Peyğəmbərimizin (səv) hədislərində və İmam Rəbbani, Cəlaləddin Suyuti, Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin izahlarında hz. Mehdinin (ə) fiziki və əxlaqi xüsusiyyətləri, harada ortaya çıxacağı, çıxışının əlamətlərinin nələr olduğu, ona necə beyət ediləcəyi təfərrüatlı şəkildə təsvir edimişdir. MEHDİYƏTİ İZAH EDƏN MİNLƏRLƏ HƏDİSDƏ HZ. MEHDİ (ə) BİR ŞƏXS, ALLAH’IN ÜSTÜN ELMLƏR VERDİYİ BİR BƏŞƏR OLARAQ BİLDİRİLİR. HEÇ BİR HƏDİSDƏ HZ. MEHDİNİN (ə) RUH OLDUĞU BİLDİRİLMƏYİB. BELƏ BİR EYHAM, BİR İŞARƏ YOXDUR.
1400 ildir İslam dünyasından heç kim hz. Mehdinin (ə) ruh olaraq gələcəyini iddia etməyib. Peyğəmbərimizin (səv) bütün xüsusiyyətləri ilə xəbər verdiyi bu mübarək şəxsin gəlişini həyəcanla gözləyən təxminən 1,5 milyardlıq İslam aləmi də ruh və ya mücərrəd bir varlıq gözləmir. Bütün İslam dünyası müsəlmanların mənəvi lideri olacaq, onları birləşdirəcək hz. İsa (ə) ilə birlikdə İslam əxlaqını dünyaya hakim edəcək, dünyada Əsri-Səadət dövrü kimi gözəl bir dövrə səbəb olacaq bu mübarək şəxsi həyəcanla gözləyir.
1. Peyğəmbərimizin (səv) Mübarək İnsan Olan Hz. Mehdinin (ə) Fiziki Xüsusiyyətlərini İzah Etməsi Hz. Mehdinin (ə) Ruhani Bir Varlıq Olmayacağını Göstərir.
Peyğəmbərimiz (səv) yüzlərlə hədisdə hz. Mehdinin (ə) xarici görünüşü haqqında xəbər vermişdir. Hətta bu mövzuda ən kiçik detalı belə xəbər vermişdir. Əgər hz. Mehdi (ə) ruhani varlıq kimi gələcək olsaydı, Peyğəmbərimiz (səv) hz. Mehdinin (ə) saç rəngini, boyunu, əndamını, gözlərini, saqqalını, dişlərini, üzünü, kürəyindəki xalı, üzündəki izi hətta qaşlarının arasındakı xətti xəbər verərək bütün fiziki xüsusiyyətlərini izah etməzdi.
Ruh şəklində olan varlığın gözü, qaşı, saqqalı, boyu olmaz. Çiyinlərinin, qarnının və bütün bədəninin geniş olacağı, açıq və geniş alınlı olacağı, saçlarının qara və gur olacağı, gözlərinin qıyıq olacağı, saqqalının gur və sıx, yanlarda az, aşağı tərəfində uzun olacağı, kürəyində peyğəmbərlik möhürünün olacağı, bundan başqa kürəyində mərsinyarpağına oxşayan bir xalın olacağı, burnunun incə və kiçik olacağı, burnunun orta hissəsində çıxıntı olacağı, qaşlarının qövslü olacağı, iki qaşı arasında kiçik bir çuxur olacağı, alnında batıqlıq və xal olacağı, dərisinin çox gözəl və parlaq olacağı bildirilməz.
Peyğəmbərimizin (səv) hz. Mehdini (ə) bu qədər təfərrüatlı şəkildə təsvir etməsi möminlər üçün çox böyük bir nemət və gözəllikdir. Peyğəmbərimizin (səv) bu təsvirləri vasitəsilə hz. Mehdi (ə) ortaya çıxdığı zaman dərhal onu tanıyacaqlar.
Bir ayədə Kitab Əhlinin Peyğəmbərimizi (səv) "oğullarını tanıdıqları kimi" tanıyacaqları bildirilir:
Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. (Bəqərə surəsi, 146)
Bu ayə eyni zamanda hz. Mehdinin (ə) tanınmasına da işarə edir. Hz. Mehdi (ə) də ortaya çıxdığı zaman Peyğəmbərimizin (səv) təsvirləri ilə insanlar onu öz oğullarını tanıdıqları kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq, bəzi insanlar bu mübarək şəxsi tanımazlıqdan gələcək və inkar edəcək.
Hz. Mehdinin (ə) fiziki xüsusiyyətləri ilə əlaqədar geniş məlumat üçün baxın: http://hazretimehdi.com/fiziksel_siyah_iz.php
2. Peyğəmbərimiz (səv) hz. Mehdinin (ə) nəslini, doğumunu, hansı şəhərdə doğulacağını, sonra İstanbula gələcəyini ətraflı şəkildə izah etmişdir. Bunların hamısı insana aid xüsusiyyətlərdir.
HZ. MEHDİ (ə) PEYĞƏMBƏRİMİZİN (səv) NƏSLİNDƏNDİR
"Qiyamətin qopmasına bir gün qalsa belə Allah (c.c.) mənim ƏHLİ-BEYTİMDƏN (NƏSLİMDƏN) BİR ŞƏXSİ (HZ. MEHDİ (ə)) göndərəcək." (Sünen-i Ebu Davud, 5/92)
"MƏNİM ƏHLİ-BEYTİMDƏN (NƏSLİMDƏN) BİR ŞƏXS (HZ. MEHDİ (ə)) bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz." (En-Necmu’s Sakıb, Ukayli)
"Hz. Mehdi (ə) ilə müjdələnin. O (HZ. MEHDİ (ə)) QUREYŞDƏN VƏ ƏHLİ-BEYTİMDƏN (NƏSLİMDƏN)-DİR." (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 13)
"MEHDİ (ə) MƏNİM UŞAQLARIMDAN BİRİDİR. Üzü səmada parıldayan ulduz kimidir." (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi’nin “Risaletül Meşreb elverdi fi mezhebil Mehdi”)
HZ. MEHDİ (ə) BÖYÜK BİR ŞƏHƏRDƏ DOĞULACAQ
Rəsulullah (səv) belə buyurmuşdur: "Hz. Mehdi (ə) MƏDİNƏDƏN (BÖYÜK BİR ŞƏHƏRDƏN) çıxacaq və Məkkəyə gələcək..." (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
"Mədinə" sözünün mənası "böyük şəhər"-dir. Buna görə də Peyğəmbərimizin (səv) bildirdiyinə görə hz. Mehdi (ə) Mədinədə, yəni böyük bir şəhərdə doğulacaq.
HZ. MEHDİ (ə) "QARA ADLI BİR BÖLGƏDƏ" DOĞULACAQ
Peyğəmbərimizdən (səv) rəvayət edilən digər bir hədisdə də hz. Mehdinin (ə) doğum yeri olaraq "Qara" adlı bir yerə də işarə edilmişdir:
"Mehdinin (ə) Qara bölgəsindən çıxacağı deyilmişdir." (Mustafa Reşit Filizi, Risalet-ül Huruc ül Mehdi, s. 69)
HZ. MEHDİNİN (ə) DOĞUMU EVDƏ OLACAQ
Hədislərdə hz. Mehdinin (ə) doğumunun gizli olacağı, yəni doğumunun evdə reallaşacağı da bildirilmişdir:
İmam Zeynül Abidin əleyhissalam belə buyurmuşdur: "Bizim Qaimimiz (Hz. Mehdi (ə)) ilə Allah'ın rəsulları arasında bəzi bənzərliklər var. Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə), Eyyub (ə) və Muhəmməd (səv) hər biri ilə bir bənzərliyi var... İBRAHİM (ə) İLƏ DOĞUMUNUN GİZLİ OLMASI (DOĞUMUNUN EVDƏ OLMASINDA) ...bənzərliyi var." (Kemal’ud-Din s. 322, 31. babin 3-cü hədis)
Hz. Əli ibn Hüseyn Zeynəl Abidin (ə) belə buyurur: "QAİMİMİZİN (HZ. MEHDİNİN (ə)) DOĞUMU İNSANLARDAN GİZLİ OLACAQ..." (Bihar-ül Envar, c. 51, s. 135)
HZ. MEHDİ (ə) TÜRKİYƏDƏN ÇIXACAQ
Peyğəmbərimizin (səv) bir hədisində hz. Mehdinin (ə) Türkiyədən çıxacağı və mübarizəsinin sonuna qədər də buradan ayrılmayacağı bildirilmişdir:
"HZ. MEHDİ (ə) RUMDAN, TÜRKLƏRDƏN (çünki əvvəllər Türkiyəyə "Diyarı Rum" deyilirdi) AYRILMAYACAQ." (İş'afü'r-Rağıbîn'den naklen Tılsımlar Mecmuası, Bediüzzaman Said Nursi, s. 212)
HZ. MEHDİ (ə) İSTANBULU MƏNƏVİ CƏHƏTDƏN FƏTH EDƏCƏK
Rəsulullah (səv) belə buyurmuşdur:
Əhli-Beytimdən bir ŞƏXS hz. Mehdi (ə) (dünyaya) sahib olana qədər qiyamət qopmaz.
O (HZ. MEHDİ (ə)) İSTANBULU VƏ CƏBƏLİ (dağ-İstanbulun 7 Təpəsini) (MƏNƏN) FƏTH EDƏCƏK. (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)
Uzaq yerlərdəki tələbələri hz. Mehdiyə (ə) beyət edəcək. Zülmü və zalımları elmi ilə zərərsizləşdirəcək, ölkələr düzələcək, CƏNABI-HAQQ ONA İSTANBULU (MƏNƏVİ CƏHƏTDƏN) FƏTH ETDİRƏCƏK. (Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal)
Bütün bu hədislərdən də göründüyü kimi, Hz. Mehdi (ə):
• Peyğəmbərimizin (səv) nəslindən gələn;
• Böyük bir şəhərdə doğulan;
• Doğumu evdə baş verən;
• Mübarizəsini İstanbulda və Türkiyədə aparacaq MÜBARƏK BİR İNSANDIR. Ruh şəklində və ya ruhani varlıq deyil.
3. Dəccala Qarşı Aparılacaq Böyük Elmi Mübarizənin Lideri olan Hz. Mehdi (ə) Ruhani Bir Varlıq Deyil
Peyğəmbərimizin (səv) hədislərində dəccal və fitnəsi də ətraflı şəkildə izah edilmişdir. Hz. Mehdi (ə) bu böyük fitnəyə qarşı amansız fikri mübarizə apararaq, dəccaliyyəti zərərsizləşdirəcək, İslam əxlaqının dünyaya hakim olmasına səbəb olacaq. Belə böyük bir mübarizəni ruh şəklində, nə olduğu bilinməyən bir varlığın icra edə bilməyəcəyi aydındır.
Bədiüzzaman da axırzamanda darvinizm və materializmin güclənəcəyini, dəccaliyətin bu gücdən dəstək alaraq yayılacağını, ancaq hz. İsa (ə) və hz. Mehdinin (ə) elmi mübarizələri ilə bu fitnələrin sona çatacağını demişdir. Hz. Mehdinin (ə) birinci vəzifəsinin də darvinizm və materializmi elmi yolla zərərsizləşdirmə olacağını söyləmişdir. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdi (ə) bu vəzifəsini tam yerinə yetirəcək, darvinizmi və materializmi elmi ilə aradan qaldıraraq, insanların imanlarının xilas olmasına səbəb olacaq:
Birincisi: Fən və fəlsəfənin təsəllütiylə (təsiri ilə) və MADDİYUN VƏ TABİİYYUN TAUNU (darvinizm və materializm xəstəliyi), BƏŞƏR İÇİNƏ İNTİÇAR ETMƏSİYLƏ (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni və maddiyun fikrini (materializmi) TAM SUSDURMAQLA imanı qurtarmaqdır.
Ruh şəklidəki varlığın:
- Darvinizmə və materializmə qarşı elmi mübarizə apara bilməyəcəyi;
- Bu dinsiz ideologiyaları elmlə təsirsiz hala gətirmək üçün kitablar yaza bilməyəcəyi, sənədli filmlər hazırlaya bilməyəcəyi, konfranslar təşkil edə bilməyəcəyi;
- Bu ideologiyaları tamamilə susduraraq imanı xilas edən bir iş görə bilməyəcəyi aydındır.
Bu əhəmiyyətli və həyati işləri bəşər olaraq zühur edəcək hz. Mehdi (ə) yerinə yetirəcək və Allah'ın izni ilə İslam əxlaqını dünyaya hakim edəcək.
4. Peyğəmbərimizin (səv) Hz. Mehdi (ə) İlə Əlaqədar Xəbər Verdiyi Hədislərin Hamısı Ruha Deyil, İnsana Məxsusdur
Burada Peyğəmbərimizin (səv) hz. Mehdi (ə) ilə əlaqədar hədislərindən yalnız bir neçə nümunəyə yer verilmişdir. Bu mövzuda ətraflı məlumat əldə etmək istəyənlər www.hazretimehdi.com saytına müraciət edə bilərlər.
İstanbulu mənəvi cəhətdən bir ruh fəth etməyəcək.
Hz. Mehdi (ə) Konstantiniyyəni və Deyləm Dağını (mənəvi cəhətdən) fəth edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 27)
Allah Təala Həzrətləri mömin qullarına Romanın mərkəzi olan İstanbulun təsbeh və təkbir ilə (mənəvi cəhətdən) fəthini nəsib buyurmadıqca qiyamət qopmayacaq.
Peyğəmbərimizin (səv) köynəyini geyinib, qılıncını götürəcək və mübarək bayrağını açacaq, müqəddəs əmanətlərlə birlikdə zühur edəcək olan ruh deyil, hz. Mehdinin (ə) özüdür.
Hz. Mehdi (ə) Peyğəmbərimizin (səv) bayrağı, köynəyi, qılıncı, əlamətləri, nuru və gözəl ifadəsi ilə şam vaxtında çıxacaq. (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi, "Risaletül Meşreb elverdi fi mezhebil Mehdi")
ALLAHIN ELÇİSİ ÜÇÜN HƏZRƏTİ CƏBRAYIL (ə) TƏRƏFİNDƏN Bədir Döyüşü əsnasında gətirilən bayraq İMAM ZAMAN (HZ. MEHDİ (ə)) TƏRƏFİNDƏN YÜKSƏLDİLƏCƏK. BU BAYRAĞIN ƏSAS XÜSUSİYYƏTİ hər tərəfdə bir aylıq məsafədəki DÜŞMƏNLƏRİN ÜRƏYİNƏ QORXU SALMASIDIR. Eyni zamanda İNANANLARIN ÜRƏKLƏRİNDƏ MƏMNUNİYYƏTİ VƏ SAĞLAMLIĞI ARTIRACAQ. (Bihar-ül Envar, Cilt. 51, Sayfa 135; Cilt 52, Sayfa 328; Mikyaal al-Makaarem, Cilt 1, s. 241)
İslam aləmi ruhani varlığa deyil, hz. Mehdinin (ə) şəxsinə beyət edəcək
Xəlifənin ölümü anında ixtilaf olar. Mədinə xalqından bir nəfər qaçaraq Məkkəyə gələr. Məkkə xalqından bir qrup onu (Hz. Mehdini (ə)) istəməməsinə baxmayaraq, (olduğu yerdən) çıxararlar. Həcəri-Əsvədlə Məqamı-İbrahim arasında ona (Sünen-i Ebu Davud, 5/94; El-Kavlu'l Muhtasa Fi Alamatil Mehdiyy-il Muntazar, s. 20)
Rükn ilə Məqam arasında ona beyət ediləcək. Hz. Mehdi (ə) o qədər mərhəmətli olacaq ki, dövründə heç kim yuxudan oyandırılmayacaq, heç kimin burnu belə qanayacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)
Müsəlman dünyasını ayrılıqdan birliyə, Türk-İslam Birliyinə gətirən ruh olmayacaq.
İman edənlərin Əfəndisi (səv) deyir ki: "... ALLAH SİZİN ÜÇÜN SİZİ BİRLƏŞDİRƏCƏK VƏ SİZİ DAĞINIQ OLDUĞUNUZ HALDA BİR YERƏ GƏTİRƏCƏK BİRİNİ (HZ. MEHDİNİ (ə)) ÇIXARANA QƏDƏR... Səbir etsəniz mükafatlandırılacaqsınız və sizin haqsızlığa uğramağınızın intiqamını alacaq (darvinizmə, materializmə və ateizmə elmi cavabı verəcək) və haqqlarınızın xilaskarı olanın o (Hz. Mehdi (ə)) olduğunu açıq şəkildə anlayacaqsınız..." (Kitab-ül Gaybet, [Bihar-ul Envar, c. 51], Ansariyan Yayıncılık, Derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, s. 182)
SONRA ALLAH HAMINI ONUN ƏTRAFINDA YIĞACAQ." (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 242)
... Və sonra istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona çatsanız ona beyət edin. Çünki o, yerdə də, göydə də hz. Mehdidir (ə). (Ali Bin Hüsameddin El Muttaki, Celaleddin Suyuti'nin Tasnifinden Hadisler, Kahraman Neşriyat, s. 35)
Ruh şəklindəki varlığın qardaşının olması mümkün deyil.
Qardaşı az olandır. (Risalet ül Mehdi, s.161)
Peyğəmbərimiz (səv) hz. Mehdinin (ə) subay olacağını söyləmişdir. Peyğəmbərimizin (səv) burada ruh şəklindəki varlıqdan bəhs etmədiyi aydındır.
Məsudi belə nəql edir: "Əli ibn Həzmə, İbni Sirac və İbni Əbi Səid bir dəfə İmam Rızanın (ə) hüzuruna çatdıqları zaman Əli ibn Həmzə İmama belə dedi: "Ey Rəsulullahın oğlu biz sizdən (Əhli-Beyt imamlarından) belə nəql etmişik ki, HƏR İMAM ÖLMƏZDƏN ƏVVƏL MÜTLƏQ ÖVLADINI GÖRƏR. (Görəsən bu doğrudurmu?) İmam (ə) cavabında belə buyurdu: "Bunu da hədisə əlavə etdinizmi "QAİM (HZ. MEHDİ) XARİC"? (İsbat-ül Qəyyuma (Məsudu), s. 201)
Hz. Mehdi (ə) bütün insanların, hətta dənizdəki balıqların, havadakı quşların onun sevgisi ilə coşacaqları bir insandır. İnsanlar sevgilərini ruh şəklindəki varlığa deyil, hz. Mehdiyə (ə) yönəldəcəklər.
Onun (hz. Mehdinin (ə)) xilafətindən yer və göy əhli, bütün yabanı heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə razı olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 31)
Allah onun (Hz. Mehdinin (ə)) söhbətini insanların ürəklərinə yerləşdirəcək. Beləliklə, onlar gündüzləri aslan kəsiləcək, gecələri də ibadətlə keçirən bir cəmiyyət olacaqlar. (Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal")
Quranda və hədislərdə xəbər verilən Dabbətul Ərz kompüter və internet texnologiyasına işarə edir (doğrusunu Allah bilir)