Astronomik xüsusiyyətlərə malik Nyuqreync
Nyuqreync e.ə. 3200-cü illərdə inşa edilən İrlandiyada (Dublin ətrafında) yerləşən məzar abidəsidir. Hələ Misir mədəniyyətinin olmadığı, Babil və ya Krit mədəniyyətinin yaranmadığı dövrdə Nyuqreync var idi. Bu dövrdə dünyanın məşhur daş tikililərindən biri olan Stounhenç də hələ inşa edilməmişdi. Aparılan araşdırmalar Nyuqreyncin yalnız məzar olmadığını göstərir, bu abidəni inşa edən insanların astranomiya haqqında ətraflı məlumata sahib olduqlarını da ortaya qoyur. Nyuqreyncin astronomik xüsusiyyətlərinə keçmədən əvvəl inşaat xüsusiyyətlərinə toxunmaq vacibdir. Çünki Nyuqreynci inşa edənlər çox böyük mühəndislik texnikalarından və arxitektura məlumatlarından istifadə etmişlər.
Nyuqreync bir çox arxeoloq tərəfindən texniki möcüzə adlandırılır:
Tikilinin üzərindəki qübbə öz-özlüyündə bir mühəndislik möcüzəsidir. Alt tərəfləri ağır, üst tərəfləri yüngül olan bütöv daşlar üst-üstə elə qoyulmuşdur ki, hər üstə qoyulan daş altdakından bir az kənara çıxıb. Bu formada tikilinin üstünün orta hissəsində 6 metr hündürlüyündə altıbucaqlı bir baca əmələ gəlib. Bacanın qurtaracağında açılıb-bağlanan qapaq daşı var.
Bu nəhəng tikili mühəndisliyi, hesabı çox yaxşı bilən, düzgün planlaşdırma bacarığına malik, yük daşımasından və praktik inşaat məlumatlarindan yaxşı istifadə edən insanlar tərəfindən inşa edilmişdir:
Təkamülçülərin iddialarına əsasən isə belə bir tikilinin inşa edildiyinə dair izahat vermək mümkün deyil. Çünki təkamülçülərin həqiqətdən kənar izahlarına görə, bu dövrün insanları guya ibtidai şərtlərə malik idilər. Lakin belə bir nəhəng arxitekturanın ibtidai şərtlərlə, mühəndislik və inşaat məlumatı olmayan insanlar tərəfindən tikilməsi mümkün deyil.
Arxitekturanın astronomik xüsusiyyətləri də heyrətləndirir:
Bu nəhəng abidə elə bir formada inşa edilmişdir ki, gün ərzində Günəş şüasının düşmə bucağıdan asılı olaraq tikilinin daxilində möhtəşəm bir işıq oyunu meydana gəlir. Qışda, ilin ən qısa günündə Günəşin doğmasından qısa müddət sonra gün işığı birbaşa Nyuqreycin məzar otağına düşür. Bundan sonra müxtəlif koridor qapılarına və nəhəng daşlara əks olunaraq irəliləyir və arxa divara qədər çatır. Bu zaman mükəmməl bir işıq oyunu əmələ gəlir. Diqqət çəkən bir xüsusiyyət ondan ibarətdir ki, işıq tikilinin içinə koridordan deyil, koridor qapısının damının üzərində xüsusi olaraq düzəldilmiş dar dəlikdən girir. Yerləşdirilən bütün blok daşlar da işığın dəyib əks olunacağı bucaqdadır. İşıq oyununu görkəmli edən ünsürlərdən biri də budur. Beləliklə, bu nəhəng tikilini inşa edənlərin mühəndislik bacarıqları ilə birlikdə, Günəşin hərəkətini hesablayan astronomiya elminə də malik olduqları ortaya çıxır.
Nyuqreync o dövrdən günümüzə qədər gəlib çıxan bir çox daş tikilidən yalnız biridir. Bu arxitekturaya baxaraq bunu deyə bilərik ki, bəhs olunan tikili dərin elmi təcrübəyə malik olan insanlar tərəfindən, inkişaf etmiş inşaat texnikalarından və vasitələrdən istifadə olunaraq tikilmişdir. Belə bir tikilini inşa edən insanların isə öz yaşadıqları yerləri də komfortlu və rahat düzəldə biləcəkləri aydın olur. O dövrdəki mədəniyyətlərin astronomiyaya aid olan məlumatları kosmosu müşahidə edəcək texnologiyaya və müşahidələrini düzgün şəkildə şərh edəcək elmi təcrübəyə malik olduqlarını göstərir. Kosmosu müşahidə edib, əldə etdikləri kəşfləri düzgün şərh edən insanların gündəlik həyatları da təcrübələri ilə üst-üstə düşməli, mədəni olmalıdır. Bəlkə də çox komfortlu evlərdə yaşayan, görkəmli bağları olan, yaxşı xəstəxanalarda müalicə almaq imkanına sahib olan, ticarətlə məşqul olan, sənətə, ədəbiyyata əhəmiyyət verən, geniş mədəniyyətə malik bu cəmiyyətdən bizə miras olaraq yalnız bu daş tikili qalmışdır. Bunların hamısı arxeoloji tapıntılar və tarixi məlumatlara əsaslanaraq, bu daş tikili və bu tikilini inşa edənlər haqqında edilən həqiqi şərhlərdir. Təkamülçülər yalnız materialist qəliblər içində düşünməyə adət etdikləri üçün ağıllı və elmi şərhlər əvəzinə, müəyyən xürafatların məhsulu olan hekayələri danışırlar. Lakin bu hekayələr heç vaxt həqiqət ola bilməz.
Stounhenç
Stounhenç çəpər formasında yerləşdirilmiş, böyük daş bloklardan meydana gələn tikinti əsəridir. Təxminən 4.5 metr yüksəkliyində, hər biri demək olar ki, 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun bir yerə yığılması ilə meydana gəlmişdir. İngiltərədə tapılan bu əsər, onu kəşf edənlərin marağına səbəb olmuşdur. Tikintisi və tikinti məqsədi haqqında bir çox nəzəriyyə ortaya atılmışdır. Amma vacib olan bu nəzəriyyələrin hansının doğru olması deyil. Əhəmiyyətli olan bu əsərin təkamül nəzəriyyəsinin bəşəriyyət tarixini izah etmək üçün önə sürdüyü iddiaları keçərsiz edən nümunələrdən biri olmasıdır.
Aparılan tədqiqatlar Stounhençin üç inşaat mərhələsindən meydana gəldiyini ortaya qoyur.
Bir çox mənbəyə əsasən, Stounhençin ən qədim dövrü e.ə. 2800-cü ilə aiddir. Yəni Stounhençin tarixi bundan təxminən 5000 il əvvələ aiddir. Tarixi qaynaqlar inşaatın ilk vaxtlarında ərazidə nəhəng daşlardan kiçik çəmbər düzəldildiyini və bu çəmbərin kənarına da topuq daşı yerləşdirildiyini ortaya qoyur. Sonra yenə nəhəng daşlarla ikinci çəmbər meydana gətirilmiş, bundan sonra da çəmbərlərin daxilinə “mavi daş” adlandırılan daş bloklar yerləşdirilmişdir.
Bu əsərin ən diqqətşəkici yönlərindən biri də, burada istifadə olunan mavi daşlardır:
Stounhençin yaxınlığında mavi daş qaynağı yoxdur. Aparılan araşdırmalar bu daşların Preskelli dağlarından gətirildiyini aşkar etmişdir. Burada isə qarşımıza yenə fövqəladə bir hal çıxır. Çünki bəhs olunan mavi daş qaynağı Stounhençdən təxminən 380 km. (quru yolla) uzaqlıqdadır. Əgər o dövrün insanları təkamülçü hekayələrdə izah edildiyi kimi, ibtidai mühitdə yaşasaydılar, kötükdən düzəldilmiş qayıqlara və daş baltalara sahib olsaydılar tonlarla ağırlıqda olan bu daşlar Stounhençin yerləşdiyi əraziyə necə gətirilə bilərdi? Elə bu, təkamülçülərin xəyali ssenariləri ilə cavab verilməsi mümkün olmayan bir sualdır.
Bir qrup tədqiqatçı o dövrün şərtlərini canlandıraraq mavi daşları Stounhençə qədər daşımağa çalışmışdır. Bunun üçün ağac linglərdən istifadə etmişlər, üç qayığı bir-birinə bağlayaraq eyni böyüklükdəki daşların yerləşəcəyi bir qayıq əmələ gətirmişlər və qayığı çayda üzü yuxarı daşımağa, sonra da kobud təkərlər üzərində daşları təpəyə doğru çıxarmağa çalışmışlar. Lakin bu cəhdləri nəticəsiz qalmışdır. Bu, mavi daşların Stounhençin olduğu yerə necə daşındığını müəyyən etmək üçün aparılan sınaqlardan yalnız biridir. Bir çox başqa sınaqlar da aparılmış və dövrün insanlarının hansı nəqliyyat vasitələrindən istifadə etdiyini anlamağa çalışmışlar. Lakin təkamülçü mühakimələrin işığında aparılan bu araşdırmalar nəticəsiz qalmışdır. Çünki bütün sınaqlar Stounhençin inşa edildiyi dövrdə insanların ibtidai mədəniyyətə malik olduqları səhvinə əsasən aparılmışdır.
Burada diqqətə layiq daha bir cəhət var. Bəhs olunan sınaqlar aparılarkən gəmi limanlarında düzəldilən müxtəlif modellərdən faydalanılır, inkişaf etmiş fabriklərdə istehsal olunan kəndirlərdən istifadə edilirdi. Yəni dövrümüzün texnologiyasının imkanlarından faydalanırdı. Buna baxmayaraq, nəticə əldə etmək mümkün olmamışdır. Bundan təxminən 5000 il əvvəl yaşayan insanlar isə tonlarla ağırlığındakı bu daşları daşımışlar, coğrafi mövqelərini hesablayaraq çəmbər halına salmışlar. Bütün bunları daş baltalar, kötükdən düzəldilmiş qayıqlar, ağacdan inşa edilmiş kranlarla etmədikləri aşkardır. Stounhenç və digər bir çox nəhəng tikili, bəlkə də bizim təxmin edə bilməyəcəyimiz bir texnologiyadan istifadə edilərək inşa edilmişdir.
Keçmişdə yaşayan cəmiyyətlərin də böyük mədəniyyətə malik olduqları Quranda bildirilmişdir
Dövrümüzdə olduğu kimi, tarixin demək olar ki, hər dövründə inkişaf etmiş və geridə qalmış mədəniyyətlər eyni zamanda var olmuşlar. Belə ki, hal-hazırda bir tərəfdə kosmos texnologiyası var ikən, digər tərəfdə dünyanın müxtəlif ərazilərində insanlar ibtidai şərtlərdə həyatlarını davam etdirirlərsə, keçmişdə də bir tərəfdə görkəmli Misir mədəniyyəti var ikən, digər tərəfdə geridə qalmış mədəniyyətə malik cəmiyyətlər olmuşdur. Həddən artıq inkişaf etmiş şəhərlər inşa edən, qabaqcıl texnologiyaya malik olan Mayyalar Veneranın orbitini hesablayıb, Yupiterin peyklərini kəşf edərkən, eyni dövrdə Avropanın bir çox ərazisində insanlar dünyanın Günəş sisteminin mərkəzində olduğuna inanırdılar. Misirlilər uğurlu beyin əməliyyatları apararkən, digər ərazilərdə insanlar xəstəliklərin guya pis ruhların təsiri ilə əmələ gəldiyini sanırdılar. Şumerlər hüquq sistemləri, ədəbiyyatları, sənət anlayışları, astronomiya elmləri ilə Mesopotamiyada dərin mədəniyyət qurarkən, dünyanın başqa yerlərində hələ yazıdan istifadə etməyən cəmiyyətlər var idi. Beləliklə, necə ki, hal-hazırda yalnız qabaqcıl mədəniyyətlər yaşamırsa, keçmiş də yalnız geridə qalmış mədəniyyətlərin var olduğu bir dövr deyildi.
Keçmiş mədəniyyətlərə aid tapıntılar təkamül nəzəriyyəsinin “ibtidaidən mədəniyyətə doğru irəliləmə” iddialarını keçərsiz edir. Tarixin axışını araşdırdığımızda qarşımıza çıxan həqiqət isə ondan ibarətdir ki, insan hər zaman dövrümüzün insanı ilə eyni zəkaya və yaradıcılığa malik olmuşdur. Yüz min illər əvvəl yaşamış insanların yaratdığı əsərlər və arxada qoyduqları izlər təkamülçü iddialardan tamamilə başqa iddialar daşıyır. Bu izləri araşdırdığımızda görürük ki, keçmişdə yaşamış insanlar da zəkaları ilə, bacarıqları ilə yaşadıqları hər çağda yeni kəşflər etmişlər, ehtiyaclarını ödəmişlər və öz sivilizasiyalarını qurmuşlar.
Qurani-Kərimdə də keçmişdə yaşamış cəmiyyətlərdən nümunələr verilərkən, bunların bəzilərinin qabaqcıl mədəniyyət qurduqları xəbər verilir:
“Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular ...” (Mümin surəsi, 21)
“Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və (hər şeyə) Qadirdir.” (Fatir surəsi, 44)