O gün Allahın istəyi ilə qurudakı fəlakətlərə dənizlərdəkilər də əlavə olunacaq. Bilindiyi kimi, ümumiyyətlə dəniz altında zəlzələ meydana gəldiyi zaman su səthində nəhəng dalğalar meydana gəlir. Dünyaya bir ulduzun çırpılması nəticəsində meydana gələn şiddətli zəlzələlərin təsiri ilə qabaran sular yaşayış yerlərini basacaq və şəhərlərin, adaların yox olmasına səbəb olacaq. Ayrıca ekoloji sistemdəki dəyişikliklər buzlaqların əriməsinə səbəb olacaq, bu da mövcud su səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Allahın təyin etdiyi bu müddət tamamlandığı zaman, ürəklərə amansız qorxu salan hadisələr dalbadal baş verəcək. İnsanları əhatə edən qorxunc səs-küy, dağların parçalanması, insanların ayaqlarının altından axan lavalar, hər yeri əhatə edən toz, duman və qaz buludları, qaynayaraq insanların üstlərinə daşan sular... Dünya həyatı boyu Allahın varlığını düşünmək istəməyən, böyüklüyünü təqdir edə bilməyən qullara bir anda gələn dəhşətli bir acı... Mütləq hər kəsə boyun əydirən, insanlara öz acizliklərini və ömürü boyu dəyər verdikləri şeylərin nə qədər dəyərsiz olduğunu göstərən böyük bir gün... O gün, insanların içlərində hiss etdikləri qorxunun və dəhşətin təsəvvür edilə bilməyəcəyi bir gündür. İnsanlar qaçaraq gizlənməyə bir yer axtaracaqlar. Amma hamı bilməkdədir ki bu gündən qurtuluş yoxdur.
O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək), Onun ardınca bir sarsıntı da olacaqdır! (Naziat Surəsi, 6-7)
Ayədə iki böyük sarsıntıdan bəhs edilməkdədir.
Bu sarsıntılardan birincisi dünyaya başqa ulduzun ya da meteoritin çırpılması ilə baş verə bilər.
Bu toqquşma, milyonlarla ildir qüsursuz nizamla davam edən dünyanın fırlanmasını dayandıracaq.
Birinci toqquşmadan sonra ikinci toqquşma olacaq. Baş verən dəhşətli hadislər ikinci toqquşma ilə daha da şiddətlənəcək.
Bu toqquşma ilə dünya tərs istiqamətdə, yəni şərqdən qərbə doğru dönməyə başlayacaq. Bunun nəticəsində də, Günəş şərqdən deyil, qərbdən doğmağa başlayacaq.