Elm, darvinizmin istifadə etdiyi ən böyük örtükdür. Darvinizm “elm” adı altında ortaya çıxmışdır. Darvinistlər də, “elm adamlarıyıq” deyə ortaya çıxmışlar. Darvinizmə qarşı göstərilən hər cür reaksiya, saxta “elmlə mübarizə” olaraq irəli sürülmüşdür. Təkamül nəzəriyyəsi haqqında hər cür şübhə; bir cür “mürtəcelik və ya elm düşmənliyi” olaraq göstərilmişdir. Darvinistlərin hər cür saxta dəlili, elmi tapıntıymış kimi insanlara tanıdılmışdır. Bir başqa sözlə darvinizm 150 ildir elmdən istifadə etmişdir.
Elm, darvinizmin istifadə etdiyi ən böyük örtükdür. Darvinizm “elm” adı altında ortaya çıxmışdır. Darvinistlər də, “elm adamlarıyıq” deyə ortaya çıxmışlar. Darvinizmə qarşı göstərilən hər cür reaksiya, sözdə “elmlə mübarizə” olaraq önə sürülmüşdür. Təkamül nəzəriyyəsi haqqında hər cür şübhə; bir cür “mürtəcelik və ya elm düşmənliyi” olaraq göstərilmişdir. Darvinistlərin hər cür saxta dəlili, elmi bir tapıntıymış kimi insanlara tanıdılmışdır. Bir başqa deyişlə darvinizm 150 ildir elmi istifadə etmişdir.
Yaxşı, darvinizm elmdirmi?
Darvinizm yalandır. Elmlə heç bir əlaqəsi yoxdur. Darvinizm, insanları bir yalana alışdırmaq və ona inandırmaq üçün inkişaf etdirilmiş saxta səydir. Elm, darvinizmin sığınacağıdır. Darvinizm, elmdən istifadə edərək toxunulmazlıq əldə edər. Saxtakarlıqları elm deyə müdafiə edər. Saxta dəlillər qarşıya qoyan, uşaq nağılları izah edən darvinistləri elm adamı olaraq tanıdar. Darvinizmin yalan olduğunu fərq edən və buna qarşı mübarizə aparan şəxsləri də elmə xəyanət etməklə günahlandırarlar. Darvinizmin ən böyük silahı elmdir. İndiyə qədər də insanları elm maskasının altında gizlənərək aldatmışdır. Elmdən istifadə edərək edilən bu yalan hələ də davam edir. Darvinist elm jurnallarının, darvinist sənədli kanallarının, darvinist elm adamlarının bundan istifadə etməsinin səbəbi budur.
İngilis paleontoloq təkamülçü Derek V. Eycer bu mövzuyla əlaqədar olaraq bunları söyləyir:
Hamımız bilirik ki, bir çox təkamülçü cəhd, müəyyən paleontoloqlar tərəfindən edilən beyin fırtınalarından ibarətdir. Kitabxanadakı bir taksonomist (canlıların bioloji sinifləndirilməsi elmiylə maraqlanın şəxs), milyonlarla illik genetik mutasiyadan çoxunu edə bilər.
Bu ifadə son dərəcə doğrudur. Məktəb kitablarında, qəzetlərdə, jurnallarda, televizorlarda izah edilən saxta primitiv dünya, mutasiyalarla və təbii seleksiya ilə yaranan canlı növləri, xəyali ortaq ata, guya inkişafını tamamlamamış qəribə canlılar kimi təkamül hekayələri, yalnız darvinist elm adamlarının öz xəyal güclərində var olan hadisələrdir. Təbii seleksiya yoluyla illərdir fərz etdikləri heç bir nəticəyə çata bilməmişlər. Derek V. Eycerin də söylədiyi kimi genetik mutasiyalar da onlara bu nəticəni verməmişdir. Amma bu elmi həqiqətləri rədd edib eyni saxta iddiaları müdafiə etməyə davam etmək özlərinə görə, darvinizm yalanının dünyaya yayılma ehtimalını gücləndirir. Məhz bu səbəblə darvinistlər elmi sözləri darvinist yalana elmi görünüş qatmaq üçün istifadə edərlər. Ortada nəticələnmiş və təkamül lehinə nəticə vermiş elmi bir təcrübə və ya elmi dəlil yoxdur. Yalnız tez-tez istifadə edilən elmi sözlər və düsturlar vardır. Darvinist hər hansı bir yazıçının kitabında bu maraqlı terminlərə və ya maraqlı kimyəvi düsturlara intensiv rast gəlmək mümkündür. Mövzu haqqında məlumatsız olan biri bu kitaba baxdığında, həqiqətən də, elm adamının elmi məzmunlu kitabını oxuduğunu zənn edə bilər. Halbuki, görünüş hiyləlidir. Bu kitabda izah edilən tək şey, canlı varlıqların kor təsadüflər nəticəsində meydana gəldikləri və bu günkü hallarına kor təsadüflər nəticəsində gəldikləri nağılıdır. Darvinist yazıçının bunun üzərinə izah edəcək yeni bir şeyi, verəcək elmi dəlili yoxdur. Kimyəvi terminlər və kimyəvi düsturlar, darvinizm yalanını yalnız tamamlamaq, özlərincə həqiqi göstərə bilmək üçündür.
Darvinistlərin elmdən istifadə etmə üsullarına bir nümunə, təkamülçü paleontoloq S. M. Stenlinin bu sözləridir:
Təkamül kiçik, yerli populyasiyalarda sürətlə reallaşır; bu səbəblə fosil
qeydlərində təkamülü görmürük.
Məhz bu sözlər yalandır. Yerli populyasiyalarda reallaşan təkamüldən bəhs edilir, lakin dəlil yoxdur. Hətta dəlilin tapıla bilməyəcəyi etiraf edilmiş, amma bu belə elmi göstərilməyə çalışılmışdır. İşin doğrusu budur: fosil qeydlərində təkamül görülmür, çünki təkamül heç bir zaman yaşanmamışdır.
“National Center of Science Education - NCSE (Milli Elm Təhsil Mərkəzi”nin) rəhbəri Yucin C. Skot isə, bu mövzuyla əlaqədar olaraq bu şərhi etmişdir:
Bir çox lisey dərs kitabı (hətta çox təəssüf ki, bəzi kolleclər) nəzəriyyələri test edilmiş fərziyyələr olaraq açıqlayırlar, sanki fərziyyələr təsdiqlənmiş nəzəriyyələrmiş kimi; və həqiqi mənada çox yaxşı bir nəzəriyyə onlar üçün qanunlaşmış kimidir. Çox təəssüf ki, elm adamları bu terminlərdən bu şəkildə istifadə etməzlər, əksər insan elm adamı deyil və elm adamları da bu sözlərin mənasını şagirdlərə və xalqa yaxşı açıqlaya bilməmişdir.
Bu şərtlər altında yalnız özünə göstərilən və izah edilənlərlə həmsöhbət olan bir insanın, əgər düşünüb ön mühakiməsiz qiymətləndirmə gücü yoxsa, darvinizmin etibarlı olduğuna asanlıqla qənaət gətirə bilər. Çünki darvinizm, təlqin üsulu ilə bəhsi keçən oxucunun gözləməsinə bir növ cavab vermişdir. Canlılığı özünə görə sadə şəkildə açıqlamış və buna “elmidir” demişdir. “Sorğulanmasına ehtiyac yoxdur, onsuz da doğru və sübut edilmişdir” demişdir. “Elm adamları bunu dəstəkləyir” demişdir. “Elmin canlılıq haqqında tək şərhi budur, bundan başqa şərhlər elmi deyil” demişdir. “Bunu bütün dünya qəbul edir” demişdir. Və bu yalanlarla tarixin ən böyük yalanlarından birini inşa etmişdir. Darvinizmi heç bilməyən, onun necə bir yalan olduğuna dair ən kiçik fikri olmayan və yalnız bu izahlarla həmsöhbət olan bir adam üçün də bu səthi şərhlər onu razı salmağa kifayətdir.
Halbuki, bu adam aldığı təlqinin hər mərhələsində aldadılır. Onsuz da darvinizmi qəti olaraq çürüdən və yaradılış həqiqətinin dəlili olan 250 milyondan çox fosil darvinistlər tərəfindən etina ilə saxlanmış; canlılığın quruluş daşı olan zülalların tək birinin də təsadüfən meydana gəlməsinin riyazi olaraq qeyri-mümkün olduğu insanlardan gizlənmişdir. Bu səbəblə bəhsi keçən yalanın sərhədlərini anlaması da mümkün olmamışdır. Aldadılan bu adamın bilmədiyi şey budur: darvinizm elmi deyil, elm deyil. Darvinizm sorğulanmışdır və doğru olmadığı, elmi dəlillərlə dəstəklənilmədiyi açıqca görülmüş, isbat edilmişdir. Darvinizmi dəstəkləyən elm adamları, bunu batil bir din, ideologiya olaraq görən mövhümatçı və xurafatçı şəxslərdir. Elmin canlılıq haqqındakı tək şərhi yaradılış həqiqətidir. Bütün elmi tapıntılar canlıların mükəmməl halları ilə bir anda yaradıldıqlarını göstərir. Darvinizmin bütün dünya tərəfindən qəbul edilməsinin arxasında duran səbəb də yenə bu saxta təlqin metodları, bu hiyləli təbliğat üsullarıdır. Bu səbəbdən oxucunun razı salındığı mövzular yalnız göz boyamağa əsaslanır. Bəzən elm adamları belə bu yalana aldanıb qəflətə düşə bilirlər. İngilis paleontoloq təkamülçü Kolin Patersonun bu mövzuyla əlaqədar etirafı diqqət çəkicidir:
Daha sonra oyandım və bütün həyatım boyunca darvinizmi bir şəkildə sübut edilmiş həqiqət zənn edərək aldadıldığımı fərq etdim.
Sistematik içində ortaq ata fərziyyələrinin təsirinin yalnız darıxdırıcı olduğunu və məlumat əskikliyindən qaynaqlandığını deyil, eyni zamanda bunun qəti olaraq elm əleyhdarlığı olduğunu düşünürəm.
Bu mövzudakı şüurlanmanın başqa nümunəsini isə sənədli film prodüseri Brayn Lif verir:
Son on il yeni bioloq birliyi inkişaf etdi. Bunlar elmi mənada hörmətli sayılırlar, amma darvinizm haqqında dərin şübhələri var.
Amerikalı iqtisadçı Ceremi Rifkinin “Təkamül nəzəriyyəsi bizim təhsil sistemimizin ən əhəmiyyətli yerinə yerləşdirilmiş vəziyyətdədir və bunu gərəksiz sui-istifadələrdən qorumaq üçün ətrafına bəzəkli divarlar yüksəldilmişdir.”167 sözünü haqlı çıxaracaq başqa əhəmiyyətli dəlil isə, darvinist elm adamlarının, saxtakarlıqları görməzlikdən gəlməyi yenə elm adına etmələri və həqiqətlər ifşa olsa belə, bundan çəkinib narahat olmamalarıdır. Məqsəd, mütləq şəkildə insanları aldada bilmək olduğu üçün dünyanın ən məşhur elm adamları, heç çəkinmədən, göz görə-görə bu yalanı qoruyurlar. Conatan Uels bu vəziyyətə belə nümunə verir:
Heyklın saxta embrion şəkillərindən illərlə xəbərdar olan elm tarixçisi Cey Qulda nə deməli? Bütün bu müddət boyunca Quldun siniflərindən keçən şagirdlər, Heyklın embrionlarını təkamülün isbatı olaraq göstərən dərs kitablarından biologiyanı öyrəndilər. Buna baxmayaraq, başqa bir biyoloqun 1999-cu ildə vəziyyətə etiraz etməsinə qədər, Quld heç bir düzəliş etmədi. Ondan sonra belə Quld dərs kitabı yazıçılarını səhvdən məsul tutdu və etiraz xüsusiyyətindəki pıçıltını yayan yaradılışçını (bir Leigh Universiteti kimyaçısı) vəzifədən aldı. Burada ən böyük məsuliyyət kimə aiddir - saxta şəkillərdən düşüncəsizcə təkrar-təkrar istifadə edən dərs kitabı yazıçılarınamı, onlardan şikayət edən insanlaramı, yoxsa iş yoldaşlarının, özünün “akademik cinayət” deyə adlandırdığı fakta fərqində olmadan ortaq olarkən, özündən əmin şəkildə kənardan vəziyyəti seyr edən, dünya səviyyəsində məşhur bir mütəxəssisəmi?
Heyklın embrionlarına bağlı həqiqətlə müqayisə edilincə, pulqanadlı güvələrin (sənaye kəpənəkləri) qüsurlu olduğu, ancaq yaxın zamanda aydın olmuşdur, bu səbəbdən bəlkə də dərs kitabı yazıçıları ondan istifadə etməyi davam etdirməyə görə qınanmaya bilərlər. Yenə də pulqanadlı güvələr üzərində çalışan hər bioloq, güvələrin ağac gövdələrinə qonmadığını, dərs kitabı şəkillərinin dəzgahlanmış olduğunu on ildən çox müddətdir bilir. Əgər elm özünü düzəldirsə, nə üçün mütəxəssislər dərs kitablarından uydurma fotoşəkilləri çıxarmağa istiqamətli cəhd başlatmırlar?
Darvinistlərin elmdən istifadə etmələri, üstəlik də bu məqsəd üçün sanki elmin qoruyuculuğunu, gözətçiliyini boynuna götürmə görünüşü şübhəsiz, başlı başına böyük saxtakarlıqdır. Əslində darvinizm, iddiasının tam əksinə elmə qarşı hərəkət edir. Elmi dəlilləri gizləməyə çalışır. Laboratoriyalarda reallaşdırılan təcrübələrin ortaya çıxardığı nəticələrə müxalif iddiaları müdafiə edir. Əldə edilən fosil qeydləri aralıq formaların heç var olmadığını isbatlayarkən, canlıların arxalarında saysız aralıq forma buraxaraq bir-birlərindən təkamülləşdiyi yalanını irəli sürür. Elm saxtakarlığı darvinizm ilə birlikdə ortaya çıxmış olan anlayışdır. Darvinistlər, elmi muzeylərdən, elmi nəşrlərdən istifadə edərək bu saxtakarlıqları bilə-bilə, heç çəkinmədən insanlara təqdim edərlər. Elm kitablarından və jurnallarından istifadə edər, heç bir zaman reallaşmamış təkamül tarixi nağılını bu nəşrlərdə izah edərlər. Heç bir zaman var olmamış qəribə bir canlının şəkilini çəkər, bunu “tarixi keçmişimiz” olaraq göstərməyə çalışarlar. Elm əleyhdarı bu din, elm pərdəsi altında ən böyük yalanlarından birini söyləyir.
Belə böyük bir yalanın dəstəkçisi olmalarının səbəbi şübhəsiz ki, darvinistlərin dəccaliyyətə olan kor-koranə bağlılıqlarıdır. Dəccal sistemi, insanları yalana yönəldən azğın sistemdir.