Keçən günlərdə Baş Nazir cənab Ərdoğan erməni xalqına 24 aprel 1915-ci ildə baş vermiş erməni hadisələri ilə bağlı başsağlığı verdi. Bu addım Türkiyə tarixində ilkidi. Uzun illərdir bütün türk siyasətçiləri üçün böyük problemə çevrilmiş erməni soyqırımı məsələsi ilk dəfə türk başnaziri tərəfindən başsağlığı ilə anılırdı. Türkiyədə bəzi müxalifətçilər bu hadisəyə etirazlarını bildirsələr də, ermənilər, ABŞ və Avropa Birliyi müsbət qarşıladılar.
Mövzuya aydınlıq gətirmək üçün 1915-ci illərə nəzər salaq.
Osmanlı torpaqlarda sülh şəraitində yaşayan ermənilərlə türklərarasında sonradan yarananmünaqişələrin bildiyimiz və ya bilmədiyimiz bir çox səbəbi ola bilər. Hazırda dünyanı alt-üst edən materialist fəlsəfə Osmanlı sərhədləri daxilində də yayılmağa başlamış, irqçiliyə və düşmənçiliyə təhrik edənlər Osmanlı dövlətinin zəiflik dövründən istifadə etməyə çalışmışdılar. Baş verən hadisələr iki qardaş milləti bir anda düşmənə çevirmişdi. Şübhəsiz, o dövrdə də hər iki millətin içində olan fitnəkarlar, düşmənlər meydana atılmışdı. Necə ki, Ermənistan prezidenti Sarkisyan bu məsələ ilə bağlı bəyanatında o dövrdə erməni qonşularına kömək edən türkləri hörmətlə andıqlarını, erməni xalqına kömək edərək özlərinin və ailələrinin həyatlarını təhlükəyə atanları bağışladıqlarını deyərək kinayəli bir üslubdan istifadə etmişdi.
Maraqlısı budur ki, bəziləri 1915-ci ili ancaq türklərlə ermənilər arasında münaqişələr dövrü kimi xatırlayırlar. Yəqin ki, belə düşünənlər 1915-ci ilin Birinci Dünya Müharibəsinin ən qızğın dövrü olduğunu unudurlar. Bu dövrdə işğal altında olan Osmanlı imperatorluğu hər qarış torpağında ayrı-ayrı ölkələrin əsgərləri ilə döyüşürdü. Qərbdən şərqə qədərbütün ölkə qərbin güclü qüvvələrinin işğalı atında idi. Türk milləti o dövrdə Çanaqqalada 230 min, Sarıqamışda 90 min, Osmanlıya aid ərəb torpaqlarında 40 min şəhid verdi. Türk əsgərlərinin məzarları ilə işğalçı dövlətlərin əsgərlərinin məzarları bu gün yan-yanadır və hər il anım mərasimləri bəhs edilən ölkələrin nümayəndələri ilə birlikdə keçirilir.
Bu günə qədər nə Türkiyə rəhbərləri, nə də türk xalqı bu torpaqlara soxulub qətliamlar törədən, tələfatlara yol açan ölkələrdən qisas almağı ağıllarına belə gətirməyiblər. Çünki bütün bunların səbəbkarının həmin dövrdə baş verən dünya müharibəsi olduğunu yaxşı bilirlər.
Erməni məsələsi də belə qiymətləndirilməlidir. Türk-erməni münaqişəsinin yaşandığı bu dövrdə ermənilərlə yanaşı türklər də ağır itkilər vermişdilər.
Baş nazir cənab Ərdoğanın erməni xalqına başsağlığı diləməsi sülh xarakterli mesaj olsa da, xüsusilə Ermənistan-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlı olan dairələr tərəfindən "bu addım ancaq Türkiyə tərəfindən atıldı" kimi qiymətləndirilməsi təhlükəli çıxışdır. Hər iki tərəfin çoxlu şəhidlər verdiyini nəzərə alsaq, Ermənistan rəhbərliyi və diasporu da Türkiyəyə şəhidlərinə görə başsağlığı verərək nəzakətli cavab verməli idilər. Bir tərəfin itkilərini rəhmətlə anıb digər tərəfin itkilərinə dəyər verməmək Türkiyədə gələcək nəsillərin ürəyinə xal sala bilər. Tərəflərdən yalnız birinin hadisələrin səbəkarı kimi göstərilməsi sülhə zərbə deməkdir. Xarici işlər naziri Davudoğlunun cənab Ərdoğanın bu ifadələri təzyiq altında demədiyini, Türkiyənin əlinin havada qalmayacağına ümid etdiklərini dilə gətirməsi buna işarədir.
Ermənilər dürüst, ağıllı və dəyərli millətdir. Onlar həmişə millətimizin dəyərli parçası olublar. Etibarlı, sənətkar, ziyalı şəxsiyyətləri ilə cəmiyyətdə sevilib seçiliblər. Bu gözəl milləti və dəyərli qonşumuz Ermənistanı bizdən ayırmağa və uzaqlaşdırmağa çalışan daxili və xarici düşmənlərin varlığı danılmazdır. Aydındır ki, bu qüvvələr erməni məsələsindən sui-istifadə edərək məqsədlərinə çatmağa çalışırlar.
Türkiyə və Ermənistan dostluq münasibətlərini inkişaf etdirsə pis niyyətli qüvvələrin planları boşa çıxar.Bunun üçün ilk addım vizaların qaldırılması və sərhədlərin açılmasıdır. Bildiyimiz kimi, hazırda Türkiyə-Gürcüstan arasında belə bir sistem tətbiq olunur. Gürcüstan-Ermənistan-Türkiyə xəttinin açılması üç ölkəni mədəni, iqtisadi və humanitar sahələrdə birləşdirəcəkdir. Dostluğa, sevgiyə əsaslanan bir mühit yarandıqca bu birliyə Azərbaycan da qoşulacaqdır. Sərhədlərin açıq və sevginin hakim olduğu bir mühitdə Azərbaycan-Ermənistan arasındakı Qarabağ problemi də, şübhəsiz, öz həllini tapacaq.
Türk torpaqlarında daha çox erməni vətəndaşımız yaşamalı, Türkiyədə məktəblər açmalı, öz mədəniyyətlərini yaymalı, mövcud ortaq mədəniyyətimizi gücləndirməlidirlər. İki millət arasında düşmənçilik yaratmağa çalışanlara veriləcək ən gözəl cavab budur. Tarix boyu baş verən və keçmişdə qalan hadisələrin bu faydalı və güclü birliyə mane olmasına icazə verilməməlidir. İki tərəfin də verdiyi itkilər birlikdə anılmalı, tarixi münaqişələrə son qoyulmalı, iki millət dostluq münasibətlərində bütün dünyaya nümunə olmalıdırlar. Bu isə ancaq sülhsevər və ağıllı insanların sevgi mesajları ilə mümkündür. Məhz o zaman nifrət hissi ilə yaşayanların səsləri kəsiləcək, sevgi daha güclü eşidiləcək.
Adnan Oktarın Arab News'in nəşr olunan yazısı: