Hal-hazırda kommunist rejimin dünyanın bir çox ölkəsində hakim olmaması və ya siyasi cəhətdən fəaliyyətinin zəifləməsi bir çox insanın "kommunist ideologiya süqut etdi" şəklində yanlış düşünməsinə səbəb olmuşdur. Halbuki kommunizm hər nə qədər siyasi cəhətdən fəaliyyətini itirsə də, onun fikir mənbəyi olan materialist ideologiya dünyanın bir çox ölkəsində öz fəaliyyətini davam etdirir. Bu görə də ötən əsrdə milyonlarla insanın ölümünə səbəb olan, zülmün, münaqişələrin və mərhəmətsizliyin hakim olduğu kommunist ideologiyanın hansı xüsusiyyətlər əsasında hələ də sağ qalması çox mühümdür. Çünki bir ideologiyanın darmadağın edilməsi ancaq o ideologiyanın mənbəyinin məhv edilməsi nəticəsində mümkün ola bilər.
Kommunist ideologiya 150 il boyunca milyonlarla insana zülümlər etmişdir. Amma bu zülümlərin arxasında çox insanın diqqət etmədiyi başqa fikir cərəyan vardır. Bütün materialist cərəyanların olduğu kimi, kommunist ideologiyanın də fikri qaynağı Darvinin təkamül nəzəriyyəsi idi. "Şiddət və münaqişə dəyişilməz təbiət qanunudur" deyən Darvin bu fikri ilə milyonlarla günahsız insanın ölümünə səbəb olan ideologiyalara da zəmin yaradırdı. 20-ci əsr dünya tarixinə "münaqişələr, müharibələr, zülümlər əsri" kimi daxil olub. Bunun ən əsas səbəbi isə 19-cu əsrin ikinci yarısından etibarən bütün dünyanı cənginə alan, qan gölünə çevirən müstəmləkəçilik, vəhşi kapitalizm və kommunizm kimi ideologiyaların getdikcə yayılması və dünyaya hakim olması idi. Amma şübhəsiz ki, milyonlarla günahsız insanın zülmə məruz qalmasına və öldürülməsinə səbəb olan kommunist rejimlər dünyaya hakim olan şiddət və anarxiyanın ən fəal ünsürləri oldular.
Kommunizm iki alman mütəfəkkir Karl Marks və Fridrix Engels tərəfindən irəli sürülmüşdür. Bu iki şəxs bəşəriyyət tarixinin ilk çağlarından bəri mövcud olan materialist zehniyyəti "dialektika" adı altında yeni üsulla izah etməyə çalışdılar. Dialektika ümumi mənada kainatdakı bütün inkişafların münaqişə yolu ilə əldə edilməsini iddia edir. Marks və Engels bu fərziyyəyə söykənib dünya tarixini şərh etməyə başladılar. Marks bəşəriyyət tarixinin münqişələrdən ibarət olduğunu, mövcud münaqişələrinin işçi və kapitalistlər arasında baş verdiyini və yaxın gələcəkdə işçilərin inqilab qaldıracağını iddia edirdi. Marksa görə, cəmiyyət müxtəlif tarixi mərhələlərdən keçirdi və bu mərhələləri tənzimləyən amil istehsal vasitələri ilə istehsal münasibətlərindəki dəyişiklik idi. Bu fikrə görə, iqtisadiyyat hər şeyin həll yoludur. Cəmiyyətlər iqtisadi amillərə uyğun olaraq inkişaf yolu keçmişlər: Quldarlıqdan feodalizmə, feodalizm isə kapitalizmə çevrilmişdir. Nəticədə, inqilab yolu ilə sosialist cəmiyyət qurulacaq və tarix ən yüksək inkişaf səviyyəsinə çatacaqdı.
Ancaq Marks və Engelsin daha geniş kütlələri təsirləri altına sala bilmək üçün ideologiyalarına elmi don geyindirməli idilər. Məhz 20-ci əsrdə baş verən əzablara və çaxnaşmalara səbəb olan təhlükəli birlik beləcə meydana çıxdı. Kommunizm özünə elmi don axtararkən Çarlz Darvin adlı həvəskar bioloq "Növlərin Mənşəyi" adlı kitabını nəşr etdirdi. Kitabda irəli sürülənlər Marks və Engelsin axtardıqları iddialar idi. "Növlərin Mənşəyi" sanki kommunizm və materializm üçün "sifariş edilərək" yazılmış kitab idi. Çünki Darvin canlıların cansız maddələrdən təsadüfən meydana gəldiyini və bütün canlıların həyat uğrunda mübarizə nəticəsində təkamül keçirərək indiki hallarına çevrildiyini iddia edirdi. Bu, Marks və Engelsin iddia etdiyi cəmiyyətlərarası dialektik münaqişələrin və mübarizənin təbiətə tətbiq olunan bioloji variantı idi. Darvinin Marks və Engelsə verdiyi ikinci mühüm dəstək isə Allah`a və dinə olan inamsızlıq və düşmənçilik mövzusu idi. Marks və Engels hər bir materialist kimi Allah`ın varlığını inkar edirdi, Darvin də nəzəriyyəsi ilə yaradılışı rədd edirdi.
Marks və Engels Darvin pərəstişkarı idilər
Darvinizm kommunizm üçün o qədər böyük əhəmiyyət daşıyırdı ki, Engels Darvinin kitabı nəşr olunan kimi Marksa belə yazdı: "Bu anda kitabını oxumaqda olduğum Darvin bir sözlə möhtəşəmdir!" Marks isə 19 dekabr 1860-cı il tarixdə Engelsə yazdığı cavabında belə deyirdi:
“Bizim iddialarımızın təbii tarixi əsasını ehtiva edən kitab elə budur.”
Marks digər sosialist dostu Lasalleyə 16 yanvar 1861-ci ildə yazdığı məktubunda isə belə bildirirdi:
"Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinfi mübarizəsinin təbiət elmləri baxımından təməlini təşkil edir."
Marks ən məşhur əsəri olan “Das Kapital”ı Darvinə həsr edərək ona olan heyranlığını göstərmişdir. Kitabın almanca nəşrinə əl yazısı ilə belə yazmışdı:
"Çarlz Darvinə əsl pərəstişkarı olan Karl Marksdan".
Engels Darvinə olan heyranlığını həmçinin belə ifadə edirdi:
"Təbiət metafizik deyildir, dialektikdir. Bununla bağlı hər kəsdən əvvəl Çarlz Darvinin adı xatırlanmalıdır."
Engels Darvini Marksa bərabər tutaraq tərifləyir və “Darvin necə ki təbiətdəki təkamül qanununu kəşf edib, Marks isə bəşəriyyət tarixində təkamül qanununu kəşf etdi” deyərək heyranlığını ifadə edirdi.
Bundan başqa, Engels "Meymundan insana keçiddə əməyin rolu" adlı kitab çap etdirərək Darvinin nəzəriyyəsini qısa zamanda mənimsədiyini göstərmişdi. Engels, bundan başqa, təbiət elmlərinin inkişaf etməsinə səbəb olan 3 əsas dayaqdan birinin Darvinizm olduğunu bildirirdi və belə deyirdi:
"1859-cu ildə Çarlz Darvin əsas əsəri “Növlərin Mənşəyi”ni nəşr etdirmişdir. Bu əsər bir əsrdən çox davam edən təkamül mövzusunu başa çatdırmış və müasir biologiyanın təməlni qoymuşdur. Bu ideyaların fəlsəfi əhəmiyyəti təbii inkişafın dialektik xüsusiyyətini əsaslı şəkildə irəli sürməyindədir.”
Amerikalı botanik prof. Konvey Zirkl (Conway Zirckle) isə kommunizmin banilərinin darvinizmi nəyə görə mənimsədiklərini belə ifadə edir:
"Marks və Engels təkamül nəzəriyyəsini Darvinin “Növlərin Mənşəyi” adlı kitabı nəşr olunan kimi mənimsədilər... Təkamül kommunizmin baniləri üçün bəşəriyyətin fövqəltəbii bir gücün müdaxiləsi olmadan necə yaranmış ola biləcəyi sualına verilən cavab idi və bu səbəbdən müdafiə etdikləri materialist fəlsəfənin əsaslarını dəstəkləmək üçün istifadə edilə bilərdi. Bundan əlavə, Darvinin təkamüllə bağlı izahı - yəni təkamülün təbii seçmə prosesində inkişaf etməsini iddia edən nəzəriyyə- onlara o vaxta qədər hakim olan dini düşüncələrin əleyhinə çıxmağa fürsət verirdi. Təbii seçmə nəzəriyyəsi sayəsində alimlər dünyanı materialist terminologiya ilə izah etmək şansı əldə etmiş oldular."
Darvinist Rus rejimi
Marks və Engelsin davamçıları də eyni səhvi təkrar edərək təkamül nəzəriyyəsini böyük həvəs və maraqla mənimsədilər. Marks və Engelsin fikirləri ölümlərindən sonra daha çox məşhurlaşdı. Marksın xəyal etdiyi kommunist inqilabı Vladimir İliç Lenin həyata keçirdi. Rusiyadakı kommunist bolşevik hərəkatının lideri olan Lenin ölkədəki çar rejimini silah gücü ilə yıxmağı qarşısına məqsəd qoymuşdu. I Dünya müharibəsi bolşeviklərə axtardıqları fürsəti verdi. Leninin rəhbərliyi ilə kommunistlər 1917-ci il oktyabr ayında hakimiyyəti silah gücü ilə ələ keçirdilər.
Lenin də Marks və Engels kimi qatı təkamülçü idi. Müdafiə etdiyi dialektik materialist fəlsəfənin əsasının Darvinin nəzəriyyəsi olduğunu tez-tez vurğulayırdı. Bolşevik inqilabının Lenindən sonrakı ən böyük qəhrəmanı hesab edilən Leon Trotski də Darvinə duyduğu heyranlığını bu sözlərlə ifadə etmişdi:
"Darvinin kəşfi dialektikanın ən böyük zəfəri oldu."
1924-cü ildə Leninin ölümündən sonra Kommunist Partiyasının başına dünyanın ən qanlı diktatoru hesab edilən Stalin keçdi. Stalin 30 illik hakimiyyəti boyunca qırğın və işgəncə siyasəti həyata keçirmişdir. Stalinin ilk vacib işi Rusiya əhalisinin 80%-ini təşkil edən kəndlilərin təsərrüfatını dövlət adına keçirmək idi. Kollektivləşmə adlanan və xüsusi mülkiyyəti ləğv etməyə yönələn bu siyasətin nəticəsində rus kəndlilərinin bütün məhsulu silahlı vəzifəlilər tərəfindən alındı. Beləliklə, qıtlıq dövrü başladı. Yeməyə heç bir şey tapa bilməyən milyonlarla qadın, uşaq və yaşlı aclıqdan həyatlarını itirdilər. Qazaxıstan əhalisinin 20%-i aclıqdan öldü. Qafqazda ölənlərin sayı isə bir milyon idi.
Stalin bu siyasətinə müqavimət göstərməyə çalışan yüz minlərlə insanı isə Sibirin işgəncəli əmək düşərgələrinə göndərdi. Məhbusların çox ağır şərtlərdə ölənədək işlədildikləri bu düşərgələr insanların bir çoxuna məzar oldu. Digər tərəfdən, on minlərlə insan Stalinin gizli polisləri tərəfindən edam edildi. Aralarında Krım və Türküstan türklərinin də olduğu milyonlarla insan Rusiyanın ucqar nöqtələrinə zorla sürgün edildi. Stalin bütün bu qanlı siyasətinin nəticəsində təxminən 20 milyon insanı qətl etdi. Stalini bu cür mərhəmətsiz qatil olmasının səbəbi şəxsi psixoloji vəziyyətindən daha çox inandığı materialist fəlsəfə idi. Bu fəlsəfənin ən fundamental əsası isə Stalinin özünün də dediyi kimi, Darvinin təkamül nəzəriyyəsi idi. Stalin bu barədə belə demişdir:
"Gənc nəsillərin zehinlərini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik: Darvinin təlimlərini"
Stalinin hələ sağlığında nəşr olunan bir kitabda isə onun ateist olmasına səbəbkar Darvin olduğu belə izah edilirdi:
"Çox erkən yaşlarda, hələ xristian kilsəsində şagird olarkən yoldaş Stalin tənqidi məntiq və inqilabçı hissləri inkişaf etdirdi. Darvini oxumağa başladı və ateist oldu."
Yəni Stalini qatil edən ən böyük faktor darvinizmdir...
Darwinizim və kommunizmin ortaq xüsusiyyəti: Din düşmənçiliyi
Başda Rusiya və Çin olmaq üzrə, kommunizm bir çox ölkədə partizan mübarizələrinə, qanlı terror aksiyalarına və vətəndaş müharibələrinə səbəb oldu. Bu ölkələrin arasında 1960-70-ci illərini terror və anarxiyaya qarşı mübarizə ilə keçirən Türkiyə də vardı. Bu illərdə Türkiyədə kommunist inqilabçılıq xəyalı ilə dövlət əleyhinə silaha sarılan təşkilatlar ölkəni qaranlıq terror mühitinə sürüklədilər. Kommunist terror 1980-ci ildən sonra isə separatçılıqla birləşdi və on minlərlə vətəndaşın ölümünə, polislərin və əsgərlərin şəhid olmasına səbəb oldu.
Hazırkı dövrdə də darvinizimin ən qızğın müdafiəçiləri kommunist və ateistlərdir. Hər ölkədə təkamül nəzəriyyəsini israrla müdafiə edənlərə nəzər yetirsək, bu gerçəyi aydın görərik. David Jorafski "Sovet marksizmi və təbiət elmləri" adlı kitabında bu əlaqəni belə açıqlayır:
"Elmi cəhətdən çatışmazlığına baxmayaraq, təkamülün irəli sürdüyü elm hər cür Allah əleyhinə sistemi və təcrübələri haqlı çıxarmaq üçün istifadə edildi. İndiyə qədər bunlardan ən uğurlusu belə görünür ki, kommunizmdir və bütün dünyadakı tərəfdarlarına kommunizmin təkamül elmindən qaynaqlandığı deyilərək aldatmışlar.”
Marksizm-darvinizm əlaqəsi hazırda hər kəs tərəfindən qəbul edilən çox aşkar bir gerçəkdir. Karl Marksın həyatı ilə bağlı yazılan kitablarda da bu əlaqədən tez-tez bəhs edilir. Məsələn, marksist kitabları yayımlayan Öncü nəşriyyatı tərəfindən verilən bir bioqrafiyada bu əlaqə belə təsvir edilir:
"Darvinizm marksizm fəlsəfəsini dəstəkləyən, onu sübut edən və inkişaf etdirən bir sıra gerçəyi təqdim etdi. Darvinist fikirlərin yayılması cəmiyyətdə bütövlükdə marksist düşüncələrin xalq tərəfindən qavranılması üçün əlverişli zəmin yaratdı... Marks, Engels və Lenin Darvinin düşüncələrinə böyük dəyər verdilər, bunların daşıdığı elmi mövqeyə diqqət çəkdilər və beləliklə də, bu düşüncələrin yayılmasını sürətləndirdilər."
Darvinizm bataqlığının qurudulması vacib şərtdir
Müharibələr, zülümlər, qırğınlar, münaqişələr tarix boyunca hər zaman olmuşdur. Amma keçən əsrdə bunların sayının və gətirdiyi fəlakətlərin səviyyəsinin bu qədər böyük olmasının səbəbi darvinizmin bu vəhşiliklərə, qırğınlara və münaqişələrə qondarma qanuni don geyindirməsidir. Darvinizmin təbiət haqqındakı uydurma iddiaları bu ideologiyaların təbirləri ilə eyni olduğu üçün qatillər, diktatorlar, sadist ideoloqlar öz etdikləri əməllər barədə "təbiət qanunu cəmiyyətdə də keçərlidir" deyərək özlərini haqlı və günahsız göstərməyə çalışmışlar.
Müasir dövrdə təkamül nəzəriyyəsi hələ də fəlsəfi və ideoloji məqsədlərlə müdafiə olunmağa davam edir. Təkamül nəzəriyyəsi ilə şiddətlənən 19-cu əsr müstəmləkəçiliyi, nasist Almaniyası, Sovetlər İttifaqı artıq tarixdə qalmışdır, ancaq bunların əsasını təşkil edən materialist fəlsəfə hələ də bəzi dairələr tərəfindən israrla müdafiə olunur və bu fəlsəfənin dağıdıcı təsirləri dünyanın hər tərəfində davam edir. Məhkəmə yolu ilə və ya fiziki tədbirlərlə yaranın yalnız üzərini örtmək olar. Qəti həll yolu isə yaranın elmi və mədəni cəhətdən müalicə edilməsidir. Darvinizmin mədəni və elmi cəhətdən süqut etməsi ondan ilham alan fəlsəfələri də məhv edəcək və bu, dünyadan zülmün qalxmasına səbəb olacaqdır.
Bu görə də vicdanlı və imanlı, milli və mənəvi dəyərlərinin bilən insanların üzərinə mühüm vəzifələr düşür. Darvinizmin dünyaya gətirdiyi bəlaları görməzlikdən gəlmək və ya əhəmiyyət verməmək doğru deyil. Bu mövzunun nə qədər mühüm olduğunu qavrayan hər insan lazımi mədəni, elmi “hücum” edərək bu yalana son qoymalıdır.