KƏHF SURƏSİ, 71- 82 (LEDÜN ELMİ)
ucgen

KƏHF SURƏSİ, 71- 82 (LEDÜN ELMİ)

1522
18/71- Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün".
18/72- Xızır dedi: "Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?"         
18/74- Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: "Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun".
18/75- Xızır dedi: "Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?"
18/76- Musa dedi: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın.
18/77- Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: "Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın".  
18/78- Xızır dedi: "Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.
18/79- Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.
18/80- Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.    
18/81- Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin.
18/82- Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!"        

 

İslam dininin dünyada hakimiyyətindən danışarkən bu ayələr ağlıma gəldi. Ledün elmi mövzusunda danışarkən hz. Musa (ə.s)- ın hz. Xızır (ə.s)- la söhbətində etiraz etdiyi mövzuları əslində özü yaşadı. Yəni, baxın üç mövzu var, üçünü də özü yaşadı. Quranda bu mövzular bildirilir. Məsələn, hz. Musa istəmədiyi halda adam öldürdü. Bir nəfəri qorumaq üçün yumruq atdı. Hz. Musa çox gözəl qüvvətli, yəni hündür boyludur. Gücünün necə təsir edəcəyini bilmədi. Vurduğunda adam oradaca öldü. Təbii ki, bu müsəlman üçün dəhşət verici bir şeydir, çox böyük iztirabdır.

“Allah səni çox böyük bir hadisədən qurtardı” deyir. Bu hadisəyə qarşı çox kədərləndi. Müsəlman kədərlənməz, amma çox böyük əzab çəkər və bu onun qismətindədir. Onu Allah öldürdü. Əzrail əleyhissəlam öldürdü. Əzrail əleyhissəlam da öldürmədi, Allah öldürdü. Canını alan Allahdır. Hz. Xızır (ə.s) da bir uşağı öldürür, özü də gənc birini. Ondan soruşdu ki, bir qarşılığı olmadan niyə öldürdün? Cavabında sən də öldürdün deyə bilər.

 Xızır niyə öldürdü? Allahın əmri elə idi. Onun üçün öldürdü. Xızır (ə.s) deyir ki, mən özümə görə hərəkət etmirəm. Bu uşaq zalım olacaq. Anasına, atasına hücum edəcək, onların dininə, imanına qarşı gələcək. Pis bir insan olacaq. Çox pis insan olmadan öldürdüm. Bəlkə də Cəhənnəmə getməsin deyə belə oldu. Başlanğıcda bu işin hikmətini izah etməsə də sonradan açıqlayır. Hz. Musa (ə.s) isə o mövzular arasındakı bağlılığı qura bilmədi.

Hz. Xızır (ə.s) gəmini deşdi, gəmi dənizdə sahilə oturdu. Ona iman etdiyi halda eyni zamanda hz. Xızır (ə.s)- dan soruşdu ki, niyə bu gəmini batırdın? Hz. Xızır (ə.s) açıqladı ki, bu gəmi yoxsullara aiddir. Qarşıda da zalım bir hökmdar var. Hər kəsin malına mülkünə əl qoyur. Qarşıya getməsin və o zalım hökmdarın əlinə keçməsin deyə, sağlam gəmilərə ələ keçirdiyi üçün bunu qüsurlu etdim. Qüsurlu olunca gəmini almayacaqdı. O kasıbların da malı və mülkü əllərində qalacaq. İndi isə gəmini təmir edib işlədə biləcəklər. Gəminin onların əllərinə keçməsinin qarşısını aldım. Hz. Musa (ə.s) bildirdi ki, sən bunu heç gərəksiz yerə etmədin.

 Halbuki özü də eyni hadisə ilə qarşılaşır. Anası hz. Musa (ə.s)-ı kiçik bir gəmiyə qoyub suya buraxdı. Həqiqətən yeni doğulmuş uşağı kiçik bir qayığın içinə qoyarsan və onu suya buraxarsan. Onun sağ qalıb yaşama ehtimalı bir faizə bərabərdir. Anası onu oraya qoyarkən öldürmək məqsədiləmi qoydu? Yox, sağ qalması üçün bu yola əl atdı. Allahın onu qurtarmasına ümid edib oraya qoydu. Çünki, Allah onun qəlbinə uşağın sağ qalacağına vəhy etdi. Baxın, həm orada, həm də burada bir qurtarma məqsədi var. Düz deyilmi? Hər birində gəmi, biri böyük, digəri isə kiçik. İkisində də məqsəd insanları qurtarmaqdır. Hz. Xızır (ə.s) bunu yerinə yetirdi, amma hz. Musa (ə.s) onu bilmədi.

Bilirsiniz, yenə bir kəndə getdi. Orada uçub-tökülən divar vardır. Bu hz. Süleyman (ə.s)- ın məscidinə işarədir, divarı uçub dağılmışdı. Yenidən Mehdi (ə.s) dövründə inşa ediləcək. Bir də Aya Sofyaya işarədir, inşaAllah. Buradakı hikmət də yenə eyni şəkildə oxşardır. Orada deyir ki, pul niyə almadın? Çünki, o divarı inşa edən hz Xızır (ə.s) bunu Allah rizası üçün etdi. Divarın altında iki yetim uşağa aid xəzinə vardı. Divar sağlam qalsın ki, o uşaqlar xəzinəni divarın altından tapıb onu alacaqlar. Eyni zamanda bu hz. İsa (ə.s)- a və Mehdi (ə.s)- a işarə edən bir açıqlamadır. Bu gizli xəzinənin tapılacağı, müqəddəs xəzinələrin tapınacağına aid bir işarədir. Dərin düşünülərsə Quranın sirri çoxdur. Məsələn, hz. Musa (ə.s) getdiyi yerdə iki xanıma və çobanlara rast gəldi. Çobanlar xanımlardan uzaqda durmuşdu. Onlar heyvalara su vermək istəyirdilər, ancaq çobanlar orada olduğundan gedə bilmirdilər. Qadınlar Musanı görəndə ona güvəndilər. O, heyvanları aldı və su vermək üçün apardı. Bunu heç bir qarşılığı olmadan, pul almadan, yəni Allah rizası üçün etdi. Deməli, təmiz və düzgün, yaxşı bir müsəlmana güvənilər. Ondan uzaq durulmur. Allahdan qorxan müsəlmana başqa bir müsəlman, o cümlədən qadın da yaxınlaşa bilir. Amma Allahdan qorxmayan birindən müsəlman uzaq durar.

Hz. Xızır (ə.s) ondan soruşmadı sən onu niyə pulsuz etdin? Heç bir qarşılıq almadan. Amma o Xızır (ə.s)-a sual verdi ki, sən onu niyə pulsuz etdin? Bunun cavabı isə o niyə pulsuz qarşılıqsız etdisə, o da orada o məqsədlə eynisini etdi.

 Əslində Xızır (ə.s) ona işarə etdi, ancaq hz. Musa ona da diqqət etmədi. Xızır (ə.s) zahir elminin alimi, batin elminin ustadıdır. İstəsəydi daha da ledün elminin və batin elminin dərinliklərini ona göstərə bilərdi. Ledün elminin əsl sultanı, tək tətbiq edicisi Allahdır. Dünyada çox əhatəli olaraq ledün elmini Allah tətbiq edər, insanlar isə bunu bilməzlər. Allah Cənnət və Cəhənnəm, insanların niyə cəhənnəmə getmələri, qədər mövzusunu, həmçinin Ledün elmini həmişə tətbiq edər. Batin elminə insanlar diqqət edə bilməzlər. Diqqət etməmələri də o qədər problem olmaz. Amma iman etmələri çox böyük bir problemdir.

 

( Adnan Oktarın 22 aprel 2010 tarixli reportajından açıqlamalar) 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo