Adnan Oktarın 4 Fevral 2011 Kaçkar Tv-dəki söhbətindən
ADNAN OKTAR: Maidə surəsi, 71-ci ayə. Şeytandan Allaha sığınıram. "Bir fitnə olmayacağını düşündülər, korlaşdılar, karlaşdılar". Allah, yəni bir hadisə baş verməyəcək, bəla gəlməyəcək, bu işlər belə gedər, çox rahat heç bir şey olmaz zənn edərlər deyir. "Korlaşdılar", yəni açıq dəlilləri görməzlikdən gəldilər, "karlaşdılar" açıqca bilinən, səmimi olaraq eşidilən şeyləri də eşitmədilər. "Sonra Allah, tövbələrini qəbul etdi", yəni buna baxmayaraq, sonar tövbə edirlər, sonra Allah tövbələrini qəbul etdi. "(Yenə) onlardan əksəriyyəti korlaşdılar, karlaşdılar. Allah etməkdə olduqlarını görəndir." Yenidən azırlar, Allah ona diqqət çəkmişdir. "And olsun, "Şübhəsiz, Allah Məryəm oğlu Məsihdir" deyənlər küfrə düşmüşdür." Yəni Məryəm oğlu Məsihi Allah olaraq görən kim varsa, küfr içindədir deyir Allah. Onun üçün tək Allaha inanmaları lazımdır. "Halbuki, Məsihin dediyi (budur:) "Ey İsrailoğulları, mənimdə Rəbbim, sizində Rəbbiniz olan Allaha ibadət edin. Çünki O, Özünə ortaq qoşana, şübhəsiz, cənnəti haram etmişdir, onun sığınma yeri atəşdir. Zülm edənlərə köməkçi yoxdur". "And olsun" deyir Allah, "Allah üçün üçüncüsüdür" deyənlər küfrə düşmüşdür". Yəni təslis inancında olan kəslər, mütləq küfr içindədir deyir Allah. "Halbuki, tək bir İlahdan başqa İlah yoxdur. Əgər söylədiklərindən imtina etməsələr, onlardan inkar edənlərə mütləq (acı) bir əzab toxunacaq". "Yenədə Allaha tövbə edib bağışlanma istəməyəcəklərmi? Halbuki, Allah bağışlayandır, əsirgəyəndir". "Məryəm oğlu Məsih, yalnız bir elçidir. Ondan əvvəldə elçilər gəlib keçdi. Onun anası doğrudur, ikisi də yemək yeyərdilər". Bu Quranın nəzakətli bir üslubudur. Allah Quranda çox nəzakətli, "yemək yeyərdilər" deyir. Yəni bu, təbii ehtiyacları var mənasını verir. "Bir bax, onlara ayələri necə açıqlayırıq? (Yenə), onlar isə necə də çevrilirlər?" Təslis inancı, qəbul ediləcək kimi deyil. Beş yaşındakı uşağa belə söyləsən anlayar. Yemək yeyən, təbii ehtiyacları olan, yatan, acizlik içində olan bir varlıq, Allah ola bilməyəcəyi açıqdır, inşaAllah.