• Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilən hz. Mehdi (ə.s) və camaatının Tövratda bəhsi keçən Bəni-İsrail qövmü olduğunu nə sübut edir?
• Tövratda xəbər verilən hakimiyyət əslində nəyə işarə edir?
• Allah`ın hakimiyyət vəd etdiyi topluluğa saf irq şərtinin qoşulması nə üçün doğru deyil?
Allah Quranda hz. İbrahimi və onun nəslindən gələnləri seçərək mübarək qıldığını bildirir. (Bəqərə surəsi, 130, Ali İmran, 33) Yəhudilərin müqəddəs kitabı Tövratda da bu barədə məlumat verilir. (Yaradılış, 22:17, 12:2)
Hz. İbrahimin nəslini oğlanları hz. İsmayıl və hz. İshaq davam etdirmişdir. Hz. İshaqın nəsli olan İsrail oğullarına tarix boyu hz. Yaqub, hz. Yusif, hz. Musa, hz. Harun, hz. Yunus, hz. Əyyub, hz. İlyas, hz. Süleyman, hz. Zəkəriyyə, hz. Yəhya və hz. İsa kimi bir çox peyğəmbərlər göndərilmişdir. İslam peyğəmbəri hz. Muhəmməd (s.ə.v), ailə üzvləri olan imamlar və Axırzamanın mübarək zatı son imam Muhəmməd Əl Mehdi hz. İsmayılın nəslindəndir.
Nəticə etibarilə, Tövratdakı Bəni-İsrail, Bəni-İshaq, Bəni-İsmayıl hamısı Bəni-İbrahim qövmüdür. Hamısı Allah`ın mübarək qıldığı hz. İbrahim nəslidir. İbrahimi dinlərdə “hidayət verən” adlandırılan, Axırzamanda Allah`ın dininin dünya hakimiyyətinə vəsilə olacaq mübarək zat hz. Mehdi (ə.s) da hz. İbrahimin nəslindəndir.
Yəhudi mənbələrdə Axırzamanda din əxlaqını dünyaya hakim edəcək şəxs “Məsih” (və ya Mübarək Kral) adlandırılır. Ancaq bu mübarək zatın necə adlandırılması böyük əhəmiyyət daşımır, müxtəlif mənbələrdə fərqli isimlərlə də müjdələnə bilər. Danılmaz həqiqət isə ondan ibarətdir ki, Allah`ın vəd etdiyi “İslam əxlaqının hakimiyyəti” həyata keçəcək və bu hakimiyyət səmimi möminlərdən ibarət bir qrupun və onlara rəhbərlik edəcək mübarək bir şəxsin vəsiləsi ilə qurulacaqdır.
Allah hz. İbrahimin nəslinə hakimiyyət vəd etmişdir
Allah seçib bəyəndiyi dinini dünyaya hakim etmək üçün hz. İbrahim nəslinin iki qolundan gələn son təmsilçiləri imam Əl Mehdini (ə.s) və hz. İsanı (ə.s) Axırzamanda əmrini yerinə yetirmələri qoruyub saxlamışdır. Quranda və peyğəmbərimizin (s.ə.v) hədislərində də bildirilən bu hakimiyyət dövrü Tövratda hz. İbrahimin nəslindən gələn bir camaata vəd edilmiş və belə bildirilmişdir:
“Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın.” (Yaradılış, 2217-18)
Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq. (Yaradılış, 26:4)
Tövratın bəzi hissələrində Axırzamanda Allah`a səmimi qəlbdən iman gətirənlərin yer üzündə güc sahibi olacaqlarından və din əxlaqının bütün cahana hakim kəsiləcəyindən bəhs edilir:
“Rəbb dedi... Varlığıma and olsun ki, Rəbbin bütün dünyanı izzəti ilə dolduracaqdır...” (Saylar, 1420-21)
Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər. Bütün millətlərin soyları Onun hüzurunda səcdə qılacaq. Çünki hökmranlıq Rəbbindir... (Məzmurlar, 2227-28)
“Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq. Bir az gözlə, pislər yox olacaq, yerini axtarsan belə, tapılmayacaq. Təvazökarlar yer üzünü mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq. (Məzmurlar, 379-11)
Bu hissələrdən də aydın olur ki, Tövratda xəbər verilən hakimiyyət hər hansı bir cəmiyyət və ya irqin üstünlüyü deyil, Allah`ın bütün insanlar üçün göndərdiyi həqiqi din əxlaqının yer üzünə hakim olmasıdır. Eyni zamanda Tövratda guya yəhudi irqinin seçilib hakim qılınacağına işarə edən ifadələr də mövcuddur. Ancaq bu ifadələr səmimi möminlərə xəbər verilən müjdələrin hz. Musadan sonra təhrif olunaraq Tövrata daxil edilməsi nəticəsində yaranmışdır. Bəzi yəhudilərin din əxlaqında uymayaraq Tövratı öz irqlərinin və ya cəmiyyətlərinin dünya hakimiyyətinə yiyələnəcəkləri kimi şərh etmələri də həqiqəti əks etdirmir.
İslamda bəhs edilən “haqq din hakimiyyəti” yer üzündə əxlaqsızlıqların, pislik və çətinliklərin din əxlaqı vasitəsilə ortadan qalxmasına və gözəl əxlaqın yayılmasına işarə edir. Səmimi iman gətirən hər bir müsəlmanın əsas məqsədi Allah`ın seçib bəyəndiyi əxlaqın, yəni ədalətin, düzlüyün, sədaqətin, təvazökarlığın, bağışlamanın, mərhəmətin, yardımlaşmanın əsas meyar olduğu, hər kəsin Allah rizasını qazanmaq üçün yarışdığı cəmiyyətlər formalaşdırmaqdır. Bunun üçün qarşıda duran bütün maneələr elmlə, maarifləndirmə ilə aradan qaldırılacaqdır. Bunu dərk edən möminlərin amalı əsla güc və ya iqtidara yiyələnmək deyil, əgər Allah belə bir neməti lütf edərsə bunu yalnız din əxlaqının daha çox yayılması üçün ən gözəl şəkildə istifadə etməkdir. Möminlərin bu xüsusiyyəti Quran ayələrindən birində belə xəbər verilmişdir:
“Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.” (Həcc surəsi, 41)
Tövratda hakimiyyət vəd edilən camaatın xüsusiyyətləri
*Allah yəhudilərə haqq dinə tabe olduqları, peyğəmbərlərə itaət etdikləri və yalnız Allah`a səmimi qəlbdən iman gətirdikləri halda onları üstün qılacağını müjdələmişdir. Allah`ın hakimiyyət vəd etdiyi qulları Tövratda belə vəsf edilir:
Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allah`ınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız, onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız. Ayaq basdığınız hər yer sizin olacaq...” (Qanunun Təkrarı, 1122-24)
*Allah İsrail oğullarına Allah`a bağlılıqları, Allah`ın əmrlərini diqqətlə yerinə yetirməkləri və dərin Allah sevgisinə sahib olmaqları qarşılığında hakimiyyət vəd etmişdir.
Bu hissəsinin davamında isə yəhudilərə iki yol - imanı seçdikləri zaman nemət, üz çevirdiklərində isə bəla ilə qarşılaşacaqları bildirilir:
“Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram. Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız. Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız.” (Qanunun Təkrarı, 1126-28)
* Tövratın digər hissələrində hakimiyyət vəd edilən topluluğun xüsusiyyətləri:
“… Allah`ınız Rəbb əsl Allah`dır. O, vəfalı Allah`dır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər… sadiq Allah`dır…” (Qanunun Təkrarı, 79-10)
“Onda Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq. Bir şərtlə: Allah`ınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allah`ınız Rəbbə tərəf dönün.” (Qanunun Təkrarı, 309-10)
*Eyni zamanda Tövratda Allah`dan qorxanlar da hakimiyyətlə müjdələnmişdir:
Rəbdən qorxan kimdir?... O bəxtəvər yaşayacaq, ölkə onun nəslinə irs olacaq. Rəbb Ondan qorxanlara sirrini açar... (Məzmurlar, 2512-14)
* Bu müqəddəs Kitabda Allah`a təvəkkül edən, Ona sığınan, təvazökar, Allah`a iman gətirməkdən sevinən insanların hakimiyyətə və Allah`ın nemətlərinə varis olduqları belə xəbər verilir:
Rəbbə güvən, yaxşılıq et... Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, Ona güvən... Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq... Həlimlər yer üzünü mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq. (Məzmurlar, 373-11)
Bütün bu xüsusiyyətlər nəzərə alındıqda Allah`ın hakimiyyət nəsib edəcəyi insanlar bu vəsflərə sahib olmalıdırlar:
*Allah rizası üçün yaşamaq
*Bütün varlığı ilə yalnız Allah`a yönəlmək
*Allah`ın əmrlərini diqqətlə yerinə yetirmək
*Allah`ı sevmək
*Allah`dan qorxmaq
*Allah`a şərik qoşmamaq
*Allah`a sədaqətli olmaq
*Allah`a sığınmaq
*Allah`a iman gətirməkdən böyük həzz duymaq
*Əməlisaleh olmaq
*Təvazökar olmaq
Beləliklə, aydın olur ki, Tövratda bildirilən hakimiyyət səmimi möminlərə müjdələnən haqq din hakimiyyətidir. Bu haqq din isə “İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz...” (Ali İmran surəsi, 85) ayəsində bildirildiyi kimi Allah qatında İslamdır.
Tövratda bəhs edilən Bəni-İsrail qövmü hz. Mehdi (ə.s) camaatına işarə edir.
Axırzamanın mübarək zatı olan hz. Mehdi (ə.s) və tələbələrinin xüsusiyyətləri, vəsilə olacaqları “Qızıl Əsr” İbrahimi dinlərin müqəddəs qaynaqlarında ətraflı şəkildə təsvir edilmişdir. Xəbər verilən hər bir əlamət hər üç dində də bir-biri ilə uyğunluq təşkil edir. Əsrlər əvvəl təsvir edilən dövrün hazırda kiçik detallarına qədər yaşamağımız, əlamətlərin bir-birinin ardınca həyata keçməsi hz. Mehdinin (ə.s) zühurunun çox yaxın olduğunu bizə müjdələyir.
Peyğəmbərimizin (s.ə.v) hədislərində bildirilir ki, hz. Mehdi (ə.s) və tələbələrinin bütün dünya insanları üçün olduqca əhəmiyyətli və faydalı fəaliyyətlər həyata keçirmələrinə baxmayaraq ilk dövrlərdə tanınmayacaqlar və kiçik mömin qrupundan başqa onları dəstəkləyən olmayacaq. Ancaq səmimi imanla yanaşanlar hz. Mehdini və tələbələrini hüsni-zənlə (üstün gələn qənaətlə) tanıyacaqlar. Bu mübarək insanın hz. Mehdi (ə.s) olmağını Allah`ın dinini yaymaq üçün həyata keçirdiyi bütün fəaliyyətlərindəki müvəffəqiyyəti aşkara çıxaracaqdır. Quran ayələrindən birində Kitab əhlinin peyğəmbərimizi (s.ə.v) “uşaqlarını tanıdıqları kimi tanıyacaqları” bildirilir:
“Kitab verdiyimiz şəxslər onu (peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.” (Bəqərə surəsi, 146)
Bu ayə, eyni zamanda hz. Mehdinin də hədislərdə və müqəddəs Kitablarda xəbər verilən əlamətlərindən tanınacağına işarə edir. (Ən doğrusunu Allah bilir.) Zühur etdiyi zaman insanlar Hz. Mehdini (ə.s) peyğəmbərimizin (s.ə.v) bildirdiyi əlamətlər vasitəsilə uşaqlarını tanıdıqları kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq, bəzi insanlar onun mübarək zat olduğunu danacaqlar.
Allah saf irq mənsublarına deyil, Ona səmimi iman gətirənlərə hakimiyyət vəd etmişdir.
Bəzi yəhudilər Tövratda hakimiyyət vəd edilən topluluğun saf yəhudi irqi olduğunu iddia edirlər. Ancaq Axırzamanda haqq dinin hakimiyyəti nəsil deyil, iman və əxlaq üzərində qurulacaqdır.
Hazırda yəhudilərin böyük əksəriyyətinin haqq dini yer üzünə yayacaq əxlaq üstünlüklərinə sahib olmadıqları göz qabağındadır. (Allah`a səmimi iman gətirən yəhudiləri tənzih edirik.) Dindar yəhudilərin özləri bu vəziyyəti nəinki dilə gətirir, hətta tənqid edirlər. Aydındır ki, Tövratda bəhs edilən və hakimiyyət vəd edilən topluluğun xüsusiyyətlərinə kim sahibdirsə Allah din əxlaqının hakimiyyətinə onları vəsilə edəcəkdir.
Başqa sözlə, din əxlaqını hakim edəcək şəxslər səmimi iman gətirən, Allah`a dərin hörmət və qorxu ilə bağlanan, Allah`ın bəyənib seçdiyi əxlaqı qoruyan, qəlbən Ona təslim olan, şəfqətli, mərhəmətli və sevgi dolu möminlərdir. Hakimiyyət bir topluluğa və ya irqə deyil, səmimi möminlərə vəd edilmişdir.
Yəhudi olduğu üçün ona hakimiyyət vəd edildiyini düşünən insan din əxlaqından bixəbərdir. Bir insanın yəhudi olub-olmamağı deyil, Allah`a, din əxlaqına və peyğəmbərlərə bağlılığı, sədaqəti və itaəti çox əhəmiyyətlidir. Əgər bir insan Allah`ın varlığını qəbul etmirsə və ya Allah`ın qüdrətini lazımınca dəyərləndirə bilmirsə, dinə inanmır və ya din əxlaqını yaşamırsa bu insanın peyğəmbər irqinə və ya nəslinə mənsub olması ona Allah qatında üstünlük qazandırmır. Allah`a iman gətirməyən, Ona qəlbən təslim olmayan bir insanın hz. İbrahimin, hz. Yaqubun, hz. Musanın nəslindən gəlməsi heç bir əhəmiyyət kəsb etmir, çünki bu insan nəslindən gəldiyi peyğəmbərləri rədd edir. İman gətirməyən bir insanın peyğəmbərlər nəslindən olması bu insana mübarək sifəti bəxş etmir. Hz. İbrahimi, hz. İshaqı, hz. Yaqubu, hz. Musanı qəbul etməyən, Allah`ı sevməyən, Allah`dan qorxmayan bir insanın nəslinin Allah qatında bir dəyəri yoxdur.
Saf irq şərtinin irəli sürülməsi din əxlaqına ziddir
Əsrlər boyu yaxın ərazilərdə məskunlaşan xalqların bir-birinə qarışmadan nəsillərini davam etdirməkləri mümkün deyil. Hz. İbrahimin oğulları hz. İshaqla hz. İsmayılın nəsillərinin qarışmamağı da heç bir məntiqə sığmır. Səmimi yanaşan hər bir insan Tövratda nəsil deyil, etiqad birliyindən bəhs olunduğu açıq şəkildə görər.
Tövratın Yaradılış hissəsində hz. İshaqın oğlunun hz. İsmayılın qızı ilə evləndiyi bildirilir. (Yardılış 28:7-10) Bu məlumat nəsillərin hələ əvvəldən qarışdığına ən gözəl nümunədir. Bundan əlavə, yaxın ərazilərdə yaşayan hz. İshaq və hz. İsmayılın nəsilləri hərtərəfli qohumluq əlaqələrinə malikdir. Belə vəziyyətdə hz. İshaqın nəslinin heç bir qarışıqlığa məruz qalmadığı və yəhudilərin də bu “saf” irqdən olduqlarını iddia etmək məntiqsizlikdir. Dolayısı ilə, din əxlaqının hakimiyyətinə vəsilə olacaq topluluq hər hansı nəsil və ya irq deyil, hz. İbrahimin haqq dinini, bugünkü adı ilə İslam əxlaqını hakim edəcək topluluqdur. Eyni zamanda Allah bütün elçilərin tək bir nəsildən törədiyini bildirir:
“Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi. Onlar biri digərindən olan (hənif) bir nəsil idilər. Allah Eşidəndir, Biləndir.” (Ali İmran surəsi, 33-34)
Allah Ənam surəsində də bir-birlərinin nəslindən olan elçiləri xəbər verir:
“İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmayılı, Əlyəsə'i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik.” (Ənam surəsi, 82-87)
Bütün peyğəmbərlər bir-birinin nəslindəndir. Hz. Yaqubun, hz. Süleymanın, hz. Davudun nəslindən bəhs edilərkən hz. İbrahimin nəsli nəzərdə tutulur və hakimiyyət peyğəmbər nəsli olan hz. İbrahimə vəd edilir. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) də bu mübarək nəsildəndir. Hədislərdə bildirildiyi kimi hz. Mehdi (s.ə.v) də bu nəslə mənsubdur. Bu nəslin nümayəndələrinə el dilində seyid deyilir. Dolayısı ilə, hz. Mehdi (ə.s) də seyiddir. Peyğəmbərimizin (s.ə.v) hədislərində belə bildirilir:
Qiyamətin qopmasına yalnız bir gün qalsa belə, Allah mənim Əhli-Beytimdən bir şəxsi (Hz. Mehdini (ə.s)) göndərəcək. (Sünen-i Ebu Davud, 5/92)
Əhli-Beytimdən bir şəxs (hz. Mehdi) bütün dünyaya hakim olana qədər günlər və gecələr bir-birini əvəz etməz. (En-Necmu's Sakıb, Ukayli)
Haqq din əxlaqının hakimiyyəti üçün Allah`ın təqva sahiblərini varis seçmişdir
Quranda Allah insanların yalnız təqvaca bir-birlərindən üstün olduqlarını bildirir:
“...Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.” (Hucurat surəsi, 13)
Başqa ayədə isə gözəl aqibətin təqva sahiblərinə nəsib olacağı belə xəbər verilmişdir:
“...Səbr et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir. (Hud surəsi, 49)
Təqvalı insanlar Allah yolunda səmimi cəhd edən və nəticəni yalnız Allah`dan gözləyən, Allah`ın rizasından başqa heç bir qarşılıq gözləməyən, canını və malını Allah`a satmış, Allah`dan şiddətlə qorxan və Onu dərin sevgi ilə sevən insanlardır. Haqq dini bütün dünyaya hakim edəcək Allah`ın varisləri də onlardır.
Bütün bunlardan yalnız bu nəticəyə gəlmək olar ki, Allah`ın vəd etdiyi hakimiyyətə yalnız səmimi iman sahibləri yiyələnəcəklər. Tövratda geniş şəkildə bəhs edilən hakimiyyət yalnız bir qövmü, yəni yəhudi qövmünü nəzərdə tutmur. Allah`a şərik qoşmadan səmimi iman gətirən hər bir müsəlman (yəni Allah`a təslim olmuş şəxs) Tövratda bildirilən “Bəni-İsrail” qövmüdür. Başqa sözlə, Bəni-İsrail “müsəlmanlığın (Allah`a təslim olmağın)” digər adıdır. Allah`ın seçib hakimiyyət vəd etdiyi topluluq Nur surəsinin 55-ci ayəsində bildirildiyi kimi bu xüsusiyyətlərə sahib olacaqdır:
- Allah`a iman gətirmək
- Əməli saleh olmaq
- Yalnız Allah`a ibadət etmək
- Allah`a heç bir şeyi şərik qoşmamaq
Allah belə bir topluluğa hakimiyyət vəd etmişdir. Bəni-İsrail nəslinə mənsub olan, ancaq dindar olmayan bir qövmün dünyaya hakim olacağını gözləmək din əxlaqına ziddir.
Nəticə:
Hz. Mehdi və camaatı qədərdə bəllidir:
İnsan həm öz, həm də dünyanın qədərini sadəcə seyr edir. Heç kim bu qədərə müdaxilə edə bilməz. Eyni zamanda bu qədərə münasibət bildirməyi, razı və ya narazı olmağı Allah`ın vədini, müəyyən etdiyi qədəri əsla dəyişdirməz. Allah kimi seçib dünyaya hakim edərsə hz. Mehdi (ə.s) də o insan olacaqdır.
Buna görə də heç kim hz. Mehdi olduğunu iddia edə bilməz. Mehdilik bir iddia deyil. Cəhd etməklə, çalışmaqla əldə edilməz. Hz. Mehdi olmaq insanın qədərində yazılmalı, o insan hz. Mehdi kimi yaradılmalıdır.
Hədislərdə və İslam alimlərinin şərhlərində də bildirildiyi kimi, hz. Mehdi (ə.s) nəsli ilə deyil, fəaliyyətləri ilə dünyanın diqqətini cəlb edəcəkdir. Hz. Mehdi və camaatının əsas fəaliyyəti dinsizliklə elmi mübarizə və haqq din əxlaqını bütün dünyaya yaymaq olacaqdır. Dinsiz və imansız ideologiyaları fikrən məğlub edən, Allah`ın varlıq dəlillərini dünyaya göstərən, insanların imanlarına vəsilə olub din əxlaqını yer üzünə yayan insan hz. Mehdidir. Ona heç bir kömək göstərilməsə belə qədərindəki bu vəzifəni yerinə yetirmək yazılmışdır. Təbliğ etdiyi müddətdə köməkçilərinin olması isə Uca Allah`ın bir lütf və nemətidir. Rəbbimiz elçilərinə dəstəyini Quranda belə bildirmişdir:
“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir...” (Tövbə surəsi, 40)
Hz. Mehdini dəstəkləyənlərin sayı az olacaqdır. Ancaq Mehdiyyətin kölgəsi bütün dünyanı bürüyəcəkdir. Bütün dünya hiss etmədən Mehdiyyətin məntiqinə, dünyagörüşünə, təbliğatına tabe olacaq, onun iman həyəcanının təsir dairəsinə daxil olacaqdır. İman sevgisi və həyəcanı hz. Mehdidən tələbələrinə, tələbələrindən ətrafdakı insanlara, sonra bütün dünyaya yayılacaq.
Bir insan bir kitab oxuyar, bir söhbəti eşidər və ya bir film seyr edər, imanında həyəcan artar. Bu şövq və həyəcanla oxuduqlarını və ya eşitdiklərini başqalarına da danışar. O da bu insandan aldığı imani həyəcanı bir digərinə ötürər. Beləliklə, zəncirvari bir fəaliyyətlə iman həyəcanı və təsiri insanlar arasında sürətlə yayılar. Yəhudilərdən xristianlara qədər, bütün dinlərdən, qəbilələrdən olan insanlara, bir sözlə dünyanın istənilən nöqtəsinə din əxlaqı yayılar. Nəticədə bütün dünyada imani canlanma baş verər. Dünya bu imani həyəcan və feyzin qaynağını bilməz, imana qarşı getdikcə artan bu feyzin Mehdilikdən qaynaqlandığını anlamaz. Halbuki, bu, Mehdiyyətin və hz. Mehdinin ən əhəmiyyətli xüsusiyyətlərindəndir.