Osmanlı imperiyasının süqutundan sonra qurulan Türkiyə Cümhuriyyəti imperiyanın “miras” qoyduğu bəzi problemlərlə üzləşdi. Borclar, kapitulyasiyalar, milli azlıqların hüquqları, Antakya və boğazların vəziyyəti həllini gözləyən ciddi məsələlərdən bəziləri idi. Gənc dövlət qısa müddət ərzində bu problemlərin bir çoxunu həll etməyə müvəffəq oldu. Lakin Osmanlı dövlətindən miras qalan Kipr məsələsi hələ də həllini tapmayan yeganə problemdir.
1878-ci ildə İngiltərəyə icarəyə verildikdən etibarənKipr adası beynəlxalq arenada ciddi problemə çevrilib. Sözsüz ki, problemin həllində maraqlı olan tərəflər var. 2004-cü ildə məsələnin həllinə bir addım qalsa da keçirilən refendumda adada yaşayan yunanların etirazı prosesi başa çatdırmağa imkan vermədi.
Bəziləri buna görə Avropa Birliyini günahlandırırlar. Əgər adaKipr məsələsinin həllindən sonra Avropa Birliyinə üzv olsaydı, prosesin fərqli nəticələnəcəyi qənaətindədirlər. Referendumda etiraz edən yunanlar Avropa Birliyi üzlüyü ilə mükafatlandırılarkən həll yolunu dəstəkləyən türklər isə “cəzalandırıldılar”. 2004-cü ilin aprel ayında Avropa Birliyi Nazirlər Şurası iqtisadi böhran yaşayan Şimali Kipr üçün Avropa Komissiyasından iri layihə istədi. Komissiya maddi yardım paketi ilə birlikdə ticarət imkanı yaradan plan hazırladı. Ancaq yunanların bu plana da etirazı ilə Avropa Birliyi Nazirlər Şurası 27 fevral 2006-cı il tarixində layihənin ticarətə aid hissəsini ləğv etmiş, yalnız yardımı qəbul etmişdi. Yəni türklərin ticarət embarqosu yenə götürülmədi.
8-10 il əvvəl ilə müqayisədə hazırda bölgədə vəziyyət çox fərqlidir.Kiprin yunanlar yaşayan bölgəsində, Yunanıstanla yanaşı Avropa Birliyinin digər ölkələrində də cərəyan edən iqtisadi böhranın vəziyyəti ciddi şəkildə dəyişdirdiyini görürük. Hər halda Avropa Birliyinin maliyyə işləri üzrə komissarı Olli Reynin bəyanatlarından belə nəticəyə gəlmək olar. Reyn bəyanatlarında Kiprin birləşməsinin adanın iqtisadi vəziyyətini yaxşılaşdıracağını vurğulamışdı. Əslində isə bu bəyanatın arxasında Avropa Birliyinin yunanları iqtisadi böhrandan xilas etməyi tam öz öhdəsinə götürməmək istəyi dururdu. Bölgənin ən böyük bazarı Türkiyədir. Ancaq Kipr yunanları razılıqdan boyun qaçırdıqları üçün bu fürsətdən istifadə edə bilmirlər. Hətta gəmiləri türk limanlarına daxil ola bilmir. Eyni zamanda güclü və dinamik türk səhmdarları Kiprin yunanlar yaşayan bölgəsində müəyyən investisiya layihələri həyata keçirməklə böhranı nisbətən zəiflədə bilərlər. Əgər adalar birləşsə Avropa Birliyi10 milyard avrodan daha az maddi yardımla yunanları iqtisadi böhrandan xilas edə bilər.
Adaların birləşməsiilə iki yeni və həyati faktor, təbii qaz və su mühüm dəyişikliklərə səbəb olacaqdır. Kipr adasının cənubunda “Afrodit” adlı ərazidə zəngin təbii qaz yataqları yerləşir. Bunların çıxarılması və satışı asanlıqla iqtisadi böhrana son qoya bilər. Ancaq indiki vəziyyətdə təbii qazın nəqli ciddi problem yaradır. Belə ki, qaz boru xətti ilə Krit və Yunanıstana keçirilərək Avropaya ixrac oluna bilər. Ancaq belə bir layihənin həyata keçirilməsi külli miqdarda vəsait tələb edir və yunanların buna gücü çatmır. Daha asan və münasib yol isə qazın Şərqi Aralıq dənizi və Türkiyə üzərindən Avropaya ixracıdır.
Türkiyənin qazın ixarcında rolunu labüdləşdirən digər təbii qaz yatağı isə İsrailin “Leviathan” dəniz bölgəsində yerləşir. İsrail təbii qazı mayeləşdirib tankerlərlə də sata bilər. Ancaq bu tankerlərin təhlükəsizliyini təmin etmək baha başa gələr. Digər tərəfdən Livan hizbullahı İsraili Livanın təbii qazını oğurlamaqda günahlandırır. Buna görə dəyola düşən tankerlərin hücuma məruz qalma ehtimalı olduqca yüksəkdir. İsrailin dəniz qüvvələri hava və quru qüvvələrinə nisbətən çox zəifdir.
İsrail donanmasının Planlama naziri İlan Lavi təbii qazın tankerlərlə daşınmasının İsrail donanmasına 700 milyon dollarabaşa gələcəyini, eyni zamanda da hər il əlavə 100 milyon dollar vəsait tələb edəcəyini bildirmişdir. Belə olduqda həm Cənubi Kipr, həm də İsrail üçün ən uyğun marşrut Kipr-Türkiyə boru xəttidir. Son dövrlər Ukraynanı cənginə alan böhran və Rusiya-AB əlaqələrinin gərginləşməsi nəticəsində Türkiyə xəttinin AB üçün əhəmiyyəti daha da artdı. Bu xəttin xərcləri dörddə bir nisbətində azaldacağı güman edilir. Layihəni həyata keçirmək üçün Kiprdə sülh və birliyin bərqərar olunması əsas şərtdir.
Türkiyə Şimali Kipr Türk Respublikasını su ilə təmin etmək üçün 80 kilometr boru xətti çəkilməsi layihəsinə hazırlıq işləri görür. Layihə başa çatdıqda şimalın 50 illik su ehtiyacı qarşılanacaq. Su problemi həll edildikdən sonra istifadə edilməyən Mesaoriya düzənliyinin 4824 hektarı əkin üçün yararlı vəziyyətə gətiriləcək. Yunanların yaşadığı bölgədə də içməli su problemi var. Kipr probleminin həlli nəticəsində yunanlar da bu sudan istifadə edə biləcəklər.
Kipr məsələsinin həlli AB, yunanlar və İsrail üçün, şübhəsiz, müsbət nəticələnəcəkdir. Bəs Türkiyə iqtisadi məfəətlərini güdərək hər şəraitdə həll yolunu dəstəkləməlidirmi? Türkiyənin Kipr siyasəti, hər şeydən əvvəl, burada yaşayan türklərin təhlükəsizliyini təmin etmək, yunan əsarətindən qorumaq və Şimali Kipr Türk Respublikasının hakimiyyətini dəstəkləmək istiqamətində olmuşdur.Türkiyənin himayədarlığında, müstəqil parlament, məhkəmə və müdafiə sisteminə sahib olan Şimali Kiprinmövcudluğu zəmanət altına alındıqdan sonra federasiya qurulması mümkündür. Əlbəttə, federasiyaya rəhbərlik Şimali Kipr Məclisinin də açıq bildirdiyi kimi,səs çoxluğuna görə müəyyən edilməməli, dövrü olmalıdır. Nəticədə onsuzda qardaş olan bu iki millət daha yaxın münasibətlər quracaq, zənginlik və rifaha qovuşacaqlar. Bu, adaya gözəllik və daha çox xoşbəxtlik gətirəcək.
Adada türkləri əsarət altına alan, əlverişsiz şəraitdə yaşamağa vadar edən və təhlükəsizliklərini riskə atan həll yollarınaetibar edilməməlidir.Kiprdə birlik və bütünlük, İsrail-Türkiyə münasibətlərinin yaxşılaşdırılması, sözsüz ki, böyük inkişaf meydana gətirəcəkdir. Ancaq hər şeydən vacib dostluq, qardaşlıqdır. Türk və yunan milləti bütün problemlərə baxmayaraq, uzun illər qardaşlıq münasibətlərini qoruyub saxlamışlar. Bu qardaşlığın kökünü möhkəmləndirmək və sabit təməllər üzərində qurmaq üçün birləşmək şərtdir. Arzumuz bu prosesin güclü bir birlik və bərabərliyə ilk addım olmasıdır.
Adnan Oktarın Arab News'da yayımlanan məqaləsi: