RAQİB - Bütün varlıqlara nəzarət edən, bütün işləri idarə edən
ucgen

RAQİB - Bütün varlıqlara nəzarət edən, bütün işləri idarə edən

635
Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allah`dan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.(Nisa surəsi, 1)
 
Allah yoxdan yaratdığı bütün varlıqları qoruyan və onlara nəzarət edəndir. Kosmosun dərinliklərindəki ulduzlar və sistemlərdən, dünyanı əhatə edən atmosferdəki hadisələrə, insanların əmələ gətirdiyi cəmiyyətlərdən yer üzünü örtən bitki örtüyünə, insan bədənindəki kompleks sistemlərdən mikro və makro aləmlərə qədər və gözlə görə bilmədiyimiz hər şeyi müşahidə edən, şahid olan, nəzarət edən Allah`dır.
 
İnsan başıboş buraxıldığını, məqsədsiz olaraq həyatını davam etdirə biləcəyini zənn edə bilər. Amma hansı iş üzərində olursa olsun, Allah onun üzərində şahiddir. Heç kim Allah`dan bir şey gizlədə bilməz. Gizli razılaşma, plan, sirr, tələ… Bunlar Allah qatında əsla gizlədilməsi mümkün olmayan hadisələrdir. Hər şeyi görən, eşidən və bilən Allah`ın zatından heç nə gizli qalmadığı üçün hər kəsin etdiyinə ədalətlə qarşılıq verilir. İnsanların çoxunda  "Allah kainatı yaradıb, sonra hər şeyi öz halına buraxıb" kimi səhv düşüncə var. Halbuki, bu, çox böyük yanılma və zəndir.
 
İnsanın adi gözlə heç bir zaman görə bilməyəcəyi hüceyrənin içindəki detalları Allah ən incə detalına qədər biləndir. Bədəndəki bir hüceyrə digər trilyonlarla hüceyrə ilə birlikdə çox nizamlı şəkildə hərəkət edərkən bəzən fərqli davranır  və bu gün tam olaraq qaynağı və müalicəsi tapılmayan xərçəng ortaya çıxır. İnsan öz içində yaranan bu hadisədən xəbərsiz ikən Allah bütün bunların üzərində şahiddir və hər mərhələni öz idarəsi altında saxlayır. Necə ki, insan Allah`ın izni olmadan bir addım belə ata bilmirsə, o hüceyrə də Allah`dan xəbərsiz kiçik bir hərəkət belə edə bilməz.
 
Allah hər şeyi yaradandır, biləndir. O, bütün məlumatların tək qaynağıdır. Heç bir varlıq Onun elmi xaricində bir şey edə bilməz. Bir ayədə belə buyurulur:
 
... Allah hər şeyə nəzarət edəndir. (Əhzab surəsi, 52)
 

Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 21)

 

Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allah`dan qoruyan olmaz. (Rəd surəsi, 34)

 
Onları ürəklərin xirtdəyə çatacağı,  qəm-qüssə içində olacaqları yaxınlaşan günlə qorxut. (O gün) zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. (Mömin surəsi, 18)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr