Hz. Mehdi heç kimdən təsirlənməyəcək, heç kimə bağlı olmayacaq, öz vicdanı ilə əsərlərini yazacaq, fikirlərini izah edəcək hər hansı bir fikirin, qrupun, təriqətin və ya hər hansı bir siyasi düşüncənin təsiri altında qalmadan yalnız Qurana və sünnəyə görə hərəkət edəcək.
... Arxasında İsa bin Məryəmin namaz qılacağı Qaim (Hz. Mehdi) xaricində biz Əhli Beytdən olan hamımızın boynunda zamanın tağutunun (Allahın hökmünü tanımayan hər varlıq, güc, şeytan) beyəti olacağını (Hz. Mehdi dövründə dinsizliyin hakim olacağını, hər kəsin bu sistemə bağlı olacağını) bilmirsinizmi? Uca Allah onun vəladətini (zühurunu) və şəxsini gizlədəcək. Beləliklə O, zühur etdiyində heç kimin beyəti Onun boynunda olmayacaq...
(Kemalüd idin, c. 1, s. 305)
Həsən bin Münzirin Zürarədən nəql etdiyinə görə İmam Cəfəri Sadiq əleyhissalam axırda belə buyurdu: "Vallah axırda sahibiniz mütləq zühur edəcək və boynunda heç kimin beyəti olmayacaq.
(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, s. 402)
İbrahim bin Öməri Yeməni deyər ki: İmam Əbu Abdullah əleyhissalam belə buyurdu: "Qaim kıyam etdiyində boynunda heç kimin beyəti olmadan zühur edəcək"
(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, s. 218-219)
Hişam bin Salam deyər ki: İmam Əbu Abdullah əleyhissalam belə buyurdu: "Qaim kıyam etdiyində Onun boynunda heç kimin andı və beyəti olmayacaq."
(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı, s. 219)