Konqresdə qəbul edilən və Trampın da məcburi imzası ilə təsdiq olunan "Sanksiyalar yolu ilə Amerikanın düşmənləri ilə mübarizə" qanunu ABŞ tarixinin ən sərt sanksiyalarını özündə ehtiva edir. Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiya tətbiq etmə qərarlarına üç ölkənin verdiyi reaksiyalar dünya gündəmində ön sıralarda yer aldı.
Verilən reaksiyalar içərisində dünyanın diqqəti ən çox Şimali Koreyaya yönəldi. Sanksiyalarla bağlı qanun imzalandıqdan və Trampın "atəş və qəzəblə" qarşılaşacaqlarına dair sərt ifadələrindən sonra Pxenyan rəhbərliyi Sakit okeandakı ABŞ bazasının yerləşdiyi Quam adasını raketlə vuracağını açıqladı. Hücum planlarının avqust ayının ortasında tamamlanacağını bildirən Şimali Koreya ordusunun generalı Kim Rak Gyom hücumun neçə dəfə, hansı raketlərlə, hansı koordinatlara və neçə dəqiqə ərzində olacağını da bildirdi.
İran bu yeni sanksiyaları 2015-ci ildə ABŞ-la imzaladığı nüvə müqaviləsinin pozulması kimi qəbul edir. İran prezidenti Həsən Ruhani bu cür sanksiyalar qarşısında Amerikaya İranın nüvə proqramına yenidən geri dönəcəyi ultimatumunu verdi. Ruhani parlamentdəki çıxışı zamanı bunları qeyd etdi:
"Amerika rəhbərliyinin əgər keçmişdəki təcrübələri təkrar etmək və təzyiq siyasətinə qayıtmaq niyyəti varsa, İran çox qısa zamanda, həftələr və ya aylar ərzində, hətta bəlkə də bir neçə saat ərzində proqramına geri qayıdacaq. Bu geri dönüş danışıqlar başlamamışdan əvvəlkinə nisbətən daha təkmil səviyyədə olacaq".
Konqresin yeni sanksiya layihəsinin birinci ünvanı Rusiya da vaxt itirmədən çox sərt mesajlar cavablar verdi. Putin sentyabrın 1-nə qədər 750 ABŞ diplomatının Rusiyanı tərk etməsini və onların sayının 455-ə qədər azaldılmasını istədi.
Rusiyanın Baş naziri Dmitri Medvedyev rəsmi Facebook səhifəsindən verdiyi açıqlamasında ABŞ-ın yeni sanksiyalarla Rusiyaya böyük iqtisadi müharibə elan etdiyini dedi. Bu mərhələdən sonra yeni ABŞ rəhbərliyi ilə münasibətləri yaxşılaşdırma ümidinin sona çatdığını bildirdi.
Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyi iddiasına görə Obama dövründə Ukraynadakı hadisələrə görə qəbul edilən sanksiyalara yeniləri də əlavə olunur. Qanun Rusiyanın enerji, gəmiçilik, metal və faydalı qazıntı kimi əsas sektorlarını hədəfə alır. Sanksiyalar Rusiyadakı neft şirkətləri ilə birgə işləyən beynəlxalq firmaların da fəaliyyətini məhdudlaşdırır.
Bəs dünyanın ən böyük, hətta yeri gəldikdə ən təhlükəli ola biləcək güclərini bu şəkildə öz üsulları ilə cəzalandırmağa çalışan Konqres bu sanksiyalardan hansı mənfəəti güdür və dünyaya necə mesaj vermək istəyir? Maraqlısı budur ki, hansı yöndən baxılırsa baxılsın, ABŞ-ın bu sanksiyalardan siyasi və iqtisadi mənada mənfəət əldə etməsi mümkün görünmür. Çünki bu siyasətlə təkcə həmin üç ölkəni deyil, xüsusilə, Rusiya ilə iqtisadi münasibətləri olan Avropa İttifaqı ölkələrini də qarşısına alır. Çünki məlum məsələdir ki, bu sanksiyalardan Rusiya ilə birgə layihələr həyata keçirən Avropa şirkətləri də zərər görəcək.
Bu layihələrin başında “Şimal axını” layihəsi gəlir. Sanksiyalara ən sərt reaksiya verən Avropa ölkələri isə bu enerjiyə ehtiyacı olan və ruslarla birlikdə bu layihəni həyata keçirən Almaniya, Fransa, Avstriya kimi ölkələrdir. Bu ölkələrin nümayəndələri hər fürsətdə sanksiyaların Avropa İttifaqı-ABŞ münasibətlərinə zərər verəcəyini dilə gətirirlər. Almaniya ABŞ-ın son sanksiyalarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirir. Almaniyada aparılan bir araşdırma əvvəlki sanksiyaların alman iqtisadiyyatına 10 milyard dollar zərər vurduğunu müəyyən edib.
Digər tərəfdən, əvvəlki sanksiyaların yeni daimi ittifaqların yaranmasına, iqtisadi əlaqələrin inkişaf etməsinə yönələn və onsuz da özü özünə kifayət edən Rusiyaya elə bir zərər vermədiyi açıqdır. Bundan sonra da zərər verməsi mümkün görünmür. Əksinə, ekspertlər sanksiyaların Putinin işinə yarayacağını bildirirlər. Sanksiyaların Rusiya, Çin, İran və Şimali Koreyanı əvvəlkindən daha çox bir-birinə yaxınlaşdıracağı və bu yaxınlaşma nəticəsində hər zamankından daha güclü və qətiyyətli ABŞ əleyhdarı cəbhənin inkişaf etməsi ehtimalı yüksəkdir. Nəticə etibarilə, Rusiya və İran uzun illərdir ki, sanksiyalar və təhdidlərlə mübarizə aparma, bunların öhdəsindən uğurla gəlmə və ağır şərtləri öz maraq və faydalarına çevirmə təcrübəsinə malik ölkələrdir.
Buradan belə görünür ki, sanksiyalar ən böyük zərbəni, əslində, dünyanın mühüm ölkələri ilə, hətta avropalı müttəfiqləri ilə də qarşı-qarşıya gələn ABŞ-ın özünə vurur. Bundan başqa, sanksiyaların bir çox Avropa İttifaqı ölkəsinin iqtisadiyyat və enerji siyasətinə və ən başda da şəxsən Trampın özünə zərər verir. Hətta Rusiya da yeni siyasətin sanksiyaları istəmədiyi, hətta "çox yanlış" olduğunu dediyi halda, imzalamaq məcburiyyətində qalan Trampın bilavasitə əleyhinə olduğunu bildirmişdir.
Senatın Demokratlar partiyasının lideri Çak Şumer (Chuck Schumer) Trampı “əzib keçərək” qanuniləşdirdikləri sanksiya qərarları ilə məhz verilməsi istənilən mesajı belə dilə gətirir: "Rusiya prezidenti Putin Konqresin razılığı olmadan bu sanksiyalardan xilas ola bilməyəcək. Bu, Putinə və seçimlərimizə qarışmağı düşünənlərə dəqiq mesaj olsun. Əgər seçkilərimizə qarışsanız, sanksiyalara məruz qalarsınız. Bu sanksiyalar da sərt olar".
Qısası, “Siz Trampı seçdirdiniz, amma ölkəni əsas biz idarə edirik” deməyə çalışırlar. Həqiqətən də Senatdan yalnız 2, Nümayəndələr palatasından isə yalnız 3 əleyhdə səsdən başqa yekdilliklə qəbul edilən qanunu Konqresin razılığı olmadan Trampın ləğv etmək və ya dəyişdirmək səlahiyyəti yoxdur. Qısası, Tramp və rəhbərliyi iki qanadı da respublikaçılardan ibarət olmasına baxmayaraq, Konqresə məğlub oldu və bir növ Konqresin “çevrilişinə” məruz qaldı. Rusiyanın Baş naziri Dmitri Medvedyev "Tramp rəhbərliyi icra səlahiyyətlərini ən alçaldıcı şəkildə Konqresə təhvil verərək gücsüzlüyünü nümayiş etdirdi" sözləri ilə bunu təsvir edirdi.
Beləliklə, məhz dərin güclər hər zaman olduğu kimi hakimiyyəti ələ aldı. Tramp isə üzvü olduğu partiyaya belə özünü düşmən edən bu dərin gücə təslim oldu. Düzgün başa düşün, bu güc Konqres deyil. Konqres bu gücün (digər yüzlərlə qurum kimi) ancaq bir qoludur. Dərin güc öz namizədini prezident seçə bilməsə də, hazırkı prezidenti nəzarətindəki qurumlar vasitəsilə qısa müddətdə diz çökdürdü.
Tramp əks ifadələr, əvvəlki hökümətlərə tənqid, iradlar və vədlərlə prezidentlik kürsüsünə otursa da, təməldə sələflərinin irsini davam etdirməkdən başqa seçimi olmadı. Eynilə, Obamanın qanlı siyasəti ilə məşhur olan Buşu tənqid edib sülh vədləri ilə prezident kürsüsündə oturması və sonra eyni gücə təslim olması kimi. Qeyd edək ki, Obama Yaxın Şərqdə Buşdan daha çox qan tökmüş, Əfqanıstana daha çox əsgər göndərmişdi.
Bu gün Trampın da əlindən Yaxın Şərq sərhədlərini aşaraq dünya miqyasında bir fəlakətin planını quran böyük gücə boyun əyməkdən başqa bir şey gəlmir. Çünki dərin gücün ən böyük gəlir mənbəyi olan silah şirkətləri, müharibə sənayeləri, dünya miqyasında maliyyə və iqtisadi sistemləri hər dövrdə böyük fəlakətlərdən, müharibələrdən və qətliamlardan faydalanıb. Ona görə də mütəmadi bunların miqyasını və şiddətini böyütməyə çalışırlar. Güclü dövlətləri bir-birinə qarşı qızışdırmaqda və gərginliyin daim yüksək tutulmasında əsas məqsəd də budur. Nəticədə, sanksiyalar bu dərin gücdən başqasına xeyir vermir.
Tramp və yaxın ətrafı hakimiyyətə gəldikdən sonra daim onlarla mübarizə aparan dərin qurumun (establishment) varlığından bəhs etdilər və bunu ABŞ daxilindəki təşkilatlarda axtardılar. Lakin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI), Konqres, Pentaqon və s. kimi qurumlardakı dairələr dərin dövlətin tərkib hissələridir. Tramp Ağ Evə köçdükdən sonra daha əvvəl götürülmüş Uinston Çörçill büstünü ona tələsik Oval ofisə geri qoyduran gücü bir az düşünsə, bu çoxəsrlik imperialist dərin gücün mərkəzini də ABŞ daxilində deyil, Okeanın əks sahillərində axtarmalı olduğunu anlayar.
Adnan Oktarın “Pravda.ru”da yayımlanan məqaləsi:
http://www.pravdareport.com/opinion/columnists/15-09-2017/138686-us_sanctions_beneficiary-0/