«Raqqada 60 min broşüra paylanıldı». Bu xəbər keçən həftənin manşetlərindən biri idi. ABŞ təyyarələrinin Suriya üzərindən 60 min broşüra atdığı müjdələnir və bunun ağıllı metod olduğu vurğulanırdı. Broşüra və kitab yolu ilə məlumatlandırma fikri bu sətirlərdən də dəfələrlə dilə gətirdiyim önəmli metoddur. Lakin broşüranın məzmunu ABŞ-ın Yaxın Şərq siyasətində nə qədər ciddi olduğu sualını yenidən gündəmə gətirdi.
Broşürada bir karikatura çəkilmiş və İŞİD insan üyüdən cihaz olaraq göstərilmişdi. Broşüranın sağ üst tərəfindəki ox işarətli lövhədə ərəbcə «İŞİD toplama ofisi», ət çəkənin üzərində isə «İŞİD» yazılmışdı. Dünyanın super gücünün terrorla yeni mübarizə metodu, deməli, bu idi.
Yaxın Şərq gerçəyini yaxından bilənlər bu sualları istər-istəməz verdilər: Bütün dünyanın diqqətində olan İŞİD-in şiddət üsulları karikaturalaşdırılaraq kimə izah edilirdi? Bununla İŞİD-ə dərs verilmiş və ya oradakı xalq gerçəklərlə məlumatlandırılmış olurdu? Yoxsa ABŞ Yaxın Şərqdə “ifratçılığa istiqamət verən mentalitetlərlə mübarizə aparmaq” üsulu olaraq bunu uyğun görmüşdü?
Həmin broşüraların paylanıldığı bölgə İŞİD-in uzun müddət öncə işğal etdiyi və hərbi baza olaraq istifadə etdiyi Raqqa şəhəridir. Bu şəhər təhsil sistemindən, məhkəmə sisteminə, sosial həyatdan bələdiyyə sisteminə qədər bütövlükdə İŞİD-in nəzarəti altındadır. Qısası, bölgədə qanunverici də, icraedici də İŞİD-dir. Dolayısilə o bölgədə yaşayan xalq İŞİD qətliamlarından hər kəsdən daha çox xəbərdardır. İstəsə də, istəməsə də o bölgədəki qanunlara tabedir. Dolayısilə atılan broşüralarla nə xalq yeni bir şey kəşf edər, nə də kəşf etdiyi şeyə qarşı üsyan gücü olar. Nə də İŞİD-in bilinməyən tərəfləri ortaya çıxar. Metod nə məlumatlandırıcı, nə öyrədici, nə də həll yolu gətiricidir.
Əsas məsələ isə ABŞ-ın bu üsulla heç nə əldə edə bilməyəcəyini bilib-bilməməsidir. Ötən həftələrdə ABŞ prezidenti Obamanın İŞİD ilə quruda müharibə aparmaq üçün Konqresin razılığını istəməsi ilə başlayan polemika Amerikada respublikaçılar arasında dəstəklənərkən, Yaxın Şərqdə “ABŞ hələ də köhnə metodlardan istifadə etməyə çalışır” deyə bir çoxları şərh verdi.
Bu şərh yerində edilmiş bir şərhdi. Belə ki, ABŞ-ın Əfqanıstana girişindən etibarən başlayan Yaxın Şərq siyasəti heç bir sahədə müvəffəqiyyətli olmamış, təkcə Yaxın Şərqdə deyil, ABŞ-ın özündə də acınacaqlı nəticələrə səbəb olmuşdur. Lakin yenə də bu layihə Konqresə təqdim edilmədən bir neçə gün öncə Obamanın yayımladığı 2015-ci il milli təhlükəsizlik strategiyası diqqət çəkir. Obama bu məktubunda İŞİD kimi təşkilatlara qarşı uzun müddətli uğur əldə etməyin əsasında ifratçılığa səbəb olan mentalitetlərlə mübarizə aparmağı ilkin metod olaraq irəli sürür. Yəni Obamanın təqdim etdiyi fikir uzun müddətdir ki, israrla üstündə durduğumuz «terroristlə deyil, terrorizmə yol açan səbəblərlə mübarizə aparmaqdır»dır.
Obamanın bu yanaşması ABŞ-ın Yaxın Şərqdəki əsas bəladan xəbərdar olduğu və həll yolunu da çox yaxşı bildiyinin bir işarətidir. Əslində bu açıq həqiqətin bilinməməsi çox çətindir. Terroru durdurmaq üçün istifadə edilən üsullar yeni terror təşkilatlarının yaranmasına səbəb olmuş, terror metodlarını daha da vəhşiləşdirmişdir. Təkcə ölkələri deyil, ölkələr içindəki müsəlman cəmiyyətləri də bir-birinə düşmən etmişdi. Yaxın Şərq raketlərlə xarabalığa çevrilərkən ifratçılığın və terrorun bu qədər şiddətlənməsi problemin çəkindirmək deyil, zehniyyət problemi olduğunu bizə göstərir.
Bu halda sual verək: Obama açıq şəkildə zehniyyətə yönəlməyin vacibliyini bildiyi halda, ABŞ-ın zehniyyəti dəyişdirəcək bilgiləndirmə strategiyası əvəzinə primitiv broşüra metodundan istifadə etməsinin səbəbi nədir?
Qarşımıza çıxan və uzun müddətdir ki, bildiyimiz həqiqət ABŞ üzərində təsiri olan dərin güclərin daima var olduğunu və bu güclərin inanclarının tələbi olaraq heç vaxt müharibəsiz Yaxın Şərqdən əl çəkməyəcəyidir. Bu zehniyyət var olduqca ABŞ-ı xilaskar, Yaxın Şərqə demokratiya və müstəqillik gətirən super güc olaraq görmək çətindir. ABŞ prezidentləri bilgiləndirmə yolu ilə Yaxın Şərq problemini həll edə biləcəklərinə inansalar da dərin dövlətlər daima ABŞ-ı müharibənin bir parçası halına gətirəcəklər. Bu gün İraqda və Yəməndə olduğu kimi.
Xarici İşlər nümayəndələri tərəfindən «düzəldilsə» də, ABŞ Xarici İşlər naziri Con Kerrinin «sonunda Əsədlə danışıqlar aparmaq məcburiyyətindəyik» ifadələrini bu mərhələdə diqqətə almaq lazımdır. Əsəd və tərəfdarlarının İŞİD-dən daha çox qan tökən olduqları həqiqətindən xəbərsizmiş kimi söylənilən bu sözlər əslində ABŞ dərin dövlət siyasətinin yansımasıdır. ABŞ dərin dövləti tərəfindən çox öncədən «bildiyimiz canavar bilmədiyimizdən daha yaxşıdır» məntiqi ilə İŞİD-ə qarşı Əsədi tərcih etmiş, sırf bu səbəbdən Suriya müharibəsinə seyirci qalmışdır.
Ölkələr arasında dərin siyasətlər davam edərkən Yaxın Şərqdə müsəlman qanı axmağa, məzlumlar ölməyə davam edir. Bunu həll etmək üçün təyyarədən atılan bir karikatura ya mövcud vəziyyəti başa düşməmək, ya da mövcud vəziyyəti ciddiyə almamaqdır. Əgər ABŞ prezidenti və onu dəstəkləyənlər Yaxın Şərq problemini həqiqətən anlayıbsa, o zaman broşüralarında ayələrdən dəlil verərək əsl İslam dininin izahını verməli, xurafatları yox, Quranı əsas alan müsəlmanlarla birlikdə geniş əhatəli bilgiləndirmə proqramı başlatmalıdır. Dərin dövlətlərin təhdidi güclü ola bilər, lakin Yaxın Şərqdəki zülmün fərqinə varanlar sülhü məqsəd halına gətirməli və Yaxın Şərqi müharibə meydanına çevirmək istəyənlərdən daha güclü şəkildə ortaya çıxmalıdırlar. Bu, xüsusilə, prezident Obamaya edilmiş çağırışdır.
Adnan Oktarın «Arab News & Eurasia Review & Pakistan Observer & Malaysian Insider»da nəşr olunan məqaləsi:
http://www.arabnews.com/columns/news/727581
http://www.eurasiareview.com/04042015-questioning-us-seriousness-in-middle-east-oped/
http://epaper.pakobserver.net/201504/05/comments-2.php