Aktual: Elmi araşdırma, 127-ci say
ucgen

Aktual: Elmi araşdırma, 127-ci say

2410

CERN-də iki atomaltı zərrəciyi kəşf edilib

Avropa Nüvə Tədqiqatları Mərkəzində elm adamları iki atomaltı zərrəcik kəşf edib.

Böyük adron sürətləndiricisindən istifadə edilərək aparılan təcrübələr zamanı kəşf edilən atomaltı zərrəciklər böyük güclə bir araya gələn üç zərrəciyin yaratdığı baryondan meydana gəlir.

CERN-dən verilən açıqlamada bu kəşfin dünyanın yaranmasını təyin edən zərrəcik fizikasının “Standart Model”inin  hüdudlarından kənarda nələrin baş verdiyini öyrənməmizə yardım edəcəyi ifadə edilib.

CERN-ə bağlı LPNHE laboratoriyasında vəzifəli Mettyu Çarlz (Matthew Charles) “Birini öyrənməyə çalışarkən ikisini birdən kəşf etdik” demişdir.

Kainatın yaranmasında öz təsdiqini tapan Böyük Partlayış mühitinin hazırlanması üçün 10 milyard dollar sərf edilərək təcrübə aparılmışdır. Aparılan təcrübə zamanı kəşf edilən yeni zərrəciklərin 27 kilometrlik tuneldə bir-biri ilə toqquşdurulan protonlardan 6 dəfə ağır olduğu görülüb.

Araşdırmanın nəticələri “Physical Review Letters” jurnalında nəşr olunacaq.

Daha əvvəl də böyük adron sürətləndiricisindən istifadə edilərək kütlələrini zərrəciklərə verdiyi düşünülən və “Hiqqs bozonu” adlanan atom altı zərrəcik kəşf edilmişdir. “Tanrı zərrəciyi” olaraq da tanınan Hiqqs bozonunun kəşfinə görə keçən il belçikalı fizik Fransua Enqler (François Englert) ilə İngilis elm adamı Piter Hiqqsa (Peter W. Higgs) Nobel mükafatı verilmişdi.

www.haber7.com

www.biyomimetik.net

Asfaltı düzəldən beton icad edilib

İngiltərədə Kembric, Bat və Kardiff universitetlərinin ortaq çalışması ilə özü-özünü bərpa edə bilən beton istehsal edilib.

Tərkibində xüsusi bakteriya növü olan betondan hazırlanmış asfaltlar yollarda zaman ərzində meydana gələn pozulmaları düzəltməklə özü-özünü yeniləyə biləcək.

Betona qarışdırılan xüsusi bakteriya yağış suyu ilə birləşdikdə əhəng daşına çevrilir və asfaltda meydana gələn boşluqları doldurur.

Bu maddəni daha da təkmilləşdirərək tikintidə (inşaat) istifadə edilməsi nəzərdə tutulur.

www.haber7.com

Planetin meydana gəlməsini ən dəqiq şəkildə göstərən görüntülər əldə edilib

“Alma” radio teleskopu körpə bir ulduzun ətrafında yaranan planetlərin indiyə qədərki ən aydın görüntüsünü çəkib.

BBC-nin verdiyi xəbərə görə “Alma” adlı radio teleskopunun çəkdiyi fotoşəkildə bir milyon yaşında belə olmayan və Buğa bürcündə yerləşən “HL Tau” ulduzunun ətrafındakı böyük toz və qaz diski, həmçinin tünd halqalar aydın şəkildə görünür. Toz və qaz buludunda tünd halqalar şəklində gözə çarpan bu boşluqlar orbitdə yaranacaq yeni planetlərdən xəbər verir.

Alma radio teleskopunun yeni yüksək dəqiqliyə sahib xüsusiyyətləri sayəsində mərkəzdə dünyadan 450 işıq ili uzaqlıqdakı “HL Tau” ulduzu ilə birlikdə planetin meydana gəlmə görüntüləri əldə edilib.

Elm adamları teleskopun yeni xüsusiyyətlərini sınaqdan keçirərkən antenalarının “HL Tau”ya yönəldiyini və planetlərin meydana gəlmə prosesini daha əvvəl heç olmadığı qədər ətraflı şəkildə izlədiklərini ifadə ediblər.

Oxford Universitetindən astrofizik Aprajita Verma görüntüsünün “möhtəşəm” olduğunu bildirib.

www.trthaber.com

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr