Uzun müddətdən sonra ötən həftə Qüds küçələrində yenidən qan töküldü. İsrailin fanatik siyasətçisi və keçmiş "Livan Qəssabı" Ariel Şaronun Qüdsdəki müsəlman məscidi Əl-Əqsanı ziyarət etməsi, fələstinli müsəlmanlarda haqlı reaksiya doğurdu. İsrail əsgərləri silahlarla fələstinlilərə atəş açdılar və yenə günahsız fələstinlilər İsrail güllələri ilə can verdi.
Bu mövzudan bəhs edən müəlliflərin çoxu Ariel Şaronun təxribat törətdiyinə, yəni fələstinliləri qəsdən qıcıqlandıraraq bu hadisələrə səbəb olduğu bərəsində həmfikirdir. Bəs bu təxribatın məqsədi nədir? İsrail siyasətinin və cəmiyyətinin Ariel Şaron tərəfindən təmsil edilən fanatik təbəqələri bu təxribatla nə etmək istəyirlər?
Təxribatın yerinin Əl-Əqsa məscidi olması, bu problemin cavabını da ortaya qoyur. Çünki Əl-Əqsa məscidi, yəhudilərin "məbəd təpəsi" (Temple Mount) adını verdikləri və birçox yəhudi tərəfindən sionist xəyalın ən vacib simvolu sayılan hədəfidir.
Bu hədəfin radikal yəhudilər üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək üçün sionizmin tarixinə nəzər salmaq və Əl-Əqsa məscidinin bu tarix içindəki mövqeyini başa düşmək lazımdır.
Sionistlərin Məsih İnancı
19-cu əsrin sonunda siyasi hərəkət olaraq ortaya çıxan Sionizm - milliyyətçi, müasir və dünyəvi yəhudilər tərəfindən ortaya atılan,"dini" cərəyan olmadığı tez-tez dilə gətirilən uydurma hekayədir. Ancaq bu hekayə, həqiqəti qismən əks etdirir. Bunun həmçinin görünməyən, gözlərdən uzaq qalan tərəfləri var.
Bu, "dindar Sionizm" olaraq bilinən və "sağ Sionizm" ya da digər adı ilə "Revizyonist Sionizm" adlandırılan cərəyanla olduqca əlaqəlidir. Dindar Sionizm Yəhudi dövlətinin quruluşunu, yalnız milli hərəkat olaraq görən dünyəvi Sionizmdən fərqli olaraq, İsrailin quruluşunu Yəhudi dinindəki ənənəvi "Məsih" inancı çərçivəsində şərh etmişdir.
Bu inanca görə yəhudilər Allah tərəfindən "seçilmiş" üstün xalqdır və digər xalqları idarə etmə haqqına sahibdirlər. Ancaq bu "idarə etmə haqqı" digər xalqlar tərəfindən qəsb edilmişdir. Haqqın yerinə gəlməsi, "seçilmiş xalqın" dünya hakimiyyəti isə, ancaq Hz. Davud nəslindən gələcəyi gözlənilən Məsihin yer üzünə enib yəhudilərə başçılıq edərək, mərkəzi Qüds olan krallıq qurması ilə həyata keçəcək.
Bu inanca görə Məsihə qarşı "itaətsizlik" edən xalqların vəziyyəti isə olduqca çətindir. The Universal Jewish Encyclopedia, belə yazır: "Məsih gəldiyi zaman digər millətlər ya fəth ediləcək, ya məhv ediləcək ya da dinlərindən dönəcəklər. Amma nə olursa olsun, o tarixdən sonra İsrail üçün çətinlik qaynağı olmaqdan çıxacaqlar." (The Universal Jewish Encyclopedia, vol. 7, s. 503)
Məsihin gəlişi, yəhudilərin min illik tarixi boyunca həmişə gözlənilmişdir. Amma bu inanc, 70-ci ildə romalılar tərəfindən Qüdsdən qovulmalarından sonra daha da güclənmişdir. 70-ci ildə romalılar, Qüdsdəki Hz. Süleyman məbədini ikinci dəfə dağıdıb, şəhərdəki yəhudilərin böyük hissəsini qətl etmiş, qalanlarını da sürgün etmişlər. Məbəddən yalnız bir divar qalmışdır. O da bu "dağıtmanın" xatirəsinə “ağlama divarına” çevrilmişdir. İnanca görə Məsih gəldikdə məbəd yenidən tikiləcək və bütün dünyaya hökm edəcək.
Məhz bu səbəbdən, Məsihin gəlişi ilə Qüdsdəki məbədin yenidən inşası, yəhudilərə görə bir-biri ilə əlaqəli olan iki "vəddir".
Dindar Sionizmin Məsih və Məbəd İzahları
Yəhudilər tərəfindən əsrlərdən bəri gözlənilən bu iki böyük hadisə, 19-cu əsrə qədər xəyal kimi idi. Ancaq Siyasi Sionizmin doğuşu ilə birlikdə yəhudilər 19-cu əsrdən sonra Qüdsə qayıtmaq üçün ciddi hərəkat başlatdılar. Hərəkat, zəif yəhudi dindarlar tərəfindən idarə olunsa da, onlar bunda çox böyük məna görürdülər. Onlara görə siyasi cərəyan olan Sionizm, əslində Məsih dövrünün artıq başlamaq üzrə olduğunun göstəricisi idi.
"Dindar Sionistlərin" başçısı Abraham Yitzhak HaCohen Kook, Siyasi Sionizmin Atchalta D'Geula (Məsihi qurtuluşun başlanğıcı) ya da B'Ikvata D'Meshicha (Məsihin ayaq səsləri) olduğunu söyləyərək bunu açıq şəkildə ifadə etmişdi. Kooka görə, 1917-ci ildə nəşr olunan və Sionizmə rəsmi İngilis dəstəyi sayılan Balfour Bəyannaməsi, Fələstinə edilən yəhudi köçləri və böyük dövlətlərin Sionistlərə verdiyi dəstək, Məsihin gəlişinin yaxın olduğunu göstərən əlamətlər idi. Yəhudilər Məsih dövründə yaşayırdılar və əsrlərdir gözlənilən, yaxında həqiqətə çevriləcəkdi.
Kook və digər Dindar Sionistlər tərəfindən verilən izahlara görə Siyasi Sionizmlə başlayan hərəkat, "ilahi" inkişaf olan Məsihin gəlişi ilə davam edəcəkdi. Ancaq bu məqsədə çata bilmək üçün yəhudilər tərəfindən Məsihin gəlişindən əvvəl görülməsi lazım olan və Məsihə mühit hazırlayacaq üç missiya var. The Universal Jewish Encyclopedia bu missiyaları belə izah edir:
Siyasi Sionizmin ortaya çıxması ilə birlikdə RavvinHirsch Kalischer tərəfindən inkişaf etdirilən nəzəriyyə, digər ravvinlər tərəfindən də qəbul olundu. Buna görə, Məsihin qayıtmağı təbii hadisələrlə başlayacaqdı: Yəhudilərin Fələstinə yerləşmə istəyi və digər millətlərin könüllü olaraq bu işə kömək etməsi ilə. Məsihin ortaya çıxması və vəd edilən möcüzələrin həyata keçməsi üçün lazım olan şərtlər bunlar idi: Müqəddəs torpaqlarda kifayət qədər yəhudinin yerləşib dövlət qurması, Qüdsün ələ keçilməsi və məbədin yenidən inşası. (The Universal Jewish Encyclopedia, vol. 7, s. 502)
Bu üç şərtin birincisi, müqəddəs torpaqlardakı yəhudi əhalisinin artırılması, əsrin əvvəllərindən bəri Sionist hərəkatın başçıları tərəfindən həyata keçirilir. Dövlət isə 1948-ci ildə quruldu. İkinci şərt, yəni Qüdsün ələ keçirilməsi, 1967-ci ildəki “Altı gün” döyüşündə yerinə yetirildi. 1980-ci ildə Qüds "İsrailin əbədi paytaxtı" elan edildi...
Beləliklə, Məsihin gəlişini təmin edəcək missiyalardan biri, məbədin yenidən inşa edilməsi qaldı. 19-cu əsrdən bəri dağılmış və yalnız bir divarı qalan məbəd, yəhudilər tərəfindən “ağlama divarına” çevrilmiş olan Süleyman məbədidir.
Bu zaman dərhal yada, "Məbədi tikmək çətindirmi?" sualı düşür. İsraillilər üçün bir məbəd tikməyin çətinliyi nədir? Çətinlik, məbədin tikilməsində deyil. Qədim məbədin yerləşdiyi sahədə bu gün iki İslam məbədi dayanır: Əl-Əqsaməscidi və Qübbətüs Səhra. Məbədin tikilməsi üçün bu iki məbəd dağıdılmalıdır. Dünya müsəlmanları var olduqları müddətcə İsraillilərin bu iki məscidi dağıtmalarına icazə verilmir...
Axırıncı bu bir həftə içində yaşadığımız və Qüds küçələrini qana bulayan qarşıdurmaların səbəbi də burada gizlidir.
Likud və Məbəd
Sionizmin sol qanadı İsrail dövlətinin qurulmasından sonra İşçi Partiyasına çevrildi. İşçi partiyası dövləti quran partiya idi və 1977-ci ilə qədər də iqtidarda qaldı. "Dindar Sionizm" isə "Revizyonist Sionizmlə" inteqrasiya olundu və İsrailin qurulması ilə birlikdə "Herut" partiyası meydana gəldi. Bu radikal partiya bir neçə kiçik partiya ilə birləşərək 1970-ci illərin əvvəlində "Likud" adını aldı. Herutu quran, Likuda çevirən və 1982-ci ildəki Livan işğalından sonrada liderliyini qoruyan insan, "İsrail sağcılarının ən böyük lideri" sayılan Menahem Begin idi. Beginin yolunu sonradan İzak Şamir davam etdirdi. Onlardan sonra Likudun və ümumiyyətlə İsrailin ən vacib siması hər zaman Ariel Şaron oldu. İsrailin 1982-ci ildəki Livan işğalı əsnasında Səbrə və Şatilla düşərgələrindəki 2 min fələstinli qadını, usağı gözünü qırpmadan öldürdən Şaron, fanatik sionistlərin gözündə böyük qəhrəmana çevrilmişdi.
Begin, Şamir və Şaron kimi adların təmsil etdiyi İsrail sağının gizli "megalo ideası" isə, həmişə Qüds məbədini yenidən tikmək oldu. Bu inşanın həyata keçməsi üçün də Əl-Əqsa məscidinin və Qübbətüs Səhranın dağıdılması lazım idi.
İsrail sağı, əl altından dəstəklədiyi "Machteret Yehudit" adlı təşkilatla bunu bir dəfə sınaqdan keçirdi.
Yəhudilərin Məscidi Əqsanı dağıtma cəhdi
27 aprel 1984-cü ildə İsraildə olduqca maraqlı bir təşkilatın olduğu ortaya çıxdı. Machteret Yehudit (Yəhudi Şəbəkəsi) adındakı təşkilatın üzvləri, Ərəb sərnişinlərdən ibarət beş sərnişin avtobusunu partlatmağı planlaşdırmış, ancaq son anda hadisənin üzə çıxması nəticəsində tutularaq həbs olunmuşdular. Ancaq daha əvvəl həyata keçirdikləri vacib hadisələr var idi. 1980-ci ildə Qərbi Şəriyədəki iki ərəb bələdiyyə başçısının avtomobilinə bomba qoyaraq öldürmüş, 1983-cü ildə isə Hebron şəhərindəki İslam Kollecinə silahlı hücum təşkil edərək üç şagirdi öldürüb, otuz üçünü də yaralamışdılar.
Ancaq qısa müddət sonra Machteret Yehuditin daha böyük hadisələr törətmək istədiyi öyrənildi. Təşkilat, Əl-Əqsa məscidi və Qübbətüs Səhranı partlatmaq üçün böyük plan hazırlamışdı. Məbədlərin memarlıq quruluşu üzərində professional araşdırma aparılmış, Golan təpələrində yerləşən əsgərlərin düşərgələrindən bol miqdarda partlayıcı maddə oğurlanmışdı. Qübbətüs Səhranı ətrafa zərər vermədən partlatmaq üçün 28 ayrı partlayıcı maddə qübbənin təyin olunmuş yerlərinə yerləşdiriləcəkdi. Lazım olsa Əl-Əqsa məscidini qoruyan silahsız müsəlman növbətçiləri vurmaq üçün, ucuna susdurucu ilişmiş uzilər və göz yaşardıcı bombalar əldə etmişdilər.
Əməliyyat, Machteret Yehudit xadiminin iştirakı ilə iyirmi nəfərlə birlikdə həyata keçiriləcəkdi.
Yəhudi şəbəkəsinə gizli dəstəklər
Hərəkat İsrail nüfuzluları tərəfindən dayandırılsa da bu könülsüz maneə idi. Çünki, Machteret Yehuditin üzvləri əslində bir çoxlarının etmək istədiyi işi uyğun olmayan vaxtda etməyə çalışdılar. Bu səbəbdən Likud hökuməti, Machteret Yehuditə və hərəkatına gizli simpatiya bəsləyirdilər.
İsrail məhkəməsi qanunlara görə cinayət sayılan bu əməli təbii olaraq cəzalandırdı. Amma məhkəmə qərarından bir gün sonra baş nazir Yitzhak Şamir, Machteret Yehudit üzvləri üçün belə deyirdi: "Hamısı möcüzəvi insanlardır amma bir səhv etdilər. " Likudun müttəfiqi radikal Gush Emunim partiyasının qabaqcıllarından Ravvin Moşe Levinger də hərəkatın nəzəri olaraq düzgün, amma zaman baxımından yanlış olduğunu bildirdi. (Robert I. Friedman, Zealots for Zion: Inside Israel's West Bank Settlement Movement, 1.b., New York: Random Hause, 1992, s. 31)
Amerikalı Yəhudi jurnalist Robert Friedman, Machteret Yehudit hadisəsini dərindən araşdırdı. Verdiyi maraqlı məlumatlar var idi: O dövrdə İsrail mətbuatındakı məşhur iddiaya görə İsrailin daxili təhlükəsizlik xidməti Shin Bet, Machteret Yehuditin daha əvvəlki hərəkətlərini - Ərəb bələdiyyə başçılarının öldürülməsindən İslam Kollecinə hücum edilməsinə kimi bilirdilər və buna baxmayaraq da təşkilata heç bir müdaxilə etmədilər.
Friedmanın izahına görə, İsrail nüfuzluları əslində təşkilatın Əl-Əqsa məscidini dağıtmaq planlarından da xəbərdar idilər. Lakin bildikləri halda onların qarşısını almamışdılar. Ancaq hadisənin mətbuata sızması və nəticələrinin də çox təhlükəli olacağını dərk etmədilər və Machteret Yehuditi dayandıraraq üzvlərini həbs etdilər. Yitzhak Şamirin təşkilatın üzvləri üçün “möcüzəvi insanlar" deməsi, ya da onları həbs edən hakimin qərarı açıqlayarkən "bu insanlara vətənpərvərliklərinə görə hörmət etmək lazımdır" şəklindəki qəribə sözləri həmişə bu istəksiz maneənin göstəriciləri idi. Yüksək rütbəli İsrail zabiti Ovu Yitzhak, İsrail rəhbərliyinin Machteret Yehuditə uzun müddət mane olmadığını, çünki "rəhbərliyin təşkilatı, demokratik dövlətin edə bilməyəcəyi hərəkətləri etməsi üçün mühafizə etdiyini" söyləmişdi. Friedman, "Machteret Yehudit hadisəsində İsrail hökumətinin barmağı var idi, lakin bunun hansı nisbətdə olduğu heç vaxt bilinməyəcək" deyir. (Robert Friedman, Village Voice, 12 Noyabr 1985)
1985-ci ildə, həbsdə olan Machteret Yehudit üzvlərinin azad edilməsi üçün kampaniya başladıldı. Kampaniyanın ən böyük dəstəkçiləri Knesset üzvü siyasətçilər idi. Başda Likud olmaqla hər partiyadan, hətta "solçu və dünyəvi" İşçi Partiyasından belə çox sayda Knesset üzvü bu "möcüzəvi insanları" həbsdən çıxarmaq üçün çalışdılar. Nəticədə hamı sərbəst buraxıldı.
Belə ki, Machteret Yehuditin İslam məbədlərini dağıtmasına maneə olması, Likud rəhbərliyinin bu məbədlərin varlığından məmnun olduğu mənasını vermirdi. Likud, xüsusilə də Likudun Ariel Şaron kimi şahinləri hərəkatın yalnız üsul və zaman baxımından səhv olduğunu düşünürdülər, təməl məntiq isə doğru idi.
Çox keçmədən yeni və daha az radikal üsul tapıldı.
Yeni üsul: Məscidin Altının Oyulması!..
Machteret Yehuditin ortaya çıxmasından sonra 1985-ci ildə İsrail hökuməti Əl-Əqsa məscidinin altındakı qazıntı işlərinə sürət verdi. Bu şəkildə məscidin altı oyulacaq və kiçik sarsıntı nəticəsində özbaşına dağılması təmin ediləcəkdi.
“Həftəlik Hərəkət” jurnalı, 13-19 may 1995-ci il tarixli sayında "İsrail Əl-Əqsa məscidini dağıdır!" başlığı ilə verdiyi bir xəbərdə mövzuya toxunmuş, məscidin altında gizli şəkildə aparılan qazıntı işlərini sənədləşdirib belə yazmışdı:
"İsrail, Əl-Əqsa məscidinə qarşı hücum etdiyi təqdirdə... İslam ölkələrinin bütövlükdə cəbhə götürməsindən çəkinir... (bu səbəblə) tarixi qazıntı aparırmış kimi göstərərək, özbaşına çökəcək bir vəziyyətə gəlməsi üçün çalışır. Beləliklə, dövlət olaraq özünü geri çəkəcək və üzərinə heç bir məsuliyyət götürmədən hədəfinə çatmış olacaq."
Uzun illər Qüdsdə çalışan Amerikalı arxeoloq Gordon Franz isə, bu mövzudakı müşahidələrinə əsaslanaraq belə deyir:
Əmin olduğum bir şey varsa o da, məbədi yenidən tikməyi hədəfləyən yəhudilərin o iki məscidi mütləq dağıtmaq istəmələridir. Bu dağıtmanın necə olacağına dair qəti fikrim yoxdur, amma olacaq. Dağıdacaqlar və burada onun yerinə bir məbəd tikəcəklər. Nə vaxt, necə ediləcək bilmirəm, amma ediləcək. (Grace Halsell, Prophecy and Politics: Militant Evangelists on the Road to Nuclear War, Connecticut: Lawrence Hill & Company, 1986, s. 105)
Houston İkinci Baptist Kilsəsindən rahib Ceyms E. DeLoach isə bütün yəhudilərin məscidləri yıxıb məbədi tikmək istədiklərini, ancaq bunu Machteret Yehudit kimi radikal üsullarla deyil, “Hərəkət” jurnalında qeyd edilən şəkildə edəcəklərini söyləyir:
"Bu bir həqiqətdir. Tanıdığım bütün yəhudilər o məscidlərin dağıldığını görmək istəyirlər. Amma mənə söylədiklərinə görə bu dağıtma, Tanrıdan gələcək bir hərəkətlə, məsələn bir zəlzələ ya da ona bənzər bir şəkildə həyata keçəcək." (Ibid., s. 99)
İsraildəki həddindən artıq sağcıların məntiqi budur. Məqsəd, məbədi nə olursa olsun tikməkdir. Çünki Məsihin gəlişi buna bağlıdır. Məbədin inşa edilməsi üçün İslam məbədləri yox edilməlidir. Yəhudi dövləti bu işi məbədlərin "altını oymaqla" uzatmışdır. Bəlkə də, "insan əli ilə" ediləcək bu hazırlıqdan sonra Əl-Əqsanı çökdürəcək kiçik zəlzələ gözlənilir.
Nəticə
İsrail radikallarının Qüds mövzusunu daimi bir qarşıdurma səbəbinə çevirmələri, bu bölgədəki müsəlmanlara qarşı terror və təxribatlar həyata keçirmələri bura qədər araşdırdığımız məbəd çəkişməsi səbəbindəndir. Ariel Şaronun fələstinliləri təhrik etməsi və yeni qan gölünə qəsdən səbəb olması da Sionizmin məbəd xəyalı ilə əlaqədardır. Bu cür təxribatlar, İsrail və fələstinlilər arasında olan uzlaşmanı qeyri-mümkün vəziyyətə gətirmək, bölgədə gərginlik və qarşıdurmanı uzatmaq üçün edilir. Şaron kimi radikallar, bu qarşıdurmanın, bir gün özlərinə məbədi tikəcək fürsət verəcəyini ümid edirlər.
Ancaq bu şəkildə bütün Orta Şərqi qana bulamaq istəyən israilli radikallarının heç bilmədikləri bir həqiqət var:
Əgər onların bir hesabı varsa, şübhəsiz ki, Allahın da bir hesabı vardır.