Əbdurrəhman b. Səlitdən; İmam Hüseyin b. Əli b. Əbu Talib əleyhi’s-səlâm belə buyurdu: “... HAQQ YOLDA QİYAM EDƏN ODUR (HZ. MEHDİDİR (Ə.S.)). YER ÜZÜ ÖLDÜKDƏN SONRA ALLAH ONUN VASİTƏSİ İLƏ TƏKRAR ONU ƏHYA EDƏCƏKDİR VƏ MÜŞRİKLƏR İSTƏMƏSƏ DƏ ALLAH HAQQ DİNİ DİGƏR DİNLƏRƏ MÜVƏFFƏQ EDƏCƏKDİR. ONLARA ƏZİYYƏTLƏR EDİLƏCƏK VƏ DEYƏCƏKLƏR Kİ: “ƏGƏR DOĞRU SÖYLƏYİRSİNİZSƏ BU VƏD NƏ ZAMAN HƏYATA KEÇƏCƏKDİR. Bilin ki, ONUN QEYB OLDUĞU DÖVRDƏ GÖRDÜYÜNÜZ ƏZİYYƏTLƏRƏ VƏ TƏKZİBLƏRƏ SƏBR ETMƏK RƏSULULLAH İLƏ BƏRABƏR QILINCLA CİHAD ETMƏK KİMİDİR.”
(Uyun-ul Ahbar, c. 1, s. 68)
Quran ayələrində Hz. Mehdiyə (ə.s.) işarələr vardır. Hz. Hüseyin (ə.s.) peyğəmbərimizdən nəql edilən rəvayətində Hədid Surəsinin 17-ci ayəsinini Hz. Mehdiyə (ə.s.) işarə olduğunu ifadə etmişdir. Hədisdə: Bilin ki, Allah torpağa öldükdən sonra yenidən can verir. Biz ayələri sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin! Ayəsində bildirilən “.... Allah ölümündən sonra yer üzünə həyat verir...” ifadəsinin Hz. Mehdiyə (ə.s.) aid edildiyi ifadə edilmişdir.
Həqiqətən də Axır zamanda zühur edən Hz. Mehdi (ə.s.) vasitəsi ilə İslam dini yenidən əhya olacaq, müsəlmanlar Quran əxlaqı və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə uyğun yaşamağa başlayacaqlar. Müsəlmanların sayı artacaq və dünyada İslam əxlaqı hakim olacaqdır. Hədisin davamında isə Hz. Hüseyin (ə.s.) Tövbə surəsinin 33-cü ayəsinin də Hz. Mehdiyə (ə.s.) işarə etdiyini bildirmiş və Hz. Mehdi (ə.s.) dövründə müşriklər istəməsə də İslam dininin hakim olacağını açıqlamışdır.
Bundan başqa, yenə eyni hədisdə Hz. Mehdi (ə.s.) və tələbələrinə inkar edənlərin işgəncə edəcəkləri, onlara iftira atacaqları və həbs edəcəkləri, çirkin söz və davranışlar göstərəcəkləri bildirilmişdir. Digər tərəfdən də münafiqlərin Hz. Mehdidən (ə.s.) şübhələnəcəkləri, ondan dünyəvi mənfəət gözləyəcəkləri və İslam əxlaqının dünyada hakim olacağına səbir göstərə bilməyəcəkləri ifadə edilmişdir.
Bu hədisdən yenə də görünür ki, Hz. Mehdi (ə.s.) özünə və tələbələrinə atılmış iftiralara və əziyyətlərə qarşı hər zaman təqziblər edəcək, yəni həqiqətləri hər zaman xalqa bildirməyə çalışacaqdır. Peyğəmbərimiz, (s.ə.v.) Hz. Mehdi (ə.s.) və tələbələrinə atılan iftiraları və onlara verilən əziyyətləri, məruz qaldıqları bu hücumlarla fikri mübarizə aparmağın Peyğəmbərimizlə birlikdə qılıncla döyüşmək qədər çətin olacağını da bildirmişdir. Hədisin bu bölümündən Hz. Mehdi (ə.s.) və tələbələrinin çox çətin şərtlərdə İslam əxlaqını yayacaqları və hər cür təhlükələrlə qarşılaşmağa hazır olan həyatlarının olacağı da başa düşülür.