Darvinizm həqiqi elmi təməllərə və dəlillərə əsaslanmadığı üçün uydurma dəlillər təqdim edərək tərəfdar toplamağa çalışır. Bunun üçün darvinistlərin əlində fərziyyə uyduracaqları məmulatların olması kifayətdir. Darvinistlər haqqında fərziyyə uyduracaqları nəsli kəsilmiş canlı fosillərini götürüb formadan-formaya salır və onları ideologiyalarına dəlil kimi istifadə edirlər. İllər boyu nəsli kəsilmiş olduğu üçün dənizdən quruya xəyali keçidin ən məşhur nümunəsi kimi tanıdılmağa çalışılan, lakin canlı nümunəsi dövrümüzdə dənizlərdə mövcud olan Coelacanth bu saxtakarlığı əks etdirən mühüm dəlildir. Darvinistlər eyni taktikadan digər canlılar və insan üzərində də istifadə etməyə çalışırlar. Əllərində olan bütün fosilləri görünüşünə görə təsnifləndirir və öz ağıllarına görə istədiklərinə “ara keçid forma” adı verirlər. Lakin ara keçid forma adlandırdıqları fosillərin hamısı eyni ilə Coelacanth kimi mükəmməl və qüsursuz canlılara aiddir.
Belə ki, ara keçid forma kimi təqdim etməyə çalışdıqları bütün fosillərin əsassızlığı sübut edilmiş, onların nəsli kəsilmiş kompleks canlılara aid olduğu elmi cəhətdən əsaslandırılmışdır. Məsələ insanın xəyali təkamülü olduqda isə saxtakarlıq məmulatları, əsasən, nəsli kəsilmiş meymunlar və ya keçmişdə yaşamış bəzi insan qövmləridir. İndiyə qədər irəli sürülmüş bütün ara keçid forma iddiaları bu saxtakarlıq üsuluna əsaslanır. Məsələn, darvinistlərin insanın xəyali təkamülünə misal kimi təqdim etdikləri saysız-hesabsız kəllə sümüyünün nəsli kəsilmiş meymun və ya insan irqlərinə aid olduğu qəti və elmi cəhətdən sübut edilmiş və sözügedən kəllə sümükləri elmi ədəbiyyatdan çıxarılmışdır:
- 1891-ci ildə tapılan və “Yava adamı” adlandırılan fosil ilə 1923-cü ildə tapılan və “Pekin adamı” adlandırılan fosilin 1939-cu ildə saxta ara keçid forma olduğu başa düşülmüşdür.
- 1922-ci ildə ara keçid forma olduğu iddia edilən, ən böyük dəlil kimi təqdim edilən və “Nebraska adamı” adlandırılan diş fosilinin 1927-ci ildə qabana aid olduğu başa düşülmüşdür.
1959-cu ildə tapılan və “Zinjanthropus” adlandırılan fosilin adi meymun olduğu başa düşülmüş və fosil 1970-ci ildə ədəbiyyatdan çıxarılmışdır.
1930-cu ildə tapılan və 50 il boyu ara keçid forma kimi nümayiş etdirilən “Ramapithecus”un 1981-ci ildə adi babuin cinsi olduğu başa düşüldüyünə görə ləğv edildi.
- 1974-cü ildə Afrikada tapılan “Lusi”nin 1999-2000-ci illərdə aparılan elmi fəaliyyətlər nəticəsində saxta olduğu başa düşülmüş və bu fosil elmi ədəbiyyatdan çıxarılmışdır.
1924-cü ildə tapılan və “Taung uşağı” adlandırılan kəllə sümüyü fosilinin gənc qorillaya aid olduğunu başa düşülməsi ilə bu fosil də 1954-cü ildə ləğv edilmişdir.
1984-cü ildə tapılan və Homo Erectus növünə aid edilən “Turkana uşağı” fosilinin, əlsində, 12 yaşlı uşağa aid olduğu və böyüdükdə təqribən 1.83 m boyunda olacağı müəyyən edilmişdir. Fosilin dik skelet quruluşu dövrümüzdəki insanınkından fərqi yoxdur. Fosil haqqındakı bütün fərziyyələrin saxta olduğu başa düşülmüşdür.
“Reading” Universitetinin geologiya fakültəsindən təkamülçü L.B.Halsted “Nature” jurnalına verdiyi açıqlamada bu günə qədər insanın təkamülünə dəlil kimi göstərilməyə çalışılan fosillərin insanın təkamülünə əsla dəlil olmadığını və bu istiqamətdə darvinistlərin əlində heç bir tapıntı olmadığını bu sözlərlə etiraf etmişdir:
Bu vəziyyət cəmiyyətə ilk dəfə olaraq bu həqiqəti göstərir: insanın, həqiqətən, əcdadı olan əsl fosil yoxdur… ki, bu yaradılışa inananların illər boyu müdafiə etdiyi şeydir.
Bioloq L.Vatson darvinistlərin əlində insanın təkamülünü sübut edəcək bircə fosilin belə olmadığını bu sözlərlə ifadə edir:
Dövrümüzdəki meymunlar heç yoxdan var olmuş kimidirlər. Keçmişləri, fosil izləri yoxdur və dik yeriyən, tüksüz, alət düzəldən və iri beyinli varlıqlar kimi dövrümüzün insanlarının da əsl mənşəyi, əgər özümüzə qarşı səmimi olsaq, eyni şəkildə sirli məsələdir.
Nə qədər L.Vatson həqiqətləri açıq şəkildə ifadə etməkdən çəkinərək insanın mənşəyini öz ağlına görə sirli məsələ kimi göstərsə də, insanın mənşəyi çox açıqdır: bütün canlılar kimi insanı da Allah yaratmışdır və bütün konkret elmi tapıntılar da bu həqiqəti təsdiq edir. Bütün bunlarla bərabər darvinistlər üzə çıxan yeni fosillər qarşısında daima zaman problemi ilə üzləşirlər. Təkamül üçün hesabladıqları tarixləri daim geriyə çəkir, fosillərin təkamülü inkar etdiyini gördükcə daima iddialarını dəyişdirməli olurlar. Məsələn, yerin təbəqələrində tapılan 200 milyon illik insan ayaq izləri ilə bərabər Kretase dövrünə (144-65 milyon il) aid təbəqələrdə tapılmış insan sümükləri insanın 100 milyonlarla illik keçmişi olduğunu göstərir.64 Bu tarixlər dövrümüzün insanı üçün təkamülçülər tərəfindən müəyyən edilmiş sadəcə 50.000 illik zaman nəzərə alındıqda, şübhəsiz, böyük fərqə işarə edir. 2007-ci il avqust ayında açıqlanan yeni fosillər isə darvinistlər tərəfindən Homo Erectus və Homo Habilus adlandırılan canlıların eyni dövrdə birlikdə yaşadıqlarını göstərmişdir. Zaman problemi insanın xəyali təkamülü ilə bağlı darvinistləri çıxılmaz vəziyyətdə qoyan mühüm amillərdən biridir.
Bütün bu həqiqətlərə baxmayaraq, darvinistlər sözügedən saxta fosilləri elmi dəlil kimi göstərməyə davam edir və insanın təkamülü nağılını öz ağıllarına görə həqiqətə çevirməyə çalışırlar. Elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq, bu fosilləri hələ də elmi mənbələrdə və məktəb dərsliklərində göstərməyə davam edir və insanları aldadırlar. Yazıçı H.Haneqraaf bu aldadıcı üsulu belə izah etmişdir: “Yava adamı”nın E. Dubois adlı holland tərəfindən 1891-ci ildə Yava adalarından birində tapıldığı hamıya məlumdur. Məlum olmayan şey isə Yava adamının bir kəllə sümüyü parçası, bir bud sümüyü, üç diş və çox böyük fantaziyadan ibarət olmasıdır. Bundan daha çox narahatlıq verən həqiqət isə bud sümüyünün kəllə sümüyü parçasından 50 fut (15 km) aralıda və bir il sonra tapılmasıdır…
… Əsasən, Selenka Expedition (Selenka ekspedisiyası) kimi tanınan və fosil tədqiqatlarının aparıldığı müddət Yava adamı ilə bağlı fərziyyələrin doğruluğunu göstərməyə cəhd edən 19 təkamülçüdən ibarət idi. Ancaq sözügedən təkamülçülər hazırladıqları 342 səhifəlik elmi hesabatda Yava adamının insanın təkamülündə heç bir rolu olmadığını açıq şəkildə bildirmişdir.
Bütün bunlara baxmayaraq, “Times” jurnalı təəccüblü şəkildə Yava adamından utanmadan insanın təkamül əcdadı kimi bəhs edən “How Man Began” (İnsan necə əmələ gəldi) başlıqlı məqaləni dərc etmişdir.
Darvinist KİV-lər bu şəkildə darvinist yalanın bir hissəsinə çevrilirlər. Qabaqcıl professorların və elm adamlarının yazdıqları darvinist kitablar da həqiqi elmi dəlillər əvəzinə tamamilə yalana əsaslanan bu saxta ssenariləri təkrarlayır. Elmi ədəbiyyatdan çıxarılmış, əsassızlığı elmi cəhətdən sübut edilmiş kəllə sümüklərinin təkamülə dəlil kimi hələ də gündəmdə saxlanmasının səbəbi də bu yalanı davam etdirməkdir. Təkamülçü zooloq Robert Martin bu mövzu ilə bağlı “New Scientist” jurnalına bunları demişdir:
Son illərdə müxtəlif yazıçılar insanın mənşəyi ilə bağlı məşhur kitablar yazıblar. Onların hamısı həqiqətlər və obyektivlik əvəzinə fantaziyalar və subyektivlik üzərində qurulmuşdu.
Hal-hazırda darvinistlərin insanın təkamülünə dəlil kimi göstərəcəkləri bircə kəllə sümüyü, bircə sümük parçası da tapılmamışdır. Bu həqiqəti qəbul edə bilməyən darvinistlərin çürük metodu isə saxta ara keçid forma fosillərini təqdim edərək yalanla davam etməkdir.