Azərbaycanlı dövlət nümayəndələri tərəfindən bu əsrin layihəsi kimi adlandırılan Trans Anadolu qaz boru kəməri xətti layihəsi türk icitmaiyyətində layiq olduğu qədər yer tuta bilmədi, lakin mövzuya hakim olan çevrələrdə çox böyük bir həyəcan yaratdı. Qısası, Azərbaycan və Orta Asiyanın Xəzər sahilində mövcud olan təbii qaz ehtiyatlarının Anadolu üzərindən, Türkiyənin də alıcı olduğu bir sistemlə Avropaya çatdırılmasını vacib bilən bu layihənin üzərində önümüzdəki illlərdə çox danışılacaq. Əslində bu layihə Türkiyə ilə Azərbaycan arasında hazırlanılması planlanan Cənubi Qaz Dəhlizi Layihəsinin ilk addımıdır. Bu halı ilə də yaxın və uzaq ərazilərin tarazlığını təməlindən sarsıdacaq gücdə bir çox dəyişikliyə səbəb olacağı düşünülən bu layihələr tam həyata keçəndə bölgəyə köklü şəkildə təsir edəcək xüsusiyyətlərə malikdir.
Hazırkı təbii qaz ehtiyacının mühüm bir bölümünü şimal qonşusu Rusiyadan təchiz edən Türkiyə, bu təchizat modelini çoxaldacağı, məbləğini azaldacağı və daha da vacibi, təchizat zənciri içində söz sahibi olacağı bir yeni layihədə olmağın haqlı qürurunu yaşayır. Azərbaycan və Türkiyə arasında sentyabr ayında Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliev və Türkiyə Respublikasının Baş Naziri cənab Əhməd Davudoğlu imzaladıqları bu layihə müqaviləsi əslində daha əvvəldən hazırlanmış, maliyyəsi təmin edilmiş və həyata keçirilməsinə qarşılıqlı olaraq çox önəm verilən böyük bir layihədir.
Azərbaycanın Xəzər sahilində mövcud olan təbii qaz ehtiyatlarının Türkiyə üzərindən Avropaya çatması hədəfi yalnız Azərbaycana və Türkiyəni maraqlandıran bir vəziyyət deyil. Təbii ki, Türkiyə təbii qaz təchizatını çoxaltmaq, Rusiyadan olan asılılığını azaltmaq niyyətindədir, lakin bu vəziyyətə bəlkə Türkiyədən daha çox ehtiyacı olan ölkələr də var...Bunlar, təbii ki, layihələr ilə sona çatanda Rusiyadan asılıqları azalacaq Avropa ölkələridir...
Təbii qaz satın almaqda iqtisadi bir problem yaşamasalar da, Avropa ölkələri təbii qazı xarici münasibətlərində mühüm bir fürsət olaraq istifadə etməkdən çəkinməyən Rusiyaya alternativ bir qüvvəni dəstəkləyirlər... Həm Türkiyə, həm də Avropa üçün mühüm bir yerə sahib olan TANAP Cənubi Qaz Dəhlizi içərisində yer alır. Cənubi Qaz Dəhlizi layihəsi isə Xəzər bölgəsi, Orta Asiya və Yaxın Şərqdəki təbii qaz mənbələrini Avropaya çatıdırmaqda təchizat müxtəlifliyini hədəf alır. Türkiyə və Azərbaycan dəhlizin Türkiyə qolu ilə bağlı TANAP üzərində razılaşdı. TANAP 2 min kilometr uzunluğunda bir boru xəttinin inşa edilməsi və 32 milyard kub metr həcmdə təbii qazın daşınmasını planlayır. Layihə çərçivəsində 2018-ci ildə Türkiyəyə 6 milyard kub metr qaz çatmış olacaq. Hədəf 2019-cu ildən etibarən eyni yoldan Avropaya 10 milyard kub metr qaz çatdırılmasıdır.
Bu təbii qaz dəhlizinin ən mühüm xüsusiyyətlərindən biri də digər boru xətlərinin əksinə, tamamilə Türkiyə kimi etibarlı bir ərazi üzərində olmasıdır. Həmçinin həm Azərbaycan, həm də Türkiyə bu layihənin təxminən 18 milyard dollarlıq bir maliyyəsini rahatlıqla qarşılaya biləcək gücdədirlər. İki ölkənin iqtisadi və mədəni inteqrasiyasının hər ötən gün daha da artması bu layihənin gerçəkləşməsinə olan inancı artıran səbəblərdən biridir. Bir neçə on il əvvələ qədər Ermənistanın iqtisadi səviyyəsində olan Azərbaycan artıq çox fərqli bir ölkə və meydana gələn sərmayə toplanması ilə xüsusilə də Türkiyədə PETKİM kimi çox böyük investisiyaya malikdir.
Bu layihənin Türkiyə üçün başqa bir əhəmiyyəti sadəcə Azərbaycanın deyil, Xəzər sahilində ehtiyatları olan digər bölgə ölkələrinin də bu layihəyə qoşulmalarıdır. Bölgənin digər mühüm ölkəsi İran da bu layihəyə isti baxır.
Lakin indi bu, sıxıntılı bir mərhələ keçirən cənub qonşumuz İraq Kürdüstan bölgə hökumətinə aid ehtiyatların, inteqrasiyanın və TANAP layihəsinin gücünü daha da artıracaq. Bu həqiqətən qan və göz yaşı ilə xatırlanan bölgənin rifahı və Türkiyə ilə siyasi və iqtisadi inteqrasiyasını sürətləndirəcək qədər həyati bir addım olacaq.
Türkiyə öncüllüyündə meydana gətiriləcək bu həyəcanverici xətt adı keçən ölkələrin yalnız rifahını artırmaz, bu ölkələr və xalqlar arasında da sülhü və bərabərliyi gətirər. Onun üçün belə layihələrə yalnız maddi olaraq gəlir qazandıran meqa layihələr olaraq baxılmamalıdır. TANAP bu əraziyə sülh və rifahın gəlməsində mühüm bir rol oynayacaq, cəmiyyətlər arasındakı ortaq dəyərləri, birliyi və qardaşlığı təmin edəcək, inteqrasiyanı sürətləndirəcək mühüm bir addımdır.
Türkiyə və Azərbaycanın, tək millət, iki dövlət anlayışının ən konkret addımı bəlkə də bu layihə olacaq.
Adnan Oktar'ın Arabian Gazette'də nəşr olunan məqaləsi:
http://www.arabiangazette.com/azerbaijan-turkeys-shared-dream-tanap-project-21st-century/